İqtisadiyyatın dövlət tənzimlənməsi


Xarici aləmdə milli biznesin qorunub saxlanması



Yüklə 59,43 Kb.
səhifə6/7
tarix24.12.2023
ölçüsü59,43 Kb.
#160941
1   2   3   4   5   6   7
Mövzu 5

Xarici aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli biznesin fəaliyyə-tini əlaqələndirir;

  • Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər cür təhlükəli və qeyri-sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;

  • Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə saxlanması.

    Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiy-yatın konkret sahələri və ölkənin regionlarının tənzimlən-məsi ilə əlaqədar funksiyaları da vardır.
    Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müd-dətli dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məq-səd müəyyən olunur.



    1. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları.

    Bazar iqtisadiyyatının formalaşması prosesində dövlət ölkə iqtisadiyyatının sabit və davamlı inkişafını təmin etmək üçün tənzimləmənin müxtəlif forma və metodlarından istifadə edir. Bunların hər biri konkret şəraitdə tətbiq edilir və təsviretmə obyektlərinə, məqsədlərinə, istifadə üsullarına görə fərqlənir.


    Qeyd edək ki, iqtisadiyyatın idarə olunması və tənzimlənməsi təcrübəsində hələ sosialist iqtisadi formasiyasında (planlı təsərüfatda) əsas forma kimi direktiv planlaşdırmadan istifadə edilir. Bu zaman ölkənin bütun geniş təkrar istehsal prosesləri dövlət tərəfindən planlaşdırılır. Yəni nə qədər məhsul istehsal olunmalıdır, bunlar haraya və kimə satılmalıdır, neçəyə satılmalıdır, haradan təchizat gəlməlidir və s.
    Bazar iqtisadiyyatı şəraitində isə iqtisadiyyatın tənzimlənməsinin daha müxtəlif formalarından istifadə edilir. Bunların əsasları aşağıdakılardır:



    1. Proqnozlaşdırma.

    2. İndiqativ planlaşdırma.

    3. Strateji planlaşdırma.

    4. Dövlət sifarişləri.

    5. Proqramlaşdırma və s.

    Bu formaların hər birinin qısa mahiyyətini və istifadə xüsusiyyətlərini aydınlaşdıraq:


    Proqnozlaşdırma – ölkənin iqtisadiyyatının inkişaf etdirilməsinin başlıca problemləri və istiqamətlərinin müəyyən edilməsinə xidmət edir. Dövlət orqanları iqtisadiyyatın ayrı-ayrı sferalarının inkişafını təmin etmək və sosial iqtisadi siyasətin əsas prioritetlərinin müəyyən etmək üçün proqnoz hesablamaları aparırlar. Hər bir sahə üzrə yaxın dövrdə nə prespektivdə hansı nəticələr əldə ediləcəyi öz əksini tapır.Əksər hallarda proqnozlar rəqəmlərdən ibarət olur. Proqnozlar daxili, xarici, siyasi, iqtisadi, təbii və.s amillər nəzərə alınmaqla bir neçə variantda işlənib hazırlanır.

    Yüklə 59,43 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə