İqtisadiyyatın dövlət tənzimlənməsi


İqtisadiyyatın dövlət tənzimlənməsinin təcrübəsi



Yüklə 59,43 Kb.
səhifə4/7
tarix24.12.2023
ölçüsü59,43 Kb.
#160941
1   2   3   4   5   6   7
Mövzu 5

İqtisadiyyatın dövlət tənzimlənməsinin təcrübəsi.
Dünya ölkələrində iqtisadiyyatın dövlət tənzimlənməsinin böyük təcrübəsi toplanmışdı. İlk dəfə ABŞ-da dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsi üçün konkret tədbirlər həyata keçirildi. 1890-cı ildə Şermanın “anti trest” qanunu qəbul edilmişdi. Bu qanun həmin dövrdə ticarət sferasında gizli sövdələşmələr nəticəsində inhisarçılıq halları mövcud idi, mal qıtlığı yaranırdı, qiymətlər əsassız olaraq yüksəldilirdi. Daha sonra 1914-cü ildə Kleyton qanunu qəbul edildi. Bu qanunda əmək bazarında ( iş vaxtı, əmək haqqı) münasibətlər tənzimlənirdi və islahatlar aparıldı. Bundan sonra isə 30-cu illərdə rəqabəti müdafiə etmək üçün ardıcıl dövlət qərarları və tədbirləri həyata keçirildi.
Müasir dünya iqtisadiyyatında dövlətin iqtisadi proseslərdə iştirakı 3 əsas səviyyədə qruplaşdırılır:

  1. Zəruri hallarda xüsusi dövlət hökumət qərarları ilə iqtisadiyyatın tənzimlənməsi.

  2. Dövlətin idarəetmədə iştirakı.

  3. Dövlətin pul, kredit, vergi və digər metodlarla iqtisadiyyatın tənzimlənməsi.



2. İqtisadiyyatın dövlət tənzimlənməsinin zərurliyi və əhəmiyyəti.

Bazar iqtisadiyyatı şəraitində dövlətin qarşısında bir sıra üsul və vasitələrdən istifadə edərək iqtisadi münasibətləri tənzimləyir. Bunlar aşağıdakılardır:


1. Fiskal siyasət – Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, dövlət büdcə sistemi və vəsaiti vasitəsilə iqtisadiyyata müəyyən təsir göstərir. Bu zaman vergilər tənzimlənir, budcəyə daxil olan vəsaitlər hesabına dövlətin əsas iqtisadi funksiyaları yerinə yetirilir. Eləcə də ölkənin müdafiəsi, milli təhlükəsizliyi, təhsil sistemi, səhiyyə, elmi fəal, ekoloci sağlamlıq, sosial müdafiə və s. təmin olunur. Bütövlükdə fizkal siyasətin əsas məqsədi iqtisadiyyatın makro iqtisadi sabitliyinin təmin edilməsidir.
2. Pul siyasəti- Dövlətin həyata keçirdiyi II siyasət pul siyasətidir. Pul siyasətinin əsas məqsədi həm iqtisadiyyatın stabilləşdirilməsidir, həm də iqtisadi artım tempinin tənzimlənməsindən ibarətdir.
3. Sosial siyasət- Dövlətin mühüm vəzifələrindən biri sosial siyasətdir. Gəlirlərin yenidən bölüşdürülməsi yolu ilə dövlət ölkədə sosial proqramları həyata keçirir, məşğulluğu və təhsili, mədəniyyəti və səhiyyəni həyata keçirir. Əhalinin imkansız təbəqələrinə sosial yardım tədbirləri həyata keçirilir.
4. Xarici-iqtisadi əlaqələrin tənzimlənməsi- Dövlətin əsas vəzifələrindən biri xarici-iqtisadi əlaqələrin tənzimlənməsidir. Dövlət gömrük tarifləri və qeyri-tarif metodları ilə xarici ticarəti tənzimləyir. Bununla da milli iqtisadi xarici təzahürlərdən qoruyur. Xarici iqtisadi əlaqələrin tənzimlənməsi iqtisadi təhlükəsizliyin təmin edilməsinin ən mühüm vasitəsidir.
5. Müasir dövrdə dövlətin ən mühüm vəzifələrindən biri ölkənin ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsidir.

Dövlət öz iqtisadi funksiyalarını yerinə yetirərkən müxtəlif vasitələrdən və alətlərdən istifadə edir. Bunların ən əsasları aşağıdakılardır:



  1. İqtisadiyyatın hüquqi cəhətdən tənzimlənməsi.

  2. Anti-inhisar tənzimlənməsi.

  3. Resursların bölünməsi və yeləşdirilməsi.

  4. Gəlirlərin bölüşdürülməsi və tənzimlənməsi.

  5. Əmlak münasibətlərinin tənzimlənməsi və s.

Beləliklə, iqtisadiyyatın dövlət tənzimlənməsi dedikdə dövlət və onun səlahiyyətli orqanları tərəfindən ölkə iqtisadiyyatının inkişafı məqsədi ilə həyata keçirilən qanunvericilik, icra və nəzarət tədbirlərinin məcmusu başa düşülür.


İqtisadiyyatın dövlət tənzimlənməsinin əsas vəzifələri (məqsədi) aşağıdakılardır:


* İqtisafdiyyatın sabit və dinamik inkişafının təmin olunması
* Əhalinin həyat səviyyəsinin yüksəldilməai
* Milli iqtisadiyyatın təhlükəsizliyinin təmin olunması

İqtisadiyyatın dövlət tənzimlənməsinin obyektləri dedikdə, hər hansı tədbirlərin həyata keçirildiyi sferalar başa düşülür. Bunlara aşağıdakılar aiddir:



  • iqtisadiyyatın strukturu.

  • təkrar istehsal prosesləri.

  • kapital yığımı şəraiti.

  • məşğulluq.

  • pulun dövriyyəsi.

  • tədiyyə balansı.

  • qiymətlər.

  • rəqabət şəraiti.

  • sosial münasibətlər.

  • kadr hazırlığı və məşğulluq.

  • regionların inkişafı.

  • ətraf mühitin mühafizəsi.

  • xarici-iqtisadi fəal (əlaqələr) və s.

İqtisadiyyatın dövlət tənzimlənməsinin subyektləri dedikdə dövlətin qanunverucilik, nəzarət və icra funksiyalarını yerinə yetirən orqanları və strukturları başa düşülür. Bunlara misal olaraq Milli Məclis, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, DGK və s. aiddir.






  1. Yüklə 59,43 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə