Kimya dərsləRİNDƏ FƏAL/İnteraktiv metodlardan iSTİfadə T.İ. Tağıyev



Yüklə 51,96 Kb.
tarix24.02.2018
ölçüsü51,96 Kb.
növüDərs

Kimya məktəbdə




KİMYA DƏRSLƏRİNDƏ FƏAL/İNTERAKTİV METODLARDAN İSTİFADƏ
T.İ. Tağıyev

Gəncə Dövlət Universitetinin professoru,

pedaqogika üzrə elmlər doktoru

Şagirdlərin gələcəkdə müstəqil həyat fəaliyyətinə hazırlanmasının təmin edilməsi üçün orta məktəb təhsili dövründən onları müstəqilliyə alışdırmaq lazımdır. Bu məqsədlə dərs prosesində onların fəallığını, bir-biri ilə əməkdaşlığını təşkil etmək, müxtəlif mənbələrdən biliklərin müstəqil əldə edilməsinə və tətbiqinə həmçinin sərbəst fikir mübadiləsinə şərait yaradılması təmin edilməlidir. Bu aspektdə dərsin səmərəliliyini artırmaq üçün fəal/interaktiv təlim metodlarından istifadə edilməsi çox əhəmiyyətlidir.

Kimya dərslərində fəal və interaktiv metodlarından istifadə edilməsinə aid bir mövzunun tədrisini nəzərdən keçirək:

Mövzu: Dövrü sistemdə azot yarımqrupu elementlərinin mövqeyi, azotun fiziki və kimyəvi xassələri.

Məqsəd: 1.Dövri sistemin V qrupun əsas yarımqrupu elementlərinin mövqeyini aşkar etmək.

2. Azotun fiziki və kimyəvi xassələrini öyrətmək.

3. Şagirdlərin müstəqil bilik əldə etmək, bilikləri ümumiləşdirmək, sistem­ləş­dirmək bacarığını inkişaf etdirmək.

Resurslar: D.İ.Mendeleyevin dövri sistemi cədvəli. Dərslik.

İş forması: ümumi siniflə iş, kiçik qruplarla iş, cütlərlə iş.

Təlim üsulları: müşahidə, müsahibə, problemli şərh, diskussiya.

Dərsin gedişi.

I mərhələ

Problemin qoyuluşu.

Azot və fosforun dövri sistemdəki mövqeyini aşkar etmək məqsədi ilə belə bir situasiya yaradıla bilər. Nə üçün azota təbiətdə sərbəst halda rast gəlmək olur (məsələn havada 78% azot olur). Lakin fosfora sərbəst halda rast gəlmək olmur?

Sualla bağlı şagirdlər müxtəlif fərziyyələr irəli sürürlər.

Müəllim qələvi metallar, hallogenlər mövzularından şagird­lərə məlum olan bilikləri onlara xatırladır. Məsələn: qələ­vi metallar və hallogenlər çox aktiv olduqları üçün onlara təbiətdə sərbəst halda rast gəlinmir. Şagirdlər belə nəticəyə gəlirlər ki, azot kimyəvi cəhətdən çox da fəal olmadığı üçün təbiətdə sərbəst halda mövcud olur, lakin fosfor azotla müqayisədə fəal olduğu üçün təbiətdə sərbəst halda yox birləşmələr şəklində rast gəlinir.

Bu fikirləri sübut etmək üçün müəllim təklif edir ki, dövri cədvəldə azot və fosforun mövqeyini aşkar etsinlər.

Bu məqsədlə dərslikdə mövzu ilə bağlı materialda azot və fosfor atomlarının quruluş sxemi verilən cədvəli nəzər­dən keçiril­məsi şagirdlərə tapşırılır. Şagirdlər azot atomunun elektron quru­lu­şunda “3” qoşalaşmamış tək elek­tronu olmasına və molekul əmələ gəlməsində 3 (üç) ədəd kovalent rabitə yaranması N≡N azot molekulunun davamlı olmasına səbəb olduğunu sübut edirlər. Beləliklə də problem həll edilir. Bu izahatdan sonra azot atomu­nun hidrogenli və oksigenli birləşmə­lərinin formulunun quruluş­ca fosfor atomunun uyğun birləşmələri arasın­dakı oxşar və fərqin aşkar edilməsini araş­dır­maq tapşırığı verilir.



II mərhələ

Tədqiqatın aparılması.

Müəllim şagirdləri 2-3 nəfərdən ibarət qruplarda qrup­­laş­dırır. Aşağıda verilən suallara cavab tapmaq üçün kitab üzərində müstəqil iş təşkil edir.

Dərslikdəki materialı oxuyun və aşağıdakı suallara cavab hazırlayın.

1. Azotun Mendeleyevin dövri sistemi cədvəlinə əsasən ən aşağı və ən yüksək oksidləşmə dərəcəsini müəyyən edin. Hər bir oksidləşmə dərəcəsinə müva­fiq birləşmənin formulunu yazın.

2. Azot elementinin əmələ gətirdiyi bəsit maddəni və kimyəvi birləşmələ­ri­nin formullarını sxemlə ifadə edin.

3. Azot atomunun orbitallarının elektronlarla dolması vəziyyətini fosfor atomu ilə müqayisə edin və nə kimi fərq olduğunu və bu fərqin nəticəsində atomun birləşmələrinin xassəsinə necə təsir etdiyini izah edin.

4. Azota təbiətdə hansı birləşmələr şəklində rast gəlinir?

5. Sənayedə azotu hansı üsulla alırlar?

6. Laboratoriyada azotu hansı üsulla almaq olar?

7. Azotun metallarla və qeyri metallarla birləşmələri necə adlanır?

8. Azotun əsas tətbiq sahələri hansılardır?

Suallar qruplara paylanılır və vaxt verilir.



III mərhələ

Məlumat (bilik) mübadiləsi. Şagirdlər suallara hazır­la­­dıq­ları cavabları hər qrup öz üzvləri ilə müzakirə edir, ümu­mi­likdə onları dəqiqləşdirilər. Nəticələr qrupun bir nümayəndəsi tərəfin­dən lövhədə göstərməklə təqdim edilir.



IV mərhələ

Əldə edilən biliklərin siniflə birlikdə ümumi müzakirəsi.

Təqdimat aparan şagirdlər sinif yoldaşlarının suallarına cavab verir və cavablara əlavələr dinlənilir.

V mərhələ

Nəticələrin ümumiləşdirilməsi.

Nəticələri müəllim siniflə birlikdə dinlədikdən sonra aşağıdakı müddəalarla ümumiləşdirilir:



  1. Azotun bəsit maddə və kimyəvi birləşmələrin tərkibinə saxil olmasını aşağıdakı sxemlə göstərirlər.

Element N

bəsit maddə N2 N2O3 NH3 HNO3 NaNO3

elementin əmələ gətirdiyi birləşmələr


  1. Azotun müxtəlif oksidləşmə dərəcələrinə: həm bəsit maddə və həm də birləşmələr şəklində olmasını aşağıdakı sxemlə ifadə etmək olar.


NH3 N2 N2O NO N2O3 NO2 N2O5


-3 0 +1 +2 +3 +4 +5


  1. Azot sənayedə havanı mayeləşdirdikdən sonra buxarlan­dırılır. Qaynama temperaturu aşağı olan azot əvvəlcə ayrı­lır, oksigen isə qabda qalır və həm də oksigen sənaye üsulu ilə alınır.

  2. Azotun kimyəvi xassələrinə gəldikdə oksigenlə, metallarla və hidrogenlə reaksiyaya girir.

  3. Azotun oksidləri yuxarıdakı sxemdə göstərilir.

Azotun hidrogenli birləşməsi ammonyakdır NH3, metal­larla birləş­məsi isə nitridlər adlanır. Məsələn: Maqnezium nitrid Mg3N2-2. Alüminium nitrid Al+3 N-3, ammonyak NH+13 və ya H3N.

Laboratoriyada azotu ammonium nitriti parçalamaqla al­maq olar.

NH4NO2 N2 + H2O
Həmçinin azotu aşağıdakı üsullarla almaq mümkündür:

2NaN3 2Na + 3N2

NH4Cl + KNO2 KCl + N2+ 2H2O

Azotun əsas tətbiq sahələri:


  1. ammonyakın sintezi üçün.

  2. Kimyəvi proseslərdə inert (təsirsiz) mühit yaradıl­ması üçün işlədilir.

VI mərhələ

Yaradıcı tətbiq etmə. Qruplara aşağıdakı məsələ və çalışma­ları həll etmək tapşırılır.

  1. Venn diaqramından istifadə edərək azot və fosfor atomlarının quruluşundakı oxşar və fərqli cəhətləri göstərin.

  2. Bəzi yanıcı qazlarda çatışmazlıqlar şəklində sərbəst azot olur. Adi qaz peçlərində belə qazlar yandı­rılarkən azot oksidi əmələ gələ bilərmi? Nə üçün?

  3. Azotun kimyəvi xassələrini xarakterizə edən kimyəvi reaksiyaların tənliklərini tərtib edin.

  4. Aşağıdakı reaksiyaların tənlikləri verilmişdir:

N2 + O2 2NO – Q


N2 + 3H2 2NH + Q


  1. təzyiqin; b) temperaturun dəyişməsi ilə bu reaksiya­la­rın tarazlığı hansı tərəfə yönələcəkdir?

Qruplardan cavab alındıqdan sonra qiymətləndirmə cədvə­lini lövhədən asır və qiymətləndirmə aparılır.

Meyar cədvəli


Meyarlar

Qruplar

Suallara ve­r­ilən ca­vab­la­rın düz­gün­lüyü

Qrupla­rın fəallığı

Qruplarda meh­ri­ban əməkdaşlıq

Əlavə materialdan istifadə

Analiz, sintez ümumiləşdirmə bacarığı

Nəticənin təq­dim edilməsi

I



















II



















III



















IV


















Ev tapşırığı: 52, 53-ü öyrənmək. Suallara cavab verin:

Silindrin birində azot, digərində oksigen, üçüncüdə isə karbon dioksid vardır. Bu qazları necə fərqləndirmək olar?
İstifadə edilmiş ədəbiyyat:


1. Abbasov V.M. və başqaları Ümumtəhsil məktəb­lə­­rinin IX sinfi üçün “Kimya” dərs­lik. Bakı. 2012.

2. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası”I his­sə. Ali məktəb­lər üçün dərslik. Bakı, Elm. 2012. 264 səh.



3. Tağıyev T.İ. “Kimyanın tədrisi metodikası”Ali məktəb­lər üçün dərslik. II hissə. Bakı, Elm. 2013. 216 səh.



Т.И.Тагиев

д.п.н., профессор кафедры химия

Гянджинского Государственного Университета
Применение интерактивных методов

в преподавании химии
АННОТАЦИЯ
В результате проведенных исследований установлено, что систематическое применение интерак­тив­ных методов на уроках химии способствует развитию таких сторон личности, как само­стоятельность, инициативность, способность творчески разбираться в различных вопросах.

T.I. Tagiev

The application of interactive methods in teaching of chemistry
ANNOTATION
It was determined systematic application of interactive methods of chemistry lessons contributes to the development such aspects as personality as self-reliance, initiative, ability of creatively to understand in the various issues in the result of conducted researches.
Açar sözlər: azot atomu, azotun oksidləri, interaktiv

Ключевые слова: атомарный азот, оксиды азота, интерактив.

Key words: atomic nitrogen, oxides of nitrogen, interactive.







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə