14. ÜÇfazali transformatorlarin dolaqlarinin birləŞMƏ qruplari



Yüklə 59,12 Kb.
tarix22.12.2023
ölçüsü59,12 Kb.
#154305
üçfazalı transformatorun dolaqlarınınüçbucaq birləşməsi


14. ÜÇFAZALI TRANSFORMATORLARIN DOLAQLARININ BIRLƏŞMƏ QRUPLARI
Üçfazalı transformatorun dolaqlarını ulduz və ya üçbucaq sxemi üzrə birləşdirmək üçün dolaqların başlanğıc və son uclarını bilmək lazımdır. Yüksək gərginlik dolaqlarının başlanğıc ucları A, B, C, bunlara uyğun son ucları X, Y, Z hərfləri ilə göstərilir. Alçaq gərginlik dolaqlarının ucları isə analoji olaraq a, b, c və x, y, z ilə işarə edilir. Üçfazalı trasformatorun dolaqları dörd sxem üzrə birləşdirilir: ulduz (λ), sıfır çıxışla ulduz (λ0), üçbucaq ( ), sıfır çıxışla ziqzaq (qarışıq).
Transformatorun dolaqlarının birləşmə qrupu kəsr ilə işarə edilir. Kəsrin surətində yüksək gərginlikli dolaqların, məxrəcin­də alçaq gərginlikli dolaqların birləşmə sxemləri göstərilir. Mə­sələn, l/D göstərir ki, yüksək gərginlikli dolaqlar l, alçaq gər­ginlikli dolaqlar D sxemi üzrə birləşdirilib. Ziqzaq birləş­mə­si ancaq xüsusi təyinatlı transformatorlarda (məs. düzləndi­ri­cilər üçün transformatorlarda) tətbiq edilir
Maqnit keçiricisinin eyni çubuğunda oturdulmuş yüksək və alçaq gərginlik dolaqlarında fazaca eyni olan e.h.q-ləri induksiyalanır. Yüksək və alçaq gərginlik tərəfdə eyni adlı sıxaclar arasında təsir edən xətti e.h.q-ləri ya fazaca eyni olur, ya da 30°-li bucaq misli qədər fərqlənir. Eyni adlı xətti e.h.q-ləri arasındakı faza fərqi bucağı transformatorun birləşmə qrupunu myəyyən edir. Bu bucağın qiymətini şərti olaraq hər vahidinə 30° uyğun gələn ədədlə göstərmək qəbul edilmişdir. Nəticədə ümumi halda 12 birləşmə qrupu mövcud ola bilər. Birləşmə qruplarının çox müxtəlif olması transformatorların istismarı üçün rahat deyil. Ona görə də, onlardan ancaq üçü standartlaşdırılmışdır:Y/Y0 – 12, Y/ , Y0/ .

Üçfazlı transformatorlar. Transformatorun dolaqlarının birləşmə qrupları

Üçfazalı dolağı ulduz birləşdirdikdə, onun üç son sərbəst saxlamaqla, ya da üç başlanğıc ucunu sərbəst saxlamaqla qalan üç son ucu bir ümumi neytral nöqtədə birləşdirirlər. (şəkil 5.0.)





Şəkil 5.0. Üçfazlı transformatorun ulduz birlışməsi və vektor dioqramı





Dolaqlar ulduz birləşdikdə xətt gərginliyi faz gərginliyindən dəfə böyük, xətt cərəyanı faz cərəyanına bərabər olur. Yəni,


Güc isə

olur. Burada, və arasındakı bucaq fərqidir.

Üçfazlı transformatorun dolaqlarının üçbucaq birləşməsi


Dolaqların üçbucaq birləşməsində sonrakı fazanın dolağının başlanğıcı əvvəlki dolağın sonuna birləşdirilir. Dolaqların aşağıdakı birləşmələri mümkündür.



Şəkil 5.1. Üçfazlı transformatorun “Δ” birləşmə sxemi və vektor dioqramı
Tutaq ki, iAX,iBYicz-A,B,C faza dolaqlarındakı cərəyanların ani qiymətləridir.
-A,B,Cdolaqlarının başlanğıcına birləşdirilmiş xətlərdəki cərəyanların ani qiymətləridir. Onda (b) şəklindəki sxem üçün



olar. Həmin cərəyanların vektor diaqramını quraq. Bu vektor diaqramı şəkil (V)-də verilmişdir. Biz görürük ki, xətt cərəyan vektoru faza cərəyanı vektorunu 30° bucaq qədər qabaqlayır, həm də



olar.


Transformatorun dolaqlarının birləşmə sxemləri və qruplar

Üçfazlı iki dolaqlı transformatorun DÜİST-ə görə qəbul edilmiş birləşmə qrupları aşağıdakılardır:



  1. Ulduz-neytralı çıxarılmış ulduz

  2. Ulduz-üçbucaq

  3. Neytralı çıxarılmış ulduz-üçbucaq

  4. Üçbucaq - neytralı çıxarılmış ulduz

Şəkil

a) -da YG-lik, b-də AG-lik dolaqlarının sxemləri, V-də və q-də YG və AG-lik dolaqlarının e.h.q.-nin vektor diaqramı, d-də birləşmənin şərti işarəsi verilmişdir.
Şəkil 5.2. Üç fazalı transformatorun dolaqlarının birləşmə sxemləri

Transformatorun dolaqlarının birləşmə sxemləri haqqında söhbət etdikdə onların yalnız birləşmə üsulu haqqında göstəriş kifayət deyildir. Bu zaman birinci və ikinci tərəf xətt gərginlikləri arasındakı α bucağı haqqında da göstəriş olmalıdır, α bucağı dolağın sarınma istiqamətindən və dolaq sıxaclarının işarə olunmasından asılıdır. Bu faktorları birfazlı transformatorda araşdıraq.


Şəkil 5.3 (a) qəbul edək ki. Hər iki dolaq bir istiqamətdə sarınmışdır. Onların yuxarı sıxacları dolaqların başlanğıcı kimi qəbul edilir və A, a ilə aşağı sıxacları isə dolaqların sonu qəbul edilir. X1x ilə işarə olu nur. Bu halda hər iki dolaqda yaranan e.h.q. üst-üstə düşür, ona görə də vektoru və vektoruüst-üstə düşür. Əgərbirinci və ikinci tərəf dolaqlar müxtəlif istiqamətlərdə sarınmış olsa, onda e.h.q. vektorları müxtəlif istiqamətlərə, məs. X-dən A-ya doğru, ikinci tərəf dolaqda isə a-dan x-a doğru yönələcəkdir. Onda U1 və U2 gərginlikləri də müxtəlif tərəflərə yönəlmiş və vektorları ilə təsvir olunacaqdır. Birinci halda vektoru vektoruna nəzərənα=0°, ikinci halda isə α=180° yerini dəyişir.
Yüklə 59,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə