Microsoft Word Sosial 2, 2011. doc



Yüklə 56,15 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü56,15 Kb.
#2799


 

121


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Sosial-siyasi elmlər seriyası  

 

2011 

 

 

 

 

UOT  316.3 

DİL VƏ MƏDƏNİYYƏTİN QARŞILIQLI ƏLAQƏSİ VƏ TƏSİRİ 

XÜSUSİYYƏTLƏRİ 

 

Ə.Y.QASIMOV 

Bakı Dövlət Universiteti 

eles@box.az 

 

Dil və mədəniyyət insanların birgə həyatının məhsulu, həm də tənzimləyici amili olaraq 

biri-birinə  təsir edir. Ümumilikdə, dil proseslərinin mədəniyyətə  və  mədəniyyət sahəsindəki 

nailiyyətlərin dilə  şüurlu və yaxud planlaşdırılmamış  təsiri sosial-fəlsəfi nöqteyi-nəzərdən 

əhəmiyyətli məsələlərdən biridir. Digər tərəfdən, dilin təfəkkür və davranışla  əlaqəsi, 

həmçinin  mədəniyyət elementləri və  mədəni mühitin insan təfəkkürünə  və onun sosial 

fəaliyyətinə  təsirinə olan maraq, dil və  mədəniyyət fenomenlərinin qarşılıqlı  təsir və müna-

sibəti mövzusunun aktuallığına səbəb olmuşdur. Buna görə də, təqdim edilən məqalədə dil və 

mədəniyyətin qarşılıqlı əlaqə və təsiri, həmçinin cəmiyyətin mədəni nailiyyətlər sayəsində dilə 

şüurlu təsiri elmi-nəzəri nöqteyi-nəzərdən araşdırılmışdır.  

 

Açar sözlər: dil, mədəniyyət, təfəkkür, intellektual fəaliyyət, sosial həyat 

  

Dil və  mədəniyyət iki sosial fenomen olaraq biri-biri ilə  sıx  əlaqə  və 



qarşılıqlı  təsir  şəraitində inkişaf edir. Yəni dilin dinamikliyi mədəniyyətin 

dinamikliyinin göstəricisi və  mədəniyyətin dinamikliyi dilin dinamikliyinin 

göstəricisidir. Dil və mədəniyyət arasındakı bu əlaqə və qarşılıqlı təsir tarixən 

bir çox alimləri və filosofları maraqlandırıb. Son yüzillikdə bu əlaqə və təsirin 

tədqiqi zəminində daha ciddi araşdırmaların və  nəzəri təhlillərin müşahidə 

edilməsi mövzunun nə dərəcədə aktual və əhəmiyyətli olduğunu göstərir. Bu 

iki fenomenin qarşılıqlı  əlaqə  və  təsiri müxtəlif alimlər tərəfindən fərqli 

rakurslardan təhlil və tədqiq edilib və hələ də elmi dairələrdə bu tip tədqiqatla-

ra göstərilən maraq azalmayıb.  

Ümumilikdə, “dil mədəniyyəti, yoxsa mədəniyyət dili şərtləndirir” sualı 

qeyd edilən tədqiqatın və  təhlillərin fundamental sualı olaraq hələ  də  qəti 

cavabını tapa bilməyib. Bu və digər buna oxşar suallar, həmçinin dil və mədə-

niyyətin qarşılıqlı  təsir formaları son dövrlərdə daha geniş kontekstdə ciddi 

müzakirələr və mübahisələrin obyekti olmuşdur.  

Bir çox funksiya və cəhətlərinə görə oxşar olan bu iki sosial fenomenin 

qarşılıqlı  təsirini izah etmədən öncə, qısaca olaraq dil və  mədəniyyətə dair 

təriflər, yanaşmalar və baxışlara  nəzər yetirmək olduqca vacibdir.   



 

122


Mədəniyyət insan vasitəsilə yaranan fenomendir. Başqa sözlə, mədəniy-

yət ikinci dünyadır. Mədəniyyət həm birgə  həyatın davamı  və inkişafının 

vasitəsi, həm də  nəticəsidir.  İnsanın həm fiziki, həm də zehni fəaliyyətinin 

nəticəsi olan  mədəniyyət, cəmiyyətin yaddaşıdır. Yəni cəmiyyət üzvləri 

mədəniyyətə müraciət etməklə müxtəlif fəaliyyət və davranış normalarını 

mənimsəyib, həyat təcrübəsinə çevirirlər. Bu sosial fenomenə dair verilən tərif 

və izahlar olduqca fərqli və  bəzən ziddiyyətlidir. Müxtəlif elm sahələrinin 

mütəxəssisləri fərqli yanaşmalara  əsasən mədəniyyəti izah və  tərif etməyə 

cəhd göstəriblər. Məhz elə buna görə  də,  əlaqədar  ədəbiyyatlarda yüzlərlə 

fərqli tərif və izahla rastlaşmaq olar. Bəzi dünya miqyaslı müəlliflər tədqiqat-

larında qeyd edərək göstərirlər ki, elə alimlər var ki, mədəniyyətin maddi 

cəhətlərinə daha çox əhəmiyyət verirlər, digərləri isə  mədəniyyətin qeyri-

maddi tərəflərinə toxunurlar. Edvard B. Teylor 1871-ci ildə  mədəniyyətin 

klassik tərifini verərək qeyd edirdi ki, “Mürəkkəb bir tam olan mədəniyyətə 

bilik, inam, incəsənət, mənəviyyat, qanun, ənənə və cəmiyyət üzvlərinin əldə 

etdikləri bütün bacarıq və  vərdişlər daxildir” [1, 197]. Raymon Viliam isə 

“Mədəniyyət və  cəmiyyət” adlı  əsərində (1963) “mədəniyyət bütün həyatın 

obrazıdır” deyir. Ümumilikdə “incəsənət, ədəbiyyat və həyat tərzini əhatə edən 

mədəniyyət cəmiyyətin, yaxud sosial qrupun mənəvi, maddi, intellektual və 

emosional baxımdan fərqləndirici xüsusiyyətlərinin məcmusudur” [1, 198].  

Fəlsəfi nöqteyi-nəzərdən mədəniyyət insan və onun fəaliyyəti ilə  vəh-

dətdədir. Yəni mədəniyyət insan fəaliyyətinin məhsulu olan müxtəlif maddi və 

mənəvi sərvətlərin məcmusu olaraq təhlil edilir. Burada insan fəaliyyəti 

dedikdə, həm onun fiziki və əmək fəaliyyəti, həm də zehni fəaliyyəti nəzərdə 

tutulur. Digər canlılardan (heyvanlardan) fərqli olaraq insan öz ətrafına öz 

istəkləri istiqamətində təsir göstərərək öz fərdi dünyasını özü formalaşdırır və 

yaratdığı bu mühitdə öz intellektual və kommunikativ qabiliyyətlərini yüksək 

səviyyədə inkişaf etdirir. Həmin inkişaf zəminində  mədəni təcrübələr 

yaşanılır, sınaqdan keçirilir və  mədəniyyətin bir hissəsinə çevrilir. Deməli, 

mədəni təcrübələr ilk öncə simvolik-təmsili səviyyədə  nəzərdən keçirilir və 

sonra həyat tərzinə çevrilir.  

Dil insanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq 

mədəni həyat üçün təməl zərurəti olan nəzəri fəaliyyət və sosiallaşmanın əsas 

şərti, dayağı  və vasitəsidir. Dil hər bir mədəniyyətin prioritet cəhətlərini  əks 

etdirir. Əslində dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi, 

qorunması  və qavranılması  məhz dilin sayəsində mümkün olur. Dil reallığın 

sadəcə  təsvirini yaratmır, o həm də reallığın özünü formalaşdırır. Dil düşün-

mək və insanın ətrafda olanları dərk etməsi üçün əsas vasitədir.  

Dil və mədəniyyət sahəsində geniş tədqiqatların və “Qafqazda dil və mə-

dəniyyət” kimi sanballı  əsərin müəllifi olan Kevin Tuite  Spir-Whorf fərziy-

yəsindən bəhs edərkən belə bir prinsipə diqqəti yönəldir ki, “hər bir insanın 

dilinin xüsusiyyətləri onun həyatının başqa aspektlərinə də təsir göstərə bilər 

və biz bu fakta diqqət yetirməliyik” [2, 47]. Kristin Coourdan isə Humboltun 



 

123


dil haqda düşüncələrindən danışarkən ona istinadən qeyd edir ki, “dil düşün-

cəni (thought) formalaşdıran orqandır... dil  və düşüncə ... biri-birindən ayrıl-

mazdır [2, 51].  

Spir-Whorf fərziyyəsinə əsasən mədəniyyəti, düşüncəni, insanların dün-

ya görüşünü formalaşdıran,  şərtləndirən, rəhbərliyi və kontrolu altında tutan 

məhz elə dilin quruluşudur. Çünki gerçəklər dünyasının qəbul edilməsində və  

ümumiyyətlə,  şüur sistemimizin yaranmasında dil bir süzgəc funksiyasını 

yerinə yetirir. Bu süzgəc müəyyən hadisələr və əlamətlərin görülməsini asan-

laşdırmaqla yanaşı həm də digərlərinin şərh və qəbul etməsinə mane olur. Bir 

az yumşaq formada desək, dilin quruluşu müəyyən qəbuletmə  qəliblərini və 

düşüncə yönümlərini asanlaşdırır digərlərini isə  çətinləşdirir. Müəyyən bir 

şeyin danışılmasını  və düşünülməsini daha mümkün edərək o birilərini daha 

da mümkünsüz edir. “Dil insanla ona təsir edən təbiətin arasındadır. Belə ki, 

insanın qavrayış  və  fəaliyyəti onun dil vasitəsilə  ətraf mühit haqqında təsəv-

vürlərindən ibarətdir” [3, 117]. Lakin bu məsələyə də  diqqət etmək lazımdır 

ki, dilin quruluşu düşüncə və davranışların determinant amili olmaqdan daha 

çox müəyyən variant və meylləri özü ilə gətirən amildir.  

Deməli, dil və mədəniyyət mövzusu həm də düşüncə tarixi ilə sıx  əla-

qədardır. Alman filosofu Wilhelm Von Humbolt (1767-1835) XIX əsrin 

əvvəllərində belə bir tezisi müdafiə edirdi ki, “bir birliyin dili ilə o birlikdə 

yaşayan fərd(lər)in zehni yönümləri arasında o dərəcədə yaxın bağlar var ki, 

bunlardan birinə dair məlumat  əldə etsəniz o biri ilə bağlı  məlumatları da 

tamamilə əldə etmiş olacaqsınız. Çünki dil və zehni fəaliyyət (intellectuality) 

birlikdə meydana gəlir və formalaşır. Cəmiyyəti dilində görər, dilində anlarıq. 

Bir cəmiyyətin dili o cəmiyyətin ruhu, ruhu isə dilidir. Bu dərəcədə eyni olan 

başqa bir şeyi düşünmək həqiqətən çətindir [4, 46]. Humbolt dil və  mədə-

niyyəti sadəcə qarşılıqlı  əlaqə  və  təsirdə olan iki fenomen kimi deyil, onları 

köklü bir eyniliyə malik olan iki sosial fenomen kimi təhlil edir. Əslində dil və 

mədəniyyət arasındakı  əlaqəni və  təsiri kimsə inkar etmir. Lakin bu əlaqə 

müdafiə olunmaqla yanaşı, eyni zamanda, mədəniyyətlərin dillər tərəfindən 

şərtlənib idarə olunduğu tezisi və təsirlənmənin tək istiqamətli olduğu iddiası 

mübahisələrə gətirib çıxarır. Edvard Sepir (1884-1939) dil, mədəniyyət və ic-

timai gerçəklik arasındakı  əlaqəyə  təkid edir. Onun fikrincə dil ictimai ger-

çəkliyi öyrənməkdə müraciət edəcəyimiz rəhbərdir. Çünki insanlar tam ob-

yektiv bir dünyada yaşamırlar.  İnsanlar üzv olduqları  cəmiyyətin ünsiyyət 

mühitini meydana gətirən müəyyən bir dilin təsiri və  nəzarəti altında hə-

yatlarını davam etdirir və öz  dünyalarını yaradırlar.  Ən pis hal odur ki, biz 

bəzən dilə sadəcə bir adi ünsiyyət və yaxud idrak vasitəsi kimi müraciət edirik. 

Ümumilikdə dil, idrak, təfəkkür, fəaliyyət-davranış, sosial həyat və mə-

dəniyyət arasında olduqca ciddi və inkaredilməz əlaqə mövcuddur. Məhz elə 

buna görə  də antropologiya, psixologiya, mədəniyyətşünaslıq, fəlsəfə, sosio-

logiya və linqvistikanın bir-birini əvəz edən cərəyanları və məktəbləri, demək 

olar ki, hamısı dil, mədəniyyət və cəmiyyət əlaqələrinə münasibət bildirmişlər. 



 

124


Mədəniyyətin inkişafı  və mürəkkəbləşməsi ilə dilin inkişafı  və mürəkkəb-

ləşməsi arasında düz mütənasiblik mövcuddur. Yəni mədəniyyətin dinamik-

liyi, funksionallığı və həmçinin mədəni elementlərin arasındakı münasibətlərin 

mürəkkəbləşməsi həmişə dilin dinamikliyi və mürəkkəbliyi ilə paralel olub. 

Həmçinin dilin dinamikliyi və inkişafı mədəni dinamiklik və inkişafla paralel 

olub (bunun əksini də söyləmək olar, yəni bunlardan birinin passivliyyi di-

gərinin passivliyindən xəbər verir). Buradan belə bir nəticə də çıxarmaq olar 

ki, dilin mədəniyyətə və cəmiyyətə təsiri ilə yanaşı bəzən cəmiyyət də dil və 

onun inkişafına  şüurlu olaraq təsir edir. Əlbəttə, bu arada mədəniyyətin 

inkişafı  və  cəmiyyətin nailiyyətləri onun şüurlu təsirinə daha çox imkan 

yaratmış olur. Mədəniyyətin və  cəmiyyətin inkişafı  nəticəsində yazının mey-

dana gəlməsi insanların dilə  şüurlu təsir imkanlarını genişləndirdi. Bu təsir 

“müxtəlif səviyyələrdə və müxtəlif şəkillərdə təzahür edir:  

1.

 



Cəmiyyət dilin inkişaf etməsi və ya tədricən işləkdən qalmasına imkan 

yarada bilər. 

2.

 

Cəmiyyət elə bir şərait yarada bilər ki, bu, tədricən dilin ölümünə  gətirə 



bilər və ya dilin fəaliyyət göstərməsi və inkişafını təmin edə bilər. 

3.

 



Cəmiyyət yazı yaratmaq yolu ilə, dilin orta və ali məktəblərdə  tədrisi, 

müxtəlif cinsdən olan ədəbiyyat nəşri, radio və televiziya verilişlərinin o 

dildə aparılması yolu ilə dilin sosial funksiyalarını genişləndirmək imkanı-

na malikdir.  

4.

 

Cəmiyyət dilin əsas quruluşunu, morfoloji, sintaktik, leksik-semantik və 



üslubi sistemlərini təkmilləşdirmək və normallaşdırmaq üçün istənilən 

məqsədyönlü hərəkətləri həyata keçirməyə qabildir.   

5.

 

Cəmiyyətin dillərin qarşılıqlı  əlaqələri proseslərini tənzimləmək, xüsusən 



xarici dillərdən alınmaları istiqamətləndirmək hüququ vardır. 

6.

 



Dildəki spontan dəyişikliklər də məlum dərəcədə, cəmiyyətin şüurlu təsiri-

nə yol verir” [5, 346]. 

Mədəniyyətlərarası əlaqə və mədəni zəmində baş verən inkişaf (maddi-

texniki və mənəvi sahədə) və mədəni mübadilə də dilin inkişafına, onun lüğət 

bazasının zənginləşməsinə və onun fəaliyyət səviyyəsindəki müxtəlif dəyişik-

liklərə səbəb olur. Məsələn, mədəniyyətlərarası əlaqə və mübadilə nəticəsində 

dillərin lüğət tərkibi dəyişir. “Dillərin lüğət tərkibinin dəyişilməsi ilə müşayiət 

olunan inkişafın təsirini purizm hadisələrində də görmək olar. Məlum olduğu 

üzrə, purizm alınma sözlərdən təmizləmə hadisəsinə deyilir” [6, 105]. Təbii 

olaraq həmin təmizləmə prosesi təmizlənən dildə yeni terminlərin, lüğətlərin 

yaradılması  və alınma sözlərlə  dəyişilməsi və  nəticədə dilin lüğət bazasının 

zənginləşməsi ilə sona çatır.  

Dilin insan təfəkkürünə, onun gerçək dünyasının formalaşmasına, mədə-

niyyətə  təsirini və  həmçinin mədəniyyətin, insan fəaliyyətinin və  mədəni 

münasibətlərin dilə təsirinə dair deyilənləri nəzərə alaraq belə bir sual ortaya 

çıxır ki; əgər biz “dil reallığın sadəcə  təsvirini yaratmır, o həm də reallığın 

özünü formalaşdırır, həmçinin dil düşünmək və insanın  ətrafda olanları  dərk 



 

125


etməsi üçün əsas vasitədir” tezislərini qəbul etsək, o zaman iki fərqli dildə 

danışan insanlar və yaxud digər bir dilin ciddi nüfuzuna məruz  qalan cəmiy-

yətin üzvləri hansı dildə düşünürlər, onlar dünyanı öz dilləri, yoxsa nüfuzuna 

məruz qaldıqları dilin vasitəsilə qavrayırlar? Bu suala cavab vermək olduqca 

çətin və eyni zamanda maraqlıdır.  

Bu sahədə müxtəlif fikirlər söylənilmiş və alimlər müxtəlif rakurslardan 

bu problemə yanaşıblar. Məsələn, Gustav  Le Bon sivilizasiyanın (mədəniyyə-

tin) inkişaf formalarından bəhs edərək onun mədəni zəmində və dil sahəsində 

könüllü və məcburi mübadilələrin, təsirə məruz qalan tərəfin üzərində effektini 

izah edərkən yuxarıda qeyd edilən sualları da qismən cavablandırmışdır. Onun 

fikrincə, tarixən müxtəlif xalqların  ən yüksək inkişaf etdikləri sahələri təhlil 

etdikdə görürük ki, sivilizasiyanın müxtəlif elementlərinin inkişafında parale-

lizm  əsas  şərt deyil və  bəzən heç yoxdur (məsələn, yunanlarda ədəbiyyat, 

romalılarda hərbi quruluş  və hüquq, finikiyalılarda ticarət digər elementlərə 

nisbətən daha çox inkişaf etmişdir).  

Paralelizmin olmaması, xalqların sosial inkişafı, mədəni mübadilələr, 

savaşlar və istilalarla əlaqədar olaraq “xalqlar öz sivilizasiyasının elementlərini 

dəyişir, yeni din, dil, təsisatlar qəbul edirlər... bütün bu zahiri dəyişiklikləri 

yaxından öyrənəndə, dərhal görürsən ki, bu sözlərin arxasındakı  mətləblər 

yaşayır və  dəyişikliyə çox yavaş  uğrayır... hətta yazı sayəsində dil möhkəm-

lənəndə də, o bir xalqdan başqasına keçirsə, mütləq dəyişir” [7, 84-90]. 

Deməli, insanlar sonradan qəbul etdikləri sözləri öz düşüncə  tərzi və 

şüuru sistemi daxilində yenidən təfsir edir və onu olduğundan fərqli  şəkildə 

qəbul edirlər. Yəni baxmayaraq ki alınma sözün zahiri quruluşu qorunur, onun 

daxili dünyası (ifadə etdiyi anlam, yaratdığı effekt və yaşatdığı hisslər) qəbul 

edənin intellekt bazası, düşüncə  tərzi və  məqsədindən asılı olaraq dəyişir. 

Gustav Le Bonun bu fikri hər bir sözün kollektiv səviyyədə “özünəməxsus 

yenidən təfsiri” kimi (kollektivin hermenevtik davranışı kimi) anlaşılır.  

Yuxarıda qeyd edilənlərə baxmayaraq dilin nüfuzu və ikidillik problemi 

hələ də bir çox alimlərin maraqlandığı, tədqiq etdiyi mövzulardan biridir və bu 

problemlə bağlı qəti bir nəzər söyləmək çox çətindir.  

Ümumilikdə belə bir nəticəyə gəlmək olar ki, dil və mədəniyyətin təsiri 

qarşılıqlıdır və buna görə də, dilin mədəniyyəti, yaxud mədəniyyətin dili şərt-

ləndirdiyini söyləmək olmaz. Bu həm də  cəmiyyətin sosial və texnoloji cə-

hətdən inkişafı nəticəsində dilə təsir imkanları ilə əlaqədardır. Yəni mədəniy-

yətin məhsulları dilə təsir imkanlarını genişləndirib. Dil, mədəniyyət, təfəkkür, 

davranış və sosial fəaliyyətin bir-biri ilə ciddi əlaqəsi və bunlar arasındakı təsir 

üsulları  həmişə sosial fəlsəfənin aktual mövzularından biri olub və olacaq. 

Çünki cəmiyyətin inkişafı qeyd edilən münasibət və təsir üsullarını və nəticə-

lərini daima dəyişdirir. Həmin dəyişiklik isə yeni tədqiqatların aparılmasına 

zərurət yaratmış olur. 

 



 

126


ƏDƏBİYYAT 

1.

 



İb Bondebjerg and Peter Madsen, Media, Democracy and Europan Culture, Briston, 2008, 

İntellect, p. 362.    

2.

 

Christine Jourdan and Kevin Tuite, Language, Culture and Society, Cambridge, 2006, 



Cambridge University Press, p. 310. 

3.

 



Afaq Rüstəmova. Sosiolinqvistikanın fəlsəfi problemləri. Bakı: Adiloğlu, 2005, 200 s. 

4.

 



Wilhelm Von Humboldt, On language: the diversity of human language – structure and its 

influence on the mental development of mankind, Translated by Peter Heath, Cambridge, 

1988, Cambridge University Press, p. 296.   

5.

 



Əbülfəz Rəcəbli. Sosiolinqvistika, Bakı: Nurlan, 2004, 520 s. 

6.

 



Ağamusa Axundov. Ümumi dilçilik – dilçiliyin tarixi, nəzəriyyələri və metodları. Bakı: 

Şərq-Qərb, 2006, 280 s. 

7.

 

Gustav Le Bon, Kütlə psixologiyası, Tərcümə; Qardaşxan  Əzizxanlı. Bakı: Zəkioğlu, 



2006, 327 s. 

 

ОСОБЕННОСТИ ВЗАИМОДЕЙСТВИЯ И ВЗАИМОВЛИЯНИЯ  



ЯЗЫКА И КУЛЬТУРЫ  

 

Э.Ю.КАСЫМОВ 

 

РЕЗЮМЕ 

 

Язык и культура являются плодом совместной деятельности людей и регулирую-

щим фактором в системе общественных отношений. Проблема взаимодействия языка и 

культуры  с  социально-философской  с  точки  зрения  является  одним  из  важнейших 

направлений  функционирования  общества.  С  другой  стороны,  взаимосвязь  языка  с 

мышлением  и  поведением,  влияние  элементов  культуры  и  культурной  среды  на 

человеческое  мышление  и  социальную  деятельность  человека  также  стали  объектом 

научных интересов для исследования феномена взаимосвязи языка и культуры. Именно 

поэтому  в  представленной  статье  исследованы  взаимосвязь  и  взаимовлияние  языка  и 

культуры, научно-теоретические основы осознанного влияния культурных достижений 

общества на языковые процессы.   

 

Ключевые  слова:  язык,  культура,  мышление,  интеллектуальная  деятельность, 

социальная жизнь.  

 

FEATURES OF INTERACTION AND  

İNTERFERENCE OF CULTURE AND LANGUAGE 

 

E.G.GASİMOV 

 

SUMMARY

 

 

Language and culture are fruits of joint activity of people and regulating factors in the 



system of public relations. The problem of interaction of language and culture from socio-

philosophical point of view is one of the major directions of functioning of a society. On the 

other hand, the interrelation of language with thinking and behavior, the influence of the 

elements of culture and the cultural environment on human thinking and social activity are 

also the objects of scientific interests and the research of the phenomenon of interrelation of 

language and culture. For this reason, the presented article investigates the interrelation and 

interference of language and culture and scientific-theoretical bases of the influence of cultural 

achievements of a society on language processes.  



 

 

Key words: language, culture, thinking, intellectual activity, social life. 

Yüklə 56,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə