Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   2   3   4   5   6   7   8   9   10   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

 
Sual 9 – cavab 
Söz sətirdən – sətrə necə kecirilir? 
Sözlər sətirdən-sətrə hecalara bölünməklə keçirilir. Ancaq sözün hər bir hecasını 
sətirdən-sətrə keçirmək olmaz:
1. Sözün əvvəlində və sonunda qalmış tək saiti sətrin sonunda saxlamaq və ya sətrin 
əvvəlinə keçirmək olmaz. 
Məs.: 
A-na, i-lan, tə-bi-i.
2.
 
Əgər sözün əvvəlində iki sait yanaşı gələrsə, onu sətirdən-sətrə bu cür keçirmək 
lazımdır: ai-lə-li, ae-ro-port
3.Birhecalı sözlər sətirdən-sətrə keçirilmir: kənd, tort, akt və s.
4.Sözdə sait və samit səslər bir-birinin ardınca sadalanarsa, hər bir heca samit səslə 
başlayar: mü-na-si-bət, ka-sa-la-rı və s. 
5. Rəqəmlə verilən ixtisarlar, əlamətlər və sıra bildirən şəkilçi rəqəmdən ayrı 
sətirdən-sətrə keçirilmir: 150 sm, 2008-ci il, 78 %, 3 sot və s.
6.Mürəkkəb adların ixtisarları da sətirdən-sətrə keçirilmir: ABU, BMT.
7.Mürəkkəb sözlərin tərkib hissələri ayrı-ayrılıqda hecalara bölünür.Tərkib sözlərin 
səsləri birləşib bir heca yarada bilmir. 
Keçirmək olmaz: 
ya-rı-ma-da , mün-as-ib-ət, xey-
ir-xah-lıq. 
Keçirmək olar:
' ya-rım-a-da , mü-na-si-bət, xe-yir-xah-lıq.
8.Sözün daxilində qoşa samit varsa, hecalara bölünərkən samitlərin hərəsi bir hecada 
qalır: ad-dım, sək-kiz və s. 
 
Sual 10 – cavab 
Heca və vurğu haqqında məlumat yazın. 



Tələffuz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. 
Sözlər 
bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona 
görə də sözdə neçə sait hərf varsa, bir o qədər heca olur. Məs.: ot, a-ta, mək-təb-li, 
mə-ət-təl və s. Hər hansı hecada iki sait işlənə bilmədiyi kimi, bir hecada iki samit 
də yanaşı işlənə bilməz. Lakin bu qayda bir sıra alınma sözlərdə pozulur. Məs: 
dram, trak-tor, me-lo-dram, te-le-qraf, ki-lo-qram və s. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə