Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
  1   2   3   4   5   6   7   8   9   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1




AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ 
 KOLLOKVİUM SUALLARININ CAVABLARI 
Mövzu 1
Sual 1. Dil nədir və onun vəzifələri nədən ibarətdir? 
Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-biri ilə 
ünsiyyət saxlamaq zərurətindən meydana çıxmışdır.Deməli, 
dil insanlar arasında 
ünsiyyət vasitəsidir
. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə ─ insan 
cə-miyyətində yaranır və fəaliyyət göstərir. Dilin varlığı üçün bəşər cəmiyyətinin 
ol-ması vacib şərtdir. 
İnsan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. 
Buna görə də dil ictimai hadisə sayılır.
Dil ancaq insana məxsusdur və təfəkkürlə bağlıdır. Dilin yaranmasında insan 
orqanizminin şaquli vəziyyətdə olması da mühüm rol oynamışdır. 
Dilin irsi və irqi cəhətlərlə bağlılığı yoxdur. Belə ki, bir zənci balası körpəlik 
çağından valideynlərindən ayrı düşərək, məsələn, bir azərbaycanlı ailəsində böyü-
yərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.
Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli 
şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir. 
Dilin üç vəzifəsi vardır: 
1. Dil cəmiyyətdə ünsiyyət vasitəsidir. 
2. Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir. 
3. Dil fikri ifadə edir. 
Sual 2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm 
necə adlanır və onun hansı sahələri vardır? 
 
Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm dilçilik 
elmi adlanır.
Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. 
Dilçiliyin fonetika, leksikologiya (frazeologiya da bura daxildir), morfologiya və 
sintaksis kimi bölmələrdən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi 
sahələri də vardır. Fonetikada danışıq səsləri, ahəng qanunu, heca və vurğu, fonetik 
hadisələr, leksikologiyada dilin lüğət tərkibi, sözlərin mahiyyəti, onların forma və 
məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi, eləcə də 
frazeoloji birləşmələr öyrənilirsə, morfologiyanın predmeti sözün tərkibi, nitq 
hissələri və onların dəyişmə qaydalarıdır, sintaksisdə isə söz birləşmələri və 
cümlələr tədqiq edilir. 
Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimo-
logiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki 
şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu 
halda etimologiya elminə üz tutmaq lazım gəlir. Ya elmi əsaslara söykənən elmi 
etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının, başqa 
sözlə, yalançı etimologiyanın imkanlarından istifadə edilir. Sözün kökünü üzə 
çıxarmaq, onun başqa sözlərlə bağlılığını öyrənmək üçün aparılan dilçilik 
araşdırmalarına etimoloji təhlil deyilir. 



Lüğətçilik (leksikoqrafiya) dilçiliyin praktiki sahəsi olub, lüğətlərin tərtibi, 
yaranma qaydalarını öyrənir. Lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssis lüğət-
çi ─ leksikoqraf adlanır. Lüğətlərin bir neçə növü var: izahli lüğətlər, tərcümə lü-
ğətləri və terminoloji lüğətlər. 
Dialektologiya dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Bir çox şivələ-
rimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş
lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf
mərhələlərini öyrənmək üçün çox əhəmiyyətlidir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə