Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Kərə-əridilmiş yağ, şit yağ, Maya



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Kərə-əridilmiş yağ, şit yağ, Maya 
- I.Qıcqırma 
əmələ gətirən maddə, rüşeym, döl, müəyyən bir şeyə qoyulan pul, II.Dişi dəvə. 
Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur
. Məs.: 
Dəryaz 
sözünün 
ot çalmaq üçün uzun saplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim 
olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır. 
Əsas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. 
Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. 
İzahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafıya lüğətində onlarm düzgün yazılış 
qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. 
Lüğətlərin növləri çoxdur: orfoqrafiya, orfoepiya, leksika, termin lüğətləri və s. 
Bunların hamısında sözlər əlifba sırası ilə düzülür. 
> Bütün sözlərin leksik mənası olmur. 
> Sözün leksik mənası onun məzmununu əks etdirir. 
>
Sözün qrammatik mənası sözlərin hansı nitq hissələrinə aid olması və həmin nitq 
hissəsinə xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir. 
Bütün sözlərin və hətta şəkilçilərin qrammatik mənası olur 
Sual 12- cavab
Sözün həqiqi və məcazi mənası nədir? 
Dəmir qapı 
birləşməsində 
dəmir 
sözü qapının materialının dəmirdən olduğunu ifadə 
edir. 
Dəmir yumruq 
birləşməsində isə 
dəmir 
sözü 
«möhkəm», «güclü» 
mənalarını 
bildirir. Gördüyümüz kimi, dəmir metaldır, qapı dəmirdən hazırlanır, yumruğun isə 
metalla heç bir əlaqəsi yoxdur. Deməli, ilk baxışda dəmir sözünün göstərilən mənaları 
bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı 
olduğu üçün, söz birləşməsində dəmir sözü məhz bu mənada, yəni möhkəm, dözümlü, 
davamlı mənalarında işlədilir. Demək, 
dəmir 
sözünün həqiqi mənası ilə yanaşı, məcazi 
mənası da var. 
Sözlər tarixi inkişaf prosesində bəzən həqiqi mənasından başqa, yeni törəmə məna da 
ifadə edir. Sözün həqiqi mənasına 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə