Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 5,01 Kb.

səhifə1/91
tarix20.08.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   91


- 2 - 
 
 
 


- 3 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
PEDAQOGİKA 
MEHRİBAN CƏFƏROVA 
Naxçıvan Dövlət Universiteti 
ceferova.m@box.az 
UOT: 372.8:78 
MUSİQİ MƏŞĞƏLƏLƏRİNDƏ MUĞAMLARIN ÖYRƏDİLMƏSİ  
ZAMANI MƏKTƏBLİLƏRƏ MƏNƏVİ KEYFİYYƏTLƏRİN  
AŞILANMASI İŞİNİN PSİXOLOJİ ƏSASLARI 
 
Açar sözlər: musiqi dərslərində muğamların tədrisi, muğamların mənəvi keyfiyyətlər aşılanması, 
muğamların öyrədilməsinin psixoloji əsasları, muğam qabiliyyətləri, istedadlı ifaçı, talantlı ifaçı 
Key  words:  teaching  mugams  in  music  classes;  agitation  of  moral  qualities  in  mugams; 
psycological bases in teaching mugams; mugam; capabilities; gifted performer, talanted performer 
Ключевые слова: обучение мугамам на уроках музыки, выявление духовных качеств 
во  время    обучения  мугамам,  психологическая  основа  в  обучении  мугамов,  склонность  к 
мугаму, способный исполнитель, талантливый исполнитель 
Azərbaycan  Dövlətinin  və  Heydər  Əliyev  Fondunun  köməkliyi  və  qayğısı  sayəsində 
unudulmaqda olan muğam sənətinə böyük önəm verildi. Bu qayğıya cavab olaraq ölkəmizin bütün 
mədəniyyət-incəsənət  və  təlim-tərbiyə  müəssisələrində  yetişən  nəslin  nümayəndələrinin 
muğamlarla tanış edilməsinə xüsusi diqqət yetirilir. 
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində olduğu kimi Naxçıvan MR-in təlim-
tərbiyə  müəssisələrində  də  muğam  ifaçılığı  sahəsində  ciddi  işlər  görülür.  Unutmaq  olmaz  ki, 
Azərbaycan  muğamları  məktəblilərin  bədii  zövqlərilə  yanaşı  onların  mənəvi  keyfiyyətlərinin  də 
formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.  
Bu  baxımdan  musiqi  məşğələlərində  musiqi  müəllimi  muğamların  bədii  zövq  oxşayan 
tərəflərilə yanaşı onların mənəvi tərbiyə baxımından imkanları üzərində iş aparmalıdır. Müəllim elə 
etməlidir  ki,  həmin  muğam  qabiliyyəti  olan  uşaqlar  əvvəlcə  muğam  ladlarının  xüsusiyyətlərini, 
muğam  ifaçılığının  sirlərini,  muğamın  söz  tərəfinin  düzgün  tələffüzünü,  ən  ümdəsi  isə  muğamın 
tərbiyəvi  cəhətləri  ilə  bağlı  bəzi  nüansları  mütəmadi  olaraq  qavraya  bilsinlər.  Məlum  olduğu  kimi 
V-IX    sinif  şagirdləri  içərisində  musiqi  məktəblərinin  muğam  şöbəsində  oxuyanlar  olur.  Belə 
şagirdləri sinifdəki digər şagirdlərə təhkim etmək lazımdır. Psixoloqlar sübut etmişlər ki, hər hansı 
fəaliyyətdə  qabiliyyətin  olması  vacibdir.  Ona  görə  ki,  nümunəvi  fəaliyyətdə  bilik,  bacarıq  və 
vərdişlər sistemi yaranır ki, bu sistem qabiliyyətlərin inkişafını təmin edir. 
Psixologiya  elmi  qabiliyyətlər  ilə  fəaliyyətin  mühüm  komponentləri  olan  bilik,  bacarıq  və 
vərdişlərin  eyniyyətini  inkar  etməklə  yanaşı,  onların  vəhdətini  də  xüsusi  olaraq  göstərir. 
Qabiliyyətlər  yalnız  fəaliyyətdə,  özü  də  həmin  qabiliyyətlər  olmadan  icrası  qeyri-mümkün  olan 
fəaliyyətdə  aşkar  olunur.  Əgər  bir  şəxsə  muğam  öyrətmək  üçün  cəhd  göstərilməmişsə,  əgər  o, 
muğam  fəaliyyəti üçün zəruri olan heç bir vərdiş əldə  etməmişdirsə, onun musiqi qabiliyyətindən 
danışmaq  yersiz  olar.  Yalnız  xüsusi  musiqi  təlimi  prosesində  insanda  musiqi  qabiliyyətinin  olub-
olmadığını aşkara çıxarmaq mümkündür. Bu da özünü iş üsullarının, lad-məqam elementlərinin nə 
dərəcədə və asanlıqla mənimsənilməsində büruzə verir (1, səh. 460). 
Deməli sinifdə muğama meyl edən şagirdlərlə fərdi yanaşma yolu ilə iş aparmaq mümkündür. Bu 
zaman muğam qabiliyyəti olan səriştəli şagirdlərin köməyilə digər şagirdlərdə də muğama olan marağın 
artmasına şərait yaratmaq olar. Psixoloqların rəyinə görə pedaqoji prosesdə fərdi fərqlərin üzə çıxarılması 
sinfin  səviyyəsini  müəyyənləşdirməyə  kömək  edir.  Muğam  qabiliyyəti  olanların  digərlərindən 
fərqləndirilməsi onların digərlərinə təhkim edilməsi bütün şagirdlərin muğama olan marağını artırmış olur. 
Muğam ifaçılığında da fərdi-psixoloji fərqlər özünü büruzə verir. Fərdi fərqlər psixi proseslər, psixi hallar 


- 4 - 
və  psixi  xassələr  baxımndan  insanların  bir-birilərindən  fərqləndirilməsidir.  Fərdi  fərqlər  anadangəlmə, 
beyin, sinir sisteminin xüssuiyyətləri ilə bağlı olsa da, həyatı boyu, fəaliyyət və ünsiyyət, təlim-tərbiyənin 
təsiri  altında,  insanın  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsi  prosesində  yaranır  və  inkişaf  edir.  Fərdi  fərqlərin 
öyrənilməsi differensial psixologiyanın predmetidir (3, səh. 230). 
Deməli  şagirdlərin  sinif  mühitində,  yəni  uşaqların  qrup  halında  musiqi,  nəğmə,  melodiya 
öyrəndikləri  ictimai  mühitdə  onların  qarşılıqlı  əlaqələri  prosesində  mənəvi  cəhətdən 
zənginləşmələrinə  xüsusi  şərait  yaranmış  olur.  Bütün  bunlar  deməyə  əsas  verir  ki,  muğam 
qabiliyyətləri hər hansı bir fəaliyyətin müvəffəqiyyətli icrası zamanı muğama dair bilik-bacarıqların 
və mənəvi keyfiyyətlərin üzə çıxarılmasına şərait yaratmış olur. 
Beləliklə,  qabiliyyətlər  şəxsiyyətin  fərdi-psixoloji  xüsusiyyətləri  olub,  müəyyən  fəaliyyətin 
müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə 
yiyələnmə  dinamikasındakı  fərqləri  meydana  çıxarır.  Əgər  şəxsiyyətə  xas  olan  keyfiyyətlərin  müəyyən 
məcmuyu  mənimsənilən  fəaliyyətin  tələblərinə  cavab  verirsə  və  həmin  fəaliyyəti  şəxsiyyət  pedaqoji 
cəhətdən  əsaslandırılmış  müddət  ərzində  mənimsəyirsə,  onda  bu,  həmin  adamda  mövcud  fəaliyyətə 
qabiliyyətin olması barədə fikir söyləməyə əsas verir. Əgər başqa bir adam eyni şəraitdə fəaliyyətin onun 
qarşısına  qoyduğu  tələblərin  öhdəsindən  gələ  bilmirsə,  bu,  bizə  onda  müvafiq  psixoloji  keyfiyyətlərin, 
başqa sözlə, qabiliyyətin olmamasını güman etməyə əsas verir (1, səh. 461). 
Təcrübə  və  müşahidələr  göstərir  ki,  orta  ümumtəhsil  məktəblərində  uşaqların  muğam 
qabiliyyətlərinin  üzə  çıxarılmasına  ibtidai  sinifdən  başlamaq  lazım  olsa  da,  muğamların  dərindən 
öyrədilməsinə  V  sinifdən  başlamaq,  VI-VIII  siniflərdə  muğamlara,  onların  mənəvi  keyfiyyətlər 
aşılayan  tərəflərinə  bələdliyi  artırmaq  lazımdır.  Bunun  üçün  uşaqlarda  ümumi  və  xüsusi 
qabiliyyətlərin üzə çıxarılmasına nail olmaq gərəkdir. 
Ümumi  və  xüsusi  qabiliyyətlər  deyəndə  nə  başa  düşülür?  Müxtəlif  qabiliyyətlərin  konkret 
psixoloji  xüsusiyyətlərini  öyrənərək  biz  bir  yox,  bir  neçə  fəaliyyətin  tələblərinə  cavab  verən  daha 
ümumi  keyfiyyətləri  və  yalnız  bir  fəaliyyətin  məhdud  tələblərinə  cavab  verən  xüsusi  keyfiyyətləri 
ayıra  bilərik.  Bəzi  fərdlərin  qabiliyyətinin  quruluşunda  bu  ümumi  keyfiyyətlər  çox  qabarıq  şəkildə 
təzahür  edə  bilər  ki,  bu  da  insanlarda  hərtərəfli  qabiliyyətin,  müxtəlif  fəaliyyət,  ixtisas  və 
məşğuliyyətlərə  ümumi  qabiliyyətin  olması  haqda  danışmağa  imkan  verir.  Yalnız  zehni  istedad 
testlərinin tətbiqi nəticəsində aşkara çıxarılan ... bu ümumi qabiliyyət və ya keyfiyyətlər ümumiyyətlə 
istedadlılıq kimi xüsusi qabiliyyət və keyfiyyətlərə qarşı qoyulmamalıdır (1, səh. 468). 
Sadəcə olaraq musiqi məşğələlərində, yaxud bədii yaradıcılıq dərnəklərində, eləcə də maraq 
kurslarında V-VIII sinif şagirdlərinin musiqi qabiliyyətlərini yoxladıqdan sonra onların muğamlara 
olan maraq və  meyllərinin  səviyyəsini düzgün müəyyənləşdirmək olar. Məhz belə  bir təqdirdə  bir 
sıra qabiliyyətli şagirdlərdəki talantı üzə çıxarmaq mümkündür. Bu zaman musiqi müəllimi talantın 
ictimai-tarixi təbiəti barədə nəzəri məlumatlara malik olmalıdır. 
Talantın  ictimai-tarixi  təbiəti  deyəndə  nə  başa  düşülür?  Qabiliyyətin  ən  yüksək  mərhələsi 
talant  adlanır.  Talant  insana  hər  hansı  mürəkkəb  əmək  fəaliyyətini  müstəqil,  müvəffəqiyyətlə  və 
orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər kompleksidir. 
Talant da qabiliyyətlər kimi yalnız yaradıcılıqda böyük müvəffəqiyyət və yüksək ustalıq əldə 
etmək  üçün  imkandır.  Yaradıcılıq  nailiyyətləri  isə  son  nəticədə  insanların  varlığının  ictimai-tarixi 
şəraitindən asılıdır. Əgər cəmiyyət talantlı (istedadlı) adamlara ehtiyac hiss edirsə və onların inkişafı 
üçün şərait yaranmışsa, o zaman belə adamların meydana çıxması da mümkün olur (1, səh. 470). 
Ona görə də şagirdləri muğam ifaçılığı ilə əlaqədar olan bədii yaradıcılıq dərnəklərinə və ya 
maraq  kurslarına  cəlb  edərkən  məqsədyönlü,  planlı  və  mütəşəkkil iş  aparmaq  lazımdır.  Belə  olan 
təqdirdə muğam qabiliyyəti və muğam ifaçılığı sahəsində talantı olan şagirdlərin üzə çıxarılmasına 
şərait  yaranacaqdır.  Çünki  məhz  planlı  və  məqsədyönlü  iş  sahəsində  muğam  qabiliyyəti  olan 
uşaqlarda talantın oyanması hadisəsi baş verəcəkdir. 
Talantın oyanması ictimai cəhətdən şərtlənmiş olur. Özünün tam dəyərli inkişafı üçün hansı 
istedadın  daha  əlverişli  şərait  əldə  etməsi  dövrün  tələbatından  və  dövlət  qarşısında  duran  konkret 
məsələlərin xüsusiyyətlərindən asılıdır (1, səh. 471). 
Məsələn,  Heydər  Əliyev  Fondunun  rəhbəri  YUNESKO-nun  və  İSESKO-nun  xoşməralı 
səfiri  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  təşkil  olunan  televiziya  muğam  müsabiqələrinin 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə