Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   2   3   4   5   6   7   8   9   ...   91

- 9 - 
buna  baxmayaraq  uşaqlar  yaxşı  böyüyürlər,  çünki  burada  həm  dostluq,  həm  də  sevinc  var,  -  ən 
başlıcası isə kollektiv var. 
 Beləliklə, bu qənaətə gəlmək olar ki, ailədə neçə uşağın olması onun tərbiyə işinin təşkilinə 
təsir  edir.  İstər  tək  övladı,  istərsə  də  bir  neçə  övlad  böyüdüb  yetişdirərkən  onlara  əxlaq  normaları 
çərçivəsində  tərbiyə  verilir.  Bu  əxlaq  normaları  ilə  yanaşı  həmçinin  hüquqi  norma  və  tələblərə 
riayət  edilməli,  tərbiyə  işində  uşağın  ləyaqətinə  toxunulmamalıdır.  Ailədə  tərbiyə  işini  həyata 
keçirən  valideynlər  mütləq  bu  məsələlərə  də  diqqət  yetirməlidirlər.  Hüquqi  sənədlərdə  uşaq 
hüquqları  xüsusi  yer  tutur.  “Uşaq  hüquqları  haqqında”  BMT  Konvensiyasında  uşaq  hüquqları 
aşağıdakı kimi müəyyən edilmişdir:  
 -  dövlət,  inzibati,  məhkəmə  və  xüsusi  təşkilatlar  uşaqların  müdafiəsi  və  maraqlarını  əsas 
tutur; 
 -  mənşəyi,  irqi,  milliyyəti,  fəaliyyət  növü  və  valideynlərinin  əqidəsindən  asılı  olmayaraq 
uşaqların bərabərliyi təmin edilir
 -  uşaqların  müxtəlif  zorakılıqdan,  təhqir  və  istismardan,  mənəvi  və  cinsi  təzyiqlərdən 
müdafiəsi təmin edilir
 -  təhsilə,  tibbi  xidmətə,  əməyə,  peşə  hazırlığına,  istirahətə  və  qabiliyyətlərinin  inkişafına 
diqqət yetirilir, ictimai hüquqları təmin edilir; 
 - uşağın  şəxsi  hüquqlarına: şəxsi  həyatına təzyiq və  müdaxilə  hallarına  yol  verilməməsinə, 
onun şəxsiyyətinə və dini azadlığına, məlumatlar almasına və həyat şəraitinə təminat verilir. 
 Uşaq  hüquqları,  eləcə  də  onların  tərbiyəsi  ilə  bağlı  hüquqi  norma  və  tələblər,  onların 
pozulmasına  görə  məsuliyyətlər  hüquqi  sənədlərdə  öz  əksini  tapmışdır.  İnzibati  qanunpozmalar 
haqqında məcəllədə uşaqların tərbiyəsi və təlimi üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər 
və onları əvəz edən şəxslər üçün məsuliyyət nəzərdə tutulmuşdur: uşaqların təlim-tərbiyəsi üzrə öz 
vəzifələrini qərəzli şəkildə yerinə yetirmədikdə: uşaq (lar) narkotik maddələr qəbul etdikdə və digər 
qanunpozmalara  yol  verdikdə,  14-16  yaşlı  yeniyetmələr  xuliqanlıq  törətdikdə  valideynlər  (və  ya 
qanuni nümayəndələr) müvafiq qaydada cərimə olunurlar. Cinayət məcəlləsində isə uşaqlarla kobud 
davranış, onların yeməyinin məhdudlaşdırılması, uzun müddət tənha saxlanması, uşağın döyülməsi, 
təhqir olunması  və  şəxsi ləyaqətinin  alçaldılmasına görə valideynlər,  müəllim  və  tərbiyəçilər üçün 
cinayət  məsuliyyəti  nəzərdə  tutulur.  Ailə  qanunvericiliyində  də  uşağın  maraqlarına  toxunan  bütün 
hallarda onun öz rəyini bildirməsi, eləcə də hər cür məhkəmə və inzibati araşdırmaların gedişində 
onun fikirlərinin dinlənilməsi və rəyinin nəzərə alınması hüququ öz əksini tapmışdır. 
 Təhlillərdən bu qənaətə  gəlmək olar ki, ailə institutunun formalaşmasında uşaqların olması 
əsas  məqsədlərdən  biridir.  Ailənin  və  valideynlərin  həyatında  uşaqların  olmasının  bir  neçə 
funksiyası var. Bunlar aşağıdakılardır: 
1.
 
Uşaqlar ona görə lazımdır ki, ailə möhkəm, şən və mükəmməl olsun. Başqa sözlə, uşaqlar ailə 
həyatına ahəngdarlıq verirlər;         
2.
 
Uşaqlar  valideynlərin  tərbiyəçi  kimi  atalıq  və  analıq  imkanlarının  meydana  çıxmasına  səbəb 
olurlar; 
3.
 
Uşaqlı ailədə valideynlər qocalıq dövründə tək-tənha qalmaqdan qorxmurlar;  
4.
 
Bir neçə uşağı olan ailələrdə nəslin düzgün tərbiyəsi daha yaxşı həyata keçirilir.  
     Bu  fikirlərdən  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  evlilik,  ailə  həyatı,  uşaqlar  insanın  sağlam, 
xoşbəxt həyatı üçün ən əlverişli amillərdir.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Abbasov A.N. Milli əxlaq və ailə etikası (Universitetlərin magistratura səviyyəsi üçün dərslik). 
Bakı, Mütərcim, 2013, 324 səh. 
2.
 
Əlizadə H.Ə. Tərbiyənin demoqrafik problemləri. Ped.elm. dokt….dis., Bakı, 1996, 297 s. 
3.
 
Hüseynzadə R., Allahverdiyeva L. Ailə pedaqogikası. Dərslik. Bakı, ADPU-nun mətbəsi, 2016, 
340 səh. 
4.
 
Makarenko A.S. Valideynlər üçün kitab. Bakı, Dövlət tədris  pedaqoji ədəbiyyatı nəşriyyatı, 1964 
5.
 
Mirzəyev İ.Ə. Ailənin praktik psixologiyası. Bakı, Adiloğlu, 2005, 312 s.  


- 10 - 
ABSTRACT 
L.Z.Allahverdiyeva 
G.A.Shiraliyeva 
 
UPBRINGING POSSIBILITIES OF FAMILIES 
HAVING FEW AND MANY CHILDREN 
 
In the article the issue of having few and many children in family, is analysed. In the process 
of searching upbringing possibilities of families having  few children it becomes clear that, single 
child gets accus tomed to be in the center of interest and always  demonds. Other inducator is that, 
single child acts not corresponding to his age. Majority of children helpharmonius development of 
children, formation of healthy psychological and spiritual atmosphere in family. 
 
РЕЗЮМЕ 
Л.З.Аллахвердийева 
Г.А.Ширалиева 
 
ВОСПИТАТЕЛЬНЫЕ ВОЗМОЖНОСТИ  
МАЛО-И МНОГОДЕТНЫХ СЕМЕЙ 
 
В  статье    анализируется  вопрос  мало  и  многодетности  в  семье.  Изучением 
воспитательных возможностей малодетных семей установлено, что единственный ребенок в 
семье  привыкает  находиться  в  центре  внимания,  чего  требует  он  от  окружающих  в 
дальнейшем.  Кроме  того,  ребенок  ведет  себя  как  взрослый  что  не  соответстувует  его 
возрасту. В многодетных  семьях действует здоровая психологическая и духовная среда, что 
способствует гармоническому развитию детей. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə