Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə91/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   83   84   85   86   87   88   89   90   91

- 189 - 
Müasir  dizayn  insan  münasibətlərinin  yeni  əmtəə-şeylərin  təsiri  ilə,  sosial  təşkilin  yeni 
vasitələrinin daxilində şəxsiyyət – mədəni yaradıcılıq subyekti təsiri ilə təşəkkül tapmışdır. İstehsal 
prosesinin  bilavasitə  təsirindən  azad  olaraq  sənaye  layihələndirilməsi  elə  bir  kanal  oldu  ki,  bunun 
vasitəsilə  dizayn  özünün  bütün  potensial  ilə,  plastik  ifadəli  mədəni  mənaları  ilə  predmet  aləminə 
nüfuz  etmək  imkanı  əldə  etmişdir.  İstehsalın  özü  yenidən  incəsənət  olmadı.  Lakin  texniki 
sivilizasiyasının  predmet  aləmi,  görünməmiş  gözəlliyi  üzə  çıxardaraq  özünəməsus  bədii 
mədəniyyətlərin  tarixi  sırasında  öz  yerini  tutdu,  çünki  dizayn-üslublar  sırasında  öz  maşın 
texnikasının  estetik  prinsiplərini  aşkarlayaraq  dizayn  bununla  yanaşı  predmet  yaradıcılığının 
mədəni varisliyini bərpa etdi. 
Adama elə gəlirdi ki, meydana gəldiyi vaxt texnika insanı həmişəlik olaraq artıq yaradılmış 
bütün  dəyərlərdən  asılılığını  azaldacaqdır.  İndi  isə  texnika  dizaynerin  əlində  elə  itaətkar  alətə 
çevrilib  ki,  vaxtilə  mövcud  olmuş  bədii  cərəyanları,  istiqamətləri,  üslubları  azad  şəkildə  geri 
qaytarmağa, unudulmuşları canlandırmağa kömək edir, tarixi mədəni sintezə nail olur. 
Beləliklə,  qeyd  etmək  mümkündür  ki,  dizayn  cəmiyyətin  mədəniyyətindən  tam  asılıdır. 
Elmi-texniki  tərəqqinin  yaratdığı  mühitdə  formalaşmış  hər  bir  cəmiyyət  həmin  mühitə  uyğun 
formaları  özündə  ehtiva  etməlidir.  Bu  potensial  ilə  dizayn  müasir  insanın  estetik  dünyagörüşünü 
formalaşdırır. 
Dizaynın  formalaşdırıcı  potensialının  daha  bir  aspektini,  bəlkə  də  daha  maraqlı  aspekti-
emosional  dizaynın  təsir  potensialı  üzrəində  dayanaq.  Bir  qayda  olaraq,  dizayner  məhsulun 
istifadəsində  ən  müsbət  tərəfləri  göstərməyə  çalışır.  Bir  qayda  olaraq,  bunun  üçün  neqativ 
elementlər,  ya minimuma endirilir,  ya da tamamilə  aradan qaldırır ki,  bunun da sayəsində  istifadə 
yaxşılaşdırılır.  Lakin  istifadəçidə  heç  də  həmişə  müsbət  təəssürat  yaranmır.  İnsana  həzz  vermək 
üçün dizayn məhsulları faydalı, praktiki, gözəl olmalıdır, insanlara həzz verməli, fiziki və mənəvi 
zövq  aşılamalıdır.  Deməli,  məqsəd  predmet  mühitini,  həmçinin  rahatlığı  və  gözəlliyi  duymaq 
qabiliyyətini  formalaşdırmaqdır.  Bu  isə  istifadəçinin  emosiyalarına  təsir  bağışlamalı,  onun 
emosional təbiətini oyatmalıdır. İnsana zövqü dərk etmək üçün emosional dizayn lazımdır. 
Donald Norman özünün “Emosional dizayn” əsərində izah edir ki, nə üçün cəlbedicilik daha 
yaxşı  işləyir.  Müəllifin  fikrincə,  gözəl  predmetlərə  baxmaq  insanda  yaradıcı  başlanğıcı  oyadır  və 
ətraf mühiti qavrama diapozonunu genişləndirir, bununla da həmin predmetlərdəki xırda qüsurların 
təsirini minimuma endirir. (8) Beləliklə, cəlbedici məhsullar problemlərin həllini sadələşdirir ki, bu 
da onalrın estetik cəlbediciliyini uğurun zəruri şərti edir. Bu elə bir dizayn növüdür ki, istehlakçıda 
müsbət emosiyalar, sevinc, razılıq hissi oyadır. 
Aaron  Uolter  özünün  “Emosiyanı  layihələndirərək”  kitabında  emosiyaları  “bəşəriyyətin 
ümumi  dili”  adlandırır,  bu  elə  bir  hissdir  ki,  hər  bir  kəsə  dünyaya  göz  açdığı  gündən  məlumdur. 
Uolter  emosional  həyacanların  istifadəçinin  təcrübəsində  niyə  əhəmiyyətlidir  məsələsini  açıqlayır: 
emosiyalar  yaddaşda  uzunmüddətli  dərin  iz  buraxır,  məhz  bunlar  insana  hiss  etdirir  ki,  qlobal 
şəbəkədə interaksiyanın ikinci tərəfi maşın deyil, insanın özüdür. (9) 
Norman  və  Uolter  belə  bir  yekdil  mövqedən  çıxış  edirlər  ki,  müasir  veb-dizaynın 
potensialının tam reallaşması üçün açardır. Təsadüf deyildir ki, dizaynın emosional tərkib hissələri 
layihələndirmə  üçün mühüm  əhəmiyyət  kəsb  edir. Bu,  indormasiya sistemlərinin daha çox kütləvi 
və kommersiya xarakteri alması ilə bağlıdır. Kütləvilik o deməkdir ki, istifadəçi daha çox sadəlövh, 
hazırlıqsızdır  və  predmet  sahəsinin  rasional  başa  düşmək  onun  üçün  çətindir,  emosional  qavrama 
isə çox dərəcədə anadangəlmə keyfiyyətdir, onu o qədər də tərbiyə etmək olmur. 
Araşdırmaların  kommersiya  xarakteri  isə  məhsulun  cəlbediciliyinin  əhəmiyyətini  artırır 
(yenə  də  emosiya).  Yaxşı  dizayn  potensial  imkanlarını  effektiv  həyata  keçirmək  sayəsində 
istifadəçinin  zövqünü  oxşayır,  onu  yeni-yeni  estetik  zövqü  oxşayan  dizayn  məhsullarını  almağa  
həvəsləndirir. Dizayn biznesi o zaman komfort şəraitində fəaliyyət göstərir ki, burada işin nəticələri 
və  effektliyini  ölçmək  mümkün  olsun.  Çətin  ölçüləri  və  mürəkkəb  idarə  olunan  predmetləri  idarə 
edəndə ortaya problemlər çıxır, beləki, emosional faktorlar üstünlük təşkil etməyə başlayır. 
Effektli  dizayn  praktik  əməliyyat  tələblərinə  cavab  verməli,  həmçinin  istifadəçilərin  və 
auditoriyanın  emosional  tələbatlarını  və  istəklərini  təmin  etməlidir.  Doğrudur,  əgər  praktiki 
meyarları  ölçmək  mümkündürsə,  keyfiyyəti  ölçmək  o  qədər  də  asan  iş  deyil.  Qavrama  həmşə 


- 190 - 
subyektvi  mahiyyət  daşıyır:  biri  üçün  gözəl  görünən  məhsul  başqasının  xoşuna  gəlmir.  Brend 
obrazla və nüfuzla yaratmaq və idarə etməkdir, fərqi yoxdur, niyə rasional meyarlar niyə bir brendin 
digərindən üstündür məsələsində müəyyən edici qüvvələr olduğunu təsir etmək ehtiyacı üzə çıxanda 
istifadə  olunur.  Məsələn,  məhsul  vəd  edilmiş  baza  funksiyasını  yerinə  yetirməlidir,  lakin  bəzi 
hallarda bu və ya digər məhsulun ilk növbədə seçiləcəyini məhz emosional qavrama müəyyən edir. 
Deməli, psixoloji faktorlar nəzərə alınmalıdır. 
Bu  sahədə  emosional  münasibət  daha  çox  avtomobil  seçilərkən  üzə  çıxır,  başqa  sözlə, 
istehlakçının  düşüncəsində  obyektin  dizayn  dəyəri  əsas  götürülür.  Hamıya  bəllidir  ki,  hər  hansı 
brendin  yüksək  dəyəri,  deməli  onun  bazar  qiyməti,  daha  çox  dərəcədə  effektli  dizaynın  yaratdığı 
emosional dəyərə əsaslanır. 
Bütün  bu  qəbildən  olan  nümunələrə  baxmayaraq  bir  çox  kampaniyaların  menecerləri 
mühüm əhəmiyyət kəsb edən emosional faktorlara olduqca biganə yanaşırlar. Memarların məqsədi 
alıcılar və əməkdaşlar üçün onların təkcə zövqünü oxçamaq deyil, həm də onların gözlədiklərindən 
daha yaxşı məhsul təqdim etməkdir. “Forma funksiyadan sonra gəlir” devizinə inanmaq lazım gəlir. 
Əvvəllər bu bulavasitə öz funksiyasını göstərişlərin praktik istifadə olunması planında xalis dizayn 
qərarların həyata keçirilməsini bildirirdi. 
Bu gün isə funksiyalar anlayışı altında rasional ölçülən faktorlar kompleksi (dəyər, fəaliyyət, 
istifadə,  çeviklik,  davamlılıq  və  s.)  kimi,  xüsusilə  müstəsna  emosional  faktorlar  (estetika,  əhval-
ruhiyyə  və  hisslər  kimi)  başa  düşülür.  Təcrübə  göstərir  ki,  binanın  iqtisadi  effektinə  baxmayaraq, 
ekoloji  meyarlar  daha  ciddi  şəkildə  nəzərə    alınır,  çünki  çox  zaman  istifadəçilərin  emosional 
tələbatını  ödəyə  bilmir.  Belə  vəziyyətdə  insani,  fiziki  və  funksional  qarşılıqlı  təsir  vacibdir.  Bu  o 
deməkdir  ki,  təşkilatın  hər  bir  üzvü  məqsədli  auditoriya  üçün  yaradılan  pozitiv,  emosional  və 
rasional təcrübəyə qoşulmalıdır. Dizaynerin başlıca məqsədi buna nail olmaqdır. 
Bizə  elə  gəlir  ki,  yaxşı,  emosional  dizayn  insanların  qəlbini  sevinclə  dolduran,  onları 
samballı  malların  alınmasına  həvəsini  artırmağa  çalışan  dizayndır.  Burada  emosional  intellekt 
məsələsi ilə də üzləşməli oluruq. Həyat belədir ki, insan nəsə bir cəlbedici, estetik cəhətdən xoş bir 
fenomenlə  üzləşəndə  o,  yaradıcı  düşünmə  aləminə  qatılır,  neqativ  hallara  az  diqqət  yetirir.  Vizual 
qavramanın üz səviyyəsi arasında harmonik balansa riayət etdikdə emosional dizayn adi istifadəçini 
brendin – “pərəstişkarına” çevirmək qabiliyyətini nümayiş etdirmiş olur, belə halda həmin istifadəçi 
özünün  müsbət  təcrübəsini  hökmən  başqaları  ilə  bölüşdürmək  niyyətində  bulunur.  Bu  kontekstdə 
emosional intellekt problemi öz aktuallığını nəzərə çarpdırır. Ədəbiyyatda göstərildiyi kimi intellekt 
yalnız informasiyanın işlənməsi mexanizmi deyil, o hər şeydən əvvəl, psixiki və davranış fəallığının 
mexanizmidir.  Bu  konseptual  fikir  ilk  dəfə  1924-cü  ildə  L.L.Ferstoun  tərəfindən    “İntellektin 
təbiəti” əsərində irəli sürülmüşdür. (10) 
Emosional intellekt anlayışı isə ənənəvi intellekt testlərinin insanın karyerasında və həyatda 
uğurunu irəlicədən bildirə bilməməsi zəifliyinə reaksiya kimi yaranmışdır. Bunu onunla izah etmək 
olar ki, uğurlu insanlar başqa insanlarla effektli qarşılıqlı əlaqəyə yalnız effektli emosional əlaqələr, 
öz emosiyalarını effektiv idarə etmək qabiliyyətinə malik olduqları təqdirdə nail olurlar, ikinci bir-
tərəfdən qəbul olunmuş intellekt anlayışı özündə bu testləri ehtiva etməmiş və intellektin testləri bu 
qabiliyyətləri dəyərləndirə bilməmişlər. 
Psixoloqlar  Stiven  Stayn  və  Qovard  Buk  hesab  edirlər  ki,  bizə  məlum  olan  intellektdən 
fərqli olaraq emosional intellekt şəraiti düzgün şərh etmək və ona təsir göstərmək, başqalarının nə 
istədiyini və nəyə ehtiyacı olduğunu intuitiv tutmaq, onların güclü və zəif tərəflərini bilmək, stressə 
qapılmamaq  və  lətafətli  olmaq  bacarığıdır.  (11)  Beləliklə,  emosional  intellekt  başqalarının 
emosiyalarını dərk etmək, niyyətlərini, motivasiyasını və istəklərini və öz istəklərini başa düşmək 
qabiliyyətidir.  Və  həmçinin  praktiki  məsələləri  həll  etmək  üçün  öz  emosiyalarını  və  başqalarının 
emosiyalarını idarə etmək qabiliyyətidir. (12) 
Dizayn yaradıcılığının formalaşdırıcı potensialının  ən mühüm elementi geniş auditoriya ilə 
təmasda  olmasıdır.  Məqsədli  auditoriya  qarşısında  canlı  çıxış  dizaynerin  özü  üçün  çox  maraqlı 
təcrübədir. Auditoriyaya daxil olan dizayner, bütün hallarda optimal ünsiyyət vasitəsini seçməli, öz 
yaradıcılıq  kredosunun  mahiyyətini,  estetik  idealının  prinsiplərini  çatdırmağı  bacarmalıdır. 
Birincisi, o, ünsiyyətin  əsas məqsədini və  motivlərini bilməlidir.  İkincisi, auditoriyanın  spesifikası 


- 191 - 
barədə  onda  tam  təsəvvür  olmalıdır.  (13)  Canlı  auditoriya  ilə  canlı  iş  görmək  –  dizaynerlə 
dinləyicilərin ikitərəfli əlaqəsi deməkdir. 
Deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, dizayn cəmiyyətdə sosiomədəni hadisə 
və  estetik  fenomen  kimi  böyük  formalaşdıra  potensialına  malik  olmaqla  insanlara,  humanist 
ideallara xidmət edən bədii-estetik yaradıcılıq formasıdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Р.П.Валькова,  Ю.Ф.Грабовенко.  Дизайн:  очерки  теории  системного  проектирования. 
Л., ЛГУ, 1983, 183 с. 
2.
 
Блауберг И.В., Садовский В.Н., Юдин Э.Г. Системный подход в современной науке. 
//Проблемы методологии системных исследований. М., «Мысль», 1970, с.7-48. 
3.
 
Дижур  А.Л.  Ульмская  школа  художественного  конструктирования.  //Техническая 
эстетика, 1964, № с.14-17 
4.
 
Ибрагимова Н.И. Дизайн как средство гуманизации техногенной среды современного 
города. // Desigq-revirev, №1, 2011, с.27-31 
5.
 
Глухова  Т.С.  Архитектура  как  вид  эстетической  деятельности  и  особый  способ 
проектного мышления. // www.tabu.27 ru  
6.
 
Bax: Двоскин И.Л. Художественный язык дизайна. Б., 2006, 152 с.  Həmçinin, Бублик 
Н.В.  Язык  дизайна  как  организующий  элемент  проектной  деятельности. 
(Электронный  ресурс)  //Архитетон:  известия  вузов.  №42  (Приложение).  –  Режим 
доступа: http:// archvuz.ru/numbers/2013_22/75 
7.
 
Карл Канютр. Дизайн в противоречиях культуры и природы.  
http://rosdesign.com/design_materials3/design_k.htm 
8.
 
downloadfreetan.bitballoon.com/emocionaljnij-dizajn-donaljd-norman-pdf.html 
9.
 
zapstroy.ru/wp-content/uploads/.../Aaron-U.-Emotsionalnyj-veb-dizajn-2012-.pdf 
10.
 
 М.А.Холодная. Психология интеллекта. СПБ, «Питер», 2001, с.68 (272 с.) 
11.
 
 Стивен  Дж  Стейн,  Говагд  И.Бук.  Преимущества  Е.Г.  Эмоциональный  интеллект  и 
ваши успехи. Баланс Бизнес Букс, 2007, 384 с. http://lib.ru/DPEOPLE/eq.txt 
12.
 
 Андреева  И.Н.  Эмоциальный  интеллект:  исследование  феномена.  //Вопросы 
психологии, 2006, №3, с.78-86. 
13.
 
 Захаров Г.В. Цели и мотивы общения. Samilib/ru/z/zaxarov-g-w-tech-pril.shtml 
 
ABSTRACT 
Elfana Gasimova  
 
DESIGN AND HUMAN SPATIAL ENVIRONMENT 
 
The given  article investigates  the result,  process  and art-engineering method,  directed on a 
more full-fledged conformity of demand, and both utilitarian and esthetic human, environment and 
object possibilities created by complexes and systems of industrial design products from the point 
of view human taste development.  
Influence  of  design  on  human  from  socio-cultural  area  is  continuously  rising.  Thus, 
harmonic  design  stands  as  a  condition  of  indisputable  competitive  advantage  under  condition  of 
modern relations of market economy. The given phenomena forms picture of values in the world, 
enhances  and  artfully  uses  positive  traditions.  Designer  work,  in  cooperation  with  design  and 
preparation, does not only create comfort and convenience, but it also influences person’s emotional 
state, enhancing his/her esthetic outlook with products and professionalism.  
 
 
 


- 192 - 
РЕЗЮМЕ 
Эльфана Гасымова 
 
ДИЗАЙН И ПРЕДМЕТНО-ПРОСТРАНСТВЕННАЯ СРЕДА ЧЕЛОВЕКА 
 
В  статье  исследуются  результат,  процесс  и  художественно-технический  метод, 
направленный  на  более  полноценное  соответствие  спроса  и  как  утилитарных,  так    и 
эстетических  возможностей  человека,  среды  и  объектов,  созданных  комплексами  и 
системами промышленных продуктов дизайна с точки зрения развития вкуса у человека. 
Влияние  дизайна  на  человека  из  социокультурной  области  постоянно  растет.  Таким 
образом, гармонический дизайн, в условиях современных отношений рыночной экономики, 
выступает  как  условие  неоспоримого  конкурентного  преимущества.  Данный  феномен 
формирует  картину  ценности  в  мире,  обогащает,  творчески  пользуется  позитивными 
традициями.  Дизайнерский  труд,  активно  участвовавший  в  разработке  и  подготовке  новых 
тенденций, создает для людей не только комфорт и удобства, приносит в жизнь гармонию и 
стабильность, но  в  то  же  время  влияет  на  эмоциональную  природу  человека,  обогащая  его 
эстетическое мировоззрение своей продукцией и профессионализмом. 
 
 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
     Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
  
 


- 193 - 
MÜNDƏRİCAT 
 
PEDAQOGİKA 
 
1.
 
Mehriban Cəfərova. Musiqi məşğələlərində muğamların öyrədilməsi zamanı  
məktəblilərə mənəvi keyfiyyətlərin aşılanması işinin psixoloji əsasları................................  3 
2.
 
Lalə AllahverdiyevaGünay Şirəliyeva. Azuşaqlı və çoxuşaqlı ailələrin tərbiyə imkanları..  7 
3.
 
Şərəbanı Məmmədova. Uşaq və gənclərin mütaliəsində kitabxana rəhbərliyinin vəzifələri……… 11 
4.
 
Mehdi Səma. Xarici dillərin tədrisi prosesində tələbələrin özünütəhsil hazırlığı................  15 
5.
 
Fuada Allahverdiyeva. İnformasiya cəmiyyətində sosiallaşma prosesinin  
psixoloji aspektləri............................................................................................................. 
19 
6.
 
Çapay Quliyev. Yeniyetmələrin milli mənlik şüurunun formalaşmasında təlabat və  
maraqların nəzərə alınması imkanları................................................................................ 
23 
7.
 
Gülmira Hacıyeva. Əliqulu Qəmküsarın yaradıcılığında ideya-siyasi tərbiyə məsələləri  
və pedaqoji fikir tarixi üçün onların əhəmiyyəti................................................................ 
28 
8.
 
Tükəzban Rüstəmova. İmtahan stresinin təsiri altında tələbələrdə psixoloji  
göstəricilərin tədqiqi......................................................................................................... 
32 
9.
 
Nigar Zeynalova. Tələbələrdə kreativliyin inkişafinin əsas şərtləri...................................  36 
10.
 
Aydın ŞiriyevSəyavuş Gözəlov. Sülh və hərbi münaqişə dövründə yaranan  
fövqəladə hallar zamanı psixoloji davamlılığın formalaşması............................................  42 
11.
 
Sevda Kərimova. Pedaqoji prosesin qiymətləndirilməsi....................................................  46 
METODİKA 
 
12.
 
İbrahim Rüstəmov. İbtidai siniflərdə şagirdlərin ədəd anlayışı və hesab əməlləri  
ilə tanış edilməsi metodikasında əsas istiqamətlər.................................................................. 50 
13.
 
Shahla Shiraliyeva. Innovative methods of students training…………………………….  55 
14.
 
Elza Aşurova. Ali məktəblərdə ingilis dilinin tədrisində gənc kadrların peşəkarlığının 
 inkişaf  etdirilməsi problemləri……………………………………………………………  59 
15.
 
   Fariz Əhmədov.
 
Naxçıvan Dövlət Universitetində distant 
 
təhsilin perspektivləri və 
 
elektron
  
kitabxananın bu təhsil sisteminə inteqrasiyası........................................................  63 
16.
 
Vidadi Salmanov, Könül Salmanova. Ekologiya və mənəviyyat..........................................66 
17.
 
Əli Həsənov, Ülviyyə İsgəndərova, Həsən Həsənov, Röya Məmmədova. Kurikulum  
islahatında motivasiyanın aparılmasının metodikası.............................................................  71 
18.
 
Məmmədəli Rəhimov, Heyrat Qulamov. Zorxanalardan güləş arenalarına ......................  75 
19.
 
Valeh Əlixanov. İnsanın artıq çəkisinin aradan qaldırılmasının vasitə və metodları..........  82 
20.
 
Əvəz Tağıyev. Мяктябдя бядян тярбийяси дярси физики тярбийя сисtеминин ясасыдыр......... 
86 
21.
 
Oktay Rzayev, Nərminə Həsənova. Fövqəladə vəziyyət zamanı əhalinin xəbərdar edilməsi...... 89 
22.
 
Aygün Rüstəmova. Kiçikyaşlı məktəblilərin təlim fəaliyyətinə adaptasiyasında  
hafizənin rolu........................................................................................................................... 93 
 
SƏNƏTŞÜNASLIQ 
 
23.
 
İsmayıl Zeynalov. XX əsrin birinci yarısında Naxçıvan bölməsində bəzi ənənəvi  
sənət və peşə növləri haqqında etnoqrafik araşdırmalar........................................................  97 
24.
 
Qadir Əliyev. Ordubad rayonu köhnə Kotam kəndinin memarlıq nümunələrinin tədqiqi.  101 
25.
 
Məmməd Əliyev, Nazəndə Məcidli. Bəhruz Kəngərlinin bədii irsi xalqımızın 
milli sərvətidir................................................................................................................... 
107 
26.
 
Səyyarə Sadıxova, Günay Həsənova. Azərbaycanın müxtəlif sənət nümunələrinin  
dekor sistemində bəzi həndəsi ornamentlərin yaradılma prinsipləri və mənası ..................  114 
27.
 
Amil Əsgərov. Naxçıvan “Dədə Qorqud” qəhrəmanlarının əsas yaşayış məskənidir.......... 117 


- 194 - 
28.
 
Mahir Xəlilov. Şamil Qazıyevin yaradıcılığında milli motivlər..............................................121 
29.
 
Həbibə Allahverdiyeva, Gülbani Əliyeva. Azərbaycanda VII -XIII əsrlərdə daş  
üzərində oyma sənəti............................................................................................................  124 
30.
 
Bəsirət Zeynalov. XX-əsrin birinci yarısında taxılçılıq təsərrüfatında biçim,  
döyüm və taxılın saxlanması qaydaları...................................................................................  130 
31.
 
Zenfira Seyidova. Klassik Azərbaycan qadın şairləri muzey ekspozisiyasında.................  134 
32.
 
Sanam Pashayeva. Nakhchıvan State Flag museum and State Flag square……………….  138 
33.
 
Ляман Мамедова. Реализм в искусстве............................................................................  141 
34.
 
Fatma Şahbazova. Hüseynqulu Əliyevin yaradıcılıq fəaliyyəti.........................................  145 
35.
 
Akay Məmmədova. Rembrandt Van Reyn yaradıcılığında portret janrı…………………  149 
36.
 
Vidadi Heydərov. Alətlərin şahı............................................................................................. 152 
37.
 
Şəbnəm Şirinova. Simli alətlərin yaranması və orkestrdə rolu.............................................  157 
38.
 
Sevda Hüseynova. Solfecio tədrisində musiqini eşitmə qabiliyyəti.....................................  161 
39.
 
Zemfira Babayeva. Bəstəkar ömrü......................................................................................... 167 
40.
 
Fizzə Quliyeva. Şamil Qazıyevin əsərlərində köhnə Naxçıvanın təsviri ..............................  170 
41.
 
Aynur Səfərova. Azərbaycan bəstəkarlarının fortepiano və orkestr üçün  
konsertlərinin səciyyəvi xüsusiyyətləri.................................................................................... 175 
42.
 
Cəlaləddin Əliyev. Tərbiyə  prosesində  xalq musiqisindən istifadə etməklə yeniyetmələrin  
əməyə və vətənə məhəbbət ruhunda  tərbiyəsinin birgə imkanları.......................................... 179 
43.
 
Nisə Əliyarova. Naxçıvanda musiqi-ifaçılıq sənətinin sistemləşdirilməsi və təsnifatı........... 182 
44.
 
Elfanə Qasımova. Dizayn və insanın predmet-məkan mühiti................................................ 186 

Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə