Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə90/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   83   84   85   86   87   88   89   90   91

- 187 - 
xüsusiyyəti bundadır ki, o, layihələndirmə prosesini sadələşdirir, sürətləndirir, səhvetmə imkanlarını 
minimuma  endirir,  yəni  bütün  sistematik  metodlar  məntiqi  düzülüş  yaradır  və  nəzarət  etmək 
imkanına  malik  olur.  Bu  metodun  universallığı  bundadır  ki,  o,  həm  sənaye  dizaynına,  həm  də 
qrafik, ved-dizayna, mühit dizaynına və s. tətbiq oluna bilər. 
Elm dizayn məktəbinin görkəmli nümayəndəsi Tomas Maldonado hesab edir ki, dizaynerin 
qarşıya  qoyduğu  başlıca  məqsədi  sənayedə  istehsal  olunan  predmetlərin  formal  keyfiyyətlərini 
müəyyənləşdirməkdən  ibarətdir.  Onun  fikrincə  belə  fəaliyyət  forması  öz  keyfiyyətləri  ilə  təkcə 
xarici görünüşə deyil, eləcə də sistemi bütöv vəhdətə çevirən struktur və funksional əlaqələrə də aid 
edilə  bilər.  T.Maldonadoya  görə,  dizayn  sistem  şəklində  belə  incəsənəti  nə  inkar,  nə  də  əvəz  edə 
bilər,  çünki  bu iki fəaliyyət  növü müstəqil  yaradıcılıq  sahəsi  kimi  mövcuddurlar. (3)  Bu məktəbin 
yaradıcılıq  konsepsiyasına  görə  dizayn  başlıca  olaraq  sənaye  məhsullarının  layihələndirilməsi  ilə 
məşğul olan sahədir. 
Lakin  bu  fəaliyyətin  əsas  istiqaməti  predmetlərin  mühüm  xüsusiyyətlərini  konstruksiya 
edərkən təbiətin elə materialının köməkliyi həll etməyə çalışır ki, bu eyni zamanda istehsalçının və 
istehlakçının zövqünü təmin edən məhsulun əldə edilməsinə nail olunsun. Bununla dizayn formaca 
bütöv  olan,  insanı  əhatə  edən  predmet-məkan  mühitini  dəyişdirən  və  harmonik  ab-hava  yaradan 
kompleksləri layihələndirməyə çalışaraq mədəniyyətə özünün estetik töhvəsini vermiş olur. 
Dizayn yaradıcılığı bir mədəniyyət fenomeni kimi dövrünün ideoloji çağırışına da reaksiya 
verir,  çünki  dizayner  öz  fəaliyyətində  həmişə  öz  dünyagörüşünə  və  yaşadığı  cəmiyyətin 
ideologiyasına söykənərək özünün bədii vəzifələrini həyata keçirir. Məhz belə mövqeyi sayəsində 
dizayner dövrün həyat tərzini təbliğ edə bilir. Digər tərəfdən, dizayn layihələndirmə metodikasının 
əsaslarını  və  inkişaf  meyillərinin  problematikasını,  onun  modelini  mövcud  ideoloji  mövqe 
nəticəsində başa düşmək olar. Başqa sözlə, layihə şüurunun genezisini dizaynerin ideoloji mövqeyi 
sayəsində aydın görmək mümkündür. 
Dizayn  yaradıcılığı  dünyanın  yeni  obrazını  peşəkarlıqla  yaradılması  və  dizaynerin  estetik 
refleksiyası  zəminində  insan  konsepsiyasının  yaradılması,  insanın  yaradıcı  potensialının  təzahürü 
deməkdir. Yaradıcılıq prosesi göstərir ki, sosiomədəni aləmi obyektiv reallığın və insan dəyərlərinin 
subyektiv yaşantısının vəhdəti kimi modelləşdirmək qabiliyyəti yalnız insana xasdır. 
Real  gerçəklikdə  dizaynın  bir  fenomen  kimi  mahiyyətinin  dərk  olunması  prosesində 
dizaynın metodikasının təkamülü məsələsinin düzgün araşdırılması çox mühüm məqamdır. Problem 
bundadır ki, dizaynın əsl təbiətini, xüsusilə onun formalaşdırıcı potensialını bu sənət sahəsi barədə 
yazılmış ədəbiyyat vasitəsilə aydınlaşdırmaq cəhdi heç də həmişə uğurlu olmur. Çətinlik bundadır 
ki, dizayn təşəkkül prosesində olan bir fəaliyyət forması kimi fasiləsiz hərəkətdədir. (4, 5) 
Dizayn  yaradıcılığının  mühüm  cəhətlərindən  biri  insanlarla  yaradıcı  ünsiyyət  bağlamaq 
potensialına malik olmasıdır. Dizaynın bu keyfiyyəti predmetin fərdlərin ünsiyyət prosesində həm 
sinxron, həm də diaxron baxımından vasitəsi olması imkanı ilə izah edilir. Bu prosesdə dizaynın dili 
mühüm rol oynayır. (6) Dil məlum olduğu kimi, insanların bir-biri ilə ünsiyyət vasitəsidir. Vizual 
dizayn vizual dil deməkdir. Vizual dizaynın öyrənilməsi isə yeni dilin öyrənilməsindən heç bir şeylə 
fərqlənmir.  Hər  bir  dilin  öz  ifadə  vasitələri  vardır  və  bu  potensial  əşyadan  istifadə  prosesində 
predmetin mahiyyətinin açılmasına xidmət edir lakin burada informasiya birtərəfli həyata keçirilir. 
Əgər  əşyadan  istifadə  edən  şəxs  bu  və  ya  digər  dildə  danışa  bilərsə  proses  praktiki-mənəvi  və 
ikitərəfli  qaydada  gedə bilər. Belə  halda dizaynerin  yaradıcı təfəkkürünün predmetdə  yerləşdirdiyi 
mənalar üzə çıxır, onların dəyər məzmunu başa düşülür. Belə bir ünsiyyət  forması əşyanı yaradanla 
ona  malik  olan  arasında  dialoqa  çevrilir,  dərin,  fərdi  xarakter  kəsb  edir.  Predmeti  ərsəyə  gətirən 
dizayner, təbii ki, kanonla, ənənələrlə, peşə normaları və qaydaları ilə sıx bağlı olur. Sənaye yolu ilə 
hazırlanmış əşyanın maksimum ifadəliliyi, fərdi xarakteri, təkrarsızlığı nəinki istehlakçının praktiki-
estetik  tələbatını  ödəyir,  həmçinin  bədii  yaradıcılıq  nümunəsi  kimi  onun  zövqünə  təsir  göstərir. 
Predmetdə dizayner tərəfindən  yerləşdirilən mənalar və  simvolika istehlakçıya mənəvi-intellektual 
həzz verir, istehlakçıda predmet mühitinin mənəvi dolğunluğu təsəvvürünü gücləndirir. 
Dizayner  çalışır ki, rəhbər tutduğu  estetik  prinsiplərlə istehlakçıda  gözəllikdən həzz almaq 
hissini  inkişaf  etdirsin,  həyatdan  kifayət  qədər  qane  olmamaq  hissinin  yerini  doldursun.  Müasir 
dizayn estetik ideyaların maddiləşməsi, onların insanın emosiyasına  müsbət təsir göstərməsi üçün 


- 188 - 
öz potensialından geniş və yaradıcılıqla istifadə etməyə cəhd göstərir. Dizayn bir unikal hadisə kimi 
təbii insan qabiliyyətlərini, estetikanın, etikanın dəyərlərini, insan haqqında qayğı hissinin aşılandığı 
bir fenomendir. 
Dizayn  bir  sosial  hadisə  kimi  harmonik  predmet  mühiti  yaratmaqla  insan  varlığına  müsbət 
emosiyalar  aşılayır,  onu  özgəlləşdirici  mühitdən  uzaqlaşdırır,  bununla  da  fərdə  humanistləşdirici 
təsir göstərir. Bu potensialı sayəsində dizayn bir tərəfdən  insani dəyərlərin inkişafına səy göstərir, 
digər  tərəfdən,  bütövlükdə  insanla  sosium  arasında  ziddiyyətlərin  yüngülləşdirilməyə  çalışır. 
Memarlar müasir yaşayış binalarını yaradarkən, şəhərin ümumi mənzərəsinə yeni görkəm verməklə, 
torpaq  yerlərindən  səmərəli  istifadə  etməklə  humanist,  rahat  mühit  yaratmış  olur,  başqa  sözlə, 
məkanı nizama salır, ona bir növ insani görkəm verir. Bu baxımdan hesab edirik ki, nəzəri bilikləri 
rəhbər tutan Azərbaycanın dizaynerləri qarşısında nəinki keyfiyyətli məhsul, hər şeydən əvvəl xarici 
görkəminə görə cəlbedici, potensial istehlakçıların rəğbətlə qarşılaya biləcəyi predmetlər yaratmaq 
durur.  Predmetdəki  ifadəlilik,  gözəllik  insana  emosional  və  psixosomatik  təsirinin  gücü  dizayn 
sənətini daha da nüfuzlu edir, istehsalçını razı salır. Bu kontekstdə peşəkar dizayna aparan yol çox 
çətindir,  beləki,  bu  peşəyə  olan  tələblər  sistemində  fantaziya,  yüksək  estetik  zövq  başda  olmaqla 
yaradıcılıq  qabiliyyəti,  təbii  ki,  istedad  ən  mühüm  yerləri  tutur.  Lakin  bütün  bu  keyfiyyətləri 
təkmilləşdirmək üçün, şübhəsiz ki, dizayn təhsili önəmli fenomendir. 
Dizaynın  təsir  potensialı  probleminə  aydınlıq  gətirmək  məqsədilə  belə  bir  məsələyə 
toxunmağı  lazım  bilirik.  Mədəniyyətin  müxtəlif  növlərinə  toxunarkən  xalq  sənəti,  yaxud  peşə 
sahələrini milli mədəniyyət anlayışını tətbiq edirik və bu, bizdə heç bir şübhə oyatmır. Hətta demək 
mümkündür  ki,  belə  məsələdə  kulturoloji  təhlil  müəyyən  mənada  sənətşünaslıq  təhlil  metodunu 
sıxışdırmışdır.  Dizayna  münasibət  isə  başqadır.  O,  maşın  texnikası  ilə  sıx  bağlı  olduğundan,  çox 
zaman belə bir fikir qabardılır ki, dizaynerin fəaliyyəti mədəniyyət ənənələrindən az asılıdır. 
Problemə  belə  yanaşma  heç  də  həqiqətə  uyğun  deyil.  Dizayn  yaradıcılığının  potensialında 
yalnız predmetlərin kütləvi yayılmasını təmin edən mədəni dəyərlər yeganə üstünlük deyil, əksinə 
dizayn özü cəmiyyətin daxilində sosial hadisə kimi təkcə yalnız “universal texnika” ilə deyil, daha 
çox sosiumun unikal və sabit, davamlı dəyər və normalarının məcmusu ilə müəyyən edilir. (7) 
Hər  bir  mədəniyyətdə  dəyər  və  normaların  məcmusu  özününküdür  və  başqa  mədəniyyətin 
fundamental  dəyər  və  normalarına  oxşamır.  Hər  hansı  bir  ənənəvi  cəmiyyət  texnika  ilə  birlikdə 
iqtisadi  artım,  dizaynı  və  s.  qəbul  etdikdə  onda,  şübhəsiz  ki,  mədəniyyətin  bəzi  dəyərləri  və 
normaları – xüsusilə onların  mənalarının predmet ifadəlik formaları – dəyişir, lakin bu dəyişiliklər, 
bir  qayda  olaraq,  mədəniyyətin  nüvəsinə  təsir  göstərmir:  mədəniyyətin  bütovlüyü  pozulmur. 
Bundan  əlavə,  əksinə,  nüvədən  irəli  gələn  bağlanma  qüvvələri  mənimsənilən  mədəni  dəyərləri 
özünə, bütövə tabe etdirir və bu sonradan qəbul edilmiş dəyərlər kimi xüsusi məna kəsb edir. Məhz 
mədəniyyətlərin  unikallığı,  onların  qarşılıqlı  təsirinin  şərti  kimi  çıxış  edir.  Belə  mədəniyyətləri 
insan  cəmiyyətinə  və  fərdin  həyatına  ona  görə  gərəklidirlər  ki,  bir-birlərinə  bənzəmirlər.  Burada 
təəccüblü  bir şey  yoxdur,  çünki  dəyişən xarici  örtükdədir,  dəyərlərin və  normaların  örtüyündə  baş 
verir, dəyişiklik mədəniyyətin nüvəsinə və bütövlüyünə toxunmur. 
Bunu da qeyd etmək vacibdir ki, müasir mədəni mübadilənin intensivliyi ilə şərtlənən sürətli 
mədəni  dəyişiliklər  konkret  mədəniyyətə  aid,  mənsub  olan  insanların  şüurunda,  onların  qarşılıqlı 
münasibətlərində  təzahür  edən  mədəni  ənənənin  gücünü  hiss  etmək  olur.  Bunlar  dizayn  sənətinə, 
dizaynerin  yaradıcılığına  da  aiddir.  Lakin  bununla  belə  etiraf  edilməlidir  ki,  bu  mədəni  şərtiliyi 
müəyyən etmək o qədər də sadə iş deyil, çünki müasir  mərhələdə onun zahirən görünən eyniliyi, 
oxşarlığı belə bir təsəvvür oyadır ki, dizayn sanki müəyyən mədəniyyətə neytral vəziyyətdədir. 
Bir zamanlar maşın və onun istehsal  etdiyi,  yaratdığı  predmet mühiti uzun müddət  təbiətə 
qarşı daha radikal mövqedə olmuşdur, nəinki mədəniyyətin predmet aləmi. Bu kontekstdə maşın və 
onun məmulatları da sənaye dizaynın predmet aləmilə konfliktdə olmalı idi. 
Təbiətlə  mədəniyyət  arasında  maşınlar  və  onların  yöndəmsiz  məhsulları  arasında  uçurumu 
uzun  müddət  aradan  qaldırmaq  mümkün  olmamışdır.  Lakin  fərdin  təbii-yaradıcı  qüvvələrini 
“azadlığa  buraxan”  həmin  şəxsiyyət  mədəniyyəti  yenidən  daxildən  maşın-təbiət  qüvvələrini  yeni 
hakim və zərif libasda – sənaye dizaynını üzə çıxardı. 200 ildir ki, iri sənaye bəşəriyyətin həyatına 
hakim kəsilmişdir. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə