Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə86/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   83   84   85   86   87   88   89   90   91

- 179 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
CƏLALƏDDİN ƏLİYEV  
                                                                  Naxçıvan Dövlət Universiteti 
djelal63@ mail.ru 
UOT:78 
TƏRBİYƏ  PROSESİNDƏ  XALQ MUSİQİSİNDƏN İSTİFADƏ ETMƏKLƏ   
YENİYETMƏLƏRİN  ƏMƏYƏ VƏ VƏTƏNƏ MƏHƏBBƏT RUHUNDA   
TƏRBİYƏSİNİN BİRGƏ İMKANLARI 
Açar sözlər: Azərbaycan xalq musiqisi, muğam, xanəndə, mədəniyyət, bəstəkar 
Key words: Azerbaijan folk music, mugam, singer, culture, komproser 
 
Ключевые  слова:  Азербайджанския  народная  музыка,  мугам,  певец  культура, 
композитор  
 
Azərbaycan  xalqı  öz  tarixi  etibarilə  çox  qədim  bir  xalqdır  və  həm  də  zəngin  bir  musiqi  
irsinə  malikdir.  Musiqi  sənəti  hər  bir  xalqın,  hər  bir  ölkənin  mədəniyyət  tarixinin  tərkib  hissəsini 
təşkil  edir.  Kökləri  uzun  keçmişlərə  gedib  çıxan  çoxjanrlı  Azərbaycan  xalq  musiqisi  ölkəmizin 
ictimai siyasi quruluşu ilə sıx əlaqədə yaranmışdır. Qədim bir tarixə malik olan Azərbaycan xalqı öz 
zəngin incəsənəti, musiqi mədəniyyəti ilə dünya xalqlarının diqqətini daim cəlb etmiş və bu gün də 
etməkdədir.  
 
Xalqımıza  məxsusu  olan  muğamlar,  mahnılar,  musiqi  alətləri  və  sazəndələr  haqqında 
məlumatlar bizə musiqimizin kökünü yüz- yüz illərin deyil, min – min illərin arxasında axtarmağa 
ixtiyar verir. 
 
Təkcə  ölkəmizdə  deyil  ölkəmizin  hüdudlarından  kənarda  belə  Nizaminin  “Xəmsəsi”, 
Məhsəti  xanımın  “Rübailəri”,  Nəsiminin,  Füzulinin  “Qəzəlləri”  tanınmış,  Seyfəddin  Urmavi, 
Əbdülqadir Maraği, Mir Mövsün Nəvvab kimi alimlərin xəbəri geniş yayılmışdır. 
Azərbaycan  xalq  musiqisi  məzmunca  janr  etibarı  ilə  rəngarəngdir.  XIX  əsrin  axırları  XX 
əsrin  əvvəllərində  Azərbaycan    musiqi  mədəniyyəti,  sözün  əsl  mənasında  çiçəklənmiş,  misilsiz 
nailiyyətlər  qazanmışdır.  Yeni  azad  dövran  musiqi  folklorumuzda  onu  yaradanlara,  xalq 
bəstəkarlarına geniş yaradıcılıq imkanları vermişdir.  
İnsanlarda xoş - əhval ruhiyyə, həyata sevgi aşılayan bir çox amillər vardır. Burada başlıca 
yeri  istirahət  tutur.  İstirahətin  isə  müxtəlif  formaları  var.  Boş  vaxtlarda  idmanla  məşğul  olmaq, 
məzuniyyət  zamanı  ölkə  daxilində  və  ölkə  xaricində  istirahət  etməyə,  səyahət  etməyə  üstünlük 
verənlər çoxdur. Amma istirahətin bir növü də vardır ki, ondan aldığımız mədəni qidanı başqa heç 
nədən  almaq  mümkün  deyildir.  Bu,  musiqidir.  Ürəyinizə  yatan,  könlünüzü  oxşayan  musiqidən 
aldığın  qida  itirilən  enerjini  bərpa  edən  ən  böyük  vasitədir.  Bu  mənada  xalq  musiqisinin  əvəzi 
yoxdur. Yaşı bəlli olmayan, müəllifi tanınmayan xalq mahnılarımız mənəvi sirlər xəzinəsidir. Xalq 
mahnıları  yeri  gəldikdə  könül  həmdəmimiz,  yeri  gəldikdə  isə  mənəvi  sirdaşımızdır.  Xalq 
mahnılarımızı  dinləyib  könül  rahatlığı  tapırıq.  Bəzən  ürəyimizdəki  qəm  –  qüssəni  bu  mahnılara 
qulaq  asmaqla  özümüzdən  uzaqlaşırıq.  Bir  sözlə,  bu  mahnılardan  zövq  alırıq.  Onlar  bizə  mənəvi 
güc verir. Xalq mahnıları hər zaman bizim həyatımıza daxil olan, həyatımızın hər anında maraqla 
dinlədiyimiz  bir  janrdır.  Hər  bir  xalq  mahnısının  özünün  yaranma  tarixi  var.  Bunlar  isə  mühitlə, 
məkanla, tariximizlə bağlıdır.  Xalq mahnılarıyla onun digər peşəkar qolu sayılan muğamat arasında 
qarşılıqlı  əlaqə  təsiri  də  maraqlıdır.  Muğamatları  məclislərdə  məşhur  peşəkar  xanəndələr 
oxuyardılar.  Muğamatın  da  öz    siridarları  öz  nəzəriyyəçiləri  var  idi.  Orta  əsrlərdə  muğamatı 
dərindən öyrənən təhlil  edən nəzəriyyəçilər də  onu hətta  yazıya köçürməyə təşəbbüz göstərmişlər, 
xüsusi not işarələri yaratmışlar. Buna görə də muğamat bir növ şifahi xalq yaradıcılıq çərçivəsindən 
kənara  çıxmışdır.  Amma  bütün  bunlar  muğamatın  xalqımızın  ürəyində  kök  salmasına  mane 
olmamasıdır.  Axı  muğamatın  da  yaradıcısı,  ifaçısı,  xanəndələr,  bunları  müşayət  edən,  kamança, 
kanon  çalanlar  xalqın  içərisindən  çıxanlardır.  Bunlar  xalq  ritmlərinin,  intonasiyaları  muğamata 


- 180 - 
gətirir,  muğam  dəstgahlarında  mahnılar  onun  havaları  ilə  bağlı  güşələrin,  təsniflərin,  rənglərin 
meydana  gəlməsinə  səbəb  olurdular.  Beləliklə  də  muğamat,  xalq  mahnıları  və  onun  havaları  ilə 
birləşdirən əlaqələndirici körpü yaradırlar.  
XX  əsrin  əvvəllərində  Azərbaycanın  musiqi  həyatını  təsvir  edən  yazılardan  və  yaxud 
qocaların  söhbətlərindən  öyrənirik    ki,  hələ  onda  aşıqlarla  birgə,  xanəndələrin  də  iştirak  etdikləri 
toylarda  muğamatlarda  çox  oxunardı.  Muğamatlarla  aşıq  musiqisi  arasında  tamam  uzaq  olan  fərq 
məhz bu yolla tədricən aradan götürülürdü. Xalqın zehnində köks salmış aşıq havaları kimi təsniflər 
rənglərdə  ürəklərə  yol  tapır,  dərhal  yayılırdı.  Üstəlik  əminik  ki,  lirik  mahnıların  çoxlarını  elə 
xanəndələr  özləri  bəstələyirdi.  Belə  bəstəkar  xanəndələrdən  məşhur  Cabbar  Qaryağdıoğlu,  Seyid 
Şuşinski, Mahir Tarzan, Qurban Primovu və s. göstərmək olar.  
Əsrimizin  əvvəllərində  ilk  Azərbaycan  şərq  operası  “Leyli  və  Məcnun”u  yaradan  Üzeyir 
Hacıbəyov  məhz  muğamata  əsaslanmışdır.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  muğamat  
Azərbaycan  xalqının  vokal  və  instrumental  mədəniyyətindəki  ən  gözəl  keyfiyyətləri  özündə  əks 
etdirirdi.  Eyni  zamanda,  Üzeyir  bəy  muğamata  əsl  yaradıcı  kimi  yanaşmış,  musiqimizin  bu  ayrı 
formasında dərin drammatizmi görüb onu səhnə əsərində açmış, bu drammatizmini operanı əsasına 
çevirmiş, bu  yolla da muğamatın tarixi  mövqeyini  xeyli  genişləndirmişdir.  Üzeyir bəy  “Leyli və 
Məcnun”  operasında  muğamatlardan  savayı  xalq  mahnılarından  və  instrumental  havalardan  da 
geniş istifadə etmişdir. 
Beləliklə,  xalq  mahnılarımız  Azərbaycanda  peşəkar  –  bəstəkarlıq  sənətinin  lap 
başlanğıcından  onun  əsasına  çevrilib.  Xalqımızın  ilk  klassiki  Üzeyir  Hacıbəyovun  bəstəkarlıq 
tərcümeyi halında adətən yazılışı kimi deyil, xalq mahnılarımıza uşaqlıqdan doğma Şuşa şəhərində 
maraq yaranıb. Müasirlərinin dediklərinə görə, elə bu şəhərdə də ilk yaradıcılıq uğurlarını qazanıb. 
Muğamatı  və  Azərbaycan  xalq  musiqisinin  digər  formalarına  məhəbbət  getdikcə  atırmış,  nəhayət 
onun nadir yaradıcılıq üslubuna çevrilmişdir.  Üzeyir bəyin xor üçün istədiyi xalq mahnıları onun 
bu  sahədə  neçə  ustad  sənətkar  olduğunu,  necə  həssaslıqla  çalışdığını  əyani  surətdə  göstərir. 
Bəstəkarlarımızdan    Sultan    Hacıbəyov,  C.Hacıyev,  Q.  Qarayev,  F.Əmirov,  S.  Rüstəmov,  F. 
Quliyev, C.Cahangirov, Q.Hüseynli, A.Məlikov və A.Əlizadə, bir sözlə bütün yaşlı nəsil bəstəkarlar 
özlərinin yaradıcılığından böyük ustalıqla istifadə etmişlər.  
Başqa  sözlə  desək,  Azərbaycan  xalq  musiqi  mədəniyyəti  xəzinəsinə  əsaslanmaq  milli 
bəstəkarlıq  məktəbinin  başlıca  xüsusiyyətlərindəndir.  Xalq  ənənələrini  bəstəkarların  əsərlərində 
işlənməsi  isə  həmin  müəlliflərin  yaradıcılıq  üslubunu  müəyyənləşdirən  amilə  çevrilir.  Əlbəttə, 
məsələ  yalnız  xalq  mahnılarını  işləməkdə  deyil,  Azərbaycan  bəstəkarları  xalq  ladlarına  ritmik, 
melodik,  lirik  xüsusiyyətlərə  əsaslanan  xalq  mahnılarının  “ətrini”  canına  toplayan  operalar  və 
simfoniyalar,  xor  əsərləri  və  kamera  instrumental  mahnılarını  bəstələmişlər.  Onlar  xalq 
sənətkarlarının  təcrübəsindən  istifadə  edərək,  ruhən  üslubca  xalq  mahnılarına  yaxın  olan  vokal 
əsərlərini  də  bəstələyiblər.  Belə  əsərlərdən  bəziləri  öz  müəllifini  itirərək  xalq  mahnıları  kimi 
dillərdə əzbərə çevrilmişdir. 
ƏDƏBİYYAT 
 
1. Karaoke. Azərbaycan xalq mahnıları və klassik romansları, “Apostrof” çap evi, Bakı 2011 
2.  Səfərova  Z.Nəvvab  və  onun  “Vüzühül  -  əzqam”  risaləsi,  Azərbaycan  SSR.E.A.  Xəbərlər 
(ədəbiyyat, dil və incəsənət seriyası) 
3. Şuşinski F.Azərbaycan xalq musiqiçiləri, Bakı, 1985 
4. Hacıbəyov Ü. əsərləri, cild 2.Bakı, 1965   
5. Hacıbəyov Ü. əsərləri, Bakı, Yazıçı, 1985. 
6. İsmayılova Q. Müslüm Maqomayev, Bakı,1975 
                                                         
 
 
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə