Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə83/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

- 173 - 
 
Şamil  Qazıyevin  “Köhnə  qala”  tablosunda  təpənin  üzərində  salınmış  əzəmətli  qalanın 
tikildiyi  təpənin  ətəyi,  türk-islam  mədənyyəti  tarixini  yaşadan  İmamzadə  türbəsinin  arxa 
hissəsindən uzanan yolda sürətlə çapan atlı, zəncirvari dəvə karvanı görünür. İmamzadə türbəsindən 
bir  qədər  aşağı  hissədə  qəbiristanlıq  təsvir  olunub.  Günümüzdə  bu  mənzərədən  qalan  yeni  bərpa 
olunmuş Köhnə qalanın divarları və İmamzadə türbə kompleksidir. Yeni şose yolu, müasir yaşayış 
binaları, yol kənarı yaşıllıqlar, insanları istirahəti üçün nəzərdə tutulmuş məkanlar, bərpa olunmuş 
Nuhun türbəsi və digər tikintilər Naxçıvanımızın nə qədər də inkişaf etdiyini göstərir. 
 
Naxçıvan Dövlət Tarix Muzeyində qorunan “Köhnə Naxçıvan” silsiləsindən olan tabloların 
böyük  tərbiyəvi  əhəmiyyəti  var.  Xalq  yaddaşının  əks  olunduğu  tablolardan  “Küçə  dəlləyi”, 
“Dəyirman”,  “Naxçıvan  hamamı”,  “Lavaşyapanlar”  əsərləri  olduqca  dəyərlidir.  “Küçə  dəlləyi” 
əsərində insanların özlərinə baxım adəti nümayiş olunub. Müstəqillik illərində yüksək inkişaf edən 
mədəniyyətimizin  tarixi  yaddaşı  bu  tablolarda  qorunmuşdur.  Babalarımızın  evlərdə  nağıl 
etdiklərini,  xalqımızın  yaddaşını  muzeydə  qorunan  bu  tablodan  görə  bilirik.  Naxçıvanda  o  vaxtın 
kişiləri  üzlərini  təmizlərkən  küçə  dəlləklərinə  üz  tutardılar.  Ustalar  açıq  havada,  küçələrdəki  sadə 
tkililərin kölgəsinə daldalanıb piştaxtasız bir balaca yeşik, su parçı və ülgüc qoyub öz müştərilərini 
gözləyərlərmiş.  Bu  adət  köhnə  Naxçıvan  üçün  xarakterik  olan  etnoqrafik  ənənələrdəndir.  Bu  gün 
köhnə  Naxçıvan  etnoqrafiyasını  tədqiq  edənlər,  kino,  sənədli  film  çəkənlər  üçün  bu  tablo  əvəzsiz 
maddi mənbədir. 
 
Şamil  Qazıyevin  etnoqrafik  zənginliyi  ilə  seçilən  tablolarından  biri  də  “Lavaşyapanlar” 
tablosudur. “Lavaşyapanlar” tablosunda nənələrimizin çörək bişirmə adətini canlandırmağa çalışan 
rəssam ulu keçmişimizdən bizə bir miras qoymuşdur. Köhnə Naxçıvanda indiki kimi çörək sexləri, 
çörək dükanları çox da yox idi. İnsanlar çörəklərini kustar üsulla özləri hazırlayırdılar. Bunun üçün 
hər  həyətdə  təndir  üçün  ayrıca  yer  tikilərdi.  Təndirlərin  inşa  edilməsi  bizə  Naxçıvanın  Neolit 
dövrünə  aid  I  Kültəpə  abidəsindən  məlumdur.  Naxçıvanın  qədim  tayfaları  hələ  Neolit  dövründə 
təndirdən  istifadə  edilməsini  mənimsəmiş  və  bu  ənənə  günümüzə  qədər  də  yaşadılmışdır. 
“Lavaşayapanlar” əsərində nümayiş olunan adət-ənənəyə görə o zamanlar qadınlar həftə sonları və 
yaxud ayda iki dəfə lavaş yapardılar. Elə tablodan da məlum olduğu kimi lavaş yapma adətlərində 
kişilər iştirak etməzdi. Bu prosesdə iştirak edən qadınlar adətən bu işlərdə oturuşmuş, usta xanımlar 
idilər.  Əl  cəldliyi  və  məharət  işin  sürətinə  təkan  verirdi.  Adətən  gənc  gəlinlər  bişirilən  çörəyi 
daşıyar,  böyüklərin  qulluğunda  durardılar.  Naxçıvan  sürətlə  inkişaf  etdiyindən  indi  bu  adət-
ənənənin izlərinə çətin rast gəlmək mümkündür. Dövlətimizin yüksək qayğısı ilə təmin olunmuş hər 
bir  ailə  çörəyi  rahatlıqla  hazır  vəziyyətdə  əldə  edə  bilir.  Xalqımızın  etnoqrafik  xüsusiyyətlərini 
dərindən bilən rəssam gördüyü, şahidi olduğu lavaş yapma adət-ənənəsini tərənnüm etmişdir. Şamil 
Qazıyev yaradıcılığının ən böyük dəyəri ondadır ki, o, hər bir hadisəni öz gözlərilə görmüş, hər bir 
prosesi izləmiş, bu adət-ənənələrlə böyümüşdür.   
 
Təmiz,  aydın,  şux,  al-əlvan  rənglərin  sehrində  seyirçinin  gözləri  önündə  canlanan  köhnə 
Naxçıvan  tabloları  bizləri  ötən  günlərə  qaytarır,  ən  başlıcası  isə  düşünməyə  sövq  edir,  bizləri 
özünəməxsus  şəkildə  dindirir,  zövqümüzü  bəzəyir.  Bu  və  digər  əsərlərin  əhəmiyyətli  cəhəti 
haqqında  o  dövrün  mətbuatı  belə  yazırdı:  "Bu  təsvirlərdə  Azərbaycanın  ən  qədim  guşəsi  olan 
Naxçıvanın keçmiş tarixinə, etnoqrafiyasına, adətlərinə aid təsəvvürlər öz əksini tapmışdır". 
 
Bu gün dünyanın ən böyük və məşhur sərgi salonlarından biri olan Moskvanın “Tretyakov 
qalereyası”nda  sərgilənən  “Çoban”  adlı  əsəri  nümayiş  olunur  (2,  s.  646).  Böyük  sənətkarın  bizə 
miras  qoyduğu,  tərbiyəvi  əhəmiyyətə  malik,  vətənpərvərlik  hisslərilə  dolu,  Vətənin  tərənnümünə 
həsr  olunmuş  zəngin  bədii  irsi  illər,  qərinələr  keçməsinə  baxmayaraq  həmişə  yaşayacaq, 
seviləcəkdir. Onun əsərləri  Naxçıvanın zəngin təbiətinin, tarixinin və etnoqrafiyasının öyrənilməsi 
üçün dəyərli mənbədir. 
ƏDƏBİYYAT 
1.
 
Naxçıvan. Naxçıvan: Əcəmi, 2010, 63 s. 
2.
 
Naxçıvan Teatrının Salnaməsi (1883-2008). Naxçıvan, Əcəmi, 2010, 734 s. 
3.
 
Görkəmli  rəssam  Şamil  Qazıyevin  110  illik  yubileyinin  keçirilməsi  haqqında  Naxçıvan 
Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  Sərəncamı.  Naxçıvan  şəhəri,  1  fevral  2018-ci  il. 
“Şərq qapısı”qəz., 2018, 3 mart 


- 174 - 
4.
 
Şamil Qazıyev. Naxçıvan, Əcəmi, 2010, 63 s. 
 
 
ABSTRACT 
Fizze Guliyeva 
 
DESCRIPTION OF OLD NAKHCHIVAN IN SHAMIL GAZIYEV`S PAİNTİNGS 
 
 
In  the  works  of  the  famous  artist  of  Azerbaijan,  the  follower  of  realistic  school  Bekhruza 
Kengerli  of  Shamil  Hasan  oglu  Gazyev  occupies  the  main  place  pictures  and  theatrical  painting. 
During  the  14th  year  of  his  activity  in  Nakhchivan  State  Drama  Theatre  the  artist  has  given 
decorating  to  more  than  100  performances.  Shamil  Gazyev  was  an  artist  of  performances  such  as 
"Fugitives", "Bloody fortress", "The destroyed shelter", "Honour", "Strange child", "Ashug Gerib" 
which  have  seemed  on  the  scene  of  Nakhchivan  Theater.  On  the  works  "Old  Nakhchivan", 
"Footwear  sewer  ",  "Lavaş  cookers",  “Bread  cookers”,  "Khunjov  Quarter",  "Old  Fortress"  and 
others he represented old Nakhchivan. His works with similar story are stored in the State Historical 
Museum of Nakhchivan and personal collections now. The work "Shepherd" is top of creativity of 
Shamil Gazyev and are stored in "Gallery Tretyakov" the city of Moscow. As the realistic artist in 
his creativity the special place occupies works under the name of "Old Nakhchivan" which matter 
for the image of the nature, ethnography and customs of settlers of old Nakhchivan.  
 
PEЗЮME 
Физза Гулиева 
ОПИСАНИЕ СТАРОГО НАХЧЫВАНА В  
КАРТИНАХ ШАМИЛЯ ГАЗЫЕВА 
 
 
 
В  творчестве  знаменитого  художника  Азербайджана,  последователя  реалистической 
школы Бехруза Кенгерли Шамиля  Гасан оглы Газыева основное место занимает картины и 
театральная живопись. Во время 14 года его деятельности в Нахчывнском Государственном 
Драматическом  Театре  художник  придал  художествнное  оформление  более  чем  100 
спектаклям.  Шамил  Газыев  был  художником  спектаклей  таких  как  «Беженцы»,  «Кроваый 
крепость»,  «Разрушенный  приют»,  «Честь»,  «Чужой  ребёнок»,  «Ашуг  Гариб»  которые 
показались  на  сцене  Нахчыванского  театра.  На  произведениях  «Старый  Нахчыван», 
«Башмашники»,  «Пекари»,  «Хынджовский  квартал»,  «Старая  крепость»  и  других  он 
изображал  старую  Нахчыван.  Его  призведения  с  подобными  сужетами  в  настоящее  время 
хранятся  в  Государственном  Историческом  Музее  Нахчывана  и  личных  коллекциях. 
Произведение  «Пастух»  является  вершиной  творчества  Шамиля  Газыева  и  хранятся  в 
«Третяковском  галерее»  города  Москвы.  Как  реалистический  художник  в  его  творчестве 
особое место занимает произведения из цикла «Старый Нахчыван», которые имеют значение 
для изображения природы, этнографии, обычаи и населения стараго Нахчывана.  
 
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişafı fondunun maliyyə yardımı ilə 
yerinə yetirilmişdir. Qrant № EİF KETPL-2-2015-1(25)-56/47/5. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə