Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə82/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   78   79   80   81   82   83   84   85   ...   91

- 171 - 
 
Şamil  Qazıyevin  ustadı,  müəllimi  Bəhruz  Kəngərli  ilə  qarşılaşması  da  olduqca  maraqlıdır. 
Bu  haqda  görkəmli  ədəbiyyatşünas  alim  M.Cəfərov  yazır:  “Bəhruz  bir  dəfə  (1919-cu  ildə) 
Naxçıvanda Puşkin küçəsində, yol kənarında balaca bir otaqda əsərlərinin sərgisini düzəltmişdi. O, 
qapının ağzında dayanıb, yoldan ötənləri çağırırdı ki, gedib onun sərgisinə baxsınlar. Ancaq o gün 
böyüklərdən, yaşlılardan heç biri sərgiyə baxmaq istəmirdi. Bu arada bir neçə uşaq küçədə oynaya-
oynaya rəssama yaxınlaşdılar. 
 
Bəhruz onları mülayim baxışları ilə qarşıladı. Həmişə azca titrəyən səsilə uşaqları dilə tutub 
sərgiyə  apardı.  O,  bir-bir  əsərlərini  göstərib  həvəslə  uşaqlara  izah  verirdi  və  ara  bir  gülümsəyib 
deyirdi:  “Əl  vurmaq  olmaz,  olmaz  əl  vurmaq”.  Mən  həmişə  üzü  tutqun,  qaşları  çatılmış  rəssamı 
birinci dəfə burada gülümsəyən gördüm” (4, s. 1).  
Şamil  Qazıyevin  Bəhruz  Kəngərlinin  layiqli  yetirməsi  olduğunu  sənətşünaslıq  doktoru  Kərim 
Kərimov da qeyd etmişdir. 
 
Bu  gün  köhnə  Naxçıvanımızı  yalnız  foto-şəkillər,  kino-kadrlar  vasitəsilə  deyil  Şamil 
Qazıyevin   tablolarında da görür, onların  bədii təcəssümünü fəxrlə seyr  edirik. Bu cəhətdən onun 
əsrarəngiz  tabloları  olduqca  diqqətəlayiqdir.  Rəssamın  hər  bir  tablosu  Naxçıvan  tarixindən  bir 
səhifədir  desək,  yanılmarıq.  Tabloları  seyr  etdikcə  XIX-XX  əsr  Naxçıvan  şəhərindəki  küçələrin, 
evlərin  görünüşü,  insanların  geyimləri,  məişəti,  adət-ənənələri  kino-kadr  kimi  gözümüzün  önündə 
canlanır. Əsərlərindən birində Naxçıvan hamamlarının daxili quruluşu, köhnə Naxçıvan sakinlərinin 
geyimi, hamamda çimmək adət-ənənəsini canlandıran rəssam sanki bizə tarixdən bir parça yadigar 
qoymuşdur. 
 
Saf Naxçıvan təbiəti, doğma diyarın leytmotivləri Şamil Qazıyev yaradıcılığının ana xəttini 
təşkil edir. Naxçıvan diyarının, təbiətinin vurğunu olan rəssam doğma yurdunu sonsuz məhəbbətlə 
sevmiş,  Vətənini  boyalarla,  əlvan  rənglərlə  vəsf  etməkdən  doymamışdır.  Rəssamın  Naxçıvanın 
tarixi, təbiəti, adət-ənənələri, həyat və məişətilə bağlı çəkdiyi “Çoban”, “Xırmanda”,  “Qalayçılar”, 
“Dəyirman”, “Lavaşyapanlar”, “Qaçqınlar”, “Çarıqçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, 
“Naxçıvan hamamı”, “İnqilabaqədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyət” kimi əsərlər keçmiş 
tariximizin  və  mədəniyyətimizin  öyrənilməsi  üçün  olduqca  mühüm  əhəmiyyətə  malikdir. 
Etnoqrafik  xüsusiyyətləri  əks  etdirmək  baxımından  dəyərli  olan  əsərlərindən  “Lavaşyapanlar”, 
“Çarıqçılar”, “Qalayçılar”, “Öküzlərin nallanması” bizi bir anlıq köhnə Naxçıvan küçələrinə aparır. 
Atların ayaq səsləri, insanlarla dolu, səs-küylü küçələrin kənarında oturub öz işini görən sənətkarlar 
və  sair  epizodlar  rəssamın  insan  əməyinə  duyduğu  heyranlığının  təcəssümüdür.  Adət-ənənəyə 
bağlılıq, Vətəni sevmək, ailəsinə bağlılıq ona atasından bir miras idi. Ziyalı ailədə doğulan rəssamın 
dünyagörüşünün  formalaşmasında  atasının  əvəzsiz  rolu  olub.  Rəssamın  atası  Həsən  Xəlil  oğlu 
Qazıyev  İrəvan  quberniyası  və  Naxçıvan  qəzasında  maarif  və  mədəniyyətin  inkişafında  böyük 
xidmətlər  göstərmişdir.  Uzun  illər  Naxçıvan  qəzasının  şəhər  və  kəndlərində  müəllimlik  edən, 
məktəblərdə  müxtəlif  vəzifələrdə  işləyən  Həsən  Qazıyev  İrəvanda  ermənilərin  təzyiqilə  üzləşərək 
işdən azad olmuş, işsiz qalmışdır (4, s. 3). Elə onların Naxçıvana köçmə səbəbləri də bu idi. Həsən 
müəllim  muxtar  respublikamızda  maarif  sahəsində  həyata  keçirilən  mühüm  tədbirlərin  fəal 
iştirakçılarından biri kimi tanınmış və pedoqoji kadrların hazırlanmasında böyük əmək sərf etmişdir 
(4, s. 3) Ziyalı ailədə böyüyən Şamil gələcəkdə atasının ona bəslədiyi ümidləri doğruldur və özünü 
ziyalı  kimi  formalaşdıra  bilir.  Şamil  Qazıyev  özündə  formalaşdırdığı  bu  ali,  nəcib  keyfiyyətləri 
gələcəkdə  övladlarının  tərbiyəsində  də  formalaşdıra  bilir.  Heç  də  əbəs  yerə  demirlər  ki, 
övladlarımzın tərbiyəsi gendən gəlir, amma digər tərəfdən də həyatın enişli, yoxuşlu yollarında da 
insan  iradəsi  mühüm  rol  oynayır.  Şamil  Qazıyevin  həm  həyat  yolunda,  həm  yaradıcılıq 
fəaliyyətində həm onun yaşadığı mühit, həm də aldığı tərbiyə mühüm rol oynamış, onda ali insanı 
keyfiyyətlərin  aşılanmasına,  onun  layiqli  vətəndaş  kimi  yetişməsinə  səbəb  kimi  olmuşdur.  Bugün 
rəssamın  yaradıcılığının  hərtərəfli  öyrənilməsinin,  tədqiqinin  gənclərimiz  üçün,  gələcək  nəsillər 
üçün böyük əhəmiyyəti var.  
 
Şamil  Qazıyevin  köhnə  Naxçıvanı,  onun  təbiətini,  abidələrini,  adət-ənənəsini,  köhnə 
Naxçıvan  sakinlərini  tərənnüm  edən  tablolarına  bütünlükdə  “Köhnə  Naxçıvan”  silsiləsi  desək 
yanılmarıq. Bugün Naxçıvan Dövlət Tarix Muzeyində qorunan “Köhnə Naxçıvan” silsiləsinə daxil 
olan  əsərlər  keçmiş  tariximizi  yaşatmaq  baxımından  böyük  əhəmiyyətə  malikdir.  Rəssam  Bakıda 


- 172 - 
yaşadığı illərdə də “Köhnə Naxçıvan” silsiləsinə həsr etdiyi tablolarında köhnə Naxçıvanın hər bir 
detalını  xüsusi  qayğı  və  dəqiqliklə  kətana  sığdırmağa  çalışmışdır.  Heç  şübhəsiz  ki,  bu  tablolar 
gələcək  nəsilləri  düşünən  rəssamın  uzaqgörənliyinin  nəticəsi  idi.  1976-cı  ildə  rəssam  Bakıda 
yaşamasına baxmayaraq, Naxçıvan təbiəti onun qəlbində, ruhunda heyranlıq yaratdığı üçün növbəti 
tablolarından  birini  köhnə  Naxçıvana,  gəzdiyi  dolandığı  tarixi  məkana  həsr  etmək  qərarına  gəlir. 
Yağlı boya ilə təsvir etdiyi “İnqilabaqədərki Naxçıvan” (4, s. 43) və yaxud “XIX əsrin əvvəllərində 
Naxçıvan”  tablosunda  doğma  yurduna  olan  sonsuz  sevgisini  görməmək  mümkün  deyil  (1,  s.  4) 
(şək.  1).  Rəssamın  tabloda  canlandırdığı  “Xan  diki”,  onun  ərazisində  olan  Möminə  xatın  türbəsi, 
şəhərin mərkəzilə axıb gedən və indiki “Qızlar bulağı”nda gözəl bir şəlaləyə çevrilən Bazar çayı və 
təsvir etdiyi neçə-neçə tarixi məkan bu gün nə qədər də dəyişilib, yeni don geyinib. Sadə, köndələn 
evlər,  zəmətkeş  insanlar,  tağlı  körpü,  tarixi  abidələr,  məscid,  qızılı-sarı  torpaq,  kələ-kötür  yollar... 
Bu  mənzərələr  günümüzdə  tamamilə  fərqlidir.  Müstəqillik  illərində  günü-gündən  müasirləşən, 
özünün  intibahını  yaşayan  bugünkü  Naxçıvandan  köhnə  Naxçıvana  bir  anlıq  səyahət,  insanı 
keçmişi,  tarixilə  görüşdürür,  onun  mənəviyyatını  zənginləşdirir.  Mübaliğəsiz  deyə  bilərik  ki, 
rəssama  baş  ucalığı  gətirən,  yaradıcılığını  xalqına  sevdirən,  onun  yurduna  bəslədiyi  sonsuz 
məhəbbət olub. 
 
Şəkil 1. XIX əsrin əvvəllərində Naxçıvan 
 
 
Bütün  dünya  rəssamlarının,  o  cümlədən  Azərbaycan  rəssamlarının  yaradıcılığına  nəzər 
yetirsək  görərik  ki,  onların  şedevr  əsərləri  ömürlərinin  sonlarında  yaratdığı  tablolarıdır.  Yetkin  və 
püxtələşmiş  yaş  dövrünün  abu-havası  başqa  olur  desək  yanılmarıq.  Məhz  bu  incə  məqam  Şamil 
Qazıyev yaradıcılığında da duyulmaqdadır. Qeyd etdiyimiz kimi ömrünün 40 ilini Bakıda yaşayan 
görkəmli  sənətkarın  Naxçıvanı  tərənnüm  etmək  istəyi  dərin  düşüncənin,  rəssam  ürəyinin  səsi  ola 
bilərdi.  Sanki  rəssam  bu  ahıl  yaşında  gəzib  doya  bimədiyi  torpaqları,  həmin  o  gənclik  xatirələrini 
müdrik fırçasının köməyilə bir daha canlandırmaq istəmiş, hər tablosunda vəsf etmişdir. Bu hərarət, 
məhəbbət, gənclik baxışları, yaddaşın izləri tablolardakı rənglərdə də özünü gizlədə bilmir. 1977-ci 
ildə  bu  təmiz,  ilahi  hislərin  simfoniyasında  növbəti  tablolarından  birini  –  “Köhnə  qala”  əsərini 
yaradır (4, s. 62). Tablonun mərkəz hissəsində yağlı boyaların solğun və isti çalarları ilə vəsf etdiyi 
Köhnə  qalanın  istinad  divarları  rəssamın  tərənnüm  etdiyi  vaxtlardan  sonra  təbii  aşınmaya  məruz 
qalsa da son illərdə muxtar respublika rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə bərpa olunmuş və 
xalqın  istifadəsinə  verilmişdir.  Əvvəllər  yalnız  Şamil  Qazıyevin  tablosunda  gördüyümüz,  tarixi 
mənbələrdə eşitdiyimiz bu tarixi məkan bərpadan sonra bizə şərait yaratmışdır ki, tarixin bir parçası 
ilə  qovuşa  bilək.  Tarixi  abidələrimizin  bərpasında,  onların  əvvəlki  görkəminin  qaytarılmasında 
vasitəçi olan rəssamlarımızdan biri də Şamil Qazıyevdir.  


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə