Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə80/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

- 167 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
ZEMFİRA BABAYEVA             
 
 
 
      Naxçıva Dövlət Universiteti 
UOT:785 
BƏSTƏKAR ÖMRÜ 
 
Açar sözləribəstəkar, musiqi, yaradıcılıq, pedoqoq, mədəni həyat 
Key wordsComposer, music, creativity, teacher, cultural life 
Ключевые слова: композитор, музыка, творчества, педагог, культурная жизнь 
Əgər,  Azərbaycan  professional  musiqisinin  banisi  Üzeyir  Hacıbəyov,  Müslüm 
Maqomayev, Asəf Zeynallı olmuşdursa, Azərbaycan musiqisinin sonrakı inkişafına Qara Qarayev, 
Fikrət  Əmirov,  Cövdət  Hacıyev,  Soltan  Hacıbəyov,  Niyazi  kimi  sənətkarlar  yeni  vüsət  vermişlər. 
Bu inkişaf ictimai – siyasi həyatın, məişətin, mədəniyyətin yaxın günümüzə kimi gəlib çatmasında 
mühüm  rol  oynamışdır.Beləliklə,  onlar  öz  əsərlərində  tarixi  hadisələri,  qəhrəmanları,  onların 
göstərdikləri  igidlikləri,  yasadıqları  dövrün  gözəl  və  mənfi  xüsusiyyətlərini  vəsf  etmişlər  .Bu  gün 
onlar  musiqi  dilini  tətqiq  etməkdə,  müxtəlif  dövrlər  haqda  məlumat  almaqda  bizə  kömək  edir. 
Onların sayəsində musiqinin gözə görünməyən sehrli qüvvəsi isə hamiya bəllidir. 
Azərbaycanın  ayrılmaz tərkib hissəsi olan Naxçıvan bəstəkarlıq məktəbi  də bu inkişafdan 
geri qalmamışdır. 
Naxçıvan  diyarı  musiqi  sənətinə  Ramiz  Mirişli,  Nəriman  Məmmədov,  Məmməd 
Məmmədov,  Rəsid  Məmmədov,  Məmməd  Ələkbərov,  Səidə  Məmmədova  kimi  bəstəkarlar  bəxş 
etmişdir. Bu mənada Naxçıvan bəstəkarlarının böyük və zəngin təməli vardır. 
Sizə  söhbət  açacağımız  -  Naxçıvanda  yaşayıb  yaradan  bəstəkarlardan  biri  də  Kamal 
Əhmədovdur. 
Musiqi təhsilini Naxçıvanın ilk musiqi məktəbi olan 1 saylı musiqi məktəbində alan Kamal 
Əhmədovun  ilk  ixtisas müəllimi,  tanınmış  bəstəkar  Rəşid  Məmmədov  olmuşdur.Onun  dərs  aldığı 
müəllimlər  sırasına  nəzər  saldıqda  görürük  ki,  onlar  dövrünün  tanınımış  ifaçıları  və  bəstəkarları 
olmuşlar.Muğam dərsini Yusif Əliyev, Vahid Axundov, nəzəriyyə üzrə isə Məmməd Ələkbərovdan 
dərs almışdır. 
Gözəl  musiqi  duyumuna  malik  olan  bəstəkar  1967-ci  ildə  Asəf  Zeynallı  adına  Musiqi 
Texnikumunun  tar  sinfinədaxil  olur.Muğamin  sirlərini  Əhməd  Bakıxanovdan  alan  Kamal 
Əhmadovun bəstəkarlıq sənətinə marağı artır. O illərdə fortepiano üçün yazdığı kiçik prelüdlər və 
pyeslərlə yaddaşlarda qalmışdır. 
Qetd etmək yerinə düşər ki, K.Əhmədov yaradıcılığında fortepiano mühüm yerlərdən birini 
tutmuşdur. 
Təhsil  illərində  yaradıcılığı  səmərəli  olmuşdur.Fortepiano  üçün  ``Prelüdlər``,  ``Prelüd  və 
fuqalar``, ``Mövzu və fuqalar``, ``A capella`` və ``Fuqa`` əsərləri bunun bariz nümunəsidir.  
Tar üçün Sonata, truba üçün Mövzu və variasiyalar, simli ansambl üçün üçsəsli Kvartet və 
başqa əsərləri onun professional yaradıcılğının ilk dövrünü əhatə edir. 
1973-cü  ildə  Asəf  Zeynallı  adına  Musiqi  Texnikumunu  başa  vuran  bəstəkar  ilk  pedoqoji 
fəaliyyətinə  Ordubad  şəhər  Uşaq  Musiqi  məktəbində  başlayır  .Yüksək  yaradıcılıq  xüsusiyyətinə 
malik olan Kamal müəllim, məktəbdə uşaqlardan ibarət Xalq çalğı alətləri orkestri təşkil edir.Eyni 
zamanda  bəstəkarlıq  fəaliyyətini  davam  etdirərək  xalq  mahnı  və  rəqslərinin  orkestr  işləmələrini 
ərsəyə  gətirir.  Pedoqoji  fəalijjətini  həm  Ordubad,  həm  də  Naxçıvan  musiqi  məktəblərində  davam 
etdirdikdən  sonra  1976-  cı  ildə  Ü.Hacıbəyov  adına  Azərbaycan  Dövlət  Konservatoriyasının  Xalq 
Çalğı  Alətləri  şöbəsinə  daxil  olur.Həm  ifaçılıq,  həm  də  yaradıcılıq  xüsusiyyətinə  malik  olan 
bəstəkar  fakultetiv  olaraq,  professor  Afaq  Cəfərovadan  dərs  almağa  başlayır.  Konservatoriyada 
təhsil  illəri  onun  yaradıcılığına  müsbət  təsir  göstərir.  Bu  illərdə  fortepiano  üçün  “Prelüdlər”, 


- 168 - 
”Sonata  ”  yazır.Bəstəkar  yaradıcılığına  olan  həvəs  və  istedad  onu  1979-cu  ildə  fərq  imtahanı 
verərək  Bəstəkarlıq  fakültəsinə  gətirib  çıxarır.  Xoşbəxtlikdən  Xəyyam  Mirzəzadənin  sinfinə 
düşməsi K.Əhmədov həm həyatında, həm də yaradıcılğında böyük dönüş yaradır.X.Mirzəzadə həm 
klassiklərin, həm Azərbaycan bəstəkarlarının, həm də fərdi üslubunu yaratmaqla ona kömək edir. 
Konservatoriya  təhsil  illəri  onun  yaradıcılığını  hərtərfli  inkişafına  təsir  göstərir.  Vaxtaşırı 
keçirilən konsertlərdə, bəstəkar əsərlərindən ibarət proqramlarda onun da əsərlərinin ifası bəstəkara 
müəllim və tələbələrin rəğbətini qazandırmışdır. Bu illəri onun yaradıcılığının zirvəsi hesab etmək 
olar. Diplom işi olaraq simfonik orkestr üçün  yazdığl  “Cavid” simfonik  poeması ona böyük uğur 
gətirir. Bu nailiyyət ona ikiqat uğur, ikiqat müvəffəqiyyət gətirir. 1988-ci ilin oktyabr ayında Krım 
vilayətinin Soçi şəhərində “Cavid ” simfonik poemasının premyerası olur.Əsər Ukrayna SSRİ- nin 
xalq  artisti  AQ.F.  Qulyanskinin  idarəsi  ilə  Krım  Dövlət  Orkestrinin  ifasında  səslənmişdir.  Əsərin 
premyerası  üçün müəllif Yalta şəhərinə dəvət  olunmuşdur.( C.Vəzirov.J .Əliyeva.``Sözlü  nəğməli 
Naxçıvan`` səh.132) 
 “Sovetski  Krım”  qəzetinin  4  oktyabr  l988  –  ci  ildəki  nömrəsində  Krım  Dövlət 
Filarmoniyasının  musiqi  redaktoru  “Cavid  ”  simfonik  poemasının  uğurlu  ifasından  bəhs  edərək, 
K.Əhmədovun  yaradıcılığını  qısaca  təhlil  etmişdir.  Həmyerlimizin  bu  nailiyyəti  bizə  qürur  hissi 
yaşadır.  
1985-ci  ildə  Azərbaycan  Konservatoriyasının  bəstəkarlıq  fakültəsini  bitİrən  Kamal 
Əhmədov  Naxçlvana  gələrək,  burada  yeni  yaranmış  Dövlət  Filarmoniyasının  Xalq  Çalğı  Alətləri 
Orkestrinin  bədii  rəhbəri  və  baş  dirijoru  vəzifəsində  çalışır.Beləliklə  bəstəka  yaradıcılığının  əsas 
hissəsini  Xalq  Çalğı  Alətlərin  Orkestri  ilə  bağlamış,  orkestr  üçün  müxtəlif  səpgili  əsərlər  yazmış, 
transkripsiyalar və işləmələr etmişdir.  
 
1985-ci  ildən  1997-ci  ilədək  Naxçıvan  Dövlət  Filarmoniyasının  Xalq  Calğı  Orkestrinin 
yaranmasında və formalaşmasında böyük əməyi olan Kamal Əhmədovun idarəsilə bu orkestr Bakı 
və  Sumqayıt  şəhələrində  dəfələrlə  müvəffəqiyyətli  konsertlər  vermişdir.  Xalq  Çalğı  Alətləri 
Orkestrinə  dərindən bələd olan Kamal Əhmədov bir sıra orkestr  əsərlərı  yazmışdır . Bu baximdan 
``Cəngi``,  ``Süita``,  ``Naxçıvan  eskizləri``,  ``Rekviyem``  kimi  əsərləri  özünəməxsusluğu  ilə 
fərqlənir.  
Xalqimizin  20  yanvar  müsibəti-  Azərbaycanın  azadlığı  uğrunda  həlak  olmuş  vətən 
övladlarının xatirəsinə həsr olmuş  ``Rekviyem  `` Xalq  Çalğı  Alətlərinin janr xüsusiyyətini  aşaraq 
simfonikliyi ilə diqqəti cəlb edir. Qeyd edək ki, bu əsər ``Şəhidlər `` simfoniyası adı ilə televiziya 
və radio dalğalarında səslənmişdir. 
Bəstəkarın  yaradıcılığı  orkestr  üçün  yazdığı  əsərlərlə  məhdudlaşmır.O,  eyni  zamanda 
vokal,  instumental  və  simfonik  əsərlərin  də  müəllifidir.Müxtəlif  səpgili  pyeslər,  priüdlər, 
variasiyalar,  sonatalar  və  başqa  əsərlərin  müəllifidir.  Bu  mənada  fortepiano  üçün  ``Prelüdl``, 
``Fuqalar``, ``Variasiya``, tar üçün ``Sonata``, simli alətlər üçün ``Kvartet`` və başqa əsərləri təsirli 
və orijinaldır. Kamal Əhmədovun vokal musiqisinə müraciəti, gözəl nəğmələrin və xor əsərlərinin 
yaranmasına bir vəsilə olmuşdur.Belə ki, onun qarışıq xor üçün yazdığı ``Fuqa``və bir birini təkrar 
etməyən  dəyərli  melodiyaya  malik  olan  mahnilarında  doğma  vətən,  onun  füsunkar  təbiəti,  xalqin 
mənəviyyatı və duyğuları tərənnüm olunur.  Bir şeyi qeyd etmək yerinə düşər ki,   K.Əhmədovun 
mahnı yaradıcılığı demək olar ki, Naxçıvanlı şairlərin şeirlərinə yazılmışdır.M.Nəsirlinin sözlərinə 
``Qoşa  çinar``,  Y.Şirinoğlunun  sözlərinə  ``Saçlarıma  qar  da  yağdı``,  ``Gözlərinə  baxan  zaman``, 
Q.Maqsudovun  sözlərinə  ``Zəfər  mahnısı``,  ``Anacan``,  Rövşən  Əhmədin  sözlərinə  ``Milli 
ordumuz``,  Tərifə  Şükür  qızının  sözlərinə  ``Bənövşə``  digər  şairlərin  sözlərinə  ``Unutdun  məni``, 
``Kaman  səsi``,  ``Bu  yolu  seçdim``,  ``Keşmə``  və  başqa  mahnılar  bəstələmişdir.  ``Azadlıq 
türküsü``, ``Sevdam``, mahnılarının sözləri isə bəstəkarın özünə məxsusdur.  
 
 
Kamal  Əhmədovun  simfonik  janrda  yazılmış  maraqlı  əsərlərindən  olan  ``Simfoniya  `` 
musiqisevərlər tərəfindən çox böyük maraqlq qarşılanmışdır.  
Keçmiş 
SSRİ 
Bəstəkarlar 
İttifaqının  üzvü  olan  Kamal  Əhmədov  uzun  illər  Azərbaycan  bəstəkarlar  İttifaqı,  Naxçıvan 
Bəstəkarlar  Təşkilatının  məsul  katibi  olmaqla  yanaşı,  Naxçıvan  Dövlət  Universitetində  pedoqoji 
fəaliyyətini  də  davam  etdirir.  Kamal  Əhmədovun  musiqi  irsi  geniş  və  çoxşaxəlidir.  Özünəməxsus 
yaradıcılıq  üslubu  olan  bəstəkar,  müxtəlif  yaradıcılıq  mərhələlərindən  keçərək,  daha  da  inkişaf 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə