Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə81/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   77   78   79   80   81   82   83   84   ...   91

- 169 - 
etmiş və özünəməxsus bəstəkar üslubu yaratmışdır. Bu isə onun istər mahnı, istər vokal, itərsə də 
simfonik yaradıcılığında özünü əyani surətdə nəzərə çarpdırır.  
 
 
 
 
Kamal  müəllim  bu  gün  Naxçıvan  Dövlət  Universitetinin  bəstəkarlıq  fakültəsində  gənc 
bəstəkarların  yetişməsində,  onların  özünü  təsdiq  etməsində,  yeni  musiqi  yaranmasında  əlindən 
gələni əsirgəmir. Bu işdə ona yeni yeni yaradıcılıq uğurları diləyirik. 
  
 
 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ələkbərova Ə. Musiqi türkologiyasının zəfər yürüşü Naxçıvandan başladı //Musiqi dünyası - 
2003, N 4.  
2.
 
Hacıyev  İ.,  İsmayılov  B.  Naxçıvan  Muxtar  Respublikası  -  90:  Quruculuq  salnaməsi.  – 
Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2014. – 184 s. - 127 - 7. Qulamova J. Cəlil Məmmədquluzadə adına 
Naxçıvan Dövlət  Musiqili Dram  Teatrı tamaşalarında musiqisinin  rolu və əhəmiyyəti.–  B.:  Mars-
print, 2011. – 200 s.  
3.
 
Qulamova  J.  Naxçıvan  Muxtar  Respublikası  bəstəkarlar  təşkilatının  30  ildə  keçdiyi 
yaradıcılıq yolu. – B.: Mars-print, 2010. – 134 s. 
4.
 
Quliyev N. Naxçıvan musiqi mədəniyyəti tarixindən. – B., Elm, 1999, 140 s.  
5.
 
Quliyeva  A.A.  Türk  aləmində  Naxçıvan  musiqi  mədəniyyəti:  Sənətşünaslıq  üzrə 
f.d....dissertasiya. – Naxçıvan, 2011, 169 s.  
6.
 
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı – 30 (1978-2008): buklet. – Naxçıvan, 
2008.  
7.
 
Vəzirov C., Qulamova J. Sözlü
, nəğməli Naxçıvan: məqalələr toplusu. – B.. Sabah, 2003.  
РЕЗЮМЕ 
Земфира Бабаева 
СТРАНИЦЫ ИЗ МИРА МУЗЫКИ КОМПОЗИТОРОВ НАХИЧЕВАНА  
В  стате  представленной  Земфирой  Бабаевой,  реч  идет  о  культурной  жизни 
Нахичеванской Автономной Республики .Статья представляет собой основные направления 
композитора  Камала  Ахмедова  .Автор  рассматривает  сущность  проделанной  им  работы, 
композиторский  и  научно  –педагогической  деятельности,  в  развитии,  нашей  музыкальной 
культуры,  вокальные  и  инструментальные  произведения  написанные  в  разное  время 
композиторa .  
ABSTRACT 
Zemfira Babayeva 
PAGES FROM THE MUSIC WORLD OF NAKHICHEVAN COMPOSERS 
In  the  paper  prezented  Zemfira  Babayeva  the  author  talks  about  the  cultural  life  of  the 
Nakhicevan Autonomous Republic, as the work of its compozers. That includes, a detailed analysis 
of composer Khamal Ahmadov which is reflected here. Standinq on his compozinq and scientifiq-
pedoqoical  work,  on  thi  nature  activitu  in  development  of  our  musical  culture,  vocal  and 
instrumental compozers compozed by his in a different times. 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
  
 


- 170 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
FİZZƏ QULİYEVA 
AMEA Naxçıvan Bölməsi 
fizze25@mail.ru 
UOT:7.04 
ŞAMİL QAZIYEVİN ƏSƏRLƏRİNDƏ KÖHNƏ  
NAXÇIVANIN TƏSVİRİ  
 
 
Açar sözlər: qədim Naxçıvan, Şamil Qazıyev, rəssam, teatr, rəsm əsəri  
 
Key words: old Nakhchivan, Shamil Gazyev, artist, theater, work of art 
 
Ключевые слова:  старый  Нахчыван,  Шамиль  Газыев,  художник,  театр, 
художественное произведение 
 
Naxçıvan  Muxtar  Respublikasının  sosial-iqtisadi  inkişafı  üçün  əlamətdar  olan  2018-ci  il, 
sənətsevərlər,  xüsusilə  Şamil  Qazıyev  yaradıcılığının  vurğunu  olanlar  üçün  də  uğurlu  illərdən  biri 
oldu.  
 
Ş.Qazıyevin albom-kataloqunun nəşr olunması, sərgisinin təşkil edilməsi, “Görkəmli rəssam 
Şamil  Qazıyevin  110  illik  yubileyinin  keçirilməsi  haqqında”  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisi  Sədrinin  2018-ci  il  1  fevral  tarixli  Sərəncamı  (3,  s.  1)  görkəmli  sənətkarın  yaradıcılıq 
ənənələrinin  yaşadılması,  təbliği,  gələcək  nəsillərə  çatdırılması  yolunda  ən  qiymətli  töhfədir.  Bu 
sərəncam muxtar respublikamızda sənət adamlarına göstərilən yüksək dövlət qayğısının ifadəsidir. 
Nəcib  insani  xüsusiyyətlərə  malik  olan  Şamil  Həsən  oğlu  Qazıyevin  taleyi,  qisməti  elə  gətirir  ki, 
onun ömür yolu üç şəhərlə bağlı olur. 1908-ci ildə qədim İrəvan şəhərində dünyaya göz açan, saf 
uşaqlıq  illərini  dədə-baba  torpaqlarımızda  keçirən  Şamil  on  iki  yaşında  ikən  ailəsilə  Naxçıvana 
köçür.  Bu  diyarda  o,  heç  özü  də  bilmədən,  planlaşdırmadan  böyük  ustadı  Bəhruz  Kəngərli  ilə 
qarşılaşır.  O,  Naxçıvan  Dövlət    Dram  Teatrında  çalışdığı  14  il  ərzində  “Şeyx  Sənan”,  “Leyli  və 
Məcnun”,  “Qaçaq  Nəbi”,  “Həyat”,  “Otello”,  “Hamlet”  və  s.  onlarla  tamaşanın  rəssamı  olur  (2,  s. 
646). Bugün muzeylərdə, şəxsi kolleksiyalarda qorunan “Köhnə Naxçıvan” silsiləsini yaradır. 1929-
cu  ildə  Naxçıvan  Pedoqoji  Texnikumunda  rəsm  müəllimi  işləyərkən  ürəyində  olan  arzusunu 
reallaşdırmağa  nail  olur.  Belə  ki,  1939-cu  ildə  onun  şəxsi  təşəbbüsü  ilə  Naxçıvanda  rəssamlıq 
məktəbi  açılır.  Lakin  bu  məktəb  müharibənin  başlanması  səbəbindən  cəmi  iki  il  fəaliyyət 
göstərdikdən  sonra  bağlanır.  Elə  həmin  illərdə,  daha  dəqiq  desək  1944-cü  ildə  Şamil  Qazıyev 
hərtərəfli  yaradıcılıq  fəaliyyətinə  görə  muxtar  respublikada  ilk  dəfə  olaraq  yenicə  təsis  olunmuş 
“Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. Ömrünü, ən gözəl gənclik 
illərini  sənətə  həsr  etmiş  fədakar  rəssam  yaradıcılığının  zirvəsində  olmasına  baxmayaraq 
övladlarının  təhsili  ilə  əlaqədar  1948-ci  ildə  Bakıya  köçmək  məcburiyyətində  qalır.  Ömrünün 
sonunadək  “Azərbaycan  gəncləri”  qəzetində  işləyir.  Yaradıcılıq  salnaməsində  dərin  iz  buraxmış 
Naxçıvan  mühiti,  doğma  teatr,  sənət  qayğısı  ilə  dolu  gənclik  illəri  rəssam  üçün  çox  müqəddəs 
olmuşdur. Məhz elə bu səbəbdən Bakıda yaşamasına və işləməsinə baxmayaraq, ömrünün sonuna 
bir il qalmış – 1978-ci ildə Naxçıvanda fərdi sərgisini təşkil etmişdir.  
 
Azərbaycanın görkəmli rəssamı, “Naxçıvan rəssamlıq məktəbi”nin yetirməsi, Şamil Qazıyev 
Bəhruz  Kəngərli  irsinin  davamçısıdır.  “Qaçqınlar”,  “Şəlalə”,  “Kəndə  gedən  yol”,  “İmamzadə”, 
“Qızlar bulağı”, “İlanlı dağ” və s. rəsm əsərləri Bəhruz Kəngərli  yaradıcılığından bizə məlumdur. 
Şamil  Qazıyevin  də  rəsm  əsərlərində  bu  mövzulara  rast  gəlmək  mümkündür.  Onun  “Köhnə 
İmamzadə”, “Qaçqınlar”, “Qızlar bulağı”, “Şəlalə” və s. əsərləri bu qəbildəndir. Bəhruz Kəngərlinin 
istər  teatr,  istərsə  də  rəngkarlıq  sahəsində,  yolunu  davam  etdirən  Şamil  Qazıyev  ustadının  irsinə 
sadiq şəkildə fəaliyyət göstərmişdir. Hər zaman çalışmışdır ki, müəlliminin adını uca tutsun. 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə