Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə84/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

- 175 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
AYNUR SƏFƏROVA  
Naxçıvan Dövlət Universiteti  
UOT:78 
AZƏRBAYCAN BƏSTƏKARLARININ FORTEPİANO VƏ ORKESTR ÜÇÜN  
KONSERTLƏRİNİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər: fortepiano, janr, üslub, konsert, əsər 
Key words: piano, genre, style, consert, work 
Ключевые слова: фортепиано, жанр, стиль, концерт, произведение 
Keçən  əsrin  40-cı  illərindən  etibarən  Azərbaycan  bəstəkarlarının  yaradıcılığında 
instrumental  konsertlərə,  o  cümlədən  fortepino  konsertlərinə  böyük  maraq  yaranmışdı.  Məlumdur 
ki, konsert müsbət emosiyalar daşıyıcısıdır və bu, müharibədən sonrakı qələbə əhval-ruhiyyəsinə bir 
növ cavab verirdi. Konsert, demək olar ki, həmişə müsbət emosiyalar yaradır.  
Azərbaycanda  instrumental  konsert  janrının  yaranmasına,  eyni  zamanda  milli 
bəstəkarlarımızın simfoniya sahəsində müharibə illərindəki professionallıq səviyyəsinin yüksəlməsi 
də böyük təkan vermişdir. Bununla birlikdə, qeyd etmək lazımdır ki, Azərbaycanda ifa mədəniyyəti 
də xeyli artmışdır. Çoxlu istedadlı pianistlər meydana gəlmişdir. 
Azərbaycan instrumental konsertinin inkişafında Fikrət Əmirov böyük rol oynamışdır. 1946-cı 
ildə  o  simfonik  orkestrlə  skripka  və  fortepiano  üçün  birhissəli  ikili  konsertini  yazır.  1947-ci  ildə 
S.Ələsgərov da bu janra müraciət edərək, orkestrlə violençel və fortepiano üçün ikili konsert yazır. Bu 
konsertlərdə fortepiano soloedici ansambl tərkibində skripka və ya violonçel ilə birlikdə çıxış edirdi.  
F.Əmirovun  əvvəlki  konsertlərindən  fərqli  olaraq,  bu  əsərdə  müşayiətedici  partiya 
Azərbaycan xalq çalğı alətləri orkestrinə tapşırılır. Konsert fortepiano ilə xalq çalğı alətləri orkestri 
üçün həmin mövzuda ilk nümunə olmuşdur. Əsərdə, eyni zamanda, müəllif fortepianonu solo aləti 
kimi orkestrin ümumi tərkibindən ayırmışdır. 
Konsert  ilk  dəfə  1948-ci  ildə  Sovet  bəstəkarlar  ittifaqının  üçüncü  plenumu  günlərində  ifa 
olunaraq,  böyük  müvəffəqiyyət  qazanmışdır.  Bununla  əlaqədar  “Sovet  musiqisi”  jurnalında 
yazılırdı: “Konsert rus xalq orkestrləri də daxil olmaqla xalq alətləri orkestri üçün fövqəladə şəkildə 
mütərəqqi  sevindirici  və  layiqli  bir  nümunə  kimi  qiymətləndirilməlidir”.  Qeyd  olunanlar 
Azərbaycan fortepiano musiqisinin, ümumiyyətlə Azərbaycan musiqisinin Ümumittifaq miqyasında 
tutduğu  mövqedən  xəbər  verir.  Onu  də  göstərmək  yerinə  düşərdi  ki,  Konsert  bu  janrda  Qərbi 
Avropa,  rus  klassik  və  Sovet  musiqi  yaradıcılıqları  ilə  Azərbaycan  xalq  yaradıcılığının  xarakterik 
xüsusiyyətlərini özündə bariz şəkildə birləşdirir. 
Bu  əsərlə  demək  olar  ki,  eyni  vaxtda  Ə.Abbasov  fortepiano  ilə  simfonik  orkestr  üçün 
konsertini yazır. Bu əsərin əsas xüsusiyyəti onun təntənəli təmkinli giriş və variasiya formalı finaldan 
ibarət sonata Alleqrosu olmasıdır. Silsilənin belə kompozisiyasına, konsert janrında olmasa da, Qərbi 
Avropa musiqisində (L.Bethovenin 32 nömrəli sonatası) və rus musiqi klassikasında (P.Çaykovskinin 
triosu) rast gəlinir. Konsert respublikamızda fortepiano ilə simfonik orkestr üçün ilk əsərdir. 
Bu  əsərin  yaradılmasından  on  ilə  yaxın  bir  vaxt  ötdükdən  sonra  konsert  janrında 
özünəməxsusluğu  ilə  seçilən  daha  bir  əsər  –  F.Əmirov  və  E.Nəzirovanın  ərəb  mövzusunda 
yazdıqları Konsert həyata vəsiqə alır və ilk dəfə oktyabrın 40 illiyi ərəfəsində E.Nəzirovanın solosu 
və Niyazinin dirijorluğu ilə ifa olunur. Əsər böyük şöhrət qazanır və ümumittifaq səviyyəsində çox 
yüksək qiymət alır. 
Məşhur  musiqi  tənqidçisi  D.Danilovun  yazdığı  kimi,  E.Nəzirova  və  F.Əmirovun 
Konsertində  Ərəb  musiqi  mövzusundakı  ayrı-ayrı  intonasiyalar  Azərbaycan  musiqisi  ruhunda 
işlənilməklə istifadə olunmuşdur. 
Konsert  musiqi  həyatına  çox  möhkəm  daxil  olmuşdur.  Uzun  illərdir  ki,  F.Əmirovun  və 


- 176 - 
E.Nəzirovanın bu əsəri istər ölkəmizdə və istərsə də onun xaricində müvəffəqiyyətlə ifa olunur. 
V.  Adıgözəlov  fortepiano  ilə  orkestr  üçün  üç  konsertin  müəllifidir.  Bir  neçə  dəfə  çap 
olunmuş  bu  əsərlər  həm  konsert  proqramı,  həm  də  tədris  repertuarı  kimi  dəyərlidir.  Bu  sahədə 
səmərəli fəaliyyət göstərən V. Adıgözəlovun “Fortepiano ilə orkestr üçün üç nömrəli Konsert”inin 
Respublika Bəstəkarlar  İttifaqı  tərəfindən Azərbaycan SSR Dövlət  mükafatına təqdim edilməsi  bu 
baxımdan təsadüfi deyil. 
Haqqında danışdığımız əsər ilk dəfə Respublika Bəstəkarlarının VI Qurultayında səslənmiş 
və  musiqi  ictimaiyyəti  arasında  təqdiredici  rəy  doğurmuşdur.  Sonra  isə  Kemerovo  şəhərində 
keçirilmiş  SSRİ  Bəstəkarlar  İttifaqının  plenumunda  “Konsert”  yeni  redaktə  ilə  ifa  olunmuşdur. 
Həmin  əsər  Moskva  filarmoniyasının  abonementli  simfonik  konsertlərinin  proqramına  da  daxil 
edilmişdir. 
 “Fortepiano  ilə  orkestr  üçün  üç  nömrəli  Konsert”i  dinlərkən,  belə  qənaətə  gəlmək  olur  ki, 
müəllif  instrumental  konsertin  simfonikləşdirilməsi  məsələsini  qarşısına  əsas  məqsəd  qoymuşdur. 
Bundan əlavə, bəstəkar fortepiano alətinin texniki imkanlarını təfəkkür süzgəcindən keçirmiş, onun 
orkestrlə, necə deyərlər, “yarışı”nı bədii ustalıqla vermişdir. 
 “Konsert” klassik üçhissəli formada yazılmışdır. Birinci hissə variasiya formasındadır. Yeri 
gəlmişkən  deyək  ki,  variasiya  bir  musiqi  mövzusu  əsasında  qurulur;  mövzunun  melodiyası  və 
müşayiət  fakturası  hər  dəfə  variasiyaya  (dəyişikliyə)  uğrayır,  yeni  variantlarla  səslənir.  Avropa 
musiqi  ədəbiyyatında  XVI-XVIII  əsrlərdə  daha  çox  inkişaf  tapmışdır.  Azərbaycanda  isə  variasiya 
prinsipi daha əvvəllərdə – orta əsrlərdə muğam sənətində əmələ gəlmişdir. Məhz muğam formasının 
əsas  xüsusiyyətlərindən  biri  ondakı  musiqi  mövzularının  variantlı  inkişaf  prinsipidir.  ”Konsert”in 
birinci  hissəsində  bəstəkar  muğamlardan  irəli  gələn  variasiya  prinsipindən  istifadə  etmişdir. 
Əvvəlcə  bu  gözəl,  məlahətli  mövzu  qaboy  alətinin  ifasında  səslənir.  Sonra  hər  variasiya  yeni 
obrazın  yaranması  ilə  nəticələnir.  Buradakı  hər  obraz  müxtəlif  yozuma  verilmiş,  variasiyalar 
arasında təzadlılıq yaradılmışdır. 
Birinci hissədə dramaturji zirvə son variasiyaların –altıncı və yeddinci variasiyaların üzərinə 
düşür. Bəstəkar hissəni əzəmətli, təntənəli ruhlu musiqi ilə tamamlamışdır. 
“Konsert”in  ikinci  hissəsi  əsərin  lirik  mərkəzidir.  Bu  hissə  üç  bölmədən  ibarətdir.  Əvvəl 
poetik  səciyyəvi,  bahar  nəfəsli  lirik  bir  mövzu  eşidilir.  Bu  mövzunun  inkişafı  orta  bölməyə-
dramatizm  ilə  dolğun  bölməyə  gətirib  çıxarır.  Nəhayət,  əvvəlki  mövzu  yenidən,  lakin 
dinamikləşdirilmiş şəkildə səslənir. Üçüncü hıssə isə öz musiqisi etibarilə ikinci hissə ilə təzadlıdır. 
Bütün  hissə  özünün  parlaq,  virtuoz  səciyyəli  musiqi  mövzuları  ilə  diqqəti  cəlb  edir.  Ayrı-ayrı 
bölmələrin  bir-biri  ilə  təzadlılığı  bu  hissənin  musiqi  inkişafının  əsas  qayəsidir.  Üçüncü  hissəni 
dinləyərkən  gözlərimiz  önündə,  bir  növ,  bayram  lövhələri  canlanır.  Hər  bir  lövhə  isə  rəngarəng 
şənlik səhnəsini xatırladır. Ümumiyyətlə, təntənəli bayram şənliyi obrazı “Konsert”in bütün musiqi 
materialı üçün xarakterik keyfiyyətdir. 
1961-cı  il  noyabrın  16-da  Azərbaycan  gənc  bəstəkarlarının  yaradıcılıq  baxışında  Vasif 
Adıgözəlovun fortepiano ilə orkestr üçün do major konserti göstərildi. Əsər böyük müvəffəqiyyət 
qazandı və bir il sonra ümumittifaq müsabiqəsində birinci dərəcəli diploma layiq görüldü. 
Əsərin  forması  adidir:  sonata  Alleqrettosu,  oynaq  orta  epizodlu  lirik  təsviri  Andante 
sosdenuto  və  qızğın  final.  Konsert  şən  əhval  ruhiyyəli  rəqs  musiqili  bir  qədər  də  zarafat  yönümlü 
əsas partiya ilə başlayır. 
Əlavə  partiya  nəinki  ciddi  şəkildə  əsas  partiyaya  qarşı  qoyulmur,  hətta  mahnının  rəqsi 
tamamladığı  kimi  onu janr cəhətdən tamamlayır. Əlavə partiyanın  əsasını  səlis, geniş  axımlı olan 
ahəngdar,  lirik oxunaqlı mövzu təşkil edir. Bir səsdən başqa səsə  keçməklə,  mövzu getdikcə  daha 
çox  hiss  olunan  gərginliyə  çatır.  İnkişafının  ən  yüksək  mərhələsində  isə  o,  böyük  daxili  güc  əldə 
etməklə, qəhrəmanlıq zirvəsinə qədər yüksəlir. 
İşləmə  fortepiano  kadensiyasına  keçir  ki,  bu  da  Konsertin  birinci  hissəsinin  quruluşunun 
əsas  xüsusiyyəti  hesab  olunur.  İkinci  hissə  orkestrin  uzun  və  harmonik  cəhətdən  çox  gərgin  olan 
çıxışı ilə başlanır sonradan solist orkestrin köməyi olmadan təsirli və nağıl formalı temanı davam 
etdirir.  Daha  sonra  isə  bu  mövzu  orkestrdə  fortepiano  fiqurasiyası  fonunda  əvvəlcə  kvarta  yüksək 
olmaqla,  getdikcə  bir  kvinta  aşağı  enərək  səslənir.  Final  əvvəlki  hissələrdən  özünün  qəhrəmanlıq-


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə