Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə3/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   2   3   4   5   6   7   8   9   ...   91

- 7 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
LALƏ ALLAHVERDİYEVA  
GÜNAY ŞİRƏLİYEVA 
lale232@box.az  
Naxçıvan Dövlət Universiteti 
 
UOT:37 
AZUŞAQLI VƏ ÇOXUŞAQLI AİLƏLƏRİN  
TƏRBİYƏ İMKANLARI 
 
Açar  sözlər:  azuşaqlı  ailə,  çoxuşaqlı  ailə,  uşaqların  tərbiyəsi,  psixoloji  mühit,  mənəvi 
tərbiyə, valideyn, əhalinin artımı, ailə problemləri, sosial vəziyyət, uşaq hüquqları 
Key words: family having few children, family having many children, breeding of children, 
psychological  atmosphere,  moral  upbringing,  parent,  population  growth,  family  problems,  social 
status, children's rights 
Ключевые  слова:  малодетная  семья,  многодетная  семья,  воспитание  детей, 
психологическая  среда,  духовное  воспитание,  родитель,  рост  численности  населения, 
семейные проблемы, социальное положение, права детей 
 Məlum olduğu kimi sosial-iqtisadi vəziyyət, çox uşağın dünyaya gətirilməsində maraqların 
olmaması,  Avropaya  meyl  Azərbaycan  ailəsini  azuşaqlı  ailəyə  çevirib.  Əvvəllər  Azərbaycan 
ailələrinin əksəriyyəti çox uşaqlılardan ibarət idi. Çoxuşaqlı ailələrin sayı zaman keçdikcə azalmağa 
başladı.  Valideynlər  çox  uşaq  arzusunda  olsalar  da,  sosial-iqtisadi  vəziyyət  bu  istəyin  həyata 
keçməsinə  əngəl  yaradır.  İndi  əksər  ailələrdə  2,  ən  çoxu  3  uşaq  böyüdülür.  Hazırda  nəsilvermə 
qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür. 
Sosioloqların  fikrincə,  ailələrdə  az  uşağın  olması  təkcə  sosial-iqtisadi  vəziyyətlə  əlaqəli 
deyil. Burada Avropa meyllərinin də böyük rol oynadığı müşahidə edilir. 
 Təkuşaqlı  ailələrin  sayı  günü-gündən  artmaqdadır.  Tək  uşaqla  kifayətlənən  ailələr 
ümumiyyətlə, uşaq sahibi olmağa çox dəyər verən və uşaq  yetişdirmə mövzusunda qayğıları olan 
ailələrdir.  Bu  ailələr  uşaqlarının  inkişaf  impulslarına  mane  törətməməyə,  zehni  və  psixoloji  inki-
şaflarını dəstəkləməyə əhəmiyyət verirlər. Bəzi ailələr çoxuşaqlı ailələrin övladlarına lazımi zaman 
ayrılmaması qənaətindədirlər. Yəni, az uşaq sahibi olan valideynlər elə hesab edirlər ki, ailəsində 7-
8 uşaq olan valideyn övladına yetərli zaman ayıra bilmir və bu da uşağın gələcək həyata hazırlan-
masına (təhsil, iş, karyera) əsaslı dərəcədə təsir edir.  
 Müşahidələr  göstərir  ki,  bəzi  təkuşaqlı  ailələr  uşaqla  böyük  kimi  davranırlar.  Bu  düzgün 
deyil. Tək uşaqla əvvəlcə tək uşaq olaraq deyil, uşaq olaraq davranmaq lazımdır. Standart intizam 
üsullarını tətbiq etməklə yaşına uyğun qaydalar qoymaq, bu qaydaları mütəmadi olaraq tətbiq etmək 
gərəkdir.  Görkəmli  müəllim-pedaqoq,  istedadlı  bəstəkar  Üzeyir  Hacıbəyov  söyləmişdir:  “Uşağı 
bütə  döndərmək  olmaz,  böyüdükdən  sonra  o  qurbanlar  tələb  edir”.  Uşağa  gözləmək,  səbr  etmək 
öyrədilməlidir. Hər istədiyini anında qarşılamaq doğru davranış hesab edilmir. Uyğun hesab olunan, 
lazımlı  olduğunu  düşündüyünüz  istəklərini  qarşılamaq  daha  münasibdir.  İstəklərinin  də  yaşına  və 
ailənin yaşayış səviyyəsinə uyğun olmasına diqqət yetirilməlidir. 
Dünyada  baş  verən  demoqrafik  proseslər,  xüsusilə  də,  əhalinin  sayının  azalması  artıq  bəzi 
ölkələr  üçün  daha  ciddi  problem  olaraq  özünü  göstərməkdədir.  Əhalinin  artım  tempinə  görə 
Azərbaycanda demoqrafiya sahəsində hələ ki, hər hansı ciddi problemlər yoxdur. 
 Bir  neçə  il  öncəyə  qədər  daha  çox  şəhər  yerlərində  azuşaqlı  ailələr  mövcud  idi.  Belə 
ailələrdə  bir,  maksimum  iki  dünyaya  gəlir.  Hazırda  kənd  yerlərindəki  ailələrdə  də  daha  az  uşaq 
dünyaya  gətirmək  halları  çoxalıb.  Səbəb  kimi  maddi  vəziyyət,  uşaqların  sonrakı  həyatını  lazımi 
səviyyədə  qura  bilməmək,  anaların  sağlamlıq  problemi,  fiziki  görünüşünün  qorunub  saxlanması 


- 8 - 
istəyi  və  s.  faktorlar  göstərilir.  Müşahidələr  göstərir  ki,  bəzi  ailələr  yalnız  oğlan  uşağı  dünyaya 
gətirmək  istəyindədirlər.  Müasir  tibbin  imkanlarından  yararlanan  ailələr  hələ  ana  bətnində  ikinci 
övladın  cinsini  müəyyən  edərkən  seçim  edirlər.  Bu  da  təbii  ki,  ailələrdə  uşaqların  sayına  təsir 
göstərir. 
 Demoqrafların  fikrincə,  Azərbaycanda  demoqrafik  artım  normaldır.  Valideynlərlə  aparılan 
söhbətlərdən  aydın  olur  ki,  onlar  kəmiyyətə  deyil,  keyfiyyətə  üstünlük  verirlər.  Azərbaycan 
ailələrində bu məsələ ilə əlaqədar Avropasayağı yanaşma müşahidə edilir.   
Ümumiyyətlə,  ailədə  uşağın  olması  ailəni  möhkəmləndiridiyi  kimi,  həm  də  onların  sayı 
ahəngdarlığa da  müsbət təsir göstərir. Təcrübələr göstərir ki, ailədə işaqlar nə qədər çoxdursa, ailə 
bir o, qədər möhkəmdir. Uşaqların ailəni möhkəmləndirən, kişini və qadını bir-birinə bağlayan əsas 
amillərdən biri olduğu unudulmamalıdır. 
 Uşaqların tərbiyəsi ər-arvad qarşısında ümumi problemlər qoyur ki, bu da ər və arvadın ailə 
həyatında birgə fəaliyyət göstərməsinə, möhkəm əlaqə yaratmasına və izdivacın möhkəmlənməsinə 
səbəb  olur.  Ailədə  müxtəlif  yaşlı  uşaqların  olması  bu  məsələni  daha  da  dərinləşdirir,  onlara  qarşı 
qayğının  da  çox  və  müxtəlif  olması  tələblərini  (məktəb,  uşaq  bağçası,  körpələr  evi)  yaradır.  Ailə 
problemlərinin  çox  hissəsi  uşaqlarla  əlaqədar  olur.  Bütün  bunlar  isə  ər-arvadın  istək  və  arzularını 
birləşdirib xoşbəxt ailə formalaşdırır.  
Tək  uşaqlı  ailələrdən  fərqli  olaraq  çoxuşaqlı  ailələrin  bir  çox  müsbət  cəhətləri  var.  Belə 
ailələrdə optimizm, xeyirxahlıq, fərasətlilik, şən həyat tərzi və birlik hökm sürür, cansıxıcılıq əhval-
ruhiyyəsi  nisbətən  az  olur.  Əgər  başqa  heç  bir  arqument  olmasa  da,  yuxarıda  qeyd  olunanlar 
çoxuşaqlı ailənin var olması üçün kifayətdir. Çoxuşaqlı ailədə yaranan atmosfer sağlamlığa müsbət 
təsir  göstərib,  sinir  sistemini  möhkəmləndirir,  stres  hormonlarını  neytrallaşdırıb  orqanizmə  zərər 
verə biləcək şəraitin qarşısını alır. Uşaqlarda valideynlərin əsas gərginliyini aradan qaldırmaq, stres 
vəziyyətini yüngülləşdirə bilmək qabiliyyəti vardır.  
Azuşaqlı  ailələrə  nisbətən,  çoxuşaqlı  ailələrdə  tərbiyə  edilmiş  uşaqlar  daha  sərbəstdir, 
kollektivdə  öz  yerini  tez  tapır,  ətrafdakılarla  ünsiyyət  bağlamağı  bacarır,  mehriban,  qayğıkeş, 
iltifatlı və səmimi olurlar. Bu keyfiyyətlərin kökü isə şübhəsiz, ailədən gəlir. Çoxuşaqlı ailə əhalinin 
geniş təkrar istehsalında cəmiyyətin tələblərinə cavab verir.  Xüsusi uşaqcanlı valideynlər, əlbəttə, 
daha çox övlad böyüdə bilərlər. 
Sağlam mühit, ər-arvadın bir-birinə qayğı və nəvazişi, bir-birini başa düşməsi, lazım gələndə 
güzəştə  getməyi  bacarması  və  s.  uzunömürlülüyün  və  çoxuşaqlı  ailələrin  meydana  gəlməsinin 
şərtlərindəndir. 
Bu gün xüsusilə böyük şəhərlərdə ananın işləməsi, ya da maddi şərtlərə görə tək uşaq sahibi 
olmağı  seçən  ailələrin  sayı  xeyli  çoxdur.  Bəzən  ailədə  tək  övladın  olması  bu  uşaqda  mənfi 
davranışların  –  paxıllıq,  ərköyünlük,  qaradinməzlik  kimi  mənfi  göstəricilərin  olması  təəssuratını 
yaradır. Halbuki əhəmiyyətli olan uşağın necə yetişdirilməsi, ona necə tərbiyə verilməsidir. 
 Cəmiyyətimizdə tək uşaq üçün edilən araşdırmalarda ərköyünlük öndə dayanır. Tək uşaq ilə 
əlaqədar ön mühakimələrdən biri də budur ki, maraq mərkəzi olmağa alışır və həmişə tələb edir. Bir 
başqa  göstərici  də  budur  ki,  tək  uşaq  yaşından  böyük,  yaşına  uyğun  olmayan  hərəkətlər  edir. 
Doğrudur, bəzi uşaqlar yaşıdlarından daha yetkin və daha çox məsuliyyət sahibi ola bilərlər. Bu heç 
də tək uşaq olmaqla əlaqəli deyil.  
Çoxuşaqlı  ailə  böyük  ailə  kolletivi  deməkdir.  Burada  uşaqlarda  erkən  yaşlardan 
kollektivçilik və dostluq, yoldaşlıq hissləri tərbiyələndirmək üçün imkanlar açılır. Uşaqlar bir-birinə 
qarşılıqlı kömək və qayğı göstərməyə, səmimi davranmağa alışır,  yeri gələndə onlara doğma olan 
şəxsin  –  bacının,  qardaşın  xatirinə  öz  mənafelərindən  və  maraqlarından  əl  çəkib  sevinc  və 
kədərlərini bir yerdə bölüşürlər. 
Çoxuşaqlı  ailələrdə  valideynlər  bütün  uşaqlara  eyni  dərəcədə  qayğı  göstərməlidirlər.  Bu, 
evdə sağlam psixoloji  və  mənəvi  mühitin bərqərar olmasına, uşaqların ahəngdar inkişafına kömək 
edir.  Görkəmli  rus  pedaqoqu  A.S.Makarenko  ailənin  strukturu  ilə  bağlı  çoxuşaqlı  və  azuşaqlı 
ailələrdə  tərbiyənin  xüsusiyyətləri  məsələsinə  də  yanaşmışdır.  Onun  fikrincə,  tək  uşağı  tərbiyə 
etmək çox uşağı tərbiyə etməkdən çətindir; belə uşaq ailənin diqqət mərkəzində olur, əzizlənir, tələb 
görmür, ərköyün böyüyür və s. Çoxuşaqlı ailədə isə səs-küy, nadinclik, “qanqaralığı” olsa da, ancaq 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə