|
Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablariDilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünürAz-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1Bu səhifədəki naviqasiya:
- Arxaizmlər. Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz olunur. Bu cür köhnəlmiş sözlərə arxaizmlər
- Məs.: arı (təmiz), yaşınmaq (gizlənmək), yey (yaxşı), seyvan (eyvan), iraq (uzaq), ər/ərən (igid), ayaq
- (getmək), dəyə (komacıq), qısqı (sıxışdırma), qənşər (qarşı, tərəf), bəndərgah (düşmənin
Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür:
köhnəlmiş sözlər və
yeni sözlər.
Köhnəlmiş sözlər özü də 2 qrupa bölünür:
1. Tarixizmlər
2. Arxaizmlər
Tarixizmlər.
' Tarixi inkişaf prosesində əşya və ya hadisələrin bəzilərinin ömrünü başa
vurması ilə əlaqədar onların adları da qeyri-fəal leksikaya çevrilir. Belə sözlər
tarixizmlər
adlanır.
Məs.: darğa, çuxa, abbası, batman, koxa, dinar, qorodovoy,
mədrəsə, konka, dəbilqə, çarıq, güyüm, təhnə, qalxan, xurcun, daqqa, toppuz
və s.
Tarixizmlər keçmiş həyat və məişətin aradan çıxması, dəyişməsi ilə əlaqədar olaraq
fəal istifadədən qalsa da, bədii əsərlərin dilində həmin həyatı canlandırmaq üçün
onlardan istifadə olunur.
Arxaizmlər.
Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz
olunur. Bu cür köhnəlmiş sözlərə
arxaizmlər
deyilir. Tarixizmlərdən fərqli olaraq,
arxaizmlər elə sözlərdən ibarətdir ki, onların ifadə etdiyi əşya və ya hadisələr indinin
özündə belə mövcuddur, lakin onlar başqa sözlərlə ifadə olunur.
Məs.:
arı (təmiz),
yaşınmaq (gizlənmək),
yey (yaxşı),
seyvan (eyvan), iraq (uzaq), ər/ərən (igid), ayaq
(qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl) əsən (sağ-salamat), damu (cəhənnəm),
uçmaq (cənnət), düş (yuxu), altun (qızıl), güz (payız), ayıtmaq (demək), varmaq
(getmək), dəyə (komacıq), qısqı (sıxışdırma), qənşər (qarşı, tərəf), bəndərgah (düşmənin
keçə bilməyəcəyi yol, keçid), yazı (çöl), pitik (yazı), baqqal (dükançı), əllaf (taxıl, ot
alverçisi) və s.
Tarixizmlərdən bədii dilin üslub xüsusiyyətlərini vermək üçün istifadə edilir. Hər
hansı bir yazıçı keçmiş həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya
13
digər surəti qabarıq vermək istədikdə, dövrün müəyyən dil xüsusiyyətlərini nəzərə
çatdırmaq istədikdə tarixizmlər işlədilir.
Dostları ilə paylaş: |
|
|