Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   20   21   22   23   24   25   26   27   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Sual 24- cavab
Say haqqında ümumi məlumat yazın. 
İsim əşyanın adını, sifət isə onun əlamətini bildirir. Əşyanın miqdarını və ya 
sırasını da əsas nitq hissəsi olan say bildirir. 
Say neçə?, nə qədər? neçənci? suallarına 
cavab verir. 
Sayla sifət arasındakı oxşar cəhətlər: 
Hər ikisi isimlə 
bağlı olur: 
igid oğul, beş uşaq.
Hər ikisi isimdən əvvəl gəlir: 
igid oğul, beş uşaq.

Hər ikisi isimləşə bilir: 
igidlər, beşincilər.

Hər ikisi ədatla işlənə bilir: 
lap 
gözəl, 
lap 
çox. 

Hər ikisi, əsasən, cümlədə təyin vəzifəsində çıxış edir: 
yaxşı adam, üç rəng

Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur. 

Hər ikisi "hansı?" sualına cavab verə bilir: 
Birinci (hansı?), bugünkü (hansı?) hadisə 
Qeyd: 
Əgər isim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, o zaman say sifətdən 
əvvəl işlənir: 
üç böyük bina.
Sayla sifətin fərqli cəhətləri:

Say əşyanm miqdarını, sifət əşyanın əlamətini bildirir. 

Düzəltmə say əsasən saylardan, düzəltmə sifət isə müxtəlif nitq hissələrindən yaranır. 
• Saylardan sonra gələn isimlər, adətən, cəmlənə bilmir (10 adamlar), sifətdən sonra 
gələn isimlər isə cəmlənə bilir (özəl insanlar). 
 
Sual 25- cavab
Sayın quruluşca və mənaca növləri barədə məlumat verin . 
Saylar quruluşca üç yerə bölünür: 
sadə, düzəltmə, mürəkkəb. 
Sadə saylar 
yalnız bir kökdən ibarət olur: beş, az, xeyli, çox, üç. 
Düzəltmə saylar 
isə -ıncı
4
, -lu, -acıq, -larca
2
, -larla
2
şəkilçiləri vasitəsi ilə düzəlirlər: 


23 
Məsələn: birinci, yüzlərlə, minlərcə, çoxlu, azacıq. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə