Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,77 Mb.
Pdf görüntüsü
səhifə78/217
tarix08.09.2018
ölçüsü4,77 Mb.
#67585
1   ...   74   75   76   77   78   79   80   81   ...   217

163 

 

yüksək səviyyəsindən xəbər verir. 



Azərbaycanın  təbiəti,  torpaq-iqlim  Ģəraiti  və  becərilən  bitkilərin 

çoxnövlülüyü  öz  növbəsində  suvarma  sistem  və  üsullarının  müxtəlifliyinə  də  səbəb 

olmuĢdur.  Süni  suvarmaya  əsaslanan  əkinçilik  təsərrüfatı  əsasən  iri  və  kiçik  çaylardan 

götürülən kanal və ana arxlar vasitəsilə suvarılmıĢdır. Bu məqsədlə də çaylardan kanal 

və ana arxlar ayrılır. Həmin ana arxlardan ayrı-ayrı kəndlərin əkin sahələrini suvarmaq 

üçün iri və ya kiçik qol arxlar çəkilirdi. Ana arxların çəkilməsi, bəndlər tikilməsi, dəhnə 

basılması çox zəh mət tələb edən ağır proses idi. Ona görə də bu iĢdə sudan istifadə edə-

cək  bütün  el-oba  iĢtirak  edirdi.  Erkən  orta  əsrlərdə  bu  iĢdə  əsir  düĢmüĢ  adamların 

əməyindən də geniĢ istifadə olunurdu. 

Kəhriz suvarma sistemi də Azərbaycan əkinçiliyində mühüm  rol oynamıĢdı. 

Suvarma  mənbə  və  vasitəsi  kimi  bulaqlardan,  göl  və  nohurlardan,  quyulardan,  su 

anbarlarından və istillərdən istifadə olunmuĢdur. 

Azərbaycanda  taxıl  bitkiləri  arasında  buğda,  darı,  çəltik  və  arpa  daha  geniĢ 

yayılmıĢdı.  VII  əsrə  aid bir  mənbədə Albaniya  ərazisində  çoxlu  arpanın  becərild iyi 

xəbər verilir. 

Moisey Kalankatlı Kür çayı boyunca çoxlu taxıl bitkilərinin  becərildiyini qeyd 

edir.  Bu  məlumat  arxeoloji  dəlillərlə  də  təsdiq  edilir:  Ġsmayıllı  rayonunun  Yekəxana 

kəndi  yaxınlığında  arxeoloqların  aĢkar  etdikləri  taxıl  qalıqlarının  tədqiqi  onların 

əsasən  çoxcərgəli  mədəni  arpanın  mü xtəlif  növlərindən  birinə  aid  olduğunu 

göstərir.  Bunlarla  yanaĢı  ikicərgəli  yabanı  arpa  toxumları  da  aĢkar  edilmiĢdir.  Elə 

orada  tapılmıĢ  buğda  toxumları  isə  yumĢaq  növə  aiddir.  Mingəçevir  arxeolo ji 

qazıntıları  zamanı da  xeyli arpa, buğda və darı qalıqları tapılmıĢdır. Bey ləqanda IX 

-  X  əsrlərə  aid  buğda,  arpa  və  digər  taxıl  qalıqla rı  aĢkar  e dilmiĢdir.  Hə min 

qalıqların  tədqiqi  göstərmiĢdir  ki,  bu  dövrdə Mil  düzündə  yumĢaq və  bərk  buğda 

növləri  becərilirdi.  Əski  dövrlərdən  fərqli  olaraq  orta  əsrlərdə  darı  daha  geniĢ 

yayılmıĢdı. 

Bu  dövrdə  əsas  və  yardımçı  b için  alətlərinin  daha  mükəmməl  və  daha 

rahat  mü xtəlif  növləri  artmıĢdı.  Qiy mətli  tapıntılar  -  oraq lar,  əlcəklər,  dəryazlar 

bunu  təsdiq  edir.  DiĢli  oraqlar  və  lülə  sümükdən  hazırlan mıĢ  barmaqlıq  xüsusilə 

geniĢ miqyasda istifadə olunan alətlərdən idi.  

Əvvəllər ləng yayılan,  VIII-IX əsrlərdən baĢlayaraq coĢqun inkiĢaf yoluna 

qədəm qoyan çəltikçilik Azərbaycan əhalisinin iqtisadi həyatında daha mühüm  rol 

kəsb  etdi.  Beyləqanda,  X  əsrə  aid  olan  mədəni  təbəqədə  düyü  qalıqları  aĢkar 

edilmiĢdir.  IX-X  əsrlərdə  çəltikçilik  ġabran,  ġirvan,  ġəki,  Muğan-TalıĢ 

bölgələrində  geniĢ  yayılmıĢdı.  Texn iki  bitkilərdən  kətan  və  pambıq  daha  ço x 

becərilird i. Muğan, Mil və baĢqa düzlərdə süni suvarmanın tətbiqi  VIII-X əsrlərdə 

kənd təsərrüfatının baĢlıca sahələrindən birinə çevrilən pamb ıqçılığın inkiĢafı üçün 

xüsusilə  əlveriĢli  Ģərait  yaratmıĢdı.  Həmin  dövrün  qaynağında  Azərbaycanda 

becərilən  "sonsuz  miqdarda",  "yaxĢı  keyfiyyətli"  pambıqdan  danıĢılır.  Sonrakı 

dövrün  mənbələrində  pamb ığın  istehsal  olunduğu  yerlər  -  Bərdə,  Naxçıvan, 




164 

 

Beyləqan, Marağa və baĢqa Ģəhərlərin ətrafları da göstərilir.  



Mingəçevirdəki III-VIII əsrlərə aid 3 saylı yaĢayıĢ yerindən aĢkar olunmuĢ 

pambıq  to xu mların ın  mütəxəssislər  tərəfindən  öyrənilməsi  nəticəsində  məlu m 

olmuĢdur ki, həmin dövrdə Azərbaycanda əkilən pamb ıq  müasir pambıq növlərinə 

çox  yaxındır.  Gəncə,  Naxçıvan,  Bərdə,  Təbriz,  Xoy  və  baĢqa Ģəhərlərdə  bu pam-

bıqdan mü xtəlif parçalar to xunurdu. 

Bu  dövrdə  becərilən  texniki  bitkilər  arasında  hələ  qədim  zaman lardan 

Azərbaycanda  əkilən  qızıl  boya  (qırmız)  özünəməxsus  yer  tuturdu.  Ġbn  Havqəlin 

yazdığına  görə  " Varsan,  Bərdə,  Bab  əl-Əbvab  nahiyələrində  və  Xəzər  dənizinin 

ortasında (baĢqa mənbələrə görə Kür çayı mənsəbinin qarĢısında - red.) yerləĢən adada 

qırmız var. O Xəzər dənizi vasitəsilə Curcana, oradan isə quru yolu ilə Hind ölkəsinə 

göndərilir.  Qırmız  Bab  əl-Əbvabın hüdudlarından  Tiflisədək bütün Arranda  və  Arras 

çayı yaxınlığından Curzan nahiyələrinədək hər yerdə vardır". 

Ölkənin  Ģimal  vilayətlərində  (əsasən  Bakı  və  Dərbənd  ətraflarında)  yaxĢı 

keyfiyyətli, xarici ölkələrə də aparılan zəfəran becərilirdi. 

Bu dövrdə bir sıra Azərbaycan Ģəhərlərində toxuculuğun inkiĢafı ilə əlaqədar 

təsərrüfatın digər sahələri ilə yanaĢı, ipəkçilik də artdı və bəzi vilayətlərdə hətta aparıcı 

yer tutdu. Mənbələrdə Arranın bir çox yerlərində, o cümlədən ġirvan və ġabranda ipəyin 

bol olması  haqqında  məlumatlar vardır.  Həmin  məlumatlara görə,  xeyli  ipəyin  istehsal 

edilərək  ixrac  olunduğu  Bərdədə  çoxlu  ellik  tut  ağacları  bitirdi.  Erkən  orta  əsrlər 

dövründə ipəkçiliyin inkiĢafı haqqında yerli və ərəb mənbələrində təqdim edilən material 

arxeoloji  tapıntılarla  da  təsdiq  edilir.  Mingəçevirdə  VII  əsrə  aid  edilən  ipək  parça 

qalıqları aĢkar o lunmuĢdur. 

Mingəçevir,  Qəbələ,  Örənqala  və  Gəncədə  aparılan  arxeoloji  qazıntılarda 

mü xtəlif toxumların tapılması Azərbaycanda bostançılığın inkiĢaf edib yayıldığını, onun 

bu  dövrdə  artıq  təsərrüfatın  müstəqil  sahəsinə  çevrildiyini  təsdiq  edir.  Bu  yerlərdə 

yetiĢən  bol  tərəvəz,  göyərti,  paxlalı  bitkilər  haqqında  məlumat  verən  X  əsrin  ərəb 

coğrafiyaçı-səyyahları "azdaqri-ərdhəri" adı ilə məĢhur olan Marağa qovununu xüsusi 

qeyd etmiĢdilər. 

Bu  dövrdə  bağçılıq  da  xeyli  inkiĢaf  etmiĢdi.  Bu  barədə  bir  çox  mənbələrdə 

dəyərli  məlumat  vardır.  Ərəb  səyyahı  Əbu  Düləfin  yazdığına  görə,  Araz  çayının 

sahillərində bitən narın heç bir ölkədə tayıbərabəri yoxdur. Ġbn Havqəl Bərdədə yetiĢən 

Ģabalıd, zoğal və əncirdən bəhs edir, hətta ərəb dilində yazdığı bu əsərində "Ģabalıd"  və 

"zoğal"ı öz yerli adları ilə verir.  Bu dövrün müəlliflərinin əsərlərində dəfələrlə xurma, 

püstə,  badam,  naringi,  alma,  armud, albalı,  qovun,  tut,  gavalı,  heyva, qoz  və  fındığın 

adları  çəkilir,  bu  meyvələrin yaĢ və qurusunun yaxın  ġərqin  bir  çox  ölkələrinə  ixrac 

edilməsindən  danıĢılır.  Subtropik  bitkilərdən  isə  Azərbaycanda bu  dövrdə daha  çox 

yayılanı zeytun idi. 

Tədqiq  olunan  dövrün  arxeoloji  materialı  bağçılığın  da  xeyli  inkiĢaf 

etdiyini təsdiq edir. Qazıntılar  zaman ı Mingəçevirdə nar, Ģaftalı qalıqları,  Gəncədə 

qoz  və  fındıq  qabıqları,  armud  və  alma  tumları,  gavalı,  badam,  albalı,  qaysı  və 



Yüklə 4,77 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə