77
§ 4. TORPAQ MÜLKĠYYƏTĠ NÖVLƏRĠ,
TORPAQDAN ĠSTĠFADƏ FORMALARI
Dövlətin iqtisadiyyatında qulların mühü m rol oynamasına baxmayaraq,
əməkçi əhalinin əsas hissəsini icmalarda birləĢən azad kəndlilər təĢkil ed ird ilər. III-
VII əsrlərdə torpaq mülkiyyətin in xara kterində yaranan dəyiĢikliklər kəndlilə rin
vəziyyətinə təsir etdi. Azad icmaçı kəndlilər feodaldan asılı vəziyyətə düĢür, kənd
icması isə öz xarakter və funksiyasını dəyiĢərək kəndlini istismaretmə alətinə
çevrilirdi. Formal o laraq azad hesab olunan, bəzil hallarda isə özünün də qulları
olan ic maç ı ö z torpaq sahəsini tərk edə bilərdi. Ancaq dövlət ic manın ə ra zisindən
gələn bütün torpaq I vergilərinə, eyni zamanda dövləti mü kəlləfiyyətlərin yerinə
yetirilməsinə ciddi nəzarət edird i. Onun üçün icmaçı öz torpaq sahəsinə görə ona
düĢən payını ödəməli idi. Bu vəziyyət onun azad hərəkətinə mane olurdu, belə ki,
baĢlı-baĢına baxımsız bura xılmıĢ sahə üçün elə bir cərimə qoyulmuĢdu ki, o, bunu
yalnız ö zünün tam boyunduruğu bahasına ödəyə bilərdi.
ġahənĢahın, torpağı adlı-sanlı adamlara paylaması nəticəsində bir ço x
kənd icmaları xüsusi mülk sahələrinə düĢmüĢ oldu. Verg ilərdən azad olmağa
çalıĢan icmaçılar xüsusi mülkiyyətçilərin torpaqlarına köçür və beləliklə , təkcə
yeni sahiblərin deyil, hə mç inin bu torpaqda yerləĢən kənd ic mala rın ın asılılığ ına
düĢürdülər.
Ġranın adlı-sanlı kübar nəsilləri geniĢ torpaq sahələrino sahib olmuĢdular.
Nizamülmülkün verdiyi xəbərə görə, I Xosrovun əmri ilə edam edilmiĢ
Azərbaycan hakimi böyük var-dövlətə və geniĢ torpaq sahələrinə sahib idi. Onun
Xorasanda, Ġraqda, Farsda və Azərbaycanda malikanə və torpaqları var id i.
Torpaq mülkiyyətinin bir neçə növü mövcud idi: icma torpaqları, hökmdarın
Ģərti mülkiyyət kimi bəxĢiĢ verdiyi xüsusi sahibkar torpaqları, vilayətlərin irsi sahibləri
olan iri feodalların torpaqları və məbəd və Ģəhər torpaqları.
Xüsusi feodal torpaq mülkiyyəti iki formada idi: dəstgird və xvastaq. "Torpaq
sahəsi, mülk, malikanə" mənasında olan dəstgird irsi torpaq mülkləri idi. Dəstgirdlər
nəsildən-nəslə keçir, satılır, alınır, bağıĢlanır, girov qoyulurdu. "ƏĢya, əmlak", həmçinin
"torpaq sahəsi" mənasında olan xvastaq Ģərti torpaq mülkləri idi. Sasanilər dövründə
müsadirə hüququ saxlanılmaqla torpaqların Ģəxsi, o cümlədən irsi mülkiyyət kimi
bəxĢiĢ verilməsi geniĢ yayılmıĢdı.
Ġcarənin Ģərtləri və onun formaları mü xtəlif idi. Ġcarənin elə forması mövcud
idi ki, burada rentanın qədəri icarəçinin gəlirindən deyil, yalnız məhsuldan asılı idi. Renta
pulla ödənildikdə torpaqdan istifadə muzd, natura ilə ödənildikdə icarə adlanırdı. Ġcarə
müqaviləsi mütləq yazılı Ģəkildə bağlanır və bu torpaqda əkiləcək bitkilərin
xarakterindən tutmuĢ bütün icarə Ģərtlərini əhatə edirdi. Renta mütləq icarə edilmiĢ
sahədən götürülən məhsulla ödənilməli idi. Bağlanılan müqavilələrdə bununla yanaĢı
gübrənin xarakteri və verilmə vaxtı, Ģum, əkin, alaq və s. haqqında yerli adət və ənənə-
lərə sözsüz riayət edilməsi də xüsusi nəzərdə tutulurdu. Müqavilənin hər hansı bir
78
maddəsinin pozulması nəticəsində torpaq sahibi icarəçidən torpağı geri ala bilərdi, bu da
adətən becərilmə üçün az əlveriĢli olan torpağın icarəçi tərəfindən yararlı hala
salınmasından sonra baĢ verirdi.
Ġcarəyə verməyin baĢqa növü yardarlıq idi. Bu zaman torpaq sahibi icarəyə
verdiyi sahədən məhsulun üçdə birindən dörddə üçünə qədərini alırdı. Məhsulun az
olduğu illərdə belə icarə haqqı tam ödənilməli idi; yalnız "icarəyə götürülən torpağın dörd
tərəfini əhatələyən sahələrin yanıb tələf olduğu" ümumi qıtlıq illəri istisna təĢkil edird i.
Əkinçilik süni suvarma ilə sıx bağlı idi. Əkin üçün yararlı torpaqların
əksəriyyətində süni suvarmaya ehtiyac var id i. Əkinə yararlı torpaqların bo lluğu
müqabilində suyun çatıĢmazlığı orta əsr Ġran əkinçiliyi üçün xarakter cəhət idi.
Suvarma üçün böyük və kiçik çaylardan, kəh rizlərdən, quyu suyundan istifadə
olunurdu.
Ġsti günlərdə çaylarda suyun səviyyəsi aĢağı düĢür, bəzi qollar quruyurdu.
Sudan istifadə və növbə üstündə adamlar arasında tez-tez mübahisələr baĢ
qaldırırd ı. Belə münaqiĢələr Ģərikli quyu və arxlar üstündə də olurdu.
Sasani "Qanunnaməsi"ndə kanallardan istifadəyə "Ġki [Ģəxsin] ortaqlığ ı və
iki Ģəxsə mənsub kanal və torpaq sahələri haqqında fəsil"in b ir h issəsi həsr edilib.
Kanallar haqqında "Qanunnamə"nin dəstgirdin verilməsinə həsr edilmiĢ baĢqa
bölmələrində də bəhs olunur. Torpağından kanal keçən Ģəxslər də suvarma üçün
onun suyundan istifadə edə bilərdi, kanalın özü isə onun baĢlandığı mülkün
sahibinə məxsus idi. Ona görə də dəstgirdin verilməsi münasibətilə təqdim edilən
sənəddə həmin torpaq sahəsində olan bütün əmlakla yanaĢı, bu mülkdən
baĢlanğıcını götürən kanal haqqında da xüsusi maddə olmalıydı. Əgər kanal,
sahibləri ayrı o lan iki mü lkün torpaqların ı suvarırsa, baĢlanğıcını isə həmin
mü lklərdən birindən götürürsə, onda onun suyundan Ģ ərik və bərabər istifadə
olunur. Bununla əlaqədar kanalın təmizlən məsi və ya təmiri ilə bağlı iĢlərə çəkilən
xərc də Ģəriklər arasında bərabər bölünürdü. Əgər bu xərci tərəflərdən yalnız biri
çəkirdisə, o, çəkd iyi xərci çıxaranacan Ģərikli düĢən payı girov saxlaya bilərdi.
Kanalın suyundan istifadə etmək və ya ondan arx açmaq istəyən Ģəxs kanalın
sahibiylə haqqını ödəmək Ģərti ilə razılaĢ malı idi.