73
Adurbadaqan kustun tərkibinə daxil olan Ģəhərlərin də idarəçiləri bilavasitə ĢahənĢaha
tabe olan Ģəhrablar idilər. Təxti-Süleymanda aĢkar edilən VI-VII əsrlərə aid bullalarda
Azərbaycan Ģəhrabı (burada, görünür, ya ġimal kustunun bir parçası olan bütün
Azərbaycan vilayətinin, ya da vilayət paytaxtının hakimi nəzərdə tutulur) haqqında
məlu mat vardır.
Sasani dövrü mərzbanları (hərfən : "sərhəd qoruyucusu") haqqında ilk
məlumat IV əsrə aiddir. Hələ Parfiya dövründən məlum olan və sənədlərdən göründüyü
kimi, o dövrdə daha yüksək mövqe tutan bu titulun daĢıyıcıları haqqında tarixi mənbələr
ĢahənĢah V Varahranın (421-439) hakimiyyəti dövründən baĢlayaraq daha çox
məlumat verirlər. Mərzbanlar adlı-sanlı nəsillərin nümayəndələrindən təyin edilirdilər.
Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən
olan Bet-Daraye mərzbanı ġahrənin, yenə həmin nəsildən olan Albaniya və Ġberiya
mərzbanı Piran-QuĢnaspın (onun xristian adı Qreqor olub; xris tianların təqibi zamanı,
542-ci ildə əzablara məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə
mərkəzi hakimiyyətdə yüksək vəzifələr tuta bilmiĢ azərbaycanlılardan RiĢəhr döyüĢünün
iĢtirakçısı, Pars mərzbanı ġəhrak haqqında məlumat verir.
Tədqiqatlardan aydın olur ki, bütün ġimal - Adurbadaqan kustunu idarə edən
spahbed və payqospandan fərqli olaraq, mərzbanlar nisbətən daha kiçik əraziyə nəzarət
edirdilər. IX-X əsr ərəb coğrafiyaĢünaslarının məlumatının təhlili "böyük mərzbanlar"
adlanan Adurbadaqan mərzbanlarının iqa mətgahının Ərdəbil, Bərdə, Dərbənd (Bab
əl-Əbvab) və bəlkə də Qazaka və ya ġizdə yerləĢ diyini göstərir.
Ġnzibati-idarə sistemində kust (tərəf) və şəhr/kust (vilayət) inzibati
vahidlərindən sonra nəhəng (nahiyə) gəlir. Sasani qaynaqlarına görə bu sonuncu inzibati
vahid də öz növbəsində rustaqlara (rayona) bölünürdü. Ġnzibati vahid kimi rustaq,
hər Ģeydən öncə, kənd yerlərini özündə birləĢdirirdi. Adurbadaqan rustaqlarından olan
Peraxravar (Burxuvar) VI yüzildə bu rustaqın baĢ kəndi SiroĢmaqova sürgün edilmiĢ
nestori patriarxı I Mar Aban haqqında dini rəvayətdə xatırlanır. Tədqiqatlara görə
(N.Piqulevskaya), ZərdüĢt təliminin yaradıcıları, ona mənəvi qida verənlər məhz bu
kənddən çıxmıĢdılar.
Sasanilər imperiyasının Mesopotamiyadakı ərazisində ġimal vilayəti -
Adurbadaqanda olduğundan bir qədər fərqli inzibati vahidlər, o cümlədən ərəb inzibati
vahidi kuraya (vilayətə) bərabər ostan (astan) adı iĢlədilird i. "Hökmdarın mülkü",
"vilayət" mənasını verən ostanlara ostandarlar baĢçılıq edirdilər. Bu torpaqları idarə
edən xüsusi idarə - "divani ostanzarih" təĢkil edilmiĢdi.
Dövlət mülkiyyəti iĢlərini ostandarlar və maliyyə məmurları olan
amarqarlar, kilsə iĢlərini isə mobedlər və radlar idarə edirdilər. Məhkəmə də
sonuncuların tabeçiliyində idi. Amarqarlar hökmdar xəzinəsinin əmlakına nəzarət edir,
vergi və mükəlləfiyyətləri təyin edib toplayırdılar. Dərbənd qala divarlarında VI yüzilə
aid pəhləvi yazısına görə Adurbadaqan kustunun BərzniĢ adlı amarqarı Dərbənd
divarların ın tikintisinə nəzarət edirdi.
Sasani "Qanunnaməsi‖nə görə mobedlərin rəsmi möhürü ilk dəfə ĢahənĢah
74
Kəvad dövründə tətbiq edildi; onun üzərindəki yazıda mobed "yoxsulların
mənafeyinin müdafiəçisi" adlandırılırdı. Arxeoloji qazıntılar Azərbaycan, Gilan, Rey,
Həmədan və baĢqa vilayətlərin mobedlərinə, o cümlədən ġizdəki AdurquĢnasp od
məbədinin mobedinə məxsus belə möhürləri aĢkar etmiĢdir.
Məbəd təsisatının baĢçısı olan rad məbədin xəzinəsinə daxil olan gəlirlərə
nəzarət edir, buraya daxil olacaq əmlaka qiy mət qoyur, əmlaka vergi təyin edir, eyni
zamanda mülkü geri almaq hüququnu daĢıyırdı. "Qanunnamə"yə görə iddia ərizələrinə
baxılması və hökm çıxarılması da radın səlahiyyətinə daxil idi; özü də hakimlər mütləq
radın rəyi ilə hesablaĢmalı idilər.
§ 3. CƏNUBĠ AZƏRBAYCAN ƏHALĠSĠNĠN BÖLGÜSÜ
Mənbələrin təhlilinə görə, əhalisinin əksəriyyəti atəĢpərəst olan Cənubi
Azərbaycanda da ictimai-iqtisadi münasibətlərin imperiyanın baĢqa vilayətlərindən çox
fərqlənmədiyini güman etmək olar. Bütün Sasani dövlətində olduğu kimi,
Adurbadaqanda da əhali sinfı strukturuna görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2)
döyüĢçülər, 3) katiblər, 4) vergi verənlər. ġübhəsiz ki, bu, dövlətin sosial strukturunu
ZərdüĢt qanununun nüfuzu ilə müqəddəsləĢdirmək ənənəsindən irəli gəlird i.
BaĢ mobedin (mobedani mobed - mobedlər mobedi) rəhbərlik etdiyi kahinlər
zümrəsi mobedlərdən və herbedlərdən və eləcə də bu zümrəyə daxil olan hakimlərdən -
didvarlardan ibarət idi.
Kahinlik adətən irsən keçirdi, lakin tarixi ədəbiyyatdan bu zümrənin baĢında
kübar dairəyə mənsub dünyəvi Ģəxsin, baĢ vəzir Mihr - Nərsənin oğlu baĢ herbed titulunu
daĢıyan Zurvandadın durması faktı məlu mdur.
Mobed və herbedlərin mövqelərini tədqiq edən alimlər Azərbaycanın ġiz
Ģəhərində mobedlər məktəbinin, Farsda isə herbedlər məktəbinin olması qənaətinə
gəliblər. Herbed titulunu daĢıyan kahin böyük bilik sahibi idi; onun əsas iĢi Ģagirdlərə
zərdüĢtiliyin əsaslarını, eləcə də "Avesta" və onun pəhləvi dilinə tərcümə və Ģərhi olan
"Zənd"i öyrətmək idi. Orta çağ ərəb-fars ənənəsi herbedi, ümu miyyətlə, zərdüĢt dini
xadimi kimi təqdim edir. Herbedlərin hakim rolunda da çıxıĢ etdiklərini göstərən
müsəlman mənbələrindən fərqli olaraq öyrənilən dövrün əsas mənbəyi hesab edilən
pəhləvi mətnlərində herbedlərin bu funksiyası haqqında demək olar heç bir məlumat
verilmir. Sasani "Qanunnamə"sində yalnız bir dəfə məhkəmə prosesinin herbedin
tövsiyəsinə uyğun aparılması haqqında məlumat verilir; görünür, herbeddən bəzi
hallarda məhkəmədə düzgün qərar çıxarmaq üçün Avestanın qanunvericilik və hüquqa
aid artıq o dövrdə itib-batmıĢ mətnlərinin nadir bilicisi kimi istifadə ed ilird i.
Ġkinci zümrəni təĢkil edən döyüĢçülər tərkibcə yekcins deyildi. Onun ali