17
müqayisəedilməz dərəcədə üstün idi. Parfiya oriyentasiyasını tutsa belə, Albaniya
öz müstəqilliy ini heç vaxt əldən verməmiĢdi. Bütün bu dövrlərdə (e.ə. I əsrdən e.
IV əsrinədək) Ermənistanın xarici və daxili siyasi vəziyyəti onun üçün əlveriĢli
deyildi. Belə b ir vəziyyətdə (yəni, Ermənistanın özünün asılı o lduğu bir zamanda)
onun sərhədlərinin dəyiĢməz qalması az inandırıcıdır. Hətta alban vilayətləri olan
Utik, Arsax və Paytakaranın Ermən istan tərəfindən həqiqətən iĢğal edildiy ini qəbul
etsək belə, onda da, Ermənistanın siyasi cəhətdən zəif olduğu bir zamanda həmin
vilayətlər ondan ayrılard ı, yaxud alban hökmdarları onları geri qaytarardılar.
Ġndi isə tədqiqatçıların istinad etdikləri V-VII əsrlər ermən i müəlliflərin in
də məlu matlarını nəzərdən keçirək. Favstos Buzandın yazdığ ına görə ermən ilərin
iranlılarla müharibəsi qurtaran kimi, ermən i sərkərdəsi MuĢeq erməni hökmdarına
qarĢı üsyan edənləri darmadağın etməyə baĢladı. Onun 371-ci ildə guya "geri
aldığı" ölkələr içərisində Ġberiya ilə yanaĢı alban vilayətləri Arsax, Utik, Sakasena,
Girdiman və Paytakaranın da adları çəkilir. MuĢeqin "Kür çayını əvvəlki kimi öz
ölkəsi ilə Albaniya arasında sərhədə çevirdiyini" iddia edən Favstos Buzan d açıq-
aĢkar ifrata varır. A xı e.ə. 66-cı il, e. 37-ci il və 298-ci il müqavilələrinə görə
Ermənistan iĢğal etdiyi bütün ərazilərdən məhru m olmuĢdu. Mənbəyə görə, guya
"MuĢeq tərəfindən dağıdılmıĢ" Atropatena, Ġberiya və alban vilayətləri əslində heç
də ermən i iĢğalına məru z qalmamıĢ, əksinə, Atropatena və Ġberiya hökmdarları
bəzi hallarda erməni taxtında oturmuĢdular. Bununla yanaĢı, y uxarıdakı
məlu matdan gördüyümüz kimi, I-IV əsrlər Ermən istanının real vəziyyəti də öz
əsərini V yüzilin sonunda, Ermənistan öz dövlətçiliyini itirəndən, erməni
arĢakilərinin hakimiyyəti ləğv ediləndən sonra yazmıĢ Favstos Buzandın
məlu matların ı in kar edir, hər halda aydın olur ki, onun məlu matları öyrənilərkən,
yaĢadığı dövr nəzərə alın malı, əsərinin meydana çıxma məqsədi və tarixi zəminləri
aĢkarlan malıd ır. Belə ki, əhalini qarĢıdakı antiiran üsyanına (481-484) ideolo ji
cəhətdən hazırlamaq üçün elə b ir əsər yaratmaq lazımdır ki, orada Ermənis tanın
qüdrəti, onun ərazi bütövlüyü, əlbəttə, daha mübaliğəli Ģəkildə təsvir edilsin. Lakin
ərazini öz əvvəlki sərhədlərində bərpa etmək artıq mü mkün deyildi, çünki tarixi
Ermənistan torpaqları o dövrün iki iri imperiyası - Bizans və Ġran arasında bölüĢ-
dürülmüĢdü. Belə bir Ģəraitdə Ermənistan sərhədlərinin Bizans və Ġranın vassal
asılılığında olan qonĢu ölkələrin - Ġberiya, Atropatena və Albaniyanın hesabına
geniĢləndirilməsini mü mkün hesab edən orta əsr erməni tarixçilərinin idd iaları
qəribə səslənir. Elə bu məqsədlə Favstos Buzand baĢqa yerlərlə yanaĢı sağ sahil
Albaniyasının Utik, Arsax və Paytakaran vilayətlərini də Ermənistanın tərkib inə
(371-c i ildə) da xil edir.
Elmdə hakim olan rəyə görə, Ermən istan 387-ci il müqaviləsi ilə Ġran və
Ro ma arasında bölüĢdürülmüĢdü. Ananiy ġirakatsinin verdiyi xəbərə görə, elə
həmin vaxt Sasani hakim dairələrinin həyata keçirdiyi in zibati bölgüyə görə, guya
"erməni vilayətləri olan Arsax, Paytakaran və Utik Albaniyaya, Quqark isə
Gü rcüstana birləĢdirilmiĢdi". Hər Ģey bir yana, Favstos Buzandın və Ananiy
18
ġirakatsinin gətirdiyi məlu matlar alban müəllifi Moisey Kalankatlın ın e. I əsrində
Albaniyanın cənub sərhədinin Araz çayı boyunca keçməsi məlu matına zidd gəlir.
Bir də ki iki imperiya arasında bölüĢdürülmüĢ Ermənistanın sərhəd vilayətləri öz
müstəqilliklərini saxlasalar da, həmin imperiyaların nüfuz dairələrində qalan qonĢıı
Albaniya və Ġberiyaya verilməsin i təsdiq etmək məntiqdən uzaq gorünür. Bu ancaq
bir Ģərtlə ola b ilərdi ki, həmin vilayətlər əzəldən ermən ilərin deyil, albanların və
iberlərin torpaqları olsun.
Bütün deyilənlər məsələnin bu qoyuluĢunun, yəni 387-ci ilədək Utik,
Arsax və Paytakaran vilayətlərin in sabit olaraq Ermən istanın tərkibində olması
iddiasının tamamilə əsassız olduğunu göstərir. Əlbəttə, sözsüz ki, Ermənistan -
Albaniya, eləcə də Ermənistan-Ġberiya sərhədləri faktiki olaraq dəyiĢilə bilərdi və
görünür, bu ölkələrin daxili siyasi və xarici vəziyyətindən asılı olaraq dəyiĢirdi də.
Ancaq bu məqamlar dəqiq aĢkar olunmalı və əks edilməlid ir. Beləliklə, mənbələrin
və Albaniyanın real vəziyyətinin tədqiqi təsdiq edir ki, I -IV əsrlərdə Albaniyanın
cənub sərhədi Araz çay ı boyunca olnıuĢdur.
Albaniyanın qərb sərhədləri məsələsi ədəbiyyatda öz əksini gürcü alimləri
N.A.Berd zenaĢvili, Q.N.ÇubinaĢvili, T.S.PapuaĢvilin in tədqiqatlarında tapıb.
D.L.Mus xeliĢvilin in "ġərqi Gürcüstanın tarixi coğrafiyası (ġəki və Qoqarena)" adlı
kitabında irəli sürdüyü tamamilə zəminsiz, elmi cəhətdən əsası olmayan iddiasına
görə, guya sağ sahil Albaniyasının Ģimal-qərbində yerləĢən Kambisena və ġəki,
eləcə də sol sahil Albaniyasının cənub-qərbində yerləĢən Girdiman və Sakasena
vilayətləri ta qədimdən, XIV əsr də daxil o lmaq la, əzəli gürcü torpaqları, yəni
ġərqi Gürcüstanın vilayətləri olmuĢdur
1
. Tədqiqatlar sübut edir ki, Alban
dövlətinin e.ə. III əsrdən qərarlaĢ mıĢ siyasi sərhədləri eramızın VIII əsrinədək,
demək olar ki, sabit qalmıĢ, min il ərzində yalnız bəzi siyasi hadisələr onun
ərazisinin artıb-azalmasına səbəb olmuĢdur.
Albaniyanın dövrün qüdrətli Ro ma-Bizans və Ġran imperiyalarından
coğrafi u zaqlığı, tutduğu strateji mövqe (döyüĢkən köçərilərin keçə bildiy i Qafqaz
keçid lərinin, o cü mlədən Dərbəndin mövcudluğu), eləcə də Cənubi Qa fqaz
ölkələrində yaranmıĢ xarici və daxili siyasi Ģərait alban sərhədlərində
təhlükəsizliy in sabitləĢməsinə kö mək edird i.
1
D.L.M usxeliĢvilinin səhv iddialarını alimlərimiz (Z.Bünyadov, F.M əmmədova,
N.Vəlixanlı, V.Piriyev) 1987-ci ildə rus dilində nəĢr edilmiĢ ―Историческая география
Азербайджана‖ kitabındakı elmi məqalələrdə tamamilə alt-üst etmiĢlər
.