19
§ 2. ADURBADAQAN. SƏRHƏDLƏRĠ VƏ ġƏHƏRLƏRĠ
Orta fars (pəhləvi) abidələrində Adurbadaqan (hərfən "odun himayəsində
olan ölkə") adlanan qədim Atropatena III yü zildən dünyanın yeni imperiyası -
Sasani dövlətinin tərkibinə onun ayrılma z h issəsi kimi da xil olu r.
Müxtəlif xalqların tarixlərinin üzvü bağlılığ ına gətirib çıxaran bu birlik
tədqiqatçını Adurbadaqan - Cənubi Azərbaycan tarixin in bu və ya digər aspektini
əlahiddə iĢıqlandırmaq məsələsində çətinliklərlə üzləĢdirir. Məhz buna görə
Sasanilər dövründə imperiyanın bir parçası olmuĢ güney Azərbaycanı tarixin in
mü xtəlif yönlərini ü mu mi Sasani dövləti tarixi baxımından öyrənmək özünü doğ-
ruldur.
Dövrümü zə yetiĢmiĢ III—VII əsr mənbələrində erkən Sasani dövründəki
Adurbadaqanın sərhədləri haqqında dəqiq məlu mat yoxdur. Yalnız gü manla
ehtima l et mə k olar ki, bu vilayətin hüdudları elə Sasanilərə qədərki Parfiya
dövlətinin tərkibində olan Atropatena hüdudları ilə üst-üstə düĢürdü. Mənbələr
ancaq Sasanilərin son dövrlərində - I Xosrov ƏnuĢirəvanın (531-579) vaxtında
inzibati-ə ra zi bölgüsünə dair olan məlu mat ı qoruyub saxla mıĢdır. Məlu matda I
Xosrov ƏnuĢirəvanın inzibati islahatlarından sonra geniĢ ərazili "ġima l" caniĢinliyi
olan Adurbadaqan (Azərbaycan) "tərəfinə" - k ustuna daxil edilmiĢ vilayətlərin
adları çəkilir. Bilavasitə Adurbadaqan sərhədləri isə daha çox sonrakı fars
materialların ı da özündə əks etdirən IX-X əsr ərəb coğrafıyaĢünasların ın
məlu matları əsasında müəyyənləĢdirilir. Bu materiallara görə Adurbadaqanın Ģimal
sərhədi Araz boyunca idi. Cənubda sərhədlər Zəncana və Dinəvər düzünə yetiĢir,
Xulvan düzü və ġəhrə zurdan keçərək, Dəclə çay ına çatan əraziyə kimi uzan ırdı.
Bu dövr Adurbadaqan Ģəhərləri haqqında əsas məlu matı da ərəb
mənbələrindən alır, buna orta fars (pəhləvi), Bizans və siryani qaynaqlarından
götürdüyümüz adda-budda xəbərləri də əlavə edirik.
VI əsrə aid "ġəhristaniha-i Ġran" ("Ġran Ģəhərləri") adlı kiçik coğrafi
traktatda Sasani dövlətinin ġimal - Adurbadaqan caniĢinliyinin tərkib inə daxil olan
iki A zərbaycan Ģəhərinin adları çəkilir.
Birinci Ģəhər - bütün "Adurbadaqan tərəfin" mətndə adı çəkilməyən
paytaxtı Ərdəbildir; verilən məlu mata görə, "Adurbadaqanın paytaxtını
Adurbadaqan spahbədi EranquĢnasp tikdirmiĢdir" (bu ad, ço x gü man, I Xosrov
ƏnuĢirəvanın sərkərdəsi və vəziri o lmuĢ QuĢnasp - QuĢasp, CuĢnas ilə bağlıdır).
ġəhərin digər Bazan Feyruz adı ərəb mənbələrində qorunub s axlan mıĢdır. Həmin
məlu mata görə bu ad Sasani ĢahənĢahı Perozun (459-484) Ģəhəri tikdirməsi ilə
bağlıdır. Bu Ģahın adı Adurbadaqanın baĢqa Ģəhərlərinə ( məsələn, ġad Pero z-
Feyruz) dair məlu matlarda da çəkilir.
Ərdəbil adı, Ģübhəsiz, Sasani üsuli-idarəsi tərəfindən verilən Bazan -
Feyruz adından daha erkən hesab olunmalıdır. Tədqiqatçı ların fikrincə, bu sözün
birinci "Ərdə" - hissəsi qədim Ġran ın düzlük və kosmik nizam ilahəsi Arta ilə
20
əlaqədardır.
"Ġran Ģəhərləri" əsərində adı çəkilən ikinci Ģəhər "Turanlı Əfrasiyabın
Adurbadaqan kustunda tikdirdiyi Qan zak"dır.
Ərəb müəllifləri öz coğrafi əsərlərində Qanzakı (Cən zə, Qazna)
Dinəvərdən Marağaya, oradan isə Urmiya gölünə tərəf gedən yolun üstündə,
Marağadan 6 fərsəx (1 fərsəx təqr. 5-6 km) cənubda təsvir edirlər.
Adurbadaqanın ilk paytaxtı Qan zakın - Cən zənin yerinin müəyyən
edilməsində u zun müddət ziddiyyətli fikirlər söyləmiĢ tədqiqatçılar, nəhayət,
yekdil rəyə gəlmiĢlər: qədim Qan zak müasir Leylan rayonunda, Caqatu çayının sağ
qolu üstündə, Urmiya gölündən cənub-Ģərq istiqamətdə yerləĢmiĢdi.
Ərəblərə qədərki köhnə adı Əfraharud olan qədim Marağa Səhənd
dağından cənubda, öz mənbəyini bu dağdan götürən Səfiçayın sahilindədir.
Sasanilər dövründə, görünür, orada yerləĢən qədim atəĢ pərəstlik məbədinə
görə Azərabad adlanan Təbriz Ģəhəri mühü m mərkəz və Sasani ordusunun bazası
idi; ĢahənĢahın saraylarından biri burada yerləĢirdi.
Sonrakı ərəb qaynaqlarında Təbrizin kiçik yaĢayıĢ məntəqəsi və kənd
kimi xatırlan ması onun son Sasanilər dövründə tənəzzül etdiy ini, əvvəlki
əhəmiyyətini itirdiy ini və yalnız VIII yüzildən sonra dirçəlməyə baĢladığını
göstərir.
Adurbadaqan caniĢinliyinə daxil olan Muğan vilayətinin adı ilk dəfə
Sasani Ģahı Narsenin (293-302) 293-cü ilə aid Payqulu (Kürdüstanda) yazısında
çəkilir. Yazın ın sonunda Narsenin ĢahənĢah elan olunması mərasimində iĢtirak
edənlər sırasında "MuğanĢahın" adı çəkilir. Bu titul IX yüzil ərəb müəllifi Ġbn
Xordadbehin məlu matı ilə də təsdiq olunur.
Azərbaycanın tarixi coğrafiyası üçün əhəmiyyət kəsb edən Payqulu
yazısında Narsenin ĢahənĢah elan edildiyi III əsrin sonu üçün maskut hökmdarı
Porsamanın (və ya Forsamanın), Sika mĢahın, eləcə də Cor (Ço r, Çoqa)
hökmdarın ın adları çəkilir. Yazının sonunda isə deyilir: "...və onlar bizdən
asılılıqlarını və bizə xid mət etmək istədiklərini bildirmək üçün gəldilər".
Mənbələrin məlu matına görə, Sasanilərin ġimal caniĢinliyi tərkibinə daxil
etdikləri Balasakan vilayətinin adı ilk dəfə "ZərdüĢt Kəbəsi"ndə (Ġstəxr
yaxınlığındakı NəqĢi Rüstəmdə) aĢkar edilmiĢ 262-ci ilə aid I ġapurun üçdilli
kitabəsində, daha sonra isə baĢ kahin Kartirin 290-293-cü illə rə aid kitabələrində
çəkilir.
Adurbadaqanın III-VII əsrlərə aid yaĢayıĢ məskənləri içərisində Marağa -
Urmiya yolu üstündə yerləĢən Cabravanın, onunla Urmiya Ģəhəri arasında olan
Nerizin də ad ları çəkilir.
Orta çağ ərəb müəllifləri (əl-Bəlazuri, Ġbn Xo rdadbeh və b.) "qədim
Ģəhər" kimi təqdim etdikləri Urmiyanı atəĢpərəstlərin dili ilə "ZərdüĢtün Ģəhəri"
adlandırırlar. Mənbələrdə Sasani dövrü Adurbadaqan Ģəhərlərindən Sələmas
(Səlmas), Bərzə, Sərat, Mey məd (M iməz), Dəh xərqan (Dih xərrəqan, Dehnəxircan),