Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   17   18   19   20   21   22   23   24   ...   86

 
ÜÇÜNCÜ FƏSIL YAZILIR 
O PƏHLƏVANLARDAN Kİ, 
BU VİLAYƏTDƏN ƏMƏLƏ GƏLİBLƏR 
 
Belə ki, bundan əqdəm Dördlər qurdu məhəlləsində bir pəhləvan var 
idi. Onun adı  pəhləvan Nabat və  sənəti dabbağlıq idi. Çox zorlu və 
güləşkən adam idi. 
Və heç kəs onun arxasın yerə qoymayıbdır. Öz vaxtında olan 
pəhləvanlar ki, Şəkidən və Təbrizdən və Badkubədən gəliblər, təmamın 
mərhum Cəfərqulu xanın qulluğunda basıbdır. Bir pəhləvan Sarabdan 
gəlib, adı pəhləvan Rüstəm idi. Özünə dovtələb olub, gəlib Qarabağa ki, 
pəhləvan Nabat ilə küşti tutalar. O vaxt qəzadan pəhləvan Nabat bərk 
naxoş imiş. Özüylə güləşmək mümkün olmayıbdır. Amma yanında bir 
növcəsi var imiş. Adı pəhləvan Seyid Həsən. Həman pəhləvan Rüstəmi 
bu növə basıbdır. Amma sair vaxtlarda bir pəhləvan ki, hər yerdən 
gələrmişlər, təmamın pəhləvan Nabat basarmış. Və bir nəfər pəhləvan 
Şəkidən gəlib adı  pəhləvan Bağır. Çox adlı  və  tənumənd adam imiş. 
Onu basıb və neçə  pəhləvan Badkubədən gəliblər, onları  təmamən 
basıbdır. Və yenə  Təbrizdən vəliəhd qulluğunda mərhum Məhəmməd 
şahın pəhləvanı var imiş. Onu basıbdır. Elə ki bu tövr olub: Təbrizin 
lotuları bu fikrə düşüblər ki, pəhləvan Nabatı öldürələr. Bu əhvaldan 
qarabağlı camaatları  xəbərdar olublar. Gəlib Xanıkov konsula şikayət 
ediblər. Xamkov konsul pəhləvan Nabatı  gətirdib öz qulluğunda 
saxlayıb və qarovul ilə  Təbrizdən yola salıb və  pəhləvan Nabat küşti 
tutan vaxtda dizlərinin gözünə aya bağlarmış və yaxşı mil oynadarmış. 
Çox qüvvətli adam imiş. Belə ki, bir gün bir rəs kəl qızıb Xəlfəli 
qapısından çövdar malından ayrılıb qaçıb bazara, ta gəlib aşağı bazarda 
pəhləvan Nabata düçar olub və  pəhləvan Nabat çiynində bir güni mal 
gəlirmiş. Bazarda görüb xalq hər biri bir yana qaçırlar. Soruşub bu nədi? 
Deyiblər: Pəhləvan Nabat, qaç ki, bir qızmış kəl bazar adamın qırdı. Bu 
halda kəl gəlib yetişir, pəhləvan Nabat olan yerə. Elə ki kəl pəhləvan 
Nabata soxulur. Pəhləvan mal günin çiynindən atıb bu kəlin 
buynuzlarından tutub boynun qanurub yıxır yerə və oturur boynun üstə. 
Xalq gəlib kəlin əl və ayağın bağlayıb, saxlayırlar ta sahibi gəlib bir növ 
ilə aparır. 
  
 
67


Və yenə  həmin Dördlər qurdu məhəlləsində Seyid Həsən adlı bir 
nəfər pəhləvan var idi. Pəhləvan Nabata bərabər olmazdı. Bir-birilə 
həftədə bir dəfə  Cəfərqulu xanın qulluğunda küşti tutardılar və 
oynaşardılar. Amma heç birisi bir-birin basmamışdı. Və bu Seyid Həsən 
yenə neçə nəfər pəhləvan ki, Badkubədən və Salyandan və Təbrizdən və 
sair yerlərdən ki, gəliblər, təmamın arxasın qatlıyıbdır və ölüncə bir 
pəhləvan onun arxasın yerə qoymayıbdır. Və bir də  həmin pəhləvan 
Seyid Həsən bir para işlər tutarmış ki, adam təəccüb edərmiş. Belə ki, 
bir fnanqal odu təmamən bir-bir əlində sürrüb keçirərmiş  və odlu 
kösövü dilinə çəkib dili ilə keçirərmiş, nə əli və nə dili yanmaz imiş və 
dəmiri qızdrrıb elə keçirərmiş. Oldur ki, o vaxtdan o tayfalara kösöy 
yayılan sufilər deyirlər. Onun odun hərarətindən ehtiyatı yox imiş.  Əli 
və ayağı ilə  və dili ilə  nə  qədər istəsəmiş odu keçirib və bir zəhmət 
görməz imiş. 
Və yenə bir nəfər pəhləvan Çuxur məhəlləsində olubdur və onun adı 
pəhləvan Məhəmməd idi. Bu da çox görkəmli və şücaətli və tənumənd 
adam imiş. Neçə nəfər pəhləvan basıbdır. Amma bir az kəmcürət adam 
imiş. Öz şücaətinə layiq o qədəri zoru və cürəti yox imiş. Həmin çox 
görkəmli və  nəzərə  gələn və meydan dolanan və yaxşı milbazlıq və 
rübai oxuyan pəhləvan imiş ki, həmişə  mərhum Cəfərqulu xanın 
qulluğunda mərikə qurub, növçələr ilə küşti tutarmış. Amma pəhləvan 
Nabata və pəhləvan Seyid Həsənə bərabər deyilmiş. 
Və bir də neçə dəstə qaçaqlar ki, hər əsrdə çıxıblar, onlardan bir neçə 
kəlmə yazıb məlum edək ta məlum olsun ki, onlar nə tövr bəd 
bihesablıq ediblər və axırları  nə tövr olubdur. Belə ki, qədim vaxtı 
Rusiya dövləti qalaya təsərrüf olandan sonra o vaxtlarda ki, mərhum 
İbrahim xanın dəftərxanası dustaqxana idi, şil qurdlarından bir nəfər 
qaçaq çıxıb, onun adı Zaman idi. Xalqa ondan çox zərər olurmuş. Bir 
müddət öz hünərinə dolanıb və hər yerdə çəpavül edib, bəd bihe-sablığla 
məşğul imiş.  Əvvəl onu rurublar və dustaqxanada irniş. Bir tövr olub 
qaçıbdır və bu Zamanın bir anası var imiş çox tamaşalı, adı Həbətə imiş. 
Belə ki, o, övrətin boyu bir arşın və eni üç çərək imiş. Uşaqlar dalma 
düşüb, sataşarmışlar və deyirmişlər: 
- Bu gün-sabahdı görərsən, Zaman bir dəstə yasavul ilə yenə 
dustaqxanaya gəldi. 
Həbətə qarnına döyüb belə deyərmiş: 
  
 
68


- Hərgah Zaman bu qarından çıxıbdır, bir də rusun əlinə düşməz. 
Qərəz, bir müddət yenə Zaman gəzib və hər yerdə çəpavül edərmiş. Bir 
gün Xojalı (Xocalı) çaparxanasında poçt üstə düşüb, istəyib poçtu 
dağıda. Bir neçə  nəfər adam durub yalvarıbdır. Sonra qazaq bir güllə 
atıb Zaman ölübdür və həmin poçtxananın qabağında Zamanı başı üstə 
basdırıblar. Bir neçə gündən sonra gecə  gəlib, çıxardıb aparmışdılar. 
Bunun dövranı bu tövr olub və axırı belə olubdur. 
Və yenə bir qaçaq ki, İsmayıl bəy imiş. Cavanşir mahalından 
Amaniyan qurdlarının obasından çıxıb, qraf naçalnikin vaxtında bu da 
çox işlər edib ki, onun tutduğu işləri yazmaq mümkün deyil. Çox poçt 
dağıdıb və çox bəlalər xalqın başına gətiribdir.  Ələ düşməyib, gedib 
Sultanbud təpəsində oturub və o ətrafdan bir nəfər qoca övrət gətirib, o 
qocaya bir dəst libas verib, təmamən qırmızı. O qarıya deyib: 
- Hərgah bunları  çıxardasan, gəlib evini dağıdacağam. Hər kəs 
səndən soruşa ki, a qarı  nənə, bu nə  qırmızı paltardı geymisən. Cavab 
ver ki, İsmayıl dövranıdır. 
Belə olar bir müddət. Bu növlə keçərdi. Sonra öz yoldaşı 
Gülməmmədi nam yatdığı yerdə öldürmüşdü və  gəlib naçalniyə  xəbər 
gətirmişdi ki, İsmayılı öldürdüm. 
Və qraf-naçalnik hökm edib ki, İsmayılın meyitini qalaya gətiriblər. 
Tamam qala əhli tamaşaya gedib baxırmışlar. Naçalnik gəlib İsmayılın 
uzun bığları var imiş, tutub bığından silkələyib deyir: 
- Necədi, a İsmayıl bəy! Yenə qoçaqlıq edəcəksənmi? 
Və bunun axırı bu tövr olubdur. 
Və yenə  Kəbirli uyezdindən Xınzırıstan obasından Qanlı Behbud 
qaçaq olubdur. Bu da bir para işlər edib və çox yerlərdə çəpavül edib və 
adam öldürüb, bəd bihesablığı həddən artıq edib və cürətin bir məqama 
yetirib ki, gəlib  Əsgəran qalası ki, qaladan üç ağac aşağıda məlumdu, 
həmin qalaçada məskən edib və neçə gün orada oturur, hər kəs qaladan 
gəlirmiş, tutub saxlarmış  və  hər kim aşağa mahallardan gəlirmiş, yenə 
tutub həmin Əsgəran qalaçasında saxlarmış və o vaxt naçalnik Tarxanov 
imiş və Murov, yarımsaqqal Ohancan bəy İsfəndiyarov imiş. Qəzadan o 
günlərdə ki, Behbud Əsgəranda mənzil edib və  gəlib-gedənləri rutub 
soyandan sonra dustaq edib saxlarmış. O günü Murov Ohancan bəyin 
qardaşı  Əmircan bəy qalalı  Ağa Rəfi ilə poçta minib Gəncə  şəhərinə 
gedirmişlər. Bunları da Behbud tutub 
  
 
69


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə