Ümidvaram ki, bu təzə güftarı uyubi-kəzb və duruqdan ari bilib qeyri
təvarixlərin mədh və zəmm və ifrat və təfrit birlə münəffəm güman və
qiyas olunmayıb ki, həqiqəti əhval sidqi məqqad mərqum və məshur
olmuşdur.
Bəsirət əhli hikmət sanma hər cahildən əxz eylər,
Süluk əhli təriqəti mürşidi kamildən əxz eylər.
Səyahət bəhru bər seyli deyil, ərbabi-ürfanə,
Ki, rəsmi hikməti arif baxar, aqildən əxz eylər.
QARABAĞIN SƏRHƏD VƏ SINIRI VƏ ONDA OLAN
MƏNFƏƏTLİ NƏHRİ-ƏZİM VƏ ŞƏHRİ QƏDİMLƏR
Qədim asar və təvarixə görə Qarabağ vilayətinin sərhəd və sınırı
cənub tərəfi Araz çayıdır. Xudafərin körpüsündən gedib Qazax Dəmirçi-
Həsənəli camaatının içində vaqe olan "Sınıq körpü"yə ki, indi rusca ona
"Krasnıy most" deyilir. Şimal tərəfi Kür çayıdır. Şərq tərəfi Cavad
qəryəsidir ki, orada Araz ilə Kür bir-birinə müttəsil olub gedib dəryayi-
Xəzəriyyəyə tökülür. Qərb tərəfi böyük dağlardır ki, Gəncənin Qazax,
Şəmsəddin xalqının və Qarabağ ilatının yaylaqlarıdır.
Bu halda Qarabağda sərhədi-müəyyən budur: Cənub Araz çayı
Xudafərin körpüsündən gedir Cavad, Zərdab və Əlvənd kəndlərinin
müqabilinədək, Şərq Kür çayıdır. Səmti - şimali ki, Gəncə ilə Qarabağın
sərhədi olan Goran çayıdır. Qərbən Kuhistani - Qarabağdır. İlat xalqının
yaylağı ki, Küşpək, Salvartı və Ərikli dağlandır. Yazılara görə bu
Qarabağ vilayəti qədim Aran məmləkəti cümləsindəndir. Nuh
tufanından sonra Nuhun övladlarından Aran adlı birisi gəlib bu
vilayətlərə hökmran olub, bu məkanları abad qılıb və Kür suyu ilə Araz
çayının arasında olan şəhərlərə ki, ibarət ola Tiflis, İrəvan və Naxçıvan
və Qarabağda olan Bərdə və Beyləqan şəhərləri ki, hənuz ikisi də
xarabadır və Gəncə ki, indi Rusiya ona Yelizavetpol ad qoyubdur,
tamam bu yerlərə öz ismini qoyub Aran məşhur edibdir. Qarabağ
vilayətində əvvəl şəhər ki, bina olub Bərdə şəhəridir ki, Tərtər çayının
üstə və Kür çayının qiblə tərəfində və üç ağaclığında
124
vaqedir. Sabiq Bəni Abbasiyə xəlifələrinin əsrində, o zamandakı Bağdad
şəhərini məmur edib və Darülxilafə qılıb əylənirlər. İslamiyyə tarixi 306
sənədə olanda həmən şəhərin əhli müsəlman oldular. Bərdədən sonra
Qarabağda səmti-Arazda Beyləqan şəhəri bina olub. İran və Fars
padşahlarından Qubad padşah (zahirən Ənuşirəvan Adilin atası) bina
etmişdir. Təxminən min yüz il bundan qabaq. Həmən Qubad şah Araz
çayından bir əzim arx götürüb səhrayı vəsiül-fəzai Beyləqan şəhərini
abad edib və Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı kəndlər
salıb, əkin yerləri təqsim edib. Hamı o aralıqda bağ və ziraət və
abadanlıq etmişdir. Qədim vaxtı o arxın adı "Bərlası"dır. İndi Govur
arxı məşhur olub. İslam tarixi 635-ci ildə Çingiz xan (monqol)
davasında bu Beyləqan şəhəri mühasirədə qalandan sonra Çingiz xan
İrana artıq qəzəbnak olduğu üçün o şəhəri qətliam etdirib, o şəhəri və
arxı viran etmişlər. Qarabağ vilayətinin əhalisi təmamən Qarabağın
dağlarına və Şirvana pərakəndə olub dağıldılar. Çox müddət bu yerlər
virana qaldı. Teymurləng padşah sultani-Rum İldırım Bayazıdı davada
məğlub edib qayıdarkən Muğana gəldi və güzarı Beyləqan şəhərinin
xərabəsinə düşüb bu yerləri çox bəyendi. Oraları yenidən abad etməyə
başladı. Əmr verdi, camaat toplandı. Sabiq qərar üzrə buraları abad
etdirdi. İkinci dəfə bu şəhər Səfəviyyə dövlətinin əsrinə yaxın İran və
Rum qoşunları Gürcüstan və Şirvan vilayətlərinə tərəddüd etməyindən
və mükərrər gəlib-getməkdən o məkanlar səhra və düz yerlər olduğu
cəhətdən ləşkər tərəfindən payımal və qarət olmağa davam gətirməyib
əhali şəhəri buraxıb yenə də dağıldılar. Nəhr və şəhər yenidən viranə
qaldı. Bu yaxın vaxtlarda Əhməd bəy Cavanşir ibn Cəfərqulu bəy və o
da Məmməd bəyin oğlu ki, Pənah xanın övladlarındandır, hicri 1283-cü
ildə Qarabağın Vərəndə mahalına hakim mənsub olmuşdur. Buna
baxmayaraq ki, rus hökuməti çox mühəndis və mütəxəssislər
göndərmişdir, gəlib o arxın məbərinə mülahizə edib ixracatına təxmin
qılmışlar. Dəhnəsi və məbəri qayətdə əsəb və üsirül-əlac olduğu üçün
əmələ gəlməyib artıq milyonlar xərc tələb etdiyi üçün uzun müddət
tədricən təmir etməyə qərar qoymuşdular. Nəhayət, Əhməd bəy
Cavanşir öz tədbirli adamları ilə əlahiddə məhəldən arxa dəhnə bina
edib öz xərci ilə bu arxı yenidən çıxartdı. Şimdi otuz dəyirman işlədən
suyu vardır. Keçən il bu arxın altında düyü, maş, küncüd,
125
bostan, ipək, çəltik, ipək üçün tut, darı və hər növ hübubat əkilmişdir.
Əgər bu arx yaxşı təmir olunub nizama salınarsa, beş min ev burada
gözəlcə güzəran edər. Bu arxdan başqa Beyləqan səhrasına qədim
əsrlərdə ayrı-ayrı bir çox arxlar Araz çayından dəxi çəkib gətirmişlər.
Və öz üzərlərində böyük kəndlər və ziraətlər bulunmuş. Bu balaca
arxlardan Pənah xan və İbrahim xan əsrlərində təmir edilib istifadə
edilirmiş. Bu arxların adları: Kürək arxı, Meymənə arxı, Ləvar arxı,
Gəmiçi arxı, Taşqay arxı, Sarı arx, Xan arxı, Ayaz arxı olmuşdur.
ƏVVƏLİNCİ FƏSİLDƏN
Qarabağ qədimlərdə Gəncə xanlarına tabe olarmış. Gəncə xanlarının
əsilləri Qacariyyədir ki, onlara məşhur Ziyadoğlu itlaq edərlərmiş. Onlar
sabiq padşahın firdosməkan Səfəviyyənin əsrlərində dudman olub,
nəhayət, çox ixlas və iradətləri olduğu səbəbə əksər ovqat İran
dövlətində sahibi ixtiyar, bəylərbəyi və sərdar olurdular. Həmişə iqamət
yerləri Gəncə olurdu. Gürcüstan ilə onların sərhədləri Sınıq körpü,
Yuxarı Surudaş və İran Azərbaycanı ilə sərhədləri Araz çayı və
Xudafərin körpüsü olub. Gəncədə daim sakin və hakim olublar. Bəzən
tamam Azərbaycan məmləkətinə hökumət olublar. 1148-ci sənədə Nadir
şah məmaliki-İrana padşah oldu. Nadir şah Muğan səhrasında özünü
şahi-İran elan etdikdə Gəncə xanları bunun İrana şah olmasına bərəks
olduqlarını Nadir şaha xəbər verdilər. O da onları oradan Xorasana
sürgün etdirdi. Nadir şah tez zaman Gəncə, Tiflis, Qarabağ, İrəvan, Şəki
və Şirvan vilayətlərini Rum sultanının tələssütündən çıxarıb öz tərəfinə
gətirdi. Bir az müddət bu vilayətlər Gəncə hakiminə baxdılar. Amma
sonra Ümumazərbaycan bəylərbəyisinə tabe oldular. Belə ki, hər
mahalda xanlar və məliklər və minbaşılar olub Azərbaycan sərdarının
əmri ilə idarə edilirdilər. Tainki, 1160-cı tarixdə Nadir şahı Xorasanda
qətlə yetirdilər. Hər yerdə iğtişaş düşdü.
126
Dostları ilə paylaş: |