10
məzmununu təşkil edən subyektiv gerçəkliyi daha düzgün anlayıb qiymətləndirmək
üçün M.V.Məmmədzadə və Ə.Əsgərov-Kəngərlinskinin yazıları diqqətəlayiqdir. Əgər
birinci müəllifdə hadisələrə baxış və yanaşmada mübarizə əzmi üstünlük təşkil edirsə,
ikincidə tarixi gerçəkliyə bədbin münasibət daha qabarıqdır. Lakin buna baxmayaraq,
onların hər ikisi tarixin düzgün dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən
gerçəklik faktlarına istinad edir.
1917-1920-ci illərdə fəal inqilabçı, hərbi siyasi qurumların rəhbər işçiləri,
Sovet hakimiyyəti dövründə isə respublikanın partiya-dövlət nümayəndələri olmuş
yerli ko mmunistlər - N.Nərimanov, Q.Musabəyov, M.D.Hüseynov, M.Quliyev,
Q.Hüseynov, Ə.Qarayev və b. tədqiq edilən dövrə aid bir sıra sərt xarakterli polemik
əsərlər qələmə almışlar
2
. Bu əsərlərin dəyəri siyasi rəqiblərə tənqidi münasibət ifadə
etmələrində, hadisələrin qənaətbəxş və obyektiv təsvirini vermələrində yox, o vaxtkı
kommunistlərin dünyagörüşü və psixologiyası haqqında dolğun təsəvvür
yaratmalarındadır. Onlara xas olan ümumi cəhət Müsavat hökuməti ilə müqayisədə
sovet idarəetmə sistemi və sosial-iqtisadi quruluşunun Azərbaycan xalqının tərəqqisi
üçün daha çox işlər gördüyünü sübut etməyə çalışmalarıdır.
Ümu mi şəkildə 1917-1920-ci illər tarixşünaslığını üç dövrə bölmək olar: 20-
30-cu illərin marksist tarixşünaslığı, 40-80-ci illərin milli ko mmunist tarixşünaslığı,
90-cı illərin liberal-milli tarixşünaslığı.
Azərbaycanda marksist tarixşünaslığın əsas nümayəndələri 1921-1931-ci
illərdə Qırmızı Professura İnstitutunu bitirmiş qeyri-azərbaycanlılar idi. Onlar 1917-
1920-c i illəri əhatə edən inqilab dövrünü dünya kapitalizminin ta m çürümə
mərhələsində zəhmətkeşləri burjuaziyanın zülm və istismarından azad edəcək dünya in-
qilabın ın ilkin müjdəç isi kimi qələmə alırd ılar.
1917-ci illərə aid tarixi əsərlərin müəllifləri - A.Rayevski, Y.Ratqauzer, N.Pçelin,
A.Popov, S.Sef, A.Steklov, A. Dubner hadisələri tədqiq və təqdim edərkən tarixi
reallığın təfsilatlarına maraq göstərmək, hadisələrin izahında ideologiyaya üstünlük
vermək, mənbələrdən geniş iqtibas gətirmək və s. kimi xüsusi yanaşma üslubu nümayiş
etdirmişlər
3
.
Lakin onların əsərlərində sonrakı sovet tarixçilərinin tez-tez müraciət
etdikləri partiya-sovet rəhbərlərinin çıxışlarından geniş istifadə, tarixi məkanın
təfərrüatınadək dövrləşdirilməsi, arxiv mənbələrini kütləvi fetişləşdirmə hallarına az-az
rast gəlinir.
"Zəhmətkeşlərə vəhşi nifrət", "dünya miqyaslı quldurlar", "müsavat nökərləri",
"bəyxan hökuməti", "öz xalqının mənafeyi ilə alver edənlər" və s. epitetlərdən gen-bol
istifadə edilən bu əsərlərdə Azərbaycan Xalq Cümhuriyyəti "Müsavat rejimi", "Müsavat
dövləti" kimi təqdim ed ilmişdir.
Marksist tarixşünaslığın nümayəndələri AXC-nin daxili siyasətindən
danışarkən bu siyasətin əsasına "rejimin" sinfi təbiətini, onun siyasi subyektlərinin
maraqlarını qoyur və onların zəhmətkeş fəhlə-kəndli mənafelərinə kökündən zidd
olduğunu iddia edir və bununla da bu mənafelərin uzlaşdırılması və ümummilli
11
məqsədə tabe edilməsi imkanlarını göstərmirdilər. Müsavat partiyasını kəskin tənqid
edir, onu gah kiçik burjua partiyası, gah da yalnız burjuaziya və mülkədarların mənafeyini
müdafiə edən təşkilat adlandırır, bununla da Müsavat partiyasının və bütövlükdə milli
hərəkatın əsas tutduğu prinsip və mənəvi dəyərləri bayağılaşdırmağa çalışırdılar. AXC
xarici siyasətinə Birinci dünya müharibəsində qalib gəlmiş ölkələr qarşısında
nökərçilik donu geydirilirdi.
20-30-cu və sonrakı illərin tədqiqatları başlıca olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin daha çox inqilabi dövrün məhsulu olmasını, iqtisadi mühafızəkarlığına
baxmayaraq, demokratik siyasi qurum və vətəndaş təsisatları yaradılmasına meylini,
mədəniyyət sahəsində özünü göstərən inqilabiliyini, milli hərəkatın is ə öz məqsəd və
hərəkətverici qüvvələrinə görə maarifpərvər və mütərəqqi xarakter daşıdığın ı görmək
istəmirdilər.
Müharibədən sonrakı illər tarixçi kadrlar: Z.İbrahimov, M.İsgəndərov,
Y.Tokarjevski, C.Quliyev, Ə.Sumbatzadə, T.Köçərli, D.Quliyev və başqaları bu dövr milli
kommunist tarixşünaslığının ən məhsuldar nümayəndələri sayılırlar
4
. Məhz bu dövrdə
1917-1920-ci illərin tədqiqat mövzusu daha da genişlənmiş, bir sıra sənədlər məcmuəsi
çap edilmiş, nəticədə kütləvi oxucu üçün dövrün sirləri ilə yaxından tanış olmaq imkanı
yaranmış, lakin AXC tarixinin müstəqil tədqiqat predmeti kimi sistemli şəkildə
öyrənilməsi davam etdirilmə mişdi
5-8
. Bunun tədqiqatçılardan asılı olmayan başlıca
səbəbi onda idi ki, hakim ideologiya məhz AXC ilə əvvəlcə siyasi, onun süqutundan
sonra isə Cümhuriyyətin yaddaşdan silinməsi üçün mübarizə aparmışdı.
Keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda 80-90-cı illərdə baş
verən proseslərlə paralel yaranan yeni mənəvi şərait AXC tarixinə aid bir sıra
problemlərin öyrənilməsinə qoyulan qadağaların aradan qalxmasına, dövrü öyrənən
yeni istiqamətin - liberal və milliyyətçi tarixşünaslığın formalaş masına imkan verdi.
Onun əsas nümayəndələri olan A.Balayev, C.Həsənli, N.Maksvell, P.Darabadi,
N.Nəsibzadə, R.Xudiyev və b. alimlərin tədqiqatları AXC tarixinin öyrənilməsi
sahəsində xeyli iş görüldüyünü söyləməyə əsas verir.
Əlbəttə, bu son dövr tarixşünaslığında, xüsusən onun ilk çağlarında bəzi
nöqsanlar, o cümlədən ifrat aludəçilik, 1917-1920-ci illərdə baş vemıiş hadisələrə
münasibətdə eyforiya əhvali-ruhiyyəsi, onların şərhində ideoloji yanaşmaya üstünlük
verilməsi kimi qüsurlardan xali olmayan bu ilk addımların özü, ümumilikdə, AXC tari-
xin in öyrənilməsi istiqamətində irəliləy iş idi.
90-c ı illərin əvvəllərində - AXC tarixinə aid mənbəşünaslıq bazasının
formalaşma dövründə C.Həsənlinin "Azərbaycan beynəlxalq münasibətlər sistemində
(1918-1920-ci illər)"
9
kitabı AXC-nin xarici siyasət problemləri üzrə müasir
Azərbaycan tarixşünaslığında baza olacağına tam əsas verir. Bu sırada duran əsərlər
içində İ.Musayevin "Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət
və xarici dövlətlərin siyasəti (1917-1921)" monoqrafiyası xüsusi yer tutur
10
.
Azərbaycan Xalq Cü mhuriyyəti hərb tarixin in tədqiqində P.Darabadinin
"Voennıye problemı politiçeskoy istorii Azerbaydjana naçala XX veka" (Bakı, 1998)"