Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə28/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   24   25   26   27   28   29   30   31   ...   103

58 
 
Bağdadı  tutarsansa  və  xilafətin  minbərlərindən  sənin  adınla  xütbə  o xunarsa, 
ölkənin səması sənin üçün hər hansı rəqib və düşməndən təmizlən miş olar"
1

Sultan  Arslan şah da  Eldənizin  əleyhdarları  olan  əmirlərlə  birlikdə  böyük 
ordunun başında Azərbaycana yürüş təşkil etdi. Lakin Zəncanda Sultan xəstələnir, 
azarının  gücləndiy ini  [şiddətləndiyini]  və  "həyatının  sona  çatdığmı  hiss  edən 
Sultan Həmədana aparılması əmrin i verir"
2

Həmədana  qayıtdıqdan  sonra  Sultan  şəhərin  rəisi  Əmir  Seyyid  Fəxrəddin 
Əlaəd-Dövlə  Ərəb şahın qızına  evlənir.  Eyni  zamanda  o, atabəy  Cahan  Pəhləvanı öz 
yanına dəvət edir və onunla barışır. Dövlətin idarə olunmasını ona tapşırdıqdan az sonra 
Sultan ölür. Arslan şahın ölümü ilə əlaqədar İmadəddin əl-İsfahani yazır: "Deyirlər ki, 
Pəhləvan onu  zəhərləyib, belə hesab edib  ki, onun bundan sonra yaşaması [dövlət üçün] 
əhəmiyyətli  olmayacaqdır"
3
.  Bəzi  tədqiqatçılar  Sultan Arslan şahın Atabəy tərəfindən 
zəhərləndiyinə şübhə ilə yanaşırlar
4
.  Lakin bu  məsəl bir neçə  il keçdikdən sonra, sultan  III 
Toğrula qarşı hazırlanmış sui-qəsd baş tutmadıqda təsdiq olundu. İstintaq  zamanı sui-
qəsdçilərdən  biri  teştdar  Kutluq  (Qutluq)  belə  ifadə  verir:  "Əla  əd-Dövlə  atabəy 
Məhəmmədin  razılığı  ilə  mənə  10  min  dinar  verdi,  mən  də  [sultanın  yuyunduğu] 
hamama zəhərlən miş şərbət gətirdim və sənin atana verdim"
5

Rəqibini aradan götürdükdən sonra atabəy Cahan Pəhləvan sultan  taxtına Arslan 
şahın yeddi yaşlı oğlu III Toğrulu çıxarır, eyni zamanda onun atabəyi olur
6

Bütün  bunlardan  sonra,  Atabəy  vaxtilə  xilafətin  hücum  niyyətləri  qarşısını 
almağa  qadir  qüvvəyə  malik,  atabəy  Şəmsəddin  Eldənizin  daima  qoşunla  yardım 
göstərdiyi, indi isə ayrılıb müstəqilləşmiş vassal - Xuzistan hakimi Ay-Doğdu Şimlanı 
sakitləşdirməli oldu. 
Sultan Arslan şah və hələ də Azərbaycanda olan Cahan Pəh ləvan aras ındakı 
münasibətlərin  qeyri-müəyyənliyindən  istifadə  edən  Şimla  xilafətin  ərazisinə 
soxulur  və  qoşunla  Nihavəndə  yanaşır.  O,  ço xdan  bu  şəhəri  və  vilayəti  öz 
torpaqlanna  qatmaq  arzusunda  idi.  La kin  ata-bəy  Eldəniz'feu  işdə  ona  maneçilik 
törədirdi.  Şəhər  sakinləri  atabəy  Cahan  Pəhləvamn  yan ma  qasid  göndərib, 
Şimlan ın  hücumunun  qarşı-smı  almaq  üçün  ondan  yardım  istəyirlər.  Atabəyin 
qüwələri  ləngiyir  və  Şimlan ın  qoşunu  Nihavəndə  tamamilə  ya xınlaşır.  Şəhər 
möhkəm  müdafıə  olunurdu,  onu  birdən-birə  ələ  keçirmək  çətin  id i.  Bu  zaman 
Şimlanın  qardaşı  oğlu  hiylə  işlətməli  olur  (hiy ləyə  əl  atır).  O  öz  qoşun -larını 
nihavəndlilərin  kö məy inə  gələn  Cahan  Pəhləvanın  qoşun  dəstəsi  kimi  qələmə 
verir. Şəhərin sakinləri hiylən i başa düşməyib, şəhər darvazas mı açırlar, Şimlan ın 
                                                                 
1
 Əl-Hüseyni, vər.95a-b. Bu vaxt Mosulun hakimi II Seyfəddin Qazı idi. 
2
 Əl-Hüseyni,vər.95a. 
3
 Əl-Bundari, səh.301.  
4
 F.Sumer, Pəhlivan, Ia, IX, səh.545-598. 
5
 Ravəndi, səh.324; Yezidi, səh.169. 
6
 Əl-Hüseyni, vər.95b; Mirxond, IV, səh.15. 
 


59 
 
qoşunu şəhərə soxulur.  Nihavəndin qazı və rəisin i həbs və edam edir, şəhəri qarət 
edib gedirlər
1

Bir  müddətdən  sonra  "Xuzistanda  20  illik  hakimliyi  dövründ ə  Eldənizin  
himayəçiliy indən  istifadə  edərək  öz  torpaqlarını  xey li  genişləndirən  və  bir  neçə 
qala  tikdirən"  Şimla  qoşunla  yenidən  xəlifə  əl-Müstədinin  (1170-1180) 
hakimiyyəti  altında  olan  əraziyə  so xulur.  O,  Azərbaycan  atabəylərindən  vassal 
asılılığı olan türkmən-əfşarların  məskənlərinə hücum edir.  Cahan Pəhləvan onların 
kö məyinə qoşun göndərir, döyüş zaman ı Şimla yaralanır, oğlu və qardaşı oğlu  ilə  
birlikdə  əsir  düşür.  İki  gündən  sonra  Şimla  ölür  və  ondan sonra  oğlu  Şərafəddin 
Əmiran Xuzistan hakimi təyin o lunur
2

Sibt ibn əl-Cöv zi qeyd edir ki, Şimlanın oğlu Xuzistan qalalarına  xəlifə ən -
Nasirin  (1180-1225)  dövrünə  qədər  sahib  olmuşdur.  Hə min  xə lifə  və zir  İbn 
Qəssabın başçılığ ı  ilə onun üzərinə qoşun göndərir,  Şimlan ın nəslini  Xuzistandan 
qovdurur,  30  qalanı  ələ  keçirir,  uşaqlarını  Bağdada  göndərir  və  onlar  ölənə  qədər 
orada qalırlar
3

O  zaman Xu zistanda yaşayan və sultanlığın taxt-tacı  iddiasında olan Sultan 
III  Toğrulun  əmisi  şahzadə  Məhəmməd  dövlətin  əmin-amanlığ ı  üçün  təhlükə 
törədirdi. Arslan şahm ö lü m  xəbərin i eşidən kimi şahzadə Məhəmməd  Şərafəddin 
Əmirandan  İsfahan  üzərinə  hücuma  keçməyi  tələb  edir.  Lakin  lap  bu  yaxınlarda 
Cahan  Pəhləvanın  qoşunları  tərəfındən  məğ lubiyyətə  uğramış  Şərafəddin  Əmiran 
Məhəmmədə belə  cavab  verir:  "Mən sənsiz,  təkbaşına  Cahan  Pəhləvanla döyüşə girib 
səni müdafiə edə bilmərəm. Bu yaxınlarda mənim  atam  onunla  Karmasində vuruşub, o 
atama  qalib gəlib,  onu öldürdü.  İndi  isə  onun sərəncamında  İraq,  Azərbaycan və  Arran 
qoşunlan var, onlann sayı  50  min süvaridən  (atlıdan) artıqdır. İsfahana tək get, bəlkə orada 
olan  sultan  qoşununun  bir  hissəsi  sənin  tərəfinə  keçdi.  Əgər  bu  baş  tutarsa,  mən 
qoşunumla birgə sənin qulluğuna gələrəm"
4

Şahzadə  Məhəmməd  öz  dəstəsi  ilə  yürüş  edib  İsfahana girir  və  orada  minə 
yaxın atlı ona qoşulur. 
Hadisələrin  gedişindən  narahat  olan  atabəy  Cahan  Pəhləvan  Həmə danla 
İsfahan  arasındakı  məsafəni  beş  günə  qət  edir  və  Məhəmmədin  dəstəsinə  hücum 
çəkir.  Əl-Hüseyninin  dediyinə  görə,  "bu,  qeyrəti  özünə  dost  və  məsləkdaş  seçən, 
uğursuzluq  fikrini  kənara  atan,  mətinlik  və  qətiyyəti  sayəsində  [müvəffəqiyyət] 
qazanan bir adamın hərə kəti id i"
5

Şahzadə  Məhəmmədin  dəstəsi  məğlub  (darmadağın)  edilir,  özü  isə  Xuzistana 
qaçır.  Lakin  atabəy  Cahan  Pəhləvandan  qorxan  Şərafəddin  Əmiran  ibn  Şimla 
şahzadənin orada  qalmasına  maneə törədir.  Atabəy tərəfindən təqib edilən  Məhəmməd 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.120. 
2
 İbn əl-Əsir. IX, səh.134: İbn əl-Cözvi. X. səh.255: Sibt ibn əl-Cözvi. VIII/1,səh.330. 
3
 Sibt ibn əl-Cözvi, VIII/1, 330. 
4
 Əl-Hüseyni, vər.95b-96a. 
5
 
 
Yenə orada. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə