74
Hic ri 586-c ı ilin ra ma zan ay ında (oktyabr, 1190) o, Qızıl Arslanın ü zərinə
hücum edir. Ancaq Qızıl Arslan III Toğrula qarşı hücumdan qabaq ona xid mət
etmək üçün Həmədana gəlmiş qardaşı oğlanları Qutluq-İnanc Mah mud və Əmir
Əmiran Ömərlə barışıq bağlayır, onların anaları, dul qalmış qardaşı arvadı İnanc
xatınla evlən ir
1
. Yaln ız bundan sonra Atabəy qardaşı oğlu Əbu Bəkri, ə mir-bar
Mahmud Anas oğlunu və Nurəddin Qaran ı qoşun başçısı təyin edir və Sultan
üzərinə hücuma keçir. Əvvəlcə o, İzzəddin Həsən ibn Qıpçağın türkmən
dəstələrin i darmadağın edir, onların mal-qarasını, a ilə lərin i və əmla kın ı ələ
keçirir
2
. İzzəddin Həsən və III Toğrul döyüş meydanından qaçır. Kərkük
yaxınlığında İzzəddinə mə xsus Karxin qa lasına gəlirlə r. Buradan III Toğru l xə lifə
ən-Nasirə məktub yazaraq, xəlifənin vəziri Cəlaləddin ibn Yunisin ordusunu
məğ lub etdiyi üçün şəxsən üzr istəyir. O, icazə alaraq Bağdada gəlir, əlində qılınc,
əynində kəfən gözləyir. III Toğrula xəbər verirlər ki, xəlifə onun işi ilə məşğul
olmağa imkan tapana qədər sultan öz yerində qalmalıdır
3
.
Lakin III Toğru l xəlifən in qərarını gözləmir və öz hərbi səadətinə (uğuruna)
arxalanaraq, Həmədana qayıdır. Həmədan yaxınlığında Sultan Qızıl Arslanın
üzərinə hücuma keçir, lakin Əmir Fəxrəddin Qutluq onu darmadağın edir, özünü
əsir alır və çadırının dayağını kəsir
4
.
III Toğrul ü mid edirdi ki, əmisi Qızıl Arslan ona rəhm edəcək və a zadlığa
buraxacaqdır. Lakin Atabəy onun əl-qolunu qandallayıb, Naxçıvan yaxın lığ ındakı
Qəhrəm qalasına saldırır
5
.
Azərbaycanda atabəy Qızıl Arslan gürcülərə qarşı hərəkət edir. Onun
qoşunları Van gölünə yaxınlaşır və Bitlis şəhərini tutur
6
. Eyni za manda o, kra liça
Tamarın (1184-1213) birinci əri, gürcü sarayından qovulmuş Georg i Rusa hərbi
yardım göstərir. Georgi "atabəyin yanına gəlir. Arranda ona nəsib olmuş taleyinə
müvafıq yer istəyir". Atabəy onu Gəncə əmiri təyin edir. O, " Gəncə və Arran
qoşunları ilə Kambeçovani (Kaxetiya) ö lkəsinə gəlir, ö lkə daxilində tarlaları
bərbad hala salır, ço xlu əsir tutur və talan edilmiş qənimət aparır"
7
.
Həmədana qayıdanda Qızıl Arslan həbsdə olan şahzadə Səncər ibn
Süley manı özü ilə gətirir və İraq sultanlığının taxtında orurtmaq istəyir. Atabəy öz
silahdaşlarına çoxlu iqta payı verir, onları mənşurla təsbit edir
8
. Ehtimal ki, Qızıl
Arslan Səncərin başına tac qoyacaqdı, lakin xəlifə ən-Nasir Atabəyin özünə sultan
1
Əl-Hüseyni, vər.101a; əl-İsfahani, əl-Fəth, səh.573; Mirxond, IV, səh.18.
2
Əl-Hüseyni, vər. L 101 b; Müəllifı naməlum Oğuznamə, səh.79.
3
Əl-Hüseyni, vər.l01b-102a.
4
Əl-Hüseyni, vər. l02a; Yəzidi, səh.171; Müəllifı naməlum "Oğuznamə", səh.79.
5
Əl-Nişapuridə (səh.89) belədir, əl-Hüseynidə (vər.l02a) "Azərbaycanda, Təbriz yaxınlığında
qalaya salır". İbn əl-Əsirdə (IX, səh.218), əl-Bundaridə (səh.302) və əl-İsfahanidə (əl-Fəth,
səh.574): "qalaların birində". Müəllifı naməlum "Oğuznamə"də(səh.79) "Dizmar qalasında".
6
Şərəfxan Bitlisi, səh.408, 410.
7
T acidarların tarixi və mədhi, səh.55; Киракос Гандзакеци, стр. 93-94.
8
Ravəndi, səh.333.
75
taxtını tutmağı məsləhət görür. Belə olduqda Qızıl Arslan Səncəri yenidən həbs
edir, qalaya saldırır və taxta özü oturur
1
.
Həmədandan Qızıl Arslan İsfahana yönəlir. Cahan Pəhləvanın ölümündən
sonra orda şəfiilər Azərbaycan Atabəylərinin hakimiyyətinə qarşı öz narazılıqlarını
bildirirdi. Qeyd etmək lazımdır ki, atabəy Qızıl Arslanın III Toğrulla apard ığı
mübarizənin ən qızğın çağlarında İsfahanda, Reydə və bir çox başqa şəhərlərdə
atabəy tərəfdarları ilə əleyhdarları arasında qanlı toqquşmalar baş verird i.
Azərbaycan Atabəylərinin əleyhdarlarına ço xdan bəri İsfahan şəfıilərin in rəisi
başçılıq edirdi. Atabəy Cahan Pəhləvan öz sağlığında "onun yaman lığından ehtiyat
edərək, sultanların belə çəkindiy i, sərəncamında yüz mindən artıq silahlı [adam]
olan" rəis Sədrəddin Əbu Bəkr Məhəmməd ibn Əbdüllətif əl-Xocəndi əl-İsfahanini
daima öz yanında gəzdirirdi
2
. Cahan Pəhləvan rəisi ö z yanından buraxandan sonra
da o, atabəyin sağlığında ona qarşı çıxış etmird i. İnd i isə III Toğrul tərəfinə keçən
rəis İsfahanda Qızıl Arslanın tərəfdarla rın ın qırılması əmrin i verir. İbn əl-Əsir
yazır ki, qırğın o qədər dəhşətli id i ki, onu təsvir etmək belə çətindir. Buna cavab
olaraq, Əmir Qay maz əl-Atabəyi Qızıl Arslanın əmrilə İsfahanda çox böyük
miqdarda şəfıilərdən qırd ırır; iki-üç il ərzində onlardan bir neçə min nəfər
öldürülür
3
.
Bu hadisələrdən sonra Qızıl Arslan Həmədana qayıdır. Orada xəlifə
adından "sultan, möminlər Əmirinin kö məkçisi (nasir), Müzəffər əd-Dünya vəd-
Din" Qızıl Arslanın ünvanına xütbə oxunur, onun saray darvazasının qarşısında
beş dəfə "Zülqərneyn" nöübəsi çalınır və o öz adından sikkə kəsdirməyə başlayır".
Bütün sultanlar kimi, Qızıl Arslan öz adı ilə qızıl dinar kəsdirir
4
. Beləliklə, Qızıl
Arslan İraq sultanlığın ın mütləq hakimi olur. O, A zərbaycanın, Arranın,
Həmədanın, İsfahanın, Reyin bütün ətraf vilayətləri ilə yekdil sahibinə çevrilir.
Fars və Xuzistan hakimləri ona vassal kimi tabe idilər
5
.
Lakin ən yüksək hakimiyyət zirvəsinə çatan Qızıl Arslan real hakimiyyətin
möhkəmləndirilməsi üçün bütün imkan lardan istifadə etmirdi. Onun sarayında
1
Ravəndi, səh.333; Yəzidi, səh.l71; Nişapuri, səh.89; müəllifı naməlum "Oğuznamə", səh.79.
2
Zəkəriyyə əl-Qəzvini, səh.298.
3
İbn əl-Əsir, IX, səh.174, 218, 236; əl-İsfahani, əl-Fəth, səh.574; Zəkəriyyəəl-Qəzvini, səh.450.
İsfahan şəfilərinin rəisi sonralar da Azərbaycan Atabəylərinin sülaləsinə qarşı müqavimət göstərir.
İsfahan şihnəsi Fəlakəddin Sunqur ət -T əvil tərəfindən hicri 592-ci ilin cumadi əs-sani ayında
öldürülənə qədər öz inadından əl çəkmir. Daha dəqiq məlumat üçün bax: İbn əl-Fuvati. IV, səh.13;
əl-Əsnəvi, səh.491-492.
4
İbn əl-Əsir, IX, səh.218; Ravəndi, səh.333; əl-Bundari, səh.302; Yəzidi, səh.171-172; əl-İsfahani,
əl-Fəth, səh.574; Арабский D-173, vər. 674b; Rəşidəddin 1/2, səh.104; Xondəmir, II, səh.534-535;
Qızıl Arslanın adı ilə kəsilmiş üç qızıl dinarı 1920-ci ildə bir nəfər erməni taciri Azərbaycandan
aparıb, ABŞ-da satmışdır. Bax: Д..Ж.Куюмджиян. Три уникальные моменты Атабеков.
Ильденизидов, стр. 527-541.
5
İbn əl-Əsir, IX, səh.218.
Dostları ilə paylaş: |