Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə44/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   40   41   42   43   44   45   46   47   ...   103

91 
 
məğ lubiyyəti  və  onların  sərkərdəsi  Kiçik  Zakarənin  (əs-Səğir)  həlakı  ilə  başa 
çatır
1

Hic ri  602  (18.08.1205-07.08.1206)-ci  ildə  gürcü  qoşunları  yenidən 
Azərbaycanın qərb vilayətlərinə keçir və bir sıra yerləri talan etdikdən sonra Xilata 
soxulurlar.  Qoşun  və  könüllü  dəstələri  gürcülərə  qarşı  çıxır  və  döyüşdə  gürcü 
qoşunları darmadağın ed ilir
2

Gü rcülərin  A zərbaycana  tez-tez  basqın  etməsindən,  atabəy  Əbu  Bəkrin 
sərxoşluqdan başı ayılmadığ ı üçün dövlətin təhlükəsizliy inə fikir verməd iyindən və 
qoşunun  qayğısına  qalmadığından  istifadə  edən  Marağa  hakimi  Əlaəddin  Kö rpə 
Arslan  və  İrbil  hakimi  Müzəffərəddin  Göy-Böri  birlikdə  Azərbaycan  ərazisinə 
soxulurlar.  Müzəffərəddin  Göy -Bö ri  öz  qoşunu  ilə  Marağaya  yanaşır  və  Körpə 
Arslanla  birlikdə  Əbu  Bəkrin   yerləşdiyi  Təbriz  üzərinə  yüyürürlər.  Qorxuya 
düşmüş  Əbu  Bəkr  yardım  üçün  Aydoğmuşun  yanına  çapar  göndərir.  Öz  süzereni 
ilə  heç  də  hesablaşmayan  Aydoğmuş  Alamut  ismailliləri  ü zərinə  yürüşünü  təxirə 
salaraq, qoşunu ilə Əbu Bəkrin kö məyinə gəlir. 
Təbrizə  yaxınlaşdıqdan  sonra  Aydoğmuş  İrbil  hakiminə  belə  bir  məkrub 
göndərir:  " Biz  eşitmişik  ki,  sən  elm  adamlarına  və  xeyirxah lara  hamilik  edir  və 
onlara mərhəmət göstərirsən. Ona görə də b iz səni mehriban və mö min adam hesab 
edirdik.  Lakin  biz  indi  bunun  tam  əksini  görürük.  Sən  islam  ölkəsinə  soxulur  və 
müsəlman larla  vuruşursan,  onların  mülkünü  qarət  edir  və  nifaq  törədirsən.  Əgər 
sən doğrudan da  beləsənsə,  sənin  ağlın  yoxdur.  Bir  kəndin  sahibi  olduğun  halda, 
bizim üzərimizə, Həmədan darvazalarından tutmuş  Xilat və İrbilə qədər torpaqların 
hakimlərinin  ü zərinə  hücum  çəkirsən?  Tutalım  ki,  sən  onu  [Əbu  Bəkri]  qaçmağa 
məcbur  edəcəksən,  bəs sənə  məlu m  deyilmidir  ki,  onun  məmlü kləri  var,  mən  də 
onlardan biriyəm? Əgər o (Əbu Bəkr), hər kənddən bir dəstə və ya hər şəhərdən on 
nəfər  çağırsaydı,  onun  qoşunu  səninkindən  bir  neçə  dəfə  artıq  olardı!  Sənə 
məsləhətim  budur  ki,  öz  şəhərinə  qayıdasan!  Bunu  sənə  yalnız  rəh mim  gəldiyi 
üçün deyirəm!"
3
 
Məktubu  göndərdikdən  sonra  Aydoğmuş  qoşunu  ilə  Müzəffərəddin  Göy-
Böri ü zərinə yürüş edir. Aydoğmuşun yaxınlaşdığını bilən Göy -Böri qoşununu geri 
çəkir. 
Marağa  hakimi  Körpə  Arslan  Müzəffərəddini  saxlamaq  istəyir:  "[Əbu 
Bəkrin]  bürün  əmirləri  mənə  yazırlar  ki,  mən  [atabəyə]  qarşı  çıxış  etsəm,  onların 
hamısı  mənim  tərəfımə  keçəcəkdir".  Lakin  İrbilin  hakimi  daha  ehtiyath  və  ağıllı 
hərəkət  edir,  Aydoğmuşun  təqibindən  qorxa raq,  çətin  keç idlərdən  adlayıb  öz 
malikanəsinə qayıdır. 
                                                                 
1
 Yenə orada; Bar Ebrey, II, səh.487-488. 
2
 İbn əl-Əsir IX, səh.283; Tacidarların tarixi və mədhi, səh.80 -81. 
3
  İbn  əl-Əsir, IX,  səh.282; həmçinin  bax: Əhməd T ulaymat,  səh.158-159  və  Defremeri,  səh.142-
144; Ə.Ə.Əlizadə (səh.87) hadisələr düzgün təhlil edilmir. 


92 
 
Aydoğmuş  və  Əbu  Bəkrin  qoşunları  Marağanı  mühasirəyə  alır.  Mühasirə 
uzun  çəkmir,  rəqib lər  sülh  müqaviləsi  bağlay ır,  Marağa  hakiminin  qalalarından 
birinin Əbu  Bəkrə və Əbu  Bəkrin də Uşnu və Urmiya şəhərlərin i verməsi şərti  ilə 
sazişə girirlər
1

Aydoğmuşun  Azərbaycanda  olmasından  istifadə  edərək,  10  min  Xarəzm 
süvarisi öz arvad-uşaqları ilə birlikdə onun ərazisinə soxu lur. Xarəzmilər Zəncanın 
ətrafına  qədər  gəlib  çıxırlar.  Lakin  burada  Aydoğmuş  onları  haqlay ır  və 
darmadağ m edir. Xarəzmilərin ço xu öldürülür, qalanları əsir düşür. Onların ailələri 
əsir alınır, əşyaları (mal-dövləti) isə Aydoğmuşun əsgərləri tərəfındən talan edilir
2

Bu  qələbədən  sonra  İraq  ərazisində  Aydoğmuşun  hakimiyyəti 
möhkəmlən ir.  O,  xəlifədən təmtəraqlı ləqəb alır: "Böyük Xaqan, ən böyük padşah, 
dövlətin  və  dinin  Günəşi,  islamın  və  müsəlmanların  dayağı,  Şərqin  və  Qərbin  
hökmdarlar hökmdarı Aydoğmuş, Allah onun cəlalın ı hifz etsin"
3

Hic ri  607  (25.06.1210-14.06.121  l)-c i  ildə  gürcü  qoşunları  A zərbaycan 
ərazisinə  ən  böyük  yürüşlərdən  birin i  həyata  keçirir.  Əvvəlcə  onlar  Naxçıvana 
basqın edir, onu tuta bilməyib Culfaya tərəf ü z tutur və Dərədüz dərəsi ilə Mərəndə 
yanaşırlar.  Mərənd  əhli  b ir  can lıya  şəhərdən  qaçıb,  yaxın  şəhərlərdə  gizlən ir. 
Mərəndə daxil olan gürcülər heç  rast gəlmir
4
. Mərəndi qarət etdikdən sonra onlar 
Təbrizi  mühasirəyə  alırlar.  Şəhərin  hakimi,  atabəy  Cahan  Pəhləvanın  arvadı 
Zahidə xatın şəhər rəisləri ilə  məsləhətləşdikdən sonra, şəhəri qarətdən xilas etmək 
qərarına  gəlir  və  gürcülərə  pul,  zinət  və  mal  verməklə  əhalini  qarətdən  qurtarır. 
Fidyənin  dəyəri  o  qədər  idi  ki,  gürcülərin  "hamısı,  böyük  və  k içiy i  dövlətlənir". 
Gü rcü  qoşunları  Təbrizin  "nahiyələrini  (rasatik)  qarət  edib  o  qədər  adam  əsir 
apardılar  ki, onun sayını Allahdan başqa heç kəs bilmir.  Onlar ölkənin bütün mal-
qarasını özlərilə apardılar"
5

Gü rcü qoşunlarının bir hissəsi Təbrizdən Miyanəyə tərəf yürüş edir. Şəhərin 
hakimi  taleyin i  sınamaq  istəməyərə k  təbrizlilər  kimi  hərəkət  edir  və  gürcülərə 
"qızıl,  gü müş  və  qiymətli  daş -qaş  fıdyə  verir.  Hər  cür  var-dövlət  əldə  etdikdən 
sonra  gürcülər  sakitcə  Miyanəni  tərk  ed irlər"
6
.  Gürcülər  çıxıb  gedən  kimi 
miyanəlilə r  şəhərdə  qalan  gürcü  qoşunu  dəstəsinin  üstünə  hücum  çəkib  onları 
qırırlar.  Gürcü qoşunlarının sərkərdəsi Zakare M xarqrd zeli M iyanəyə cəza dəstəsi 
göndərir, onlar  məliki və uşaqlarını ö ldürür; onların dəriləri soyulur və minarədən 
asılır. Eyn i zamanda şəhər qarət edilir və yandırılır"
7

                                                                 
1
 İbn əl-Əsir, IX, səh.283. 
2
 Yenə orada. 
3
 Əl-Carbazağani, səh.5. 
4
 İbn Batiş (İbn Xəllikan, I, səh.490) gürcülərin Mərəndə yürüşünü 606-cı il tarixi ilə qeyd edir. 
5
 Əl-Hüseyni, vər.l07a; Tacidarların tarixi və mədhi, səh.84 -85; Крикос Гандзакецеи, стр,.96 
6
 T acidarların tarixi və mədhi, səh.85. 
7
 Yenə orada. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə