Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə52/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   48   49   50   51   52   53   54   55   ...   103

107 
 
odur"
1
.  Beləliklə,  Xarəzmşahlar  dövlətin i  məhv  etmək  məqsədilə  xəlifə  ən -Nasir 
ilə  monqollar arasında gizli yazış manın doğru olduğunu sübut edən tutarlı dəlillər 
vardır. 
Sultan  Cəlaləddin  məktubuna  cavab  almayıb  qoşunları  ilə  İraqa  doğru 
irəlilədi.  Qoşunun  bir  hissəsi  Bərdə  və  Bəksəni  tutaraq  Bəsrəyə  çatdı.  Bəsrədə 
onlara  qarşı  şəhərin  şihnəsi  Mil-Təkin  çıxdı.  Bəsrənin  ikiayhq  mühasirəsindən 
sonra, Xarəzmşah qoşununu şəhərdən kənara çəkdi və tezliklə  Xəlifən in ordusu ilə 
qarşılaşdı.  Cəlaləddinin  monqollara  qarşı  Xəlifədən  kö mək  almaq  n iyyətində 
olduğunu  əmir  Quş-Tey mura  xəbər  verməsinə  baxmayaraq,  əmir  ona  qarşı  çıxdı, 
lakin Xarəzmşah tərəfindən məğlub edildi.  
Xəlifə  qoşunlarının  darmadağın  edilməsi  xəbəri  Bağdada  çatanda, şəhərdə 
tələsik  istehkamlar  tikməyə  və  müdafiəyə  hazırlaş mağa  başladılar.  Cəlaləddinin  
dəstələri Bağdad ətrafına həmlələr edərək əhalini talan edir və atları onların əlindən 
alırdı.  12  gün  Bağdad  ətrafında  qaldıqdan  sonra  Cəlaləddin  öz  qoşununu 
Azərbaycana tərəf çəkd i
2

Cəlaləddin  A zərbaycan  sərhədlərinə  çatar-çatmaz  Marağa  əhalisindən 
məktublar  aldı.  Məktublarda  onlar  "dövlətin  böyük  ağalarının  və  xanımların  
özbaşınalığı  ucundan  törənmiş  biabırçı  zülmkarlıqdan  xilas  olmaq  üçün" 
Cəlaləddinin tezliklə gəlməsini  xahiş edird i. "Onlar bu səbəbə görə dözürdülər  ki, 
gürcülər caynaqları  ilə Marağadan yapışmış, atabəy Özbək  isə öz  zəifliyi üzündən 
mü lkünü  və  toxunulmazlığın ı  qoruyub  müdafıə  edə  bilmirdi"
3
.  Bu  zaman  atabəy 
Özbək  dövlət  işlərindən  tamamilə  uzaqlaş mış,  Azərbaycan  Atabəyləri  dövlətinin  
həqiqi  sahibi  isə  onun  arvadı  -  İraq ın  axırıncı  Səlcuq  sultanı  III  Toğrulun  qızı 
Məlikə  olmuşdur.  Marağalılar  "qadınların  zorakılığ ından"  danışanda  məhz  onu 
nəzərdə tuturdular
4

Hic ri  622-c i  il  cumad i  əwəl  ayında  (11.05-09.06.1225)  Su ltan  Cəla ləddin 
müqavimət  görmədən  Marağanı  ald ı
5
.  Marağada  olarkən  o,  Azərbaycanla 
həmsərhəd olan ölkələrin hakimləri  ilə əlaqə saxlamağa cəhd göstərdi. 1225 -ci  ilin  
iyununda  o,  Koniya  sultanı  Əlaəddin  Key-Qubada,  Cəzirə  hakimi  əl-Məlik  əl-
Əşrəf  Musaya,  Dəməşq  hakimi  əl-Məlik  əl-Müəzzəm  İsaya  və  Misir  hakimi  əl-
Məlik  əl-Kamilə  məktub  göndərdi.  Cəlaləddin  Azərbaycanı  fəth  etdiyini  və 
Gü rcüstanı tutmaq niyyətində olduğunu öz məktublarında  xəbər verməklə, ö z qərb 
                                                                 
1
 Sibt ibn əl-Cövzi, VII 1/2, səh.417-418. 
2
  İbn  əl-Əsir,  IX,  səh.355-356;  ən-Nəsəvi,  səh. 153-154; Tarix  əl-Mənsuri, vər.14%;  Cüveyni,  II, 
səh.421-423;  Rəşidəddin,  1/2,  səh.241;  Əbül-Fida,  III,  səh.134;  İbn  Xaldun,  V,  səh.264;  İbn 
Taqriberdi, VI, səh.260; əl-Məkrizi, əs-Süluk, 1/1, səh.215. 
3
 Ən-Nəsəvi, səh.154-155. 
4
 İbn əl-Əsir, IX, səh.358; Əbül-Fida, III, səh.135; Yaqut, səh.l, 202-203. 
5
 Ən-Nəsəvi, səh.155. 


108 
 
və  cənub  qonşuları  ilə  normal  münasibət  saxlamaq  və  onlarla  baş  verə  biləcək 
toqquşmaların qarşısını qabaqcadan almaq məqsədini güdürdü
1

Cəlaləddin  Marağadan  sonra  başqa  şəhərlər  kimi,  monqollar  tərəfındən 
dağıdılmış Ucan şəhərinə tərəf yollandı. 
Hələ  Marağada  olarkən  Sultan  Cəlaləddin  atabəy  Özbəkin  Təbrizdəki 
canişini  rəis  Şəmsəddin  ət-Tuğrayiyə  məktub  göndərərək,  qoşunlarının  Təbrizə 
girməsinə  və  oradan  azuqə  almasına  icazə  istədi.  Rəis  icazə  verd i,  ancaq 
xarəzmilər  tez  bir  zamanda  soyğunçuluqla  məşğul  olmağa  başladılar.  Onla rın  bu 
hərəkəti  əhali  arasında  narazılığa  səbəb oldu.  Onlar  Cəlaləddinə  şikayət  məktubu 
yazdılar.  O  isə  öz  şihnəsini  qoşun  dəstəsi  ilə  Təbrizə  göndərib  qarətçiliyə  son 
qoydu.  Lakin  Təbrizə  girən  dəstə  də  öz  xeyrinə  talançılığa  başladı,  əhali  yenidən 
Sultana  şikayət  etdi
2
.  Belə  olduqda  Cəlaləddin  Təbrizə  qoşun  yeridərək  onu 
mühasirəyə ald ı. Şəhər ətrafına hücum  mancanaqları, həmlə p illəkənləri,  mühasirə 
ləvazimatı düzü ldü, bütün şəhərətrafı ağaclar doğranıld ı
3

Yeddi  gün  ərzində  şəhər  əhalisi  rəis  Nizaməddin  ət-Tuğrayinin  
(Şə msəddinin qardaşı oğlu) başçılığ ı altında  xa rəzmilə rə qarşı vuruşurdu və yalnız 
düşmən  şəhər  divarlarına  yanaşdıqda ondan  aman  istədilər.  Hicri  622 -ci  il  rəcəb  
aymın  17-də  (15.07.1225)  Təbriz  Cəlaləddin  tərəfındən  tutuldu.  Atabəy  Özbəkə 
gəlincə isə o, hələ Cəla ləddin Marağada olarkən Təbrizdən Gəncəyə qaçmışdı
4

Özbəkin Təbrizdə qalmış arvadı Məlikə Cəlaləddindən özünün, qulluqçu və 
nökərlərin in  təhlükəsizliyini,  var-dövlətin in  isə  toxunulmazlığını  təmin  etməyi, 
Xoy şəhərini onun adına bağlamağ ı  xahiş etdi  ki, Su ltanın himayəsi altında orada 
qalsın. Cəlaləddin onun xah işini yerinə yetird i və Məlikə Xoya göndərildi
5

Təbrizdə  olarkən  Cəlaləddin  ö zünü  qayğıkeş  və  ədalətli  hökmdar  kimi 
göstərməyə çalışır, əhalin i qəbul ed ir və onlarm şikayətlərinə baxırdı.  O, camaata 
belə bir bəyanat verdi: "Siz görürsünüzmü,  mən dağıdılmış Marağada necə abadlıq  
işləri görmüş, tikintilər aparmışam.  İndi isə görərsiniz ki,  mən necə ədalətli olacaq 
və sizin şəhəri abadlaşdıracağam"
6

Cəlaləddin rəis Nizaməddin ət-Tuğrayini şəhərin başçısı təyin etdi. O, yenə 
də  əvvəlki  kimi,  təbəələrin  işləri  ilə  məşğul  olurdu.  "Əwəllər  olduğu  kimi  onun 
göstərişləri  yerinə  yetirilir,  məsləhətləri  isə  qəbul  edilirdi.  O,  dövlət  və  onun 
maliyyə  məsələlərinə qarışmırd ı.  O, təbəələrin ehtiyaclarına aid  işlərlə  məşğul id i. 
O,  təbəələri  təmin  edir,  sakit  və  hörmətcil  əhvali-ruhiyyəsi  olanların  möhkəmliyi 
                                                                 
1
 Yenə orada. 
2
 İbn əl-Əsir, IX, səh.358. 
3
 Ən-Nəsəvi, səh.156. 
4
 İbn əl-Əsir, IX, səh.358Ən-Nəsəvi, səh.155-156. 
5
 Yenə orada; Cüveyni, II, səh.425. 
6
 Yenə orada. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə