Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə51/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   47   48   49   50   51   52   53   54   ...   103

105 
 
zaman Xarəzmşah Cəlaləddin Manqburnu Azorbaycan ətrafına qoşun çıxartdı.  Bu  
şərait  gürcüləri  və  atabəy  Özbəki  yeni  düşmənə  qarşı  birləşərək  sülh  bağlamağa 
məcbur  etdi.  Sonrakı  hadisələrin  gedişi  nəticəsində  bu  niyyətlər  baş  tutmadı  və 
tezliklə  təqribən  bütün  Qafqaz  Xarəzmşah  Cəlaləddin  Manqburnunun  qoşunları 
tərəfindən tutuldu. 
 
 
Azərbaycan XarəzmĢah Cəlaləddin Manqburnunun 
hakimiyyəti altında 
 
Monqollar  Xarə zmşahlar  dövlətini  dağıtdıqdan  sonra,  sultan  Əlaəddin 
Məhəmmədin  oğlan ları  ataların ın  dövlətinin  hissələrini  təşkil  edon  ölkələrə  tərəf 
yollandılar  və  hər  birisi  ata  tərəfındən  vəsiyyət  olunmuş  əraziyə  sahiblik  etməyə 
başladı.  Qiyasəddin  Pir  şah  İran  İraqını  tutub,  buradan qonşu  ölkələrə  yürüş  etdi. 
Belə  ki,  1224-cü  ildə  o,  A zərbaycana  yürüş  edərək  Marağaya  və  Müzəffərəddin 
Özbəkin başqa mülklərinə hücu m etdi.  Özbək isə  müqavimət göstərməyə qüvvəsi 
və  qabiliyyəti  olmad ığından  təzminat  verməklə  məsələni  qurtarmaq  istədi.  Bu 
məqsədlə  o,  Pir  şahın  hüzuruna bir  neçə  elçi  göndərib sülh  bağlamağ ı  xahiş  etdi. 
Nəhayət,  Pir  şah  sülh şərtlərini  qəbul  edib,  Atabəyin  bacısı  Cəlaliyyə  ilə  evləndi. 
Naxçıvan bu zaman Cəla liyyənin pay torpağı hesab olunurdu
1

Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını  Reyə çəkdi.  Burada onunla 
atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50  min lik 
ordu ilə kənara çəkild i. 
Onların  arasındakı  n ifaqdan  istifadə  edən  Özbək  Pir  şaha  təslim  olmaqdan 
boyun qaçıraraq, ona qarşı çıxdı.  Eyni  zamanda Pir şah İğan -Taisini  məğ lub  edərək 
onu  geriyə  -  A zərbaycana  çəkilməyə  məcbur  etdi
2
.  Burada  İğan-Taisi  Özbəkin 
icazəsilə  qarətkarlığa  və  qırğına  başladı,  sonra  isə  qışı  Arranda  keçirmək  üçün 
Xəzər dənizi sahilində dayandı. 
Qışı  keçirərək  İğan-Taisi  ikinci  dəfə  A zərbaycan  ərazisini  qarət  etməklə 
məşğul  oldu,  sonra  isə  xəlifə  ən-Nasirin  əmri  ilə  Həmədana  tərəf  hərəkət  etdi  ki, 
bura  başqa  vilayətlərlə  birlikdə  ona  Xəlifə  tərəfındən  iqta  sifətilə  pay  verilmişdi. 
Burada  İğan-Taisi  Hindistandan  gəlmiş  Cəlaləddin  Manqburnun  qoşunları 
tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı
3

İğan-Taisini  məğ lub  etdikdən  sonra,  Cəlaləddin  xəlifə  ən-Nasiri  xəbərdar 
edərək  öz  qoşunların ı  Bağdada  doğru  hərəkətə  gətirdi.  Öz  məktubunda  Sultan 
Cəlaləddin  ü mid  olduğunu  bildirirdi  ki,  Xəlifə  ü mu mi  müsəlmanlann  düşməni 
monqollara qarşı mübarizədə ona kö mək göstərəcəkdir. Lakin Xəlifə Xarəzmşahlar 
                                                                 
1
 Ən-Nəsəvi, səh.120. 
2
 İbn əl-Əsir, IX, səh.351. 
3
 İbn əl-Əsir, IX, səh.358; ən-Nəsəvi, səh.152-153 və orada İğan-T aisinin fəaliyyəti haqqında geniş 
məlumat vardır. 


106 
 
və  onun  babası  və  atası  -  əl-Müstəncid  (1160-1170)  və  əl-Müstədi  (1170-1180) 
arasındakı  münasibəti  yaxşı  bilirdi.  Xəlifə  məktuba  cavab  vermədən  öz  məmlü kü 
əmir  Quş-Teymurun  başçılığı  altında  20  minlik  qoşunu  ona  qarşı  təchiz  etməyə 
başladı. 
Cəlaləddinin  Bağdada  yürüşünü  onun  Xəlifədən  monqollara  qarşı  kö mək 
almaq  arzusu  ilə  izah  etmək  olmaz.  Görünür,  Sultanın  gizli  qəsdi  Xəlifədən 
intiqa m  almaq  idi,  çünki  o,  monqollar  tərəfındən  Xarəzmşahla r  dövlətinin 
dağıdılmasında  və  atası  Su ltan  Əlaəddin  Məhəmmədin  ölü mündə  Xəlifəni 
təqsirkar hesab edirdi. 
Mənbələrdə  belə  bir  ehtimal  var  ki,  monqolların  zərbəsi  altında 
Xarəzmşahlar  dövlətinin süqutunun  başqa səbəblərilə  yanaşı  bir  səbəbi  də  bundan 
ibarətdir ki,  xəlifə ən-Nasir Xarəzmşah Məhə mmədə qarşı  mübarizədə  monqolları 
kö məyə  çağırmışdı.  İbn  əl-Əsir  bu  cəhətə  bir  növ  işarə  vuraraq  qeyd  edir: 
"Tatarların  islam  ölkələrinə  basqını  başqa  bir  səbəblə  əlaqədardır  ki,  bunu  kitab 
səhifələrində  göstərmək  olmaz"
1
.  Əsərin  başqa  yerində  İbn  əl-Əsir  daha  aydın 
yazır:  "Əgər  əcəmlərin  (farsların)  onun  (yəni  xəlifə  ən -Nasirin  -  Z.B.)  adına 
söylədiklərini  həqiqət  kimi  qəbul  etsək,  məlu m  olur  ki,  məhz  o,  tatarlar ı 
[müsəlman]  ölkələri  üzərinə  hücuma  təhrik  etmişdir,  bu  məqsədlə  o,  tatarların  
yanına  [adamlar]  göndərirdi  və  elə  hərəkətlər  törədird i  ki,  bunlar  ən  böyük 
cinayətləri belə ötüb keçirdi"
2

Əl-Məkrizi  xəlifə  ən-Nasirin  monqollara  yazd ığı  məktub  haqqında  daha 
aydın danışır: "Onun (ən-Nasirin) hakimiyyəti dövründə monqollar Şərq ölkələrini 
boş  qoymuşdular.  Onlar  Həmədana  qədər  gəlib  çatmışdılar.  Bunun  səbəbi 
aşağıdakından  ibarətdir:  o  (xəlifə),  Sultan  Əlaəddin  Məhəmməd  Bağdadı  tutmaq  
(1217-ci  ilin  payızı  -  Z.B.)  və  Səlcuqilər  dövründə  olduğu  kimi  bu  şəhəri  öz 
paytaxtına çevirmək niyyətində olarkən Sultandan qorxmuş, həqiqətən monqollara 
məktub yazmış və onları [bu ölkələrə] basqın etməyə təhrik etmişdi"
3

Xəlifə ən-Nasirin  Çingiz xana mü raciət etməsi haqqında İbn Vasil də yazır: 
"Xarəzmşah  Bağdada  doğru  hərəkət  edərkən,  xəlifə  tatarların  hökmdan  Çingiz 
xana məktub yazaraq, onu Xarəzmşah dövləti ü zərinə hücum etməyə q ızışdırd ı"
4

Gö rünür,  Cəlaləddin  Manqburnu  Xəlifənin  monqollar  ilə  yazış masını 
bildiy indən  Bağdada  yürüşü  zamanı  Dəməşq  hakimi  əl-Malik  əl-Müəzzəmə 
aşağıdakı  məktubu  yazmışdı:  "Sən  və  mənimlə  saziş  bağlayanlar  hazır  olsunlar,  - 
biz  xəlifəyə  doğru  hərəkət  edirik,  çünki  müsəlman ların  həlak  olmasının,  atamın 
ölümünün  və  kafirlər  tərəfındən  islam  məmləkətlərinə  basqın  edilməsinin  səbəbi 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.331. 
2
 Yenə orada, səh.361. 
3
 Əl-Məkrizi. Əs-Süluk, 1/1, səh.218. 
4
 İbn Vasil, III, vər.89 a; Bu məsələni Əbül-Fida (III, səh.136) və Mirxond (V, səh.24-25) da təsdiq 
edirlər. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə