Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə59/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   55   56   57   58   59   60   61   62   ...   103

122 
 
çox  məsələləri  fərziyyələr  şəklində  izah  etməyə  məcbur  o lmuşlar.  Belə  təsəvvür 
yaranır ki, Səlcuqilər, xarəzmşah Cəlaləddin Manqburnu, monqollar və Tey murilər 
kimi  qüvvətli  fatehlərin   hücumu  ilə  əlaqədar  o laraq  Şirvanın  adı  mənbələrdə 
çəkildiy inə  görə  bizim  Şirvan  haqqında  məlu matımız  daha  az  olardı. 
Şirvanşahların  özləri,  əsasən,  mühafizəkar  hakimlər  o lmuş,  öz  talelərindən  razı 
qalmışla r.  Sanki ta le onları ayırıb  müstəqil və  yarımasılı b ir vəziyyətə gətirmişdi. 
Kənardan onlara dəyib-dolaşan olmasaydı, onlar ehtimal  ki, ö z süzeren lərinə bac-
xərac,  böyük  məb ləğdə  pul,  mü xtəlif  əmtəələr  və  mal-qara  verən,  Gürcüstan  və 
Dağıstan  kimi  qonşularla  vuruşan,  banşan,  qohum  olan  və  yenidən  döyüşən  ətraf 
torpaqların hakimlərinin həyat tərzi ilə kifayətlənərdilər.  
Qəribə burasıdır  ki, Şirvanşahlar müsəlman hakimləri  idilər, ancaq  xilafətin  
ali hakimiyyətinə və süzerenlərin  mü lki hakimiyyətinə tabe olmaq la yanaşı, onlar 
bir dəfə də olsun müsəlman ların əsas ehkamı sayılan Məkkə və Mədinə ziyarətinə 
getmək üçün öz paytaxtlarını tərk etməmişlər.  
        Bütün bu deyilənlər ya lnız Şirvanş ahlar dövlətinin ictima i-siyasi     həyatının 
ayrı-ayrı  və  ən  çox  zah iri  xüsusiyyətlərini  əks  etdirir.  Lakin  Şirvanın  b izi 
maraqlandıran  dövrdə  iqtisadi  tarixinə  gəlincə,  bu  barədə  bizim  b iliy imiz  daha 
azdır. 
Şirvan tarixin in bizi maraqlandıran dövrünə aid məlu matlar üçün mənb ələrə 
müraciət etmək daha faydalıd ır. 
Birinci  ola raq  İbn-əl-Əsirin  "əl-Ka mil"  əsərinin  adını  çə kmə liy ik. 
Tədqiqatçı  Şirvanşahların  Səlcuqilər  və  başqa  hökmdarlarla  münasibətini 
aydınlaşdıran  ən  çox  məlu matı
1
  bu  əsərdən  əldə  edə  bilər.  Şirvana  dair  bir  sıra 
maraqlı  materiallara  İmadəddin  İsfahani
2
,  Sədrəddin  əl-Hüseyni
3
  və  Şəhabəddin 
ən-Nəsəvidə
4
  rast  gəlmə k  olar.  Şirvanın  iqtisadiyyat  və  etnoqrafiyasına  dair  bəzi 
məlu matlar  XIII  əsrdə  farsca  yazılmış  naməlu m  bir  coğrafi  əsərdə
5
  və  həmç inin 
Həmdullah Qəzv inidə vardır
6
. Qəribə hald ır ki, Yaqut əl-Həməvi (1179-1229) kimi 
kimi  müəllif Şirvan haqqında heç bir  məlu mat vermir.  O yalnız belə b ir  məlu mat 
verir  ki,  “Şirvan  -  Şa ma xı  da  paytaxt ı  olmaqla  bir  vilayətdir”
7
.  Zəkəriyyə  əl-
Qəzv inidə  (1203-1283)  deyildiyi  kimi,  Şirvan  o  dövrdə  “müstəqil  və  qeyri-asılı 
nahiyədir  və  onun  hakimin in  adı  A xsitandır”
8
.  Zirehgərana  aid  hissədə  Qəzvini 
yazır:  “Qeyd  edirlər  ki,  Şirvan  hakimi  qüdrətli  hökmdard ır,  böyük  gücə  malikdir, 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.312; IX, səh, 339-340, 347, 348-349, 357. 
2
 Əl-Bundari, səh.139-141.
 
3
 Əl-Hüseyni, vər.41b, 104b-105b. 
4
 Əl-Nəsəvi, səh.193, 208, 221-224. 
5
 Н.Д.Миклухо-Маклай, стр.200, 207. 
6
 
Həmdullah Qəzvini, səh.93-94. 
7
 
Yaqut, V, səh.258. 
8
 Zəkəriyyə əl-Qəzvini, səh.600. 


123 
 
Zirehgərana”  qarşı  çıxmış,  onu  ələ  keçirmək  istəmişdi,  lakin  onlar  Dərbənd 
hakimlərini məğ lub etdikləri kimi, Şirvan hakimin i də darmadağın etdilər”
1

Monqollar  və  monqollardan  sonrakı  dövr  haqqında  yazan  fars  tarixçiləri 
Şirvanın  bizi  maraqlandıran  dövrü  haqqında  təqribən  heç  bir  məlu mat  vermirlər, 
yalnız  əvvəlki  ərəb  və  fars  müəlliflərin in  dediklərini  təkrar  edirlər.  Şirvanın  bu 
dövr  tarixi  haqqında  olduqca  mühüm  məlu matlara  gürcü  tarixi  salnaməsi  olan 
“Kartlis  Tsxovreba”-da  (“Gü rcüstanın  həyatı”)  və  kraliça  Tamarın  tarixinə  dair 
naməlu m əsərdə rast gəlmək olur. 
Şirvan  və  Şirvanşahlar  tarixini  öyrən mək  üçün  Y.A.Paxo mov
2

V.V.Bartold
3
  və  V.F.M inorski
4
  ço xlu  işlər  görmüşlər.  Bunla rdan  sonuncu 
müəllifin  mənbəşünaslıq  baxımından  olan  əsərləri  öz  məzmununa  görə  nadirdir. 
Bu  qəbildən  Hadi  Həsəni  də  qeyd  etmək  lazımd ır.  Fələki  Şirvani  və  Xaqani 
əsərlərin in  dahiyanə  təhlilini  vermiş  bu  müəllifin  əsəri  Şirvanın  daxili  həyatını 
təcəssüm  etdirmək,  Şirvanşahların  fəaliyyəti  haqqında  nəticələr  çıxarmaq  və 
onların mənşə və şəcərəsində olan boşluğu doldurmaq imkanı verir.  
Bir  ərazi  vahidi  kimi  Şirvan  bu  dövrdə  necə  idi?  XII  əsrin  əvvəllərində 
Şirvan  şimaldan  Samu r  çayı,  cənubdan  Kür  çayı,  şərqdən  Xəzər  dənizi  ilə 
məhdudlaşan bir ərazin i tuturdu. Qərbdə Şirvanın sərhədi Şəki-M ingəçevir-Yevlax 
xəttinə  qədər  çatırdı.  Bəzən  Şirvanşahlar  Dağıstan  torpaqlarına  Də rbənd  və 
Zirehgərana  qədər  soxula  bilirdilər.  Cənubda  onlar  Quştəspi  vilayətini ,  Bey ləqan 
və  Cəlilabad  rayonları  ərazisinin  dərinliklərinə  qədər  özlərinə  tabe  etmişdilər, 
Qərbdə  isə  Azərbaycan  Respublikasının  indiki  Gəncə,  Şamxor,  Qax,  Zaqatala  və 
Şəki rayonların ın torpaqlarına qədər irəliləmişlər. 
Doğrudur, Dərbənd və Beyləqan vaxtaşırı Şirvanşahların hakimiyyəti altına 
düşürdüsə,  ancaq  Dərbənd  demək  olar  ki,  həmişə  özünüidarə  quruluşu  olan  qala -
şəhərdən  ibarət  idi.  Bey ləqanın  isə  daxili  şəhərin  işlərində  böyük  nüfuzu  olan  öz 
rəisi  var  idi.  Beyləqanın  tacir-sənətkar  əhalisi  şəhərin  mu xtariyyətini  qoru mağa 
çalışırdılar.  Lakin  şəhər  tez-tez  Arran  və  Azərbaycan  hakimlərinin  vassal 
asılılığında id i
5
.
 
Şirvanşahlar sülaləsinin şəcərə cədvəlində son vaxtlara qədər anlaşılmazджq və 
boşluqlar  var  idi.  Bizim  Şirvan  tarixin in  Səlcuqilər  və  Azərbaycan  Atabəyləri 
                                                                 
1
 Yenə orada, səh.596. 
2
  E.A.Пaxoмов.  Ширваншах  Шаханшах,  cтp.69-70;  yenə  də  onun:  Apaбcкиe 
И 
пpикacпийскo-
иpанскиe фeoдaлы 

Aзepбайджане X-XI 
BB
.,
 
cтp.416-428. 
3
 
B.B.Bapтольд. Mecтo пpикаспийских oбластей 
B ИCTOPИИ 
мусульманского миpa. C
ОЧ
.,
 
II/l, 
cтp.691-3, 875-8.
 

Hadi  Həsən.  Falaki-i  Shirvani, London,  1929  (sonrakı  səhifələrdə: Hadi  Həsən,  Fələki  Şirvani – 
deyə qeyd ediləcəkdir); yenə də onun: H.Hasan. Researches. Hyderabad, 1958.
 

Beyləqan özünüidarəsi barədə bax: V.M.Beylisin “Cочинения Масуда ибн Намдара как 
источник по истории Аррана и Ширвана XII века и памятник средневековой арабской 
литературы” adlı doktorluq dissertasiyasına. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə