Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə67/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   63   64   65   66   67   68   69   70   ...   103

139 
 
Böyük  padşah  IV  David  tərəfındən  bu  ölkəyə  ərə  verilmiş  III  Georgin in  bibisi 
Tamarın oğlu id i. Dərbənd xəzərləri bu şirvanşahı sıxışdırarkən, o, gürcü padşahına 
müraciət  etdi.  Padşah  Lix  dağlarının  hər  iki  tərəfındən  qoşun  toplayaraq,  Yunan 
imperatorunun  qardaşı  Androniki  özü  ilə  götürüb  Dərbənd  darvazalarına  qədər 
gəldi, Müşkür və Şabaram əyalətlərini v iran etdi, Şaburan şəhərini tutdu. 
Sonuncu şəhərin darvazaları önündə gedən vuruşmada Andronik. padşahın 
və  bütün qoşunun diqqətini  özünə  cəlb  etdi.  Georg i  şəhəri  Şirvanşaha  -  öz  bibisi 
oğluna verdi"
1

Təqribən  hicri  569  (12.08.1173-01.08.1174)-cu  ildə  "Dərbənd  xəzərləri"  - 
dəniz  quldurları  Vo lqadan  Şirvana  soxuldular.  Onlar  73  gəmidə  Xəzəri  keçərək 
Ruinas (Sa ri) adası ya xınlığında lövbər saldılar və Kür boyunca Lə mbərana qədər 
qalxdılar.  Bu vaxt peçeneqlərin bəzi dəstələri Dərbənd və Şabranı tutdular. Bütün 
bu  hadisələr  Xaqaninin  I  A xs itana  həsr  etdiyi  üç  qələbə  mərsiyəsində  şərh  edil-
mişdir: 
Xaqan-i  Kəbir  Əbülmü zəffər  ilk  fatehlərdən  biri  oldu.  Dərbənd 
və Şabranı fəth edərkən onun qılıncı göylərdən 
kö mək ald ı. 
Sənin peçeneqlər üzərindəki qələbən göylərə qədər ucalanlar  
 üçün (yəni başqa hökmdarla r üçün - Z.B.) yeni dövran oldu.  
Sənin o xlarından biri Xızr peyğəmbər kimi(Quran, XVIII,71) 
Basqınçıların 73 gəmisini darmadağın etdi
2

Şəhriyar hakim A llah ın rəsulunun şücaəti və Nuhun nitqi ilə  
xəzərlər və sonra alanlar arasında tufan qaldırdı. 
Onun dəhşəti, cəhənnəm gözətçisi tək, cəhənnəm odunun 
xisləti ilə  
Dərbəndi cəhənnəmə çev irdi, Şabranda ahu-zar törətdi. 
 
Onun tünd göy qılıncı dəniz ü zünü 
Ləmbəran və Runnas adasma qədər ço xlu mey itlərlə örtdü.  
Şah A xsitanın bayrağında bu sözlər yazılmışdır: 
"Biz sənə həqiqi qələbə bağışlamışıq" (Qu ran, XVIII, 1) 
Və bu bayraqlar bütün dünyaya şad xəbər yaydı.  
İki gündə bu itürəkli adamlar Ərjəngin
3
 
Mazandaranda törətdiyi qədər Şirvanda dağıntılar etdilər.  
                                                                 
1
  Historie  de la  Georgie, I, p.397; Е.Похомов.  Краткий  курс,  стр. 35; М.Д.Лордкипанидзе. 
Исторя Грузии, стр. 132. 
2
 H.Həsən. Fələki Şirvani, səh.37-38; yenə də onun: Researches, pp.18-19: B.B.Бартольд. 
Место прикаспийских областей.  Соч.  II/I,  стр. 692; yenə  də onun: Дербенд, III,  стp.425-
426. 
3
  H.Həsən.  Fələki  Şirvani,  səh.38-39;  yenə  də  onun:  Researches,  p.187.  "Ərj  ə  n  k"  -  Firdovsi 
poemasının qəhrəmanı Rüstəmə qarşı vuruşan nəhəng ağ divin adıdır. 


140 
 
Bu gün şah Dərbənddə və Xəzərlər arasında elə  
Bir iğtişaş qopartdı ki, eyni vəziyyəti 
Bu itürəkli ada mla r Şirvanda törətmişdilər. 
 
Mərsiyələrdən göründüyü kimi, Xaqani onlarda yalnız I A xsitanı tərifləy ir,  
bütün  qələbələri  ona  şamil  edir  və  Bizans  şahzadəsi  Andro nik  Ko mnenin  iştirak 
etdiyi  gürcü  qoşununun  köməyi  barədə  isə  susur.  Əlbəttə,  I  A xsitanın  məddahı 
Xaqani üçün bu təbii hald ır
1

I  Axsitanın  hakimiyyəti  dövrünə  aid  hadisələr  arasında  Mirxond  və  Həsən 
bəy Rumlunun Şirvanşah dövlətinin İraq Səlcuqiləri və Azərbaycan Atabəyləri  ilə 
qarşılıq lı  münasibətlərinə dair  məlu matların ı qeyd etmək  lazımdır.  Bu tarixçilərin 
verdiyi  mə lu mata  görə,  atabəy  Şəmsəddin  Eldəniz  öz  qoşunları  ilə  bütün  Şirvanı 
və Bakını işğal etdi: "Sultan Məsud Eldənizə öz qoşunları ilə Arrana tərəf çıxmağı 
əmr etdi.  O, bu vaxt ərzində Arranı,  Gəncəni, Şirvanı və Bakını tamamilə tutdu"
2

Bu məlu matın tarixin i qoy maq çətindir, lakin məlu mdur ki, hicri 570-ci ildən sonra 
Eldəniz gürcü padşahı III  Georgin in qoşununu darmadağın edərək Cənubi Qafqaza 
soxuldu
3

Hic ri  582  (1186)-ci  ildə  Şirvanşah  I  A xsitan  atabəy  Cahan  Pəhləvanın 
ölümündən  sonra  Qızıl  A rslanın  sultanlıqda  vəziyyətinin  qeyri-müəyyənliyindən 
istifadə  edərək  qoşunları  ilə  Azərbaycan  ərazisinə  soxuldu.  Lakin  Şirvanşah  ağır 
məğ lubiyyətə  uğradı.  Onun  qoşunları  isə  Qızıl  Arslanın  təqib i  altında  Bakıya 
çəkildi.  Bu vaxtdan etibarən Bakı Şirvanşahların ikinci paytaxtı oldu. Qızıl Arslan 
Şamaxmı  və  Dərbəndə  qədər  olan  torpaqları  tutdu.  Bu  torpaqlar  bir  neçə  il  onun 
əlində qald ı
4

I Axsitanın İraq Səlcuq sultanlarından asılılığı sikkələrdə qeyd olunmuşdur. 
Sikkən in birinci növündə bir üzünə "əl-malik əl-müəzzəm A xsitan ibn Mənuçöhr", 
o  biri  ü zünə  isə  xəlifə  əl-Müstəncid  billahın  (1160-1170)  və  sultan  Arslan şahın 
(1161-1176) adla rı həkk olun muşdur. İkinci növdə "əl-ma lik ə l-müə zzə m A xsitan 
ibn  Mənuçöhr",  xəlifə  əl-Müstədi-biəmrillah  (1170-1180)  və  sultan  III  Toğrulun 
(1176-1194) adlan həkk ed ilmişdir.  Üçüncü növdə "əl-ma lik ə l-müə zzə m A xsitan 
ibn Mənuçöhr", Xəlifə ən-Nasirə-alidin A llah  (1180-1225) və sultan III Toğrulun 
adları həkk olun muşdur. 
Sikkələrin dördüncü növündə "əl-malik əl-müəzzəm A xsitan ibn Mənuçöhr, 
Şirvanşah" və Xəlifə ən-Nasirin adı həkk olun muşdur. Burada sultan III Toğru lun 
adı yoxdur.  Y.A.Paxo mov qeyd edir ki, atəbəy Qızıl Arslan və sultan III Toğrulun 
                                                                 
1
 Е.А.Пахомов кypc,   crp.35;  H.Həsən. Fələki Şirvani, səh.39; V.Minorsky, Khaqani, pp. 557-559. 
2
 Mirxond IV, səh.512; H.Həsən. Fələki Şirvani, səh.35, qeyd 4. 
3
  Vardan,  səh. 155-156; Mxnrap Touı,  cTp.19.  571-ci  hicri  ilində  Eldəniz  və ya onun oğlanlarının 
Gürcüstana uğurlu yürüşü barədə bax: İbn əl-Kalanisi, səh.364, 365.  
N.Khankov.  pp.  125-133;.  Е.А.Пахомов.  Краткий  курс,  стр.  35-36;  В.В.Бартольд.  Место 
прикаспийских областей, II/I, стр. 692-693, 707. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə