Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə68/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   64   65   66   67   68   69   70   71   ...   103

141 
 
ölümündən  sonra  "Axsitanın  canişinləri  onlardan  vassal  asılılığ ını  rədd  edir, 
birinci  dəfə  olaraq  Şirvanşah  titulunu  qeyd  etməklə  sikkələr  üzərində  yalnız  öz 
adların ı zərb etdirirlər"
1

I  Axsitan  dövrünün  mühüm  sənədi  N.V.Xanıkov  tərəfındən  Mərdəkan 
kəndində tapılmış və 1853-cü ildə Peterburqa aparılmış epiqrafık yazı qalıqlarıd ır: 
...dünya, islamm hökmdarı Şirvanşah Axsitan ibn Mənuçöhr...   
beş yüz səksən üçüncü il (13.03.1187-01.03.1188)
2

Bu  dövrdə  Gürcüstanda  III  Georg inin  qızı  Tamar  padşahlıq  edirdi  (1184-
1213).  Onun  hakimiyyəti  dövründə  cənub  və  cənub-şərqə  qarşı  gürcü  ekspansiya 
siyasəti genişlənmişdi. 
Qeyd  etmək  lazımd ır  ki,  Şirvan  bu  dövrdə  siyasi  və  iqtisadi  cəhətdən 
Azərbaycan  və  Arrandan  ayrı  düşmüş  və  qüvvətlənməkdə  o lan  Gürcüstanın 
təsirinə  daha  çox  məruz  qalırdı.  Gürcüstan  isə  Azərbaycan  Atabəyləri  arasında 
olan  nifaqdan  istifadə  edərək  qonşu  ölkələrin  daxili  işlərinə  qarışırdı.  Bu  təsirdə 
Şirvan  sülaləsi  nümayəndələrin in  daha  çox  marağ ı  var  idi,  belə  ki,  Gü rcüstan 
Şirvanın Cənubi Dağıstanda hökmranlığını müdafıə edə bilərdi. Gü rcüstanla yalnız  
sülh  və  ittifaq  yolu  ilə  (bu  ittifaqda  Şirvan  tabeçilik  ro lunda  idi)  Şirvanşah 
mü lklərin in  qərb  sərhədlərində  əmin-amanlığı  təmin  etmək  mü mkün  idi. 
"Gürcüstan  tarixi"  müəlliflərinin  yazdığı  kimi,  bu  dövrdə  Gürcüstan  "feodal 
inkişafı  böhranı  dövrü  keçirirdi.  Ölkədə  daxili  yekdillik  yox  idi"
3
.  Ona  görə  də 
yuxan  təbəqələr  arasında  qarşı-qarşıya  çıxan  dəstələri  birincilik  uğrunda 
mübarizədən  çəkindirmək  üçün  şah  və  onun  ətrafı  çıxış  yolunu  fatehçilik 
yürüşündə axtarırdılar. 
Hic ri  587-c i  il  şaban  ayında  atabəy  və sultan  Qızıl  Arslan  ö ldürüldükdən 
sonra  onun  qardaşı  oğlanları  Əbu  Bə kr,  Özbə k,  Qutluq-İnanc  Mah mud  və  Əmir 
Əmiran  Ömər  arasında  İraq  sultanlığının  taxt-tacı  və  Atabəylər  dövlətində 
birincilik uğrunda mübarizə başlandı. Mübarizə nəticəsində Əbu Bəkr Azərbaycan 
və Arranın hakimi oldu, Fars İraqı  isə üç qardaşın hakimiyyəti altına  keçdi.  Lakin 
Əmir Əmiran Ömər Qutluq-İnanc Mah mudla b irlikdə Əbu Bəkrə qarşı çıxd ı, ancaq 
məğ lub  olaraq  I  Axsitanın  yanına  qaçdı.  Şirvanşah  onu  qəbul  edib  "ehtiram 
göstərdi,  onu  yüksəltdi,  qızını  ona  ərə  verdi,  pul  və  ehtiyac ı  olan  hər  şey 
bağışladı''
4
.  Gürcü  salnaməsi  əlavə  edir  ki,  Əmir  Əmiran  Ömər  Şirvanşahla 
birlikdə  atabəy  Əbu  Bəkrə  qarşı  çıxd ı,  ancaq  Atabəy  onları  qabaqladı.  Beyləqan 
ətrafında Şirvanşahı məğlub edərək Arrandan qovdu
5

                                                                 
1
  H.Həsən. Fələki Şirvani. səh.82-31. 
2
  Е.А.Пахомов.  Краткий  курс;  yenə  də  onun:  Старинные  оборонные  сооружения,  стp.70-71; 
A.A.Аласкер-3aдe.Надписи стр, 379; yazı Ermitajda saxlanılır. 
3
 История Грузии,  I, стp.220. 
4
 Əl-Hüseyni, vər.l04b; История и восхвалание венценосцев, стр..57. 
5
 История и восхвалание венценосцев, стр.57. 


142 
 
Sonra  salnamə  xəbər  verir:  "Şirvanşah  və  Əmir  Əmiran  kö məksiz 
vəziyyətdə  qaldılar,  bu  vaxt  Şirvan  mülkünə  Allahın  qəzəbi  tutdu-yerin 
tərpənməsindən  Şamaxı  şəhərin in  divarları  və  istehkamları  dağıld ı,  orada  hər  şey 
yoxa  çıxdı.  Şirvanşahın  arvadı  və  uşaqları  da  məhv  oldular.  Bunu  bilərək  onlar 
başlarına kü l sovurub ağladılar, ətrafa göz gəzdirdilər,  lakin heç b ir kö məkçi tapa 
bilməd ilər"
1

Bu  zəlzələ  1192-ci  ildə  oldu,  yəqin  ki,  elə  o  vaxtda  da  I  Axsitanın  arvadı 
İsmətəddin  (Səfvətəddin,  Səfvət  əl-İslam)  həlak  olmuşdur.  Arvadı  həlak  o landan 
sonra  Şirvanşah,  gürcü  salnaməsinə  görə,  kraliça  Tamarın  qızı  Rusudana  ilə 
evlənmək istəmiş, lakin onun təklifi rədd edilmişdir
2

Atabəy  Əbu  Bəkr  tərəfındən  məğlub  edilmiş  I  A xsitan  və  Əmir  Əmiran  
Ömər  kö mək  üçün  kraliça  Tamara  müraciət  etdilər.  On lar  Tamarın  iqamətgahına 
gəldilər, "Şirvanşah qohum və saray əhlinə mənsub olduğu üçün birinci daxil oldu  
və təzim etdi, öz  rütbəsinə uyğun yerdə oturtdular. SonraƏmir Mirman daxil oldu. 
O, Sultan m qardaşı oğlu və Pəhləvanı idi. Onu hörmət və izzətlə gətirib, salamdan  
sonra şərəflə əyləşdird ilər"
3

Tamar  və  onun  sarayı  Əmir  Əmiran  Ömərin  atabəy  Əbu  Bəkrə  qarşı 
müharibə  aparmaq  təklifi  ilə  razılaşıb,  "qoşun  toplamağa  və  onu  təchiz  etməyə 
başladı.  Onlar  Şirvanşaha  yazdılar  ki,  tabe  olsun  və  onlara  xərac  ödəsin  ki,  Əmir 
Əmiran Ömərlə b irgə çıxış etməyə hazırlaşsın"
4

1194-cü  il  iyulun  1-də  Şa mxor  ətra fında  döyüş  oldu.  Bu  döyüşdə  Əbu 
Bəkrin  qoşunları  darmadağın  edildi
5
.  Qələbədən  sonra  gürcü sarayı  ziyafət  təşkil 
etdi.  Bu  məclisdə  "Əmir  M irman  və  Şirvanşah  öz  yerlərində  vassal  sifəti  ilə 
əyləşdilər"
6
. Sonra Tamar öz qoşun-lan ilə "Dv inə çatdıqda xid mət göstərmək üçün 
üçün Şirvanşah onun hüzuruna gəldi"
7

Müxtəlif dilli və əks cəbhələrə  mənsub olan bu iki  mənbənin  məlu matlarını 
tutuşdurarkən görünür ki, xırda məsələləri çıxmaq  şərtilə onlar bir -birin i təkrar edir 
və  tamamlay ır.  Şirvanşahın  bu  dövrdəki  vassal  asılılığı  haqqında  gürcü 
müəlliflərin in məlu matı birtərəfli deyil və ərəb müəllifı tərəfındən də təsdiq olunur. 
Sasanilərdən  başlayaraq  Səfəvilərədək  Şirvanın  tarixinə  ü mu mi  baxışdan  belə  bir 
nəticə əldə etmək olur ki,  Şirvan başqa qüwətli ölkələrdən tam və ya təqribən tam 
vassal  asılılığında  qalmışdır.  Hətta  A.Bakıxanov  yazır  ki,  "tarixdən  göründüyü 
                                                                 
1
 Yenə orada. 
2
 Yenə orada. 
3
 История и восхвалание венценосцев, стр...58; əl-Hüseyni, vər. 104b. 
4
 Əl-Hüseyni, vər,105b. 
5
 История и восхвалание венценосцев, стр.60. 
6
 Yenə orada, səh.62-63. 
7
 Yenə orada, səh.66. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə