Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə64/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   60   61   62   63   64   65   66   67   ...   103

132 
 
kişiləri  ayağa  qaldırmağa  başladılar.  Onlar  məscid ləri  dağıdır,  minarələri  y ıxır, 
şəhəri qarət edir, tikintilərin i dağıdırdılar. Bu onlara kö mək etmədi.  Elə  müsibətlər 
üz verdi  ki, əsilzadələr heyrətə düşdülər, elə günahlar baş verirdi  ki,  kübarlar onu 
rədd  edirdilər.  Bu  təhlükənin  ard ınca  başqa bir  təhlükə  baş  verdi  ki,  ağlayan  da, 
ağlamayan da yaxasını ondan qurtara bilmədi. Bu hadisələr [Şirvan] ətrafında olan 
kafirlərin  (gürcülərin  -Z.B.)  acgözlüyünü  bir  daha  artırdı  və  onlar  Şirvan  ətrafını 
dağıdıb qarət etməyə başladılar, ço xlu  müsəlman  əhalisin i q ırıb,  30  minlik süvari 
ilə  Su ltan  düşərgəsinə  yaxın laşıb,  onun  iki  fərsəngliy ində  dayandılar".  Bu  
məlu matı İmaməddin əl-İsfahani xəbər verir
1

İbn  əl-Əsir  əlavə  edir  ki,  gürcülər  Şamaxıya  yaxın laşıb  Sultan  Mahmudun 
qoşunu  üzərinə  hücum  etdilər.  Sultanın  döyüşçüləri  qorxuya  düşdülər  və  vəzir 
Şəms  əl-Mü lk  Os man  ibn  Nizam  əl-Mülk  sultana  Şirvandan  getməyi  məsləhət 
gördü.  Bunu  bilən  şəhər  camaatı  Sultanın  yanına  gəlib  ona  bildird ilər:  "Nə  qədər 
ki,  sən  bizimlə  bir  yerdəsən,  biz  gürcülərlə  döyüşəcəyik.  Əgər  sən  bizi  qoyub 
getsən, onda müsəlmanların qəlbinə qorxu düşəcək. Bu  isə onların  məhvinə səbəb 
olacaqdır". Sultan razılaşdı və öz yerində qaldı. Qarşıdakı döyüş haqqında düşünən 
qoşun gecəni həyəcanlı keçird i
2

Lakin  gürcülərlə  Sultan  qoşunları  arasında  döyüş  olmad ı,  belə  ki,  IV 
Davidin  müttəfıqləri  olan  q ıpçaqlar  gö zlən ilmədən  gürcülərin   üzərinə  hücu ma 
keçdilər. Öz aralarındakı uzun mübarizədən sonra onlar Şirvanı tərk etdilər
3

Şirvanşah  III  Mənuçöhr  dustaq  olarkən,  Sultan  qoşunları  Şirvan  əhalisini 
qarət  etməyə  başladı,  lakin  onlar  bir  şey  əldə  edə  bilmədilər,  çünki  onlara  qədər 
Şirvan gürcülər tərəfındən qarət olun muşdu
4
. İmadəddin ə l-İsfahani ya zır ki, Sultan 
Sultan  xəzinəsinə  ildə  40  min  dinar  vergi  veron  Şirvan  bu  pulu  ödəməyə  qabil 
olmadı.  Sultan  Mahmııd  isə  nizam-intizamı  bərpa  etmə k  üçün  uzun  müddət 
Şamaxıda  qalmağa  məcbur  oldu.  O  yalnız  hicri  517-ci  il  cu madi  sani  ayında 
(avqust, 1123) İsfahana qayıtdı
5

Sultan  öz  vəziri  Şəms  əl-Mülk  Os manı  Şirvan  fəlakətlərinin  səbəbkarı 
hesab  edirdi.  Vəzir  hicri  517-ci  il  rəb iülə wəl  ayın ın  sonunda  (iyul,  1123) 
Beyləqanda edam olundu
6

1123-cü  ilin  iyununda  çar  IV  Dav id  Sultan  Mahmudun  Şirvandan 
getməsindən  istifadə  edərək,  yenidən  ölkəyə  soxuldu.  O,  "Şirvanşahın  əsas 
iqamətgahı  olan  Gü lüstanı  tutdu  və  bütün  ölkəni  işğal  etdi"
7
.  1124-cü  ilin 
                                                                 
1
 Əl-Bundari, səh.139-140
.
 
2
 İbn əl-Əsir, VIII, səh.313. 
3
 Əl-Bundari, səh.140; İbn əl-Əsir, VIII, səh.313. 
4
 Əl-Bundari, səh.140. 
5
 Əl-Bundari, səh.140; İbn ol-Əsir, VIII, səh.313. 
6
 Yenə orada. 
7
  Historie  de  la  Georgie,  I,  p.368,  Gülüstan  qalası  barədə  bax:  H.A.Ciddi.  Gülüstan 
qalası, Bakı, 1967. 


133 
 
fevralında  IV  David  Şabran  qalasını  ələ  keçirtdi
1
.  1124-cü  ilin  avqustunda  o, 
Şirvana  növbəti  hücum  edərək  Şamaxın ı,  Buqurd  qalasını  və  Şirvanın  başqa 
mərkəzlərini tutub, qala və şəhərlərdə öz qarnizonların ı saxlad ı. Şəxs i  katibin i  isə 
Şirvandakı  gürcü  hərbi  idarəsinin  başçısı  təyin  etdi
2
.  Ancaq  IV  David in 
ölümündən sonra Şamaxı III Mənuçöhr tərəfindən geri alındı. 
Beləliklə, IV David in və Sultan Mahmudun hakimiyyəti dövründə  Şirvanın  
siyasi  vəziyyəti  olduqca  əlverişsiz  idi.  Bu  ona  gətirib  çıxarır  ki,  Şirvanşah  III 
Mənuçöhr  "faktiki  olaraq  Tiflis  çarların ın  himayəsi  altına  düşür  və  ehtimal  ki, 
buna  görə  də  onlar  həmin  dövrdən  gürcü  çarlarının  tam  ləqəblərin in  tərkibinə 
daxil olan Şirvanşahlar ləqəbini qəbul edirlər"
3

1125-c i  ildə  IV  Dav idin  oğlu  De metre  gürcü  ta xt-tacına  sahib  olur.  Bu  
ildən  Şirvan  -  gürcü  münasibətlərində  yeni  dövr  başlayır.  Belə  ki,  Demetrenin 
hakimiyyəti  illə rində  (1125-1156)  30  il  ərzində  iki  dövlət  arasında  sülh 
münasibətləri  saxlаnılır.  Hər  iki  ölkənin  sərhədləri  daxilinə  heç  bir  hücum  baş 
vermir. 
III Mənuçöhrün adı ilə bağlı bir neçə gümüş sikkə bizə gəlib çatmışdır  ki, 
onların bir üzündə "əl-malik Mənuçöhr ibn Əfridun"un, o biri üzündə isə xəlifə əl-
Müqtəfi-liəmrillahın  (1136-1160)  adı  həkk  o lunmuşdur.  Səlcuq  sultanının  adını 
müəyyənləşdirmək hələlik mü mkün olmamışdır
4

Əbül-Üla  Gəncəvin in  qəsidəsinə  və  Fələki  Şirvanin in  mərsiyələrinə  görə, 
Şirvanşah  III  Mənuçöhrün  tam  adı,  künyəsi  və  ləqəbləri  belədir:  Əbül  Xacə 
Fəxrəddin  əl-Malik  III  Mənuçöhr  ibn  Əfridun,  Şirvanşah,  Xaqan  əl-kəbir  (ya 
Əkbər və yaxud bozorg)
5

Xaqaninin  öz  hamisi  -  Şirvanşah  III  Mənuçöhrə  həsr  etdiyi  iki  mərsiyədə 
onun  hakimiyyəti  dövründə  baş  verən  iki  hadisə  təsvir  olunur.  Bunla rın  
birincisində  Şirvanşahın  Gürcüstanda  yerləşdirilən  qıpçaqlar  üzərində  qələbəsi 
təsvir olunur: 
Cəmiyyətin əzəməti, hökmdarın  
tacı  Fəxrəddin,  Mənuçöhrün  məhəbbət  dairəsi,  
Fəzilətin Yup iter kimi [parlaqdır!] 
Sən qıpçaqların qanını nə qədər tökdün, 
Çin ipəyi kimi parlayan 
öz hind qılıncım ilə
6

 
                                                                 
1
 Vardan, səh.147; Historie de la Georgie, I, p.368. 
2
 Historie de la Georgie, I, p.370. E.A.Пaxoмов. Kpaткий кypc, стp.32-33. 
3
  Е.А.Пахомов.  Краткий  курс,  стр.33;  В.Ф.Минорский.  История  Ширвана  и  Дербенжа, 
стр.180. 
4
 Е.А.Пахомов. Краткий курс, стр.32. 
5
 H.Həsən. Fələki Şirvani, səh.9, 19, 95. 
6
 Yenə orada, səh.20; 14-15. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə