Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə60/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   56   57   58   59   60   61   62   63   ...   103

124 
 
dövrü  tarixinin  tədqiqi  Yəzidilər  (Məzyədilər)  sülaləsin in  on  beşinci  şirvanşahı 
Fəxrəddin  Fəriburz ibn Sallar  ibn II  Yəzid  ilə başlanır.  O,  445 -ci ilin səfər ayında 
(fevral, 1063) Şirvan taxtına çıxmışdır
1

Əgər  iyirmi  il əvvəl Fəxrəddin  I  Fəriburz haqqında əl-İsfəhani, əl-Hüseyni 
və  Xaqaninin  əsərlərindən  qırıq-kəsik  məlu matlarımız  var  idisə,  Münəccim-
Başının  əsərində  saxlan mış  Şirvan  və  Dərbəndə  aid  fəsillər  V.F.Minorski 
tərəfindən  dərc  edild ikdən  sonra  və  xüsusilə  V.M .Beylis  tərəfindən  Məsud  ibn 
Namdarın əsəri nəşr olunduqdan sonra bizim Şirvanşah haqqında biliyimiz mühü m 
məlu matlarla  dolğunlaşdı  və  zənginləşdi.  Məsud  ibn  Namdarın  əsərlərində 
saxlan mış 
material  Şirvanşah  I  Fəriburzun  hakimiyyət  dövrünü  dəqiq 
müəyyənləşdirmək,  torpaqların ın  sərhədini  təyin  etmək  və  onun  Cənubi 
Qafqazdakı siyasi nüfuzunun miqyasını öyrən mək imkan ını verir. 
I Fəriburzun atası Sallardan başlayaraq, Şirvanşahların şəxs i adları dəyişir: 
adi ərəb adları əvəzinə Şirvanşahlar Dey ləm hakimlərinə xas olan adlar daşıyır.  
Bunu  bir  tərəfdən,  Şirvanşahların  Deyləm  və  Gilan  şahzadələri  ilə  izdivacı 
ilə  izah  etmək  olar,  başqa  bir  tərəfdən  V.F.Minorskin in  düzgün  başa  düşdüyü və 
hələ  ona  qədər  tarixçi  Münəccim-Başın ın  (1702-ci  ildə  ölmüşdür)
2
  qeyd  etdiyi 
kimi,  sülalə  "öz  mənşəyinin  əsl-nəcabəti  ilə  öz  mövqeyini  möhkəmləndirmək 
üçün" ərəb tayfası Şeybani ilə qohumluğunu rədd etdi və Şirvanşahların Sasanilərlə 
əlaqəsi  iddiasını  irəli  sürdü.  Onların  Kisra  (Xosrov)  Ənuşirvan  mənşəyindən 
olduqları  iddiasını  Münəccim-Başı  da  qeyd  edir.  O  yazır  ki,  "Ənuşirvan  farsların  
Ənuşirvan  Kəsrası  deyildir,  bəlkə  ilkin  Şeybanilər  nəslindən  olan  şəxsdir". 
Beləliklə,  tədqiqatçı  və  tarixçilərin  (o  cü mlədən  bu  sətirlərin  müəllifinin)  "ikinci 
dövr"  Şirvanşahları  və  ya  Kəsranilərinə  dair  mü lahizələri  o la  bilməz,  belə  ki, 
Şirvanşahlar sülaləsi fasiləsiz olaraq ərəb  Yəzid  ibn Məzyəd əş -Şeybanidən tutmuş 
sonuncu (44-cü) şirvanşah Əbu Bəkr Mirzə ibn  Bürhan Əli  Sultana qədər  mövcud 
olmuşdur.  O,  1583-cü  ilədək  Şirvanı  idarə  etmişdir.  Elə  bunun  kimi  də  heç  bir 
Dərbəndlilər sülaləsi də olma-mışdır.  
I  Fəriburz  ibn  Sa llar  hələ  atasının  sağlığında  dövlətin  əsil  başçısı 
olmuşdur
3
.  O,  öhdəsinə  düşdüyü  çox  çətin  siyasi  və  hərbi  çətin likləri  o lduqca 
məharətlə  dəf  edə  bilmişdi.  Onun  hakimiyyəti  dövründə  Şirvan  bir  neçə  dəfə 
Arranın Şəddadilər hakimiyyətinin soyğunçu yürüşlərinə  məru z qalmışdı (1063-cü  
ilin  mart  ayından  1064-cü  ilin  yanvarınadək  onlar  4  dəfə  Şirvana  soxu lmuşlar). 
Şəddadid Şavur ibn Fəzl Şirvanşah I Fəriburzdən iki dəfə , hər birində 40 min  dinar 
xərac aldı
4

1066-c ı  ildə  birinci  dəfə  ola raq  Şirvana  Oğuz  türkləri  gəldilə r.  I  Fəriburz 
"onları Şirvandan getməyə məcbur etmək üçün çoxlu pul  xərcləməli oldu. 1066-cı 
                                                                 
1
 В.Ф.Минорский. История Ширвана и Дербенда, стр.56. 
2
 Yenə orada, səh. 169, 176-177. 
3
 B.Ф.Mинорский. Иcтopия Ширвана и Дербенда, стp.56. 
4
 Yenə orada, səh.56-57. 


125 
 
il noyabrın 22-də türk Qara Təkin ikinci dəfə Şirvana gəldi. O, dağlara və vadilərə 
hücum çəkərək, oraları viran qoydu, çoxlu adam qırd ı. Şirvanı boş çölə çevirərək, 
ma l-qara ,  uşaq  və  qadınları  ö zlə ri  ilə  apardı.  Oradan  o,  Ba kuyaya  tərəf  yollandı. 
Burada da Yə zidiyyədəki hərə kətlərini təkra r etdi"
1

I  Fəriburz  türklərə  ödənc  verərək  onlardan  yaxa  qurtarmağa  çalı-şırdı.  
La kin  onla r  1067-c i  ilin  fevrahnda  Qəzv in  hakimi  illik  30  min  d inar  xərc  
müqabilində  türklərin  yürüşlərinin  qabağını  kəsməyə  razılıq  verincəyə  qədər 
özbaşınalıq  törədirdilər.  Fəriburz  ö zü  də  bu  məsələyə  kömək  edərək  xalası  qızını 
Qara Təkinə ərə verd i
2

Belə  görünür  ki,  bu  dövrdə  Şirvanşahlann  ərazisi  müasir  Şəki,  Zaqatala, 
Qax,  Balakən  rayonlarının  torpaqların ı  əhatə  edirdi.  Lakin  bu  zaman  Kaxetiya 
hakimi  Qaq ikin  oğlu  II  Aqsartan  (1058-1084)  I  Fəriburzun  çətinliklərindən 
istifadə edərək, Şirvanşahların torpağına ğına soxu laraq Şəkini tutdu. Yaln ız 1072-
ci ilin aprelində I Fəriburz II  Aqsartandan Şəki yaxın lığ ındakı Maluq qalasını ala 
bildi, lakin v ilayətin ö zü gürcülərin ə lində qaldı
3

1067-c i  ildə  gürcü  çarı  IV  Baqrat  (1027-1072)  Bə rdəyə  hücum  edərkən  
sultan  Alp  Arslan  (1063-1072)  öz  qoşunları  ilə  ona  qarşı  çıxdı.  Sultan  Arranda 
olarkən  "Şirvanşah  Fəriburz  onun  yanına  gəldi.  öz  hədiyyələrini  təqdim  etməklə 
ona qulluq etməyə (əl-hədiyyə vəl xidmə) hazır olduğunu bildird i və 1067-ci  ildəki 
yürüşdə onu müşayiət etdi"
4
. Əl-Hüseyninin verdiyi məlu mata görə, Sultan qoşunu 
gürcüləri darmadağın etdi, Şəki hakimi Aqsartan isə Sultana xid mət etməyə gəldi, 
hətta öz mülklərin i saxlamaq arzusu ilə islamı da qəbul etdi
5

Sonrakı  1068-ci  ildə  sultan  Alp  Arslan  5  ay  ərzində  Gü rcüstana  yürüşdə 
oldu.  Bu  vaxt  öz  yeni  süzereninin  nüfuzundan  istifadə  edən  I  Fəriburz  Dərbəndə 
hücum  çəkərək  şəhərin  bir  neçə  rəisini  əsir  aldı.  O,  sonradan  Dərbəndi  öz  oğlu 
Əfriduna  mü lk  kimi  verdi.  Dərbəndlilər  Şirvanşahın  özbaşınalığından  Sultan a 
şikayət  etdilər.  Sultan  yürüşdən  qayıdandan  sonra "rəislərin  azad  olunmasını  əmr 
etdi.  Fəriburz  bu  əmri  yerinə  yetird i.  Sonra  Sultan  Şirvanşahı  zindana  saldırdı. 
La kin  Sultan onu tezliklə a zad etdi və ö z vətəninə göndərdi.  Eyni  za manda hər  il 
böyük məbləğdə pul verməyi onun öhdəsinə qoydu. 460-cı il ramazan ay ında (iyul, 
1068) Fəriburzun oğlu Əfridun əl-Bab qalasını tərk edərək Şirvana getdi"
6

Sultan  Alp  Arslanın  Məvarənnəhrə  yola  düşməsindən  istifadə  edən 
Şirvanşah I Fəriburz öz  mü lklə rini genişləndirmək üçün tədbirlərə əl atdı. Sonrakı 
illərdə, Məsud ibn Namdarın göstərdiyi kimi, I Fəriburz Arran, Muğan, Beyləqan 
                                                                 
1
 Yenə orada, səh. 58, 52-95, 117-118.  
2
 Yenə orada, səh.60. 
3
 Yenə orada, səh.60, 63, 94-95, 117-118. 
4
 B.Ф.Минорский. Иcтopия Ширвана и Деpбенда, стp.60. 
5
 
Əl-Hüseyni, vər.26a. Bax: B.Ф.М
ИНОРСКИЙ
.
 
H
CTOPИЯ 
Ш
ИРВАНА И 
Д
ЕРБЕНДА
,
 
стр.95; Historie  de 
la Georgie, I, p.331. 
6
 В.Ф.Минорский. История Ширвана и Дербенда, стр.60-61. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə