Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə56/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   52   53   54   55   56   57   58   59   ...   103

115 
 
fıkrimizcə,  əvvəlcə  yuxarıda  adı  çəkilən  şəxsin  qiyamın ın  köklərini  kəsmək 
lazımd ır ki, bizim ali düşüncəmiz bu ölkənin işlərindən azad olsun. 
Buna  görə  də  biz  ö z  qulluqçularımızdan  ibarət  dəstə  düzəltmişdik  ki, 
həmin  [dəstəni]  ramazan  ayının  ortalarında  (1228-ci  il  avqust  ayının  ortası)  adı 
çəkilən qiyamçılara qarşı göndərək. 
Sonra [Balaban] qaçıb Firu zabad qalasına girdi və orada g izlondi.  Biz isə 
azuqə  ehtiyatı  toplamaq  üçün  ramazan  ayının  sonunadək  Xal-xal  sərhədlərində 
qaldıq.  Bayramdan  sonra  Firuzabad  qalasına  yollandıq,  bizim  məmlüklər  və 
qoşunlarımız qalanın qarşısında dayandı. Biz qalam elə  mühasirəyə aldıq ki, hətta 
quş  da  oraya  uça  bilməsin  və  onun  heç  bir  tərəfındən  külək  də  əsməsin.  Biz 
mancanaqları quraşdırmağ ı və hər b ir onuncu döyüşçüyə mü mkün o lan qədər inək 
dərisi toplamağı əmr etdik.  Bunlar üç gün ərzində daşınıb gətirilmişdir və onları 
silah və təchizatla birlikdə saymaq mü mkün deyild i.  
Qala əhalisi bu təchizatı və  [bizim qoşunun] hazırlığın ı gördükdə.  Balban 
başa  düşdü  ki,  bu  çətin  vəziyyətden  yalnız  ü zr  istəməklə  və  bizdən  pənah  və 
yardım diləməklə çıxa bilə r. Bütün bunlardan sonra səhv hərəkətlərini bağışlamaq  
və onları rəh m pərdəsi ilə örtmək şərtilə  bizim sərəncamımızı qəbul etdi... 
Üç gün bundan qabaq Balban bizim məmlüklərin tərkibinə daxil oldu və biz 
[onun] hər bir qalasına vəli təyin olunması əmrini verdik"
1

Tezliklə  Balban  hacib  Hüsaməddin  Əlinin  tərəfınə  keçdi  və  onun qoşunun 
kö məyi  ilə  Cəlaləddinə  qarşı  çıxd ı.  Lakin  hacib  Əli  onu  tələyə salmağa  v ə  edam 
etdirməyə müvəffəq oldu
2

Bu vaxt 50  minə yaxın çadırlardan ıbarət qıpçaq tayfası Cəlaləddinə  xid mət 
etməyə gəldi. Sultan onların kö məyi  ilə Dərbəndi ələ keçirməyə cəhd göstərdi.
3
 Bu 
cəhd boşa çıxdı.  Vəzir  Şərəf əl-Mülk  isə Şirvanşahdan Quştəspi vilayətini almağa 
müvəffəq oldu
4
. Bəlkə də vəzir  Şirvan torpaqların ı  zəbt etməkdə davam edəcəkdi, 
lakin Şirvanşah onu qabaqladı və "dəvət gözlə mədən" Sultanın yanına yollandı,  o, 
"belə  hesab  edirdi  ki,  sultanın  əlini  öp mək,  ayaqlarına  yıxılmaq  onun  üçün 
şərəflid ir  və  bu  iş  taleyin  qəzavü  qədərindən  müdafıə  və  qara  gün  üçün  isə 
ehtiyatdır"
5

Vəzir  Sultana  "Şirvanşahı  həbs  etmək  və  onun  ölkəsini  Sultanın  başqa 
mü lklərinə  b irləşdirmək  məsləhətini  verd isə  də,  Cəlaləddin  bununla  razılaş madı, 
bütün qanun-qaydaya riayət edərək Şirvanşahı fəxri libaslarla yola saldı"
6
. Sultanın 
                                                                 
1
 Məhəmməd əl-Həməvi, vər. 176b-178a. 
2
 Ən-Nəsəvi, səh.217, 266-267. 
3
 Yenə orada, səh.220-221. 
4
 Yenə orada, səh.222-223. 
5
 Yenə orada, səh.223-224. 
6
 Yenə orada, səh.224. 


116 
 
Sultanın  tərcümey i-halın ı  qələmə  alan  ən-Nəsəvi  yazır  ki,  o,  özü  Şirvanşah  üçün 
Şirvan mülkünə sahibliyi haqqında tərifnamə (tövqi) tərtib etdi
1

Sultan  Cəlaləddin  Gürcüstana  ikinci  böyük  yürüşünü  başladı.  Bunu  eşidən 
gürcü  kraliçası  Rusudana  "Şərq  və  qorb  qoşunlannı  döyüşə  çağırdı.  Şanşe  - 
mandaturtuxusesı  (təşrifat  mə muru ),  Avaq  -  əmir  sipahsaları  (a li  baş  komandanı), 
Vara m  -  msa xurtutsesı  (saray  nazirini),  e rlə r,  ka xla r,  so mxitarlar,  cava xla r, 
mes xlər,  taoyslar,  Tsotne  Dadiani,  ab xazlar,  ciklər  [qoşunlarını],  Dəryal 
darvazaların ı açdı və oradan osetin, durzuk və bütün dağlıları içəri buraxd ı. Onların  
hamısı  Naçarmagevidə
2
  toplaşdı  və  kraliça  onlan  xarə zmilərlə   döyüşə  gön dərdi. 
Onlar Tiflisdən keçdilər, Su ltan isə Bo lnisidə düşərgə salmışdı.  
Sultanın  mühafizə  postları  onları  gördükdə  ona  xəbər  verdilər.  O,  irəli 
hərəkət  etdi  və  dəhşətli  vuruşma  başlandı.  Əvvəlcə  gürcülər  qələbə  çalırd ılar, 
lakin  Allah  gürcülərə  qarşı  qəzəb lən mişdi,  bu  qəzəb ini  heç  cür  soyuda bilmird i, 
bizim günahlarımızı yadına salmışdı.  Yenə də çar qoşunları  məğlub olub qaçdıla r. 
Sultan  yenidən  Tiflisə  gəldi.  Qarət  etməyə  bir  şey  qalmışdısa,  o,  qarət  və  məhv 
edirdi"
3

Gü rcü  qoşunlarını  darmadağın  etdikdən  sonra  Cəlaləddin  əsas  qü vvələrini 
Xilatın  mühasirəsinə  göndərdi  və  ilyarımlıq  mühasirədən  sonra,  yəni  1230-cu  il 
aprelin 14-də o, bu qalan ı a la bildi
4

Xilatın  alın ması  Sultan  Cəlaləddinin  son  hərbi  qələbəsi  idi.  Koniya  sultanı 
Əlaəddin  Key -Qubad  Xarəzmşahdan  vədə  almaq  istəyirdi  ki,  onun  torpaqlarına 
soxulmasınlar.  Belə bir  zəmanət əldə etməyən və Xarəzmşahı Kiçik Asiya, Suriya  
və  Şimali  Mesopotamiyadakı  bütün  kiçik  sülalələr  üçün  təhlükəli  hesab  edən 
Koniya  sultanı  Xarəzmşaha  qarşı  ittifaq  yaratdı.  Bu  birliyə  Dəməşq  hakimi  əl-
Malik  əl-Əşrəf,  Hims  hakimi  əl-Mənsur  İbrahim  Şirkuh,  Xortabirt  hakimi 
Nurəddin  Ürtük  şah,  Hələb  hakimi  Şəmsəddin  Səvab,  Məyyəfəriqin  sultanı  əl-
Müzəffər Şihabəddin Qazı və Bənyəs sultanı əl-Əziz Os man daxil oldu. 
Cəlaləddin  və  hakimlər  ittifaqı  aras mda  başlıca  döyüş  627-ci  il  ramazan 
ayının  28-də  (10.08.1230)  baş  verdi.  Xarəzmşahın  ordusu  darmadağın  edilərək 
pərakəndə  düşdü.  Cəlaləddin  özü  Xilatda  gizləndi,  sonra  qalan  qoşununu 
Azərbaycana çıxartdı
5

                                                                 
1
 Yenə orada. 
2
 Kartlidəki şah meşəsi Liaxvidən şərqdə yerləşir. 
3
 Картлис Цховреба. I, cTp. 182-183; ən-Nəsəvi, səh.224-225; Истории Грузии, 1, стp.224. 
4
 İbn əl-Əsir, IX, səh.380-381; ən-Nəsəvi, səh.248 və b. 
5
  Bu  döyüş və  Cəlaləddinin  məğlubiyyəti haqqında  bax: İbn  əl-Əsir, IX,  səh.381;  İbn  Bibi,  səh.154-
159; Sibt ibn əl-Cövzi, VIII/2, səh.436-440; İbn Vasil, III, vər.266 b-267a; əl-Məkrizi, əs-Süluk, 1/1, 
səh.240; Əbül-Fida, III, səh.146-147; Rəşidəddin, II,səh.29; həmçinin bax: H.Gottschalk, p.56-57. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə