111
Sultan Təbrizdən Məlikənin mü lklərinə - Səlmas və Urmiya şəhərlərinə
doğru yollandı. O, bu şəhərləri nahiyələri ilə birlikdə Məlikəyə toy hədiyyəsi
verdi
1
.
Sonra o, yol boyu Gəncə, Beyləqan, Şa mxor və Şutur kimi şəhərləri tuta-
tuta Tiflisə yönəldi
2
.
Təbrizdən qaçmış atabəy Özbək Gəncədə yerləşird i. Onun Gəncədəki
canişini rəis Cəmaləddin əl-Qu mi "var-dövlət və pul sahibi idi, böyük qüdrətə və
geniş hakimiyyətə malik idi". O, şəhəri Su ltanın əmiri Urxana təhvil verərək, "ona
xid mət etməyə hazır o lduğunu bildirdi"
3
.
Özbək Gəncədən qaçaraq Əlincə qalasında gizləndi və Cəlaləddindən
Gəncə əyalətinə mü lkiyyət sahibi hüququnu aldı. Cəlaləddinin qoşunları
soyğunçuluq və qarətlə məşğul olduqlarına görə Özbək ona şikayət məktubu
göndərdi. Burada deyilirdi: "Mən bu rəftarı hətta öz yaxm adamlarına da icazə
verməzd im. Xahiş edirəm, bu mahala uzan mış əlləri gödəldəsən"
4
. Sultan öz
qoşunlarından Gəncə əyalətini mühafızə üçün dəstələr göndərdi. Naxçıvan
yaxınlığındakı Əlincə qalasında olarkən atabəy Özbək öyrəndi ki, Sultan "addım-
addım onun ölkəsini işğal edir. Özbək Sultanın onun arvadı ilə izdivac etdiyini
eşidənə qədər heç nə demirdi. Ona bu xəbəri gətirən adamdan soruşdu: "Bu
Məlikənin razılığı ilə o lub, yo xsa əksinə?" O cavab verdi: " Bu iş onun öz arzusu və
bir neçə dəfə onun tərəfindən elçi göndərməklə olub. O, talaq mərasimində olan
şahidlərə hədiyyələr verməklə onlara mərhəmət göstərdi". Atabəyin vəziri
Rəbibəddin Dəndan belə söyləyir ki, bu xəbərdən sonra Özbək başını ba lış üzərinə
qoydu və o saat onun bədənində hərarət artmağa başladı. Bir neçə gündən sonra o
öldü"
5
.
Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn atabəy Eldəniz
ət-türki əs-səlcuqi ət-Toğrulun ölü mü ilə Azərbaycan Atabəyləri dövləti öz
mövcudluğunu itirdi. Şəmsəddin Eldənizin övladlarının hakimiyyəti altında o lan
ərazilər - Azərbaycan, Arran, Şirvan Gürcüstanda sahibkarlıq edən Xarəzmşah
Cəlaləddin Manqburnunun hakimiyyəti altına keçd i. Bu, 1231-ci il avqustun orta-
larınadək davam etdi və həmin il Cəlaləddinin qoşunları monqollar tərəfındən
darmadağın ed ild i, ö zü isə öldürüldü
6
.
1
Ən-Nəsəvi, səh.164.
2
Bərdə və Gəncə arasında orta əsrlər Xanəgah Şutur qalası. Bax: Yaqut, III. səh.259; Həmdullah
Qəzvini, səh.173.
3
Ən-Nəsəvi, səh.163; İbn əl-Əsir, IX, səh.360.
4
İbn əl-Əsir, IX, səh.360.
5
Ən-Nəsəvi, səh.164; əl-Hüseyni, vər. H3 b; Cüveyni, II, səh.425-426; Əbül-Fida, III, səh.135; əl-
Öməri, II, səh.210; Арабские аноним, D-173, vər.698 b.
6
Ən-Nəsəvi, səh.294 və s.
112
623-cü ilin məhərrə m və səfər ay larmda (yanvar-fevral,1226) Sultan
Cəlaləddin Tiflisə yürüş etməyə hazırlaşırd ı. 623 (09.03.1226) -cü il rəbiəl-əvvəl
ayının 8-də şəhər Sultan qoşunu tərəfındən alındı
1
.
Atabəy Müzəffərəddin Özbəkin ö lü mündən sonra onun oğlu Qızıl A rslan
Xamuş Gəncəyə Sultan Cəlaləddinə xid mət etməyə gəldi. O, Ruin -Dej qalasının
sahibəsi, atabəy Əlaəddin Körpə Arslan əl-Əh mədilin in (1174-1208) nəvəsi Sülafə
xatınla evlən mişdi. Atabəy uzun müddət Sultanın sarayında qaldı. Lakin
hadisələrin coşqununda Sultan onu tamamilə unutdu. () isə Sultanın qərargahını
tərk edərək Əlamut qalasına ismaililərin başçısı I I I Məhəmmədin ( 1 2 2 1 - 1 2 5 5 )
yanına getdi və orada da öldü. Xamuş və Sülafə xatunun oğlu atabəy Nüsrətəddinin
adı monqol əmiri Arqunun Azərbaycandakı hərəkətlərilə əlaqədar Cüveynidə
xatırlanır
2
.
1226-c ı ildə atabəy Özbəkin mə mlükləri Bəklik əs -Səd idi və Seyfəddin
Sunqurca Sultan Cəlaləddinə qarş ı qiyam qaldırdılar. onların buçıxışı uğursuz
nəticələndi - Sultan onları Xoy bölgəsində mühasirə edərək təslim o lmağa vadar
etdi. Məğlubiyyətə uğramış mə mlü klər Su ltana xid mət etməyə başladılar
3
. La kin
1229-cu ildə Bə klik əs-Sədid i və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri,
o cümlədən Nəsirəddin Ağ Quş və başqaları ilə birlikdə Sultana qarşı çıxdılar.
"Onlar Təbriz ətrafında çadırlar qurdular. Hakimiyyotdon əsər-əlaməti qalmayan,
izi-tozu və ruhu itən əvvəlki [atabəylər] sülaləsini yenidən bərpa etməyə
çalışırdılar. Onlar Qotur qalasında
4
birnəfərlik zindanda qalan məlik Xa muş
Nüsrətəddinin oğlunu azad etməyi qərara aldılar ki, ondan tələ yemi kimi istifadə
etsinlər. Onu hökmdar elan edərək onlar münasib fürsət gözləməyə başladılar"
5
.
Sultanın vəziri Şərəf əl-Mü lk onların Təbrizdə olduğunu və "cır-cıra kimi
şəhərə yayıhb ziyan və bəla törətdiyini bilərkən" onlara qarşı döyüşə hazırlaşdı.
Təbriz yaxınlığında "qılınclar sınan və nizələr cingildəyən bu döyüşdə" Atabəy
tərəfdarları darmadağın edilərək qaçmağa ü z tutdular. Ağ Quş və Bəkliy i çarmıxa
çəkdilər. Ən-Nəsəvinin verdiyi məlu mata görə, "Arran və Azərbaycan qiyama
mey il edənlərdən və tabe olmaqdan boyun qaçıranlardan təmizləndi"
6
. Sultan vəzir
vəzir Şərəf əl-Mülkdən belə bir xəbər aldı ki, atabəy Özbəkin keçmiş arvadı
Məlikə guya "atabəy tərəfdarlarına hakimiyyət vəd edərək onları Su ltana qarşı
qızışdırır"
7
. Əslində isə vəzir, Məlikəyə nifrət edir və mü xtəlif yollarda ona
böhtanlar atmağa çalışır, onun var-dövlətini, mülklərini və xəzinəsini ələ
1
Ən-Nəsəvi, səh.167-168; İbn əl-Əsir, IX, səh.366; Cüveyni, II, səh.431; İbn Xaldun. V, səh.273;
Cəlaləddin Xarəzmşahın Gürcüstandakı hərəkətlərinə dair bax: Картлис Цховребо, стр 1, 172-
178; İbn əl-Əsir. IX, səh.366-370; Киракос Гандзакеци, стр. 155 və başqa mənbələr.
2
Ən-Nəsəvi, səh.175-176; Cüveyni, 511.
3
Ən-Nəsəvi, səh.172.
4
Qərbi Xoyda Qotur çayın yuxarı mənsəbində yerləşir (Yaqut, IV, səh. 183 184).
5
Ən-Nəsəvi, səh. 198-199.
6
Yenə orada, səh.200.
7
Yenə orada.
Dostları ilə paylaş: |