Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə48/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   44   45   46   47   48   49   50   51   ...   103

99 
 
Gü rcülərin  onun  ərazisinə  hücum  etməkdən  əl  çəkd iklərini  görən  Özbək 
atabəyin  xəzinəsinə  bac  verməkdən  boyun  qaçıran  yerli  vassal  hakimləri  ram 
etmək  üçün  Qarabağa  soxulu r.  XIII  əsrin  naməlu m  müəllifı  yazır  ki,  "Hökmdar, 
islamın  padşahı  Nüsrət  əd-dünya  vəd-Din  Özbək  611  (13.05.1214-01.04.1215)-ci 
ildə  Xaçenə  yürüş  edir.  Onun  qoşunu  qələbə  qazanır  və  ü mu mi  qırğın  törədir. 
Onlar  qul  və  zəngin  hərb i  qənimət  əldə  edir,  həmin  ço xallah lıların  ev lərini  və 
yaşayış  yerlərin i  oda  yaxırlar.  [Beləliklə  padşahın]  tam  böyüklüyü  sübuta 
yetirilir"
1

Gü rcü  çarı  IV  Georg i  xarəzmilərin  Gü rcüstana  hücumunun  qarşısını  almaq  
niyyəti ilə Xarəzmşahın yanına  zəngin bəxşişlə elçi göndərir
2
. Lakin Xarəzmşahın 
yürüşü  baş  vermir,  tezliklə  o,  İran  İraqın ı  oğlu  Rüknəddin  Qursancdının 
hakimiyyəti altına verir
3
.
 
 
 
 
III FƏS ĠL 
 
AZƏRBAYCAN ATABƏYLƏRĠ 
DÖVLƏTĠNĠN S ÜQUTU 
 
Azərbaycana ilk Monqol bas qını  
 
Xarəzmşah  Əlaəddin  Məhəmməd  monqollar  tərəfindən  darmadağın  və 
həlak  olduqdan,  Xarəzmşahlar  dövlətin in  süqutundan  sonra
4
  monqol  qoşunları 
Cebe-noyan və Sübeqetey-bahadurun komandanlığı a ltında bütün Xorasan və İran 
İraqı ərazisindən keçərək, hicri  617-ci ilin qışında (yanvar, 1221) yol boyu əllərinə 
düşəni  qarət  edə-edə,  dağıda-dağıda  və  öldürə-öldürə  Azərbaycana  soxuldu lar. 
Ölkənin  b ir  sıra  yerlərini  viran  qoyaraq  onlar  Təbrizə  yaxın laşdılar
5
.  O  za man 
Azərbaycanın hakimi atabəy Özbək burada yerləşird i və tarixçinin dediyi  kimi, "o 
hətta  monqollara  qarşı  vuruşmaq  belə  istəmirdi,  çünki  həmişə  olduğu  kimi  gecə-
gündüz sərxoşluq ilə məşğul id i"
6

Özbək  ö z  elçisini  sülh  xahişi  ilə  monqolların  yanına  göndərdi.  Monqollar 
isə  Özbəkdən  Xarəzmşah  Əlaəddin  Məhəmməd  tərəfındən  burada  saxlanan 
xarəzmilərin  qarnizonunun  onlara  verilməsini  tələb  etdi.  Özbək  xarəzmilərin  bir 
                                                                 
1
 N.D.Mikluxo-Maklay, səh.204-205, 213. 
2
 Ən-Nəsəvi, səh.61. 
3
 İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.70; Cüveyni, II, səh.474. 
4
  Xarəzmşahlar  dövlətinin  darmadağın  edilməsi  təfsilatı  haqqında  bax:  Şəhabəddin  ən -Nəsəvi, 
göstərici üzrə, həmçinin İbn əl-Əsir salnaməsinin müvafiq yerləri. 
5
 
İbn əl-Əsir, IX, səh.335-336; Müq. et: Rəşidəddin 1/2, səh.227.
 
6
 Yenə orada. 


100 
 
hissəsinin  öldürülməsi  haqqında  fərman  verdi  və  qalan  hissəni  isə  monqollara 
təslim  etdi.  Bundan  əlavə  Özbək  onlara  təzminat  olaraq  pul,  paltar  və  mal-qara 
göndərdi
1

Monqollar  Muğandan  keçərək,  Təbrizdən  Arrana,  oradan  da  Gürcüstana 
yönəldilər.  Atabəy  Özbək  gürcüləri  monqol  basqınından  xəbərdar  etmək  üçün 
elçisi  vasitəsilə  gürcü  padşahı  IV  Georgi  Laşa  məktub  göndərdi.  Məktubda 
deyilirdi: " Bu gündən biz bir-b irimizə kömək etməli, yardım göstərməliyik. Artıq bu 
qədər  dağıntılar,  ölümlər  və  xarabazarlıqlar  bəsdir"
2
.  La kin  Gürcü  sarayı  bu 
xəbərdarlığa  etinasız  yanaşdı,  hicri  617-ci  ilin  zü lqədə  ayında  (1221)  20  min lik 
monqol  qoşunu  Gürcüstan sərhədini  keçərək  Tiflis  yaxınlığ ında  10  minlik  gürcü 
ordusunu  darmadağın  etdi
3
.  Kirakos  Gəncəketsinin  göstərdiyi  kimi,  Arran 
(Albaniya) və  Gü rcüstan əhalisi  monqolların nə  kimi əməllər törətdiyini bilmədən 
və  mü xtəlif  şayiələrə  inanaraq  öz  "mövqelərin i  möhkəmləndirmək  haqqında 
düşünmür",  əksinə.  monqolları  duz-çörəklə  qarşılayırd ı.  "Ancaq  monqollar  onları 
qılıncdan  keçirir,  doğrayırdılar.  Qarşılanna  çıxan  hər  kəsi,  nə  olursa  olsun:  insan, 
heyvan,  it  -  hamısını  qılıncdan  keçirirdilər.  Onla r  qiy mət li  geyimlə rə,  başqa  var-
dövlətə heç bir əhəmiyyət vermirdilər. Onlar üçün atlar əhəmiyyətli id i"
4

Monqolların gündən-günə artan təhlükəsini görən gürcülər bu cür qüvvətli 
və  misli  görün məmiş  düşməni  dəf  etmək  üçün  başqa  xalq larla  ittifaq  yaratmaq  
tədbirinə  əl  atmağa  başladılar.  Bu  məqsədlə  IV  Georgi  Laşa  qonşu  hakimlərə,  o  
cümlədən atabəy Özbəkə, Xilat və Cazirə hakimi əl-Məlik əl-Əşrəfə  müraciət etdi. 
Tarixçi yazır ki. atabəy Özbək və gürcü padşahı Georgi banşıq müqaviləsi və mon-
qollara  qarşı  birgə  çıxış  haqqında  saziş  bağladılar
5
.  Lakin  birgə  hərəkət  haqqında 
damşıqlar  monqollara  məlu m  oldu  və  onlar  yenidən  Gürcüstana  və  Arrana 
soxuldular. "Bu  vəziyyəti görən gürcü padşahı 60  minlik  atlı  ilə  Kotman çölündə 
onlara qarşı çıxd ı"
6

Atabəy Özbəkin Arrandakı canişini  məmlük  Nəsirəddin Ağ Quş türklərdən 
və  kürdlərdən  təşkil  olun muş  qoşunu  ilə  birlikdə  monqolların  tərəfinə  keçdi.  Ağ 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.336; Rəşidəddin 1/2, səh.227; əl-Öməri, səh.124. 
2
 Р.К.Киннадзе. Еще источник по истории Георгия IV Лаша, стр. 101. 
3
 
İbn əl-Əsir, IX, səh.336; Rəşidəddin 1/2, səh.227; Sebastatsi, səh.23.  
 
4
 Киракос Гандзакеци, стр. 104. 
5
 
İbn əl-Əsir, IX, səh.336.
 
6
  Магакия,  стр.5,  7.  Orta  əsr  erməni  müəllifləri  döyüş  yerini  müxtəlif  cür  göstərirlər.  Yepiskop 
Stepannos (Apмянские  историки, стр. 33) yazır ki,  gürcü və monqollar  arasında  döyüş  Kroman çayı 
yaxınlığında  oldu;  Mxitar  Ayrivanetsiyə  (yenə  orada,  səh.89)  görə,  Kotman  çayında  olmuşdur; 
Kirakos  Qandzaketsi  (səh.  104)  deyir  ki,  döyüş"Xunan  adlı  vadidə"  oldu.  A.Q.Qalstyan  (Apмянские 
историки, стр 14,    примеч..  81) hesab  edir  ki,  Kotman çayı  "indi Tovuz  çayı  adlanır".  Bu  düzgün 
deyil:  Kotman  çölü, Kotman  çayı  Girdimanın təhrif  olunmuş  adıdır.  Girdiman  çayı  Şamxorçayın 
sağ  qolu  olub,  Kürə tökülür.  Georgi  arasındakı  danışıqlar  barəsində xəbəri  monqollara məhz özü 
vermişdir. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə