Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə40/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   36   37   38   39   40   41   42   43   ...   103

83 
 
Burada  da  xa rə zmlilər  yenidən  məğlubiyyətə  uğrayır,  Bistam  və  Curcana  tərə f 
çəkilirlər. Az keçmədən bütün İran İraqı xarəzmilərdən təmizlənir
1

Bir neçə ya keçməmiş Qutluq-İnanc və İraq əmirləri anlayır ki, vəzir İbn əl-
Qəssab  yalnız  xəlifənin  xeyrinə  hərəkət  edir  və  onun  əsas  məqsədi  ölkəni  qarət 
etməkdən  ibarətdir.  Qutluq-İnanc  İbn  əl-Qəssabın  qoşununun  hərəkətlərinə  qarşı 
narazılığın ı bildird ikdə, vəzir ona hücum çəkir və qaçmağa  məcbur edir.  Vəzir onu 
Qaraca  şəhərinin   yaxın lığında  yaxalayır  və  məğlubiyyətə  uğradır,  Qutluq-İnanc 
güclə qaçıb canını qurtara b ilir.  
Bundan  sonra  İbn  əl-Qəssab  Həmədana  qayıdır.  Bir  neçə  aydan  sonra 
Xarəzmşah  Təkişin  elçisi  onun  yanına  gəlir,  Xəlifə  qoşunlarının  hərəkətindən 
Xarəzmşahın narazı qald ığını və tezliklə  İran İraqından çıxarılması tələbini  İbn əl-
Qəssaba  bildirir.  Lakin  vəzir  bu  tələbi  yerinə  yetirməkdən  boyun  qaçırır, 
Xarəzmşah Həmədana qoşun çəkir.  Hicri 592-ci ilin şaban ayında (iyul, 1196)  İbn 
əl-Qəssab  ölür,  Təkiş  vəzirlə  qarşılaşa  bilmir.  Vəzirin  qoşunu arasında  ixtilaf  baş 
verir,  bundan  istifadə  edən  Xarəzmşah  xəlifənin  qoşununu  məğlubiyyətə  uğradır, 
külli  miqdarda qənimət ələ keçirir və Həmədanı rutur. Burada o əmr edir ki, İbn əl-
Qəssabm meyiti qəbirdən çıxarılıb yandırılsın
2

Bu  hadisələrdən  sonra  Mayaçuq  və  Xarəzmşahın  bir  neçə  başqa  əmirləri 
Qutluq-İnancla  sülh  müqaviləsi  bağla maq  üçün  danışıqlar  aparır  və  onun 
qərargahına  gəlmək  barəsində  icazə  istəyirlər.  Lakin  bu,  Qutluq -İnanc  tərəfındən 
öldürülmüş  III  Toğrulun  qızının  hiyləsi  id i.  O,  Xarəzmşahın  oğlu  Yunis  xana  ərə 
getmiş  və  atasının  intiqamını  almaq  qərarına  gəlmişdi.  Onlar  Qutluq-İnancı  tora 
sahb,  öldürməyə  nail  o lurlar.  Həmədanın  rəisi  Fəxrəddin  Sərvər  Qutluq -İnancın 
başını və cəsədini pulla alıb, hicri 592-ci  il cu madi sani ayında (may,  1196) atası 
Cahan Pəhləvan m Hə mədandakı məqbərəsində basdırır
3

 
 
 
Azər bayc anda hadisələr 
 
Yu xarıda qeyd etmişik  ki,  Əbu Bəkr ö z qardaşları  Qutluq -İnanc Mahmudu 
və  Əmir  Əmiran  Öməri  1192-ci  ilin  axırında  Təbriz  yaxın lığ ında  darmadağın 
etdikdən  sonra  Qutluq-İnanc  Semnana,  Xarə zmşah  Təkişin  yanına  qaçır.  Əmir 
Əmiran  Ömərə  gəldikdə  isə  o,  şimala  ü z  tutur  və  Şirvanşah  I  Axsitanın  (1160-
1196-c ı ilə ya xın) sarayında sığmacaq axtarır. Məğlubiyyətə uğramış Əmir Əmiran 
Öməri  Şirvanşahın özü qarşılayır.  Şirvanşahın məqsədi  bir o qədər  Əmir  Əmirana 
deyil,  keçmiş  süzerenlərinin  sülaləsində  gedən  daxili  mübarizəyə  yardım 
                                                                 
1
 Cüveyni, I, səh.304. 
2
  İbn  əl-Əsir,  IX,  səh.231-232;  Ravəndi,  səh.346-349; İbn  İsfəndiyar,  II,  səh.160;Rəşidəddin,  1/2, 
səh.136-137. 
3
 Ravəndi, səh.350-351; Cüveyni, I, səh.307. 


84 
 
göstərməkdən ibarət id i.  Ömərə ehtiram göstərərək, şah öz qızın ı ona verir və onu 
qoşunla  təchiz  edir.  Həmin  qoşunla  Əmir  Əmiran  Omər  atabəy  Əbu  Bəkrin  
əleyhinə birgə vuruşmaq məqsə dilə gürcü ordusu ilə birləşmək üçün yola düşür. 
Çariça Tamarın qərargahına gələrək, Əmir Əmiran Ömər gürcülərlə birlikdə 
qardaşına qarşı döyüşə hazır o lduğunu bildirir.  Gü rcülər "onu yaxşı qarşılayır, ata-
babalarının  ləyaqətinə  müvafıq  onunla  davranır,  ona  [lazımi]  hörmət  və  ehtiram 
göstərir,  ərzaq,  yem,  pul  və    geyim  sahəsində  onun  bütün  ehtiyaclarını  təmin  
edirlər"
1

Çariça  Tamar  Əmir  Əmiran  Ömərdən  qardaşına  qarşı  çıxmasın ın  səbəbini 
soruşduqda o,  cavab  verir:  "Mənim  qardaşım  əmir  Əbu  Bəkr  biz  geri  çəkilərkən  
onun  torpaqlarında  sığınacaq  dilədiyimiz  vaxtlarda,  qayğımızı  hüququmuza 
müvafıq olaraq çəkmədi.  Qohumluq və müdafıə [borcu] bizim to xunulmazlığımızı 
saxlamağa onu məcbur etmədi, düşmənimizə qarşı bizimlə b irgə mübarizəyə giriş-
məli, onu məğlub etməli, torpaqlarımızı geri almalı, İraqda bizim hakimiyyətimizi 
bərqərar  etməli  idi.  O  isə  Azərbaycanda  sakit  vəziyyətdə  yaşayır,  hətta  öz 
adamları  ilə  bizim  üzərimizə  hə mlə  etdi.  Biz  səfil  vəziyyətdə  ölkəni  gə zir, 
[tədricən] gücdən düşür, öz ölkəmizdən qürbət diyarlara qaçmaq  məcburiyyətində 
qaldıq.  Mən  də  sizin  yanınıza,  [sizin]  ölkənizə  gəlmişəm  ki,  siz  mənə  adamlar 
qoşasınız və mənə qoşunla yardım edəsiniz. [O zaman ]  mən ona qarşı çıxa [bilər], 
onunla  qarşılaşar,  onunla  döyüşə girişib  qalib  gələ  bilərəm.  Əgər  mən  ona  qalib  
gələrəmsə  və  onu  ölkədən  qovub  çıxara  b ilərəmsə,  o  zaman  [hər  şey]  sizin  
qarşınızdadır,  oradan  nə  istəsəniz  götürün,  çünki  orada  artıq  sizin  rəqib iniz 
yoxdur"
2

Beləliklə,  çariça  Tamar  Əbu  Bəkrə  qarşı  mübarizədə  özünə  müttəfıq  tapdı, 
Arran  və  Azərbaycana  hücum  etmək  üçün  qoşunun  toplanması  əmrini  verdi.  O 
həmçinin  Şirvanşah  I  Axsitana  məktub  göndərdi.  I  Axsitan  onların  [gürcülərin] 
tabeliyində idi və onlara  xərac verirdi, onlarla birgə çıxışa hazırlaşmalı id i"
3
. Əbu 
Bəkrdən  narazı  qalan  Arran  əmirləri  və  türkmən  dəstələri  də  Əmir  Ömərə 
qoşuldu
4

Birləşmiş  gürcü-Şirvan  qoşunları  iyunun  1-də  (1194-cü  il)  cümə 
axşamından  cüməyə  keçən  gecə  "Şamxor  vilayətinə  daxil  oldular.  Çar  (Dav id 
Soslan  -  Z.B.)  və  onun sərkərdələri,  Şirvanşah  və  Əmir  Əmiran  ö z  qoşunları  ilə  
birlikdə  sevincək  halda,  Allaha  şükür  edirdilər  ki,  düşmənə  lap  yaxında  rast 
gəldilər. Ancaq onlar ço x təəc-cübləndilər  ki, düşmən lər  (yəni atabəy Əbu Bəkrin 
qoşunları  -Z.B.)  Gəncəni  və  Arran  düzünü  tərk,  beləliklə  də  dağlar  tərəfindən 
                                                                 
1
 Əl-Hüseyni. Səh.l05a. 
2
 Yenə orada. 
3
 Əl-Hüseyni, vər. 105b; Tacidarların tarixi və mədhi, səh.57 -59. 
4
 Əl-Hüseyni, vər.l05b. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə