87
Axsitana "bollu bəxşiş verir, zinətli paltar geyindirir və şərəflə evinə yola salırlar"
1
.
Naxçıvana gedərkən gürcü qoşunları hicri 599-cu ildə (20.09.1202-
09.09.1203) "Azə rbaycan mahallarından olan" Dvin şəhərini (Dvin min amal
Azərbaycan) mühasirəyə alırlar. Şəhərin mühasirəsi başlandığı vaxt əhali atabəy
Əbu Bəkrə kö mə k üçün müraciət edirlər. Lakin gürcülərin təhlü kəli o lmaları
barədə əmirlərin xəbərdarlığına baxmayaraq, Əbu Bəkr mühasirədə qalan lara
yardım göstərməkdən boyun qaçırır.
Hə min va xt Əbu Bəkr, ü mu miyyətlə, dövlət işlərinə qarışmır, qoşunun
təchizatı qayğısına qalmır, ayılmaq bilməyən sərxoşa oxşayırdı. Əhali sərhəd
dairələrinə soxu lmuş gürcü dəstələrinə qarşı yardım üçün ona müraciət edərkən,
Atabəy buna heç bir əhəmiyyət vermir "və özünü elə aparırdı ki, guya bunların ona
heç bir dəxli yo xdur"
2
.
Əbu Bəkrdən yardım almayan Dv in əhli gürcülərin təzy iqi qarşısında
davam gətirməyərək şəhəri təslim etməyə məcbur o lur. Gürcülər Dvin i qarət edir.
orada elə qırğın törədirlər ki, "bürün bunlardan insan bədənində tüklər ürpəşirdi"
3
.
Gü rcülərin Dvini tutduğunu bilən və onlann ölkənin içərilərinə
soxulacağından qorxan Əbu Bəkr Naxçıvandan Təbrizə yola düşür. Burada
Xarəzmşah Təkişin İraqı tərk edərək, ölkənin idarə olun masını Əbu Bəkrə
tapşırmaq qərarı haqqında məktubunu ona çatdırırla r. İran İraqında Cahan
Pəhləvanın ölümündən qabaq ölkənin vilayətlərini iqta sifəti ilə paylamış
məmlü kləri hakimiyyət sürürdü. Bu hakimlər heç bir hökmdarı tanımaq istəmir və
Xarəzmşah Əbu Bəkri onlara qarşı yönəltmək istəyirdi.
Xarəzmşah Əbu Bəkrə yazır: "Biz oğlu muz Əbu Bəkri salamlayır, onun
səhhətini və kefın i xəbər alırıq. O bilməlidir ki, Xarəzmdə bizi mühüm işlər
gözləyir. Biz Həmədanı tərk edərək onun idarəsini öz oğlumuzun himayəsinə
veririk". Lakin Əbu Bəkr Xa rə zmşahın görüşünə getməkdən boyun qaçırır və ona
belə cavab verir: "Mən kafirlərlə (yəni gürcülərlə - Z.B.) həmsərhədəm, bu işlərə
hazırda qarış maq imkanı yo xdur. Mən qardaşım Özbəki yanımıza göndərərəm"
4
.
Özbək Həmədana gəlir
5
, Xarəzmşah Təkiş onu böyük hörmətlə qəbul edib,
hakimiyyəti ona tapşırır. Hakimiyyət işlərini ö z nəzarəti altına görürən Məlik əl -
üməra Cəmaləddin Ay-Aba Özbəkin müdəbbiri o lur
6
.
Hic ri 591 (1195)-c i ildə, Xarə zmşah Təkiş Xarə zmə getdikdən sonra, Cahan
Pəhləvanın məmlükləri İraq əmirlərin in bəziləri ilə saziş bağlayır və Xarəzmşahla
mübarizəyə giriş mək qərarına gəlirlər. Bu ittifaqın başında məmlü k əmir İzzəddin
1
T acidarların tarixi və mədhi. Səh.66.
2
İbn əl-Əsir IX, səh.260; əl-Hüseyni, vər.l07a.
3
İ İbn əl-Əsir IX, səh.260; əl-Öməri, səh.l 14-115; Vardan, səh.169; Əbül-Fida, III, səh. 104-105.
4
Ravəndi, səh.357.
5
Cüveyniyə görə (I, səh.308), Özbək Azərbaycandan öz qardaşının əlindən qaçır.
6
Ravəndiyə görə (səh.358-359), müdəbbirin adı Nurəddin Ay-Aba idi.
88
Əbül-Mü zəffər Gögcə ibn Əbdüllah ət-Tü rki durur
1
. Onun tərəfdarları Reyi və
onun nahiyələrin i tutduqdan sonra xarəzmilərin qoşun hissələrini qovmaq üçün
İsfahana hərəkət edir. Lakin İsfahana yaxın laşdıqda onlar öyrənirlər ki,
məmlü k Seyfəddin Toğrulun başçılıq etdiyi xəlifə ən-Nasirin qoşunları xarəzmiləri
şəhərdən qovub çıxarmışdır. Birgə hərəkət barəsində sazişə girərək, hər iki
məmlü k xarəzmiləri təqib edir və tezliklə İran İraqın ı bütövlükdə ələ keçirirlər.
Rey və nahiyəsi, Savə, Qu m, Kəşan və nahiyəsi Gögcənin hakimiyyəti, İsfahan,
Həmədan, Zəncan və Qəzvin isə xəlifənin hakimiyyəti altına keçir. Xəlifə ən -Nasir
Gögçəyə mənşur göndərərək zəbt etdiyi şəhər və vilayətlərin onun hakimiyyəti
altında qalmasını təsdiq edir və şərt qoyur ki, bu vilayətlər rəs mən Gögcəyə tabe
olsalar da, on ların gəliri xəlifə xə zinəsinə daxil o lacaqdır. Beləliklə, Gögcənin
nüfuzu artır, qoşunun sayı çoxalır və zəbt etdiyi vilayətlərdə onun hakimiyyəti
bütün hakimlər tərəfındən tanınır"
2
.
Özbəkə xid mət etmək üçün qoşunla gəlmiş müdəbbir Cəmaləddinin
yeznələri hicri 593-cü il rəbiü ləvvəl ayının 6-da (27.01.1197) Həmədanın idarə
olunmasını öz əllərilə alırlar
3
. Xəlifə ən Nasir Özbək və onun atasının keçmiş
qulamı Gögcə arasındakı münasibətlərin gərgin liy indən istifadə edərək, Özbəki
güzəştlər hesabına da olsa, öz tərəfınə çəkmək qəranna gəlir. Bu işdə xəlifə özü
üçün böyük mənfəət güdürdü. Çünki "qəyyumluğu altında olanları" zəif salır və
onların arasındakı ədavətdən istifadə edərək öz ərazisinə yeni torpaqlar əlavə edə
bilərd i.
Hic ri 593-cü ildə Əyyubilə rin görkə mli sərkə rdələrindən ə mir Əbül Hayc
əs-Samin (Tosqun) Bağdada gəlir. Onun iqta malikanəsi bu vaxt Əyyubilər
tərəfindən geri alın mış, özü isə Bağdada qaçmışdı. Xəlifə ona Həmədana hücuma
hazırlaş mağı əmr verir. Onun qoşunları Həmədana yaxınlaşanda Özbək də öz
ordusu ilə onlara qoşulur. Hərbi müşavirə zamanı Özbək Əbül Haycın təklifi ilə
razılaşmır. Əbül Xayc Özbəkə qarşı çıxır və onu əsir alır. Bundan xəbər tutan
Xəlifə Özbəkin təcili azad olunması əmrini verir və ona fəxri geyim (xələt) və qızıl
qılınc göndərir. Əbül Xayc işin belə şəkil aldığ ını görərək qorxur, ordusunu tərk
edərək İrbilə qaçır və bir az keçmədən orada ölür
4
.
Özbəkin müdəbbiri Cəmaləddin Ay-Aba bu hadisələrdən sonra xəlifə
qoşunlarına etibar etmir, Həmədanda vəziyyəti laxlamış Özbək isə qardaşı Əbu
Bəkrdən kö mək ahnaq niyyəti ilə Azərbaycana yollanır
5
. Hicri 593-cü ilin rəcəb
ayında (20.05-18.06.1197) o, Əbu Bəkrin əmirləri Bəhaəddin Sunbat, Şişak və
Nəsirəddin Ağ Quşla birlikdə Həmədana qayıdır. Həmədan vilayətinin
1
İbn əl-Füvati, IV/I, səh.283-284; Başqa mənbələrdə məmlük Nurəddin Gögcə adlanır.
İbn əl-Əsir IX, səh.234; İbn Səi, IX, səh. 125; İbn əl-Füvati, IV, səh.283-284; Rəşidəddin, 1/2,
səh.141. Müq. et: Defremeri, səh. 152; I.Kafesoğlu, səh.138.
3
Ravəndi, səh.358.
4
İbn əl-Əsir, IX, səh.237; Ravəndi, səh.359.
5
Ravəndi, səh.360.
Dostları ilə paylaş: |