Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə41/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   37   38   39   40   41   42   43   44   ...   103

85 
 
müdafıə  oluna  biləcəklərindən  özlərini  məhru m  edərək,  ço x  tələsik  onlara  qarşı 
çıxmışlar"
1

Şamxor ətrafındakı vuruşda atabəy Əbu Bəkr  məğ lub olur, Şamxor və ətraf 
şəhər  və  qalalar  Əmir  Əmiranın  hakimiyyətinə  tabe  edilir
2
.  Əbu  Bəkr  Bey ləqan 
tərəfə çəkilir, orada Əmir Əmiran ın qoşunları "torpağm daraldığı, havanın isə sanki 
boğunuqlaşdığı"  vaxt  Atabəyin  ordusu  ilə  qarşılaşır.  Qanlı  vuruşma  nəticəsində 
Əbu  Bəkr  yenidən  darmadağın  edilir,  Atabəyin  özü  isə  atdan  yerə  salınır. 
Qardaşının qulamlarından biri ona yaxınlaşıb öldürmək  istəyir, lakin Atabəy özünü 
ona  nişan  verir  [tanıtdırır].  Qulam  atabəyi  müşayiət  etməyə  razılıq  verir  və  onlar 
döyüş meydanını tərk edib, bir müddətdən sonra Naxçıvana çatırlar
3

Beyləqan  ətrafındakı  döyüşdən  sonra  gürcü  qoşunları  David  Sos lanın 
başçılığı  ilə  Gəncəyə  yürüş  edir.  Əmir  Əmiran  Gəncə  əhlindən  şəhərin  təslim 
edilməsin i tələb edir. Ona belə cavab göndərirlər: "Sən buraya tək gəlmiş olsaydın, 
biz şəhəri sənə təhvil verərd ik.  Lakin sən kafırlər yığnağı  (küffar) ilə gəlmisən və 
biz qorxuruq ki, şəhəri sənə təslim versək,  kafırlər sənə  xain çıxar və şəhərə sahib 
durarlar.  O  zaman  biz  öz  uşaqlarımızla  bərabər  əsir  düşəcək,  bizim  ərlərimiz  və 
ailələrimiz  qılıncdan  keçiriləcəkdir.  Buna  imkan  verilərsə,  bu  hüdudlarda  (saqr) 
islam  ölkəsindən  onların  əlinə  keçməmiş  heç  bir  şəhər  qalmaz.  O  zaman  onların  
üzərində günəş parladığı halda
4
, islamın sütunları dağılar və zülmətə qərq olar".  
Gəncə  əhalisi  şəhəri  təslim  etmir,  həm  də  Şamxor  və  Beyləqan  ətrafındakı 
məğ lubiyyətdən  sonra  Əbu  Bəkrin  qoşunlarının  bir  hissəsi  Gəncədə  sığınacaq 
tapmışdı.  Belə  olduqda  Əmir  Əmiran  hiyləyə  əl  atır.  O,  gürcüləri  şəhərdən 
qoşunlarını geri çəkməyə razı salır və onlara aşağıdakı təklifı ed ir: "Mən Gəncəyə 
girərəmsə,  orada  sizin  hökmran lığ ınız  yaranacaq,  xərac  sizə  veriləcək,  şəhərin 
gəliri  sizə  çatacaqdır.  Əgər  biz  Gəncəni  q ılınc  [gücü  ilə]  zəbt  edə  bilməy ib  geri 
çəkilsək,  o  zaman  onlar  mənim  qardaşımı  çağırıb,  şəhəri  ona  təhvil  verəcəklər. 
Şəhərdə mənim olmağ ım, qardaşımın o lmağından sizə daha sərfəlidir"
5

Gü rcülər  Əmir  Əmiranın  qarşısında  şərt  qoyurlar  ki,  onunla  birlikdə 
müşavir sifətilə bir neçə gürcü sərkərdəsi də şəhərə daxil o lsun. Bu şərtdən xəbər 
tutan  Gəncə  əhalisi  belə  cavab  verir:  "On lardan  bir  neçə  nəfərin in  səninlə  birgə 
gəlməsinin  eybi  yoxdur.  On ların  hiyləgərliy inə  biz  [qabaqcadan]  bələdik,  xain lik 
və  yamanlıqlarından  özümüzü  qoruyacağıq".  Əmir  Əmiran  öz  qoşunu,  üç  nəfər 
gürcü  və  yaxın  adamları  ilə  birlikdə  Gəncəyə  daxil  o lurlar.  Saraya  gələn  kimi 
                                                                 
1
 T acidarların tarixi və mədhi, səh.60; bax: A.Abdaladzə. səh.l 14 -118. 
2
 T acidarların tarixi və mədhi, səh.59-62. 
3
  Bu  vuruş  haqqında  daha  müfəssəl  məlumat  üçün  bax:  əl-Hüseyni,  vər.  105b-106a.  Gürcü 
salnaməsi  isə  əksinə  xəbər  verir:  Əbu  Bəkr  Əmir  Əmiran v ə  I  Axsitanın  üzərinə  hücuma  keçir, 
onları  Beyleqan  darvazaları  yanında  darmadağın  edir  və  Arrandan  qovur  (T acidarların  tarixi  və 
mədhi, səh.57). 
4
 Əl-Hüseyni, vər. 106a. 
5
 Əl-Hüseyni, vər,106a. 


86 
 
onlar  vaxtilə  Sultan  Məhəmməd  Təpərin  təsis  etdiyi  sultanlıq  taxtına  Əmir 
Əmiranı ofurdurlar
1

Gəncənin təslimi barəsində gürcü rəvayəti bir qədər başqadır. David Soslan 
şəhərə yaxınlaşdığı  zaman "onu qarşılamağa şəhərin adlı-sanlı əh li və baş tacirlər, 
qazı və fəqih lər (hüquqşünaslar) çıxd ılar. On lar d iz çökərək  Davidə baş əyir, ona 
əhsən  oxuyur,  göz  yaşları  içərisində  ona  yalvarır,  özlərini  və  uşaqlarını  ona 
tapşırırdılar.  Çarın  qarşısında  şəhər  darvazaları  açılır  və  sultan  sarayının  qapısı 
ağzına  qədər  qiy mətli  parçalar  döşənir  və  onun  üstünə  qızıl,  gümüş,  dirhəm  və 
dinar səpilir. Saraya daxil olub, o, sultan taxtında əyləşir"
2

Gəncənin  fəthi  münasibəti  ilə  Dav id  Soslanın  təşkil  etdiyi  qəbulda  çariça 
Tamar da  iştirak edirdi. Əmir  Əmiran  Ömər və  Şirvanşah I Axsitan öz yerlərində 
oturdu  və  gürcü  sarayı  çox  razı  qalmışdı  ki,  Dav id  Soslan  atabəy  Cahan 
Pəhləvanın oğlunu vassal sifətilə özünə tabe etmişdi
3

Gü rcü  qoşunları  Gəncədən  çıxdıqdan  sonra  şəhərdə  qalan  Əmir  Əmiran 
şəhərin müsəlman əhalisini sıxışdırmağa başlayır,  xaçpərəstləri  isə himayəsi altına 
alır
4
.  Buna  görə  də şəhər  əyanları  onu  öldürür.  Əl-Hüseyni  qeyd  edir  ki,  gürcülər 
çıxıb getdikdən sonra Əmir  Əmiran Ömər "22 gün yaşadıqdan sonra ölür"
5
.  Gürcü 
salnaməsi bu barədə başqa cür məlu mat verir: "Sabiq atabəy Əbu Bəkr Naxçıvanda 
gizlənərək,  b irisinə  ço xlu  qızıl  verəcəyin i  vəd  və  öz  qardaşı  Əmir-M irmanı 
öldürməyi tövsiyə edir. Sonuncuya gizlincə öldürücü zəh ər verilir və o xəstələnir"
6

xəstələnir"
6

Gəncə  əhalisi  təcili  Əbu  Bəkrin  yanına  elçi  göndərib  tezliklə  şəhərə 
gəlməsini  xahiş  edirlər.  Əbu  Bəkr  gəldikdə  "Əmir-M irman ın  əsgərləri  onunla 
vuruşur,  lakin  b ir  hissəsi  qırılır,  bir  hissəsi  isə  qaçmağa  məcbur  olur.  Əbu  Bəkr 
gəncəlilərdən  tabe  olacaqları  barədə  söz  alıb,  Gəncədə  öz  mövqeyini 
möhkəmləndirir. Bununla belə orada ço x qalmaqdan qorxaraq, tezliklə şəhəri tərk 
edir
7

Müttəfıqlərin in  ölü münü  və  Gəncənin  Əbu  Bəkr  tərəfindən  zəbt 
olunduğunu  eşidən  gürcü  qoşunları  İvane  M xarqrdzelinin  başçılığı  ilə  Gəncəyə 
hücum çəkir. Şəhərin  mühasirəsi 25 gün davam edir.  Çariça Tamar da buraya gəlir 
və "Şirvanşah xid mət etmək üçün onun qarşısına çıxır".  Lakin gürcülər şəhəri ala 
bilmir,  mühasirəni götürür və Naxçıvana tərəf hərəkət edirdilər. On lar  Şirvanşah I 
                                                                 
1
 Ən-Nəsəvi, səh.286. 
2
 T acidarların tarixi və mədhi. Səh.62. 
3
 Yenə orada, səh.63. 
4
 Киракос Гандзакеци, стр. 94-95. 
5
 Əl-Hüseyni, vər. 106b. 
6
 T acidarların tarixi və mədhi, səh.65. 
7
  T acidarların  tarixi  və  mədhi,  səh.65;  əl-Hüseyniyə  görə  (vər.  107a):  "Əbu  Bəkrşəhər  işlərini 
səhmana saldıqdan və şəhəri oğlu əmir... tapşırdıqdan sonra Naxçıvana qayıtdı". 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə