Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə43/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   39   40   41   42   43   44   45   46   ...   103

89 
 
hakimiyyəti  Gög-cəyə tapşırılır, o da əhaliyə ağlagəlməz əzab lar verir
1
.  Gögcənin 
şüarı "Allah və Qılınc" olur.  Vergi verən lər silkinə ö z  münasibətini dəyiş məyi və 
ya tutduğu vəzifədən əl çəkməyi təklif etdikdə o deyir: "Mən qılıncı ö z əllərimlə 
yerə qoymayacağam"
2
.  Gögcənin özbaşınalığ ı həddini aşdığından əmir Bəhaəddin 
Sunbat  atabəy  Əbu  Bəkrin  yanına  gələrək,  Həmədanda  yaranmış  vəziyyət 
barəsində ona məlu mat verir. Atabəy Əbu Bəkr ö z canişini və Özbəkin vəziri sifəti 
ilə  qazı  İbn  Zeynəddini  Həmədana  göndərir,  o  da  kara  gəlməz  hakim  çıxır.  O, 
özünü  "əmirlər  hökmdarı  və  vəzirlər  ağası"  (məlik  əl-üməra  və  seyyid  əl-vüzərd) 
adlandırır,  ke f  məclisləri  və  qəbullar  düzəltməklə  məğul  o lur.  Buna  xəzinə 
pullarını xərcləyirdi
3

Bu zaman Xarəzmşah Təkiş ölür və Xarəzmşahlar dövlətinin taxtına sultan 
Əlaəddin Məhəmməd (1200-1220) sahib olur. 
Yeni  Xarəzmşahın ölkən in da xili işləri  ilə  məşğul olmasından istifadə edən 
İraq əmirləri bir neçə Xarə zm qoşun dəstələri üzərinə basqın edir və onları ölkədən 
qovur. Bu işdə Özbək və  Gögcə xüsusi fəallıq  göstərirlər. Tezliklə Azə rbaycandan 
buraya atabəy Əbu Bə kr də gəlib çıxır. O,  Hə mədanı  Özbəkə tapşırır, İsfahanı ö z 
ərazisinə qatır. Reyi nahiyələri ilə birlikdə  Gögcənin sərəncamma verir və beləliklə 
İran İraqın ın torpaqlarının rəsmi paylan masının qanuniləşdirir
4

Torpaqlan  əlinə  keçirdikdən  sonra  Gögcə  atabəy  Əbu  Bəkrə  qarşı  qaba 
rəftar  edir  və  özünü  müstəqil  apararaq  daima  deyird i:  "Mən  heç  bir  atabəy 
tanımıram".  Gögcə qüvvətli və cəsarətli idi, öz qoşunu da var idi. Nə Əbu Bəkr, nə 
də  Özbək  atalarının  məmlü künün  özbaşınalığın ı  məhdudlaşdırmaq  barəsində 
düşünmək  belə  istəmirdilər.  Bir  dəfə  Gögcə  deyir:  "Səlcuq  nəsli 
nümayəndələrindən Toğrul və  Səncərin hökmranlıq və ağahğı qalmadı və tale yer 
üzünə  Xarəzmşahı  göndərdi.  Eldənizlərdə  də  hökmran lıq  qalmasa,  buna  heç  də 
təəccüblənmək  lazım  deyil.  Əgər  onlar  (eldənizlər)  mənim  qılıncın ı  gücünə  zəbt 
olunmuş  torpaqları  mənə  versələr,  əla  o lar,  mənə  artıq  heç  nə  lazım  deyil! 
Verməsələr, görülməyəcək dərəcədə elə müsibətlər törədəcəyəm ki, ondan sonra nə 
olur  qoy  olsun!  Mən  ədaləti  bərqəra r  et mə k  istəmişəm  və  üzü mü  xeyirxah lığa 
çevirmişəm. Bəlkə də, Allah mənim üçün tac və taxt hazırlamışdı!"
5
 
Atabəy  Əbu  Bəkrin  başı  içki  və  kef  məclislərinə  qarışdığından  onun 
vəzifəsini  ölkənin  əsil  sahibi  kimi  hərəkət  edən  Cəmaləddin  Ay -Aba  aparırdı. 
Gögcənin  vəziyyəti  günü-gündən  möhkəmlənird i,  Əbu  Bəkrin  məmlükə  qarşı 
çıxara  biləcək  qoşunu  yox  idi,  ona  görə  də  o  deyirdi:  "Biz  Gögcə  ilə  müharibə 
                                                                 
1
 Yenə orada. 
2
 Yenə orada. 
3
 Yenə orada. Səh.361. 
4
 Ravəndi, səh.369. Müq. et: İ.Kafəsoğlu. səh. 147. 
5
 Ravəndi, səh.369-370. Müq. et: İ.Kafəsoğlu, səh.147. 


90 
 
aparmayacağıq.  Əgər  şahzadə  Özbək  onunla  əlbirdirsə,  onda  biz  fikirləşərik. 
Yo xsa, Gögcə kimd ir ki?"
1
 
Əbu Bəkrin  zəifliy ini İraq əmirləri də hiss edirdi,  Gögcənin durmadan artan 
qüdrətini görərək ona yaltaqlanır və deyirdilər: "Atabəyin sənə qarşı çıxara biləcək 
qüvvəsi  yoxdur.  Sən  ona  üsrün  gəlmisən,  hakimiyyəti  əlinə  al,  İraq  sənin 
əlindədir"
2
. Atabəy Əbu Bəkr  Hə mədandan İsfahana köçür, ordu sunun çox h issəsi 
Gögcənin  tərəfinə  keçir  və  o,  təntənəli  surətdə  Həmədana  daxil  o lur.  Əbu  Bəkrə 
gəldikdə isə o, tamamilə Azərbaycana çəkilir.  Bu zaman onunla qalan İraq əmirləri 
də ona xain çıxırlar: onlar öz qoşunları  ilə bərabər  Gögcənin tərəfinə keçirlər.  Əbu 
Bəkrin Azərbaycana köçməsin i məzəmmət edərək Ravəndi təəssüflə yazırdı: "Əgər 
mən desəm  ki, bu hərəkət ağıldan, dərrakədən, bilikdən,  məhəbbətdən, rəğbətdən, 
hökmranlıqdan  və  tabeçiliy ində  olan  torpaqlara  münasibətdən  kənardır,  onda  da 
mən heç nə deməmiş kimiyəm. O, ağzına qədər var-dövlətlə dolu və əmin-aman lıq  
qazanmış  ölkəni  ən  alçaq  adamlann  ixtiyarına  verdi.  Menqli  Yavaş,  Çaqan  və 
başqaları sultan taxt-tacına sahib oldular. Bu adamların caniliy ini necə təsvir edim? 
Vəzir  rütbəsini,  əmir  vəzifəsini  elə  adamlar  tutmuşlar  ki,  onların  adlarını  belə 
çəkmək  eybdir"
3
.  Təsvir  olun muş  hadisələrin  şahidi  olan  Ravəndi  bu  sözlərlə 
əsərinin tarixi hissəsini sona çatdırır. 
Hic ri  600  (10.09.1203-28.08.1204)-cü  ildə  Gögcənin  hakimiyyətinə  qarşı 
Cahan  Pəhləvanın  başqa  bir  məmlü kü  -  Şəmsəddin  Aydoğmuş  çıxış  edir. 
Aralarında  gedən  döyüşdə  Gögcə  öldürülür,  Aydoğmuş  Rey,  Həmədan  və  əl-
Cibəli tutur. Onunla birgə çıxış edən şahzadə Özbək həmin  torpaqların  hakimi elan 
edilir, la kin dövlətdə bütün işlərin "başçısı" (müdəbbiri)  mə mlük Aydoğmuş olur. 
İbn  əl-Əsir  Aydoğmuşu  cəsur  cani,  öldürdüyü  Gögcəni  ədalətli  və  gözəl  insan 
adlandırır
4
.  Onun  əksinə  olaraq  Ravəndi  yazır  ki,  "İraqda  bir  az  xey irxahlıq  və 
zənginlik  qalmışdırsa,  o  da  ölkədə  ədaləti  bərpa  edən  və  dövlətdə  işləri  nizama 
salmaq qayğısını çəkən Aydoğmuşun sayəsində olmuşdur"
5

Hic ri  601  (29.08.1204-17.08.1205-ci  il)-c i  ildə  gürcülər  A zərbaycana 
basqın  edir.  Onlar  "burada  xeyli  zorakılıq,  viranəçilik,  soyğunçuluq  törədir  və 
çoxlarını  əsir  aparırlar"
6
.  Sonra  onlar  Xilat  və  Malazgirdə  yürüş  edir  və  bir 
müddətdən  sonra,  həmin  ildə,  yenidən  Xilata  və  Ərcişə  soxulurlar.  Burada 
gürcülərlə  yerli  hakimlərin  qoşunları  arasındakı  vuruş  gürcü  ordusunun 
                                                                 
1
 Ravəndi, səh.370. 
2
 Yenə orada. 
3
Ravəndi, səh.370-371. 
4
 İbn əl-Əsir IX, səh. 265; Əbül-Fida, III, səh.105; İbn əl-Vardi, II, səh.175. 
5
 Ravəndi. Səh.372; İbn İsfəndiyar, II, səh.169; Əbül-Fida, III, səh.105; həmçinin bax: Defremeri. 
Səh.156-157. 
6
 İbn əl-Əsir IX. səh.269. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə