76
əyyaşlıq hökm sürür, o, vaxtının ço xunu qulam və kənizlərin əhatəsində keçirir,
onu nadir halda ayıq görmək olard ı
1
.
İnanc xatın və onun yaxın adamları Qızü Arslandan ehtiyat etməyə
başlayırlar. Qızıl Arslan da İnanc xatına şübhə ilə yanaşırdı. Çünki o, qardaşı
oğlanları Qutluq-İnanc Mahmud və Əmir Əmiran Ömərin tərə fdarları olan
məmlü kləri ö z tərəfınə çəkmək xatirinə İnanc xatınla evlən mişdi. İnanc xatın Qızıl
Arslandan narazı o lanların hamısını ö z tərəfınə çəkmək üçün razılıqların ı almaq
qərarına gəlir. Bir neçə əmiri ö z yanına çağ ıraraq, onlara deyir: " Biz sultan
Toğrulun əleyhinə çıxmaqla ona qarşı ədalətsiz hərəkət etmişik. İndi artıq heç kəs
bizə heç vaxt inanmayacaq. Kainatın sultanı Qızıl Arslan bizim axırımıza çıxana
qədər biz onunla haqq-hesabımızı çürütməliyik. О, artıq mü xtəlif dövlət
rütbələrində bizim adamları ö z qulamları ilə əvəz etməyə başlamışdır"
2
.
Qızıl Arslan əleyhinə sui-qəsd hazırlanır və hicri 587-ci ilin şaban ayında
(24.08-21.09.1191) o, adəti üzrə keç ird iyi ke f məc lislərinin birindən sonra Sultan
Müzəffərəddin Abdulla Əbu Səid Qızıl Arslan ibn Eldəniz, atabəy əl-İraq i öz
yatağında öldürülür.
Müəlliflərin bəzisi yazır ki, Qızıl Arslan yuxuda olarkən, mühafizəçilər onu
tək qoyub getdikdən sonra, boğulub öldürülür və onun qatili öz qvardiyaçılarından
biridir
3
. Ehtiyat üçün onun yataq otağının keşiyini çəkən qarovulçunu edam
edirlər. Başqa mənbələrdə deyilir ki, Qızıl Arslanın qatili öz arvadı İnanc xatındır
4
.
Eyni zamanda xəbər verilir ki, o, boğulmayıb, 15 bıçaq yarasından ölmüşdür
5
.
Ravəndi deyir ki, İnanc xatın və tərəfdarları Qızıl Arslanı öz çadırında, kefdən
sonra yatdığı za man öldürmüşlər
6
. Bəzi salnamələrdə deyilmiş bir fərziyyə də
həqiqətə uyğundur. Orada deyilir ki, Atabəy ismaililər tərəfındən qətl
olunmuşdur
7
. "Adamlar [bu] qətli onunla əlaqələndirirlər ki, bu hadisəyə yaxın
[zamanlarda] o, fanatik dini ədavət ucundan İsfahan bazarında şəfii imamı
Mütəllib in məşhur adamlarından bir neçəsini dar ağacından asmış, ona görə də
imamın tərəfdarla rı tərəfindən qətl edilmişdir"
8
.
Cahan Pəhləvanın oğlanları.Məmlüklər.
Xəlifə ən-Nasir və XarəzmĢah TəkiĢin hərəkətləri
1
Əl-Hüseyni,vər.l02b.
2
Ravəndi, səh.333; Yəzidi, səh.I72; müəllifı naməlum "Oğuznamə", səh.79.
3
İbn əl-Əsir, IX, səh.218; əl-Bundari, səh.302; İbn Xəllikan, III, səh.362; əl-İsfahani, əl-Fəth,
səh.575; Yəzidi, səh.172; əl-Beydəvi, səh.74; Əbül-Fida, IV, səh.116;İbn Xaldun, V, səh. 180-181;
Xondəmir (II, səh.535) yazır ki, atabəy və Sultan Qızıl Arslan şəvvalda öldürülmüşdür.
4
Sibt ibn əl-Cövzi, VIII, səh.406.
5
Nişapuri, səh.89.
6
Ravəndi, səh.333; Apa6cкий аноним, D-173, vər.674b.
7
Əl-İsfahani, əl-Fəth, səh.575; İbn əl-Vərdi, II, səh.149; T acidarların tarixi və mədhi, səh.56.
8
Raşidəddin 1/2, səh.104.
77
Sultan və atabəy Qızıl Arslan öldürülən kimi Cahan Pəhləvanın dul qalmış
arvadlarından Qüteybə xatm (Nüsrətəddin Əbu Bəkrin anası) Qızıl Arslan ın
barmağ ından sultan ünvanı və nişanı olan üzüyü çıxarıb, ö z oğluna verir və deyir:
"Get, A zərbaycan və Arran hakimiyyətini [ö z əlinə] al"
1
. Həmin gecə Əbu Bəkr
Azərbaycana yola düşür, tezliklə Naxçıvana, Şəmsəddin Eldənizin hakimiyyəti
dövründən Azərbaycan Atabəylərinin tabeliyində o lan torpaqlardan yığılmış
vergilərin toplandığı Əlincə qalasına gəlir. Qala bütün xəzinələrlə birlikdə Cahan
Pəhləvanın o biri du l arvadı - Zah idə xatının sərəncamında id i
2
.
Əbu Bəkr qalanı və xəzinəni zəbt edir. Bütün yerli hakimlər onun
hakimiyyətini qəbul edib tanıyır
3
. O, "bir şəhərdən başqa şəhərə gedir, hamı ona
tabe olur, [beləliklə] bütün Azərbaycan və Arranı tutur. Qoşunlar onun ə trafına
toplaşır və o, atasının və babasının yerində bərqərar olur
4
.
Həmədan və ətraf vilayətlərdə hakimiyyəti İnanc xatının oğlanları
Fəxrəddin Qutluq-İnanc Mahmud və Əmir Əmiran Ömər zəbt ed ir. İnanc xatının
özü Reydə qalır
5
.
Beləliklə, dövlət Cahan Pəhləvanm oğlanları arasında bölünür. Lakin bu
bölgü qəti deyildi, yeni daxili mübarizə təhlükəsi sovuşmamışdı.
Bu zaman Cahan Pəhləvanın görkəmli silahdaşlarından onun məmlü kü
Mahmud Anas oğlu öyrənir ki, mərhu m sultan və atabəy Qızıl Arslan öz qardaşı
oğlanları və onların anaları İnanc xatın la birlikdə həbsdə olan Sultan III Toğrulu
öldürmək üçün sui-qəsd hazırlamışdır. Mah mud Anas oğlu Qızıl Arslanın ölü münə
baxmayaraq, sui-qəsdin baş verəcəyindən ehtiyat edərək qətlin qarşısını almaq
qərarına gəlir. O, qalanın valisi ilə danışıb razılaşaraq, Sultan Toğrulu həbsdən
azad edir. Bu, sultandan əmir Mahmudun rəsmi qəbullar əmiri, qala valisinin isə
əmir hacib rütbəsinin alacaqları barəsində razılıq ald ıqdan sonra baş verir
6
.
İki il qalada məhbus qaldıqdan sonra sultan III Toğrul h icri 588-ci ilin
rəbiəs-sani (16.04-14.05.1192) ayında azadlığa çıxır
7
və beş yüz süvari ilə Təbrizə
basqın edir, lakin əhali şəhəri tutmağa ona imkları vermir
8
. Atabəy Əbu Bəkr
mühasirədə qalan əhalinin kö məyinə gəlir və III Toğrul döyüşə giriş mədən öz
qoşununu Zəncan tərəfə çəkir. Burada Zəncan hakimi İl-Kəfşut 8 minlik ordu ilə
ona qoşulur və III Toğrul İraqa tərəf yeriy ir.
1
Ravəndi, səh.333; əl-Bundari, səh.302; əl-İsfahani, əl-Fəth, səh.575; İbn İsfəndiyar, səh.254;
müəllifı naməlum "Oğuznamə", səh.80.
2
Əl-Hüseyni, vər.l02b.
3
Ravəndi, səh.333-334; müəllifi naməlum "Oğuznamə", səh.80; Арабский аноним, D-174,
vər.674b.
4
Əl-Hüseyni, vər.l02b-103a; əl-Bundari, səh.302.
5
Əl-Hüseyni, vər.l03a; əl-Bundari, 302; Tacidarların tarixi və mədhi, 56; Müəllifı naməlum
"Oğuznamə", səh.80; Арабский аноним, D-173, vər.674b.
6
Əl-Hüseyni, vər.l03a.
7
İbn əl-Əsir, IX, səh.224, 230.
8
Əl-Hüseyni, vər.l03a; əl-İsfahani, əl-Fəth, səh.575; Арабский аноним, D-173,vər.674b.
Dostları ilə paylaş: |