Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə34/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   30   31   32   33   34   35   36   37   ...   103

70 
 
sapmışdılar,  onların  hamısın ın  İraqda  başlıca  məqsədləri  tamah karlıq  o lmuşdur. 
Onlar  qalaları  zəbt  edir,  talançı  və  satqın  adamlar  üçün  qapıları  açırdılar.  20  il 
ərzində bu ixtilafların sayı və bu bədbəxtliyin mahiyyəti gündən -günə artırdı"
1

İnanc  xatın ın  inadkarlığına  baxmayaraq,  əmirlərin  əksəriyyəti  bu  qərara 
gəlirlər  ki,  Cahan  Pəhləvanın  varisi  onun  qardaşı  Qızıl  Arslan  Osman  olmah lıdır. 
Əmirlər  ö z  sədaqətlərini  Qızıl  Arslana  bildirdilər  və  ondan  xahiş  etdilər  ki, 
Həmədana gəlib dövlətin idarəsini öz öhdəsinə götürsün. 
Sultan  III  Toğru l  anlayırdı  ki,  əmirlərin  əksəriyyətinin  sədaqətinə  əmin  
olmadan Qızıl Arslana qarşı heç bir əks tədbir görə b ilməyəcəkdir. Eyn i zamanda o 
qorxu rdu  ki,  Qızıl  Arslan  onun  üzərinə  qoşun  çəkərsə,  asanlıqla  sultanı  taxtdan 
sala bilər. Sərcahan qalasında həbsdə olan şahzadə Məhəmməd  ibn II Toğru lu, ya 
da  adı sultan  kimi  iki  dəfə  xütbələrdə  o xun muş  və  sikkələrdə  həkk  olun muş şah -
zadə  Səncər  ibn  Süley manı  sultan  elan  edər
2
.  Ona  görə  də  Sultan  III  Toğrul  öz 
tərəfdarlarına b ild irdi ki, o, Qızıl Arslan ı atabəy təyin etmək məcburiyyətindədir və 
bu  vəzifəyə  təyin  olun ması  barəsində  ona  fərman  göndərir
3
.  On lar  Həmədanda 
görüşüb,  zahiri  də  olsa,  bir-birinə  ehtiram  göstərdilər.  Görüş  zaman ı  Su ltanın 
məmlü kü  Qara-gö zün  Qızıl  Arslanı  öldürməyə  imkanı  olur,  lakin  III  Toğrul  işarə 
ilə buna imkan vermir. Sonralar  isə buna peşman olur, çünki  Ravəndinin dediyinə 
görə,  bu  qətl  "vacib  və  yerində  olardı"
4
.  Qızıl  Arslan  bu  işdən  xəbər  tutur  və  öz 
adamlarına Qaragözün gözlərin i tökməyi əmr ed ir. 
Qızıl  Arslanın  mövqeyi  möhkəmlən ir,  ordu  onun  tərəfinə  keçir  və 
hakimiyyəti az qala əlindən çıxacaq Atabəy o dərəcədə qüvvətlənir ki, artıq  ciddi 
rəqib görmürdü. III Toğrulun vəziyyəti isə daha da səbatsızlaşır.  
Oğlanların  Qutluq-İnanc  Mah mud  və  Əmir  Əmiran  Ömərin   yüksəlməsini 
arzulayan Cahan Pəhləvanın dul arvadı İnanc xatına gəldikdə isə, təbiid ir ki, o, Qızıl 
Arslanın  mövqeyinin  möhkəmlən məsindən,  qardaşı  oğlu  Əbu  Bəkrin  əmisinin  
səviyyəsinə qalxmasından və onun iki oğlundan yüksək rütbəyə çatmasından ço x 
narazı  idi.  O,  ərin in  sabiq  məmlü kləri  Əmir  Cəmaləddin  Ay -Aba  və  Cahan 
Pəhləvanın ordu sərkərdəsi Əmir Seyfəddin  Rusla gizli danışığa girir. İnanc  xat ın  
onlara  yazır:  "Siz  necə  rəva  bilirsin iz  ki,  kənizin  oğlu  rütbəcə  mən im  oğlu mdan  
[Qutluq-İnancdan]  yüksək  vəzifə  [tutur]?  Məndə  o  qədər  pul,  xə zinə,  d inar  və  
dirhəm var ki, sizi [illər] boyu təmin edə bilərəm. Mən istəyirə m ki, siz oğlanların ı 
atlara  mindirib  mənə  çatdırasınız.  Mən  sizin  hamınızı  və  sizin le  gələnləri 
yerləşdirər və  lazımınca o qədər pul  xərcləyərəm ki, siz ağanız atabəy Pəhləvanın  
qoşunlarmı b irləşdirə biləsiniz.
5
 
                                                                 
1
 Əl-Carbazağani, səh.4-5. 
2
  Ravəndi,  səh.313; əl-Hüseyni, vər. 95  b.  Şahzadə  Səncər haqqında  İbn  əl-Fuvati  (IV/1,  səh.164) 
"divan qanunlarının və hakimlərə xidmətin bilicisi" kimi xəbər verir. 
3
 Ravəndi, səh.313; müəllifı naməlum "Oğuznamə", səh.73.  
4
 Ravəndi, səh.313. 
5
 Əl-Hüseyni, vər.98b-99a, Арабский аноним, D-173, vər.674a. 


71 
 
Əmir Ay-Aba və Əmir Rus sultanın III Toğrulun tərəfınə keçir və vəziyyət 
tezliklə  sultanın  xeyrinə  dəyişir.  Əbhər  hakimi  Bəhaəddin  əd -Dövlə,  Zəncan 
hakimi  İl-Kəfşut və Marağa hakimi  Körpə Arslan da sultana qoşulur
1
. Ay-Aba və 
Rus III Toğruldan vədə alırlar ki. İnanc xat ının oğlu Qutluq-İnanc sultanın yanında 
atabəy rütbəsini tutacaqdır
2

Əmirlərlə  bilavasitə  əlaqə  yaratdıqdan  [atabəydən  savayı]  sonra  Sultan 
qərara  gəlir  ki,  əl-qolunu  tamamilə  açmaq  və  atabəy  Qızıl  Arslanın  
hakimiyyətindən  azad  olmaq  vaxtı  çatmışdır.  Öz  qoşunlarını  və  onun  tərəfınə 
keçmiş  əmirlərin  qoşunlarını  toplayaraq  o,  h icri  583  (13.03.1187-01.03.1188)-cü  
ildə  Həmədana  yürüşədir
3
.  Şəhər  yaxınlığında  III  Toğrulun  qoşunları  Qızıl 
Arslanın  qoşunları  ilə  toqquşur  və  bir  neçə  günlük  vuruşdan  sonra  Atabəyin 
qoşunu geri çəkilir. 
Bir  müddətdən sonra qoşuna başçılıq etmək üstündə əmir Ay -Aba ilə əmir 
Rus arasında ixtilaf baş verir. Ay-Aba Sultan qarşısında rəqibin i ləkələyir, az sonra 
Rus öldürülür.  Lakin III Toğrul öz ə mirlərini yaxşı tanıdığı üçün bilirdi ki, əvvəl-
axır onlar  Qızıl Arslana qarşı törətdikləri  xəyanəti sultana qarşı da eləyəcəklər. III 
Toğrul Ay-Abaya Qızıl Arslanın üzərinə qoşun çəkmək əmrin i verir, əmir  isə əmri 
yerinə yetirməkdən imtina etdiyi üçün öldürülür
4

Bu  hadisədən  sonra  Sultanın  əmri  ilə  onun  tərəfdarları  Qızıl  Arslanla 
əlaqədar olanlara divan tutmağa başlayırlar.  Belə  ki,  III Toğrulun vəziri İzzəddin, 
Həmədanın rəisi Fəxrəddin, Qızıl Arslanın əmirləri Siracəddin Qay maz,  Bədrəddin 
Qaragöz  və  başqalan  öldürülür.  Belə  d ivantutmanı  Ravəndi  "çirkin  acizlik  və 
dövlət üçün bəd əlamət" adlandırır. Bundan sonra yerli hakimlər, xüsusən ətraf əra -
zinin hakimləri Sultanla əlaqəni kəs məyə başlayırlar
5

Atabəy Qızıl Arslan intiqam almaq üçün III Toğrulu dövlətin daxili işlərin ə 
qarışmaq  imkanından  məhru m  ed ir,  bütün  şəhərlərdə  sultan  tərəfdarlarını  həbsə 
almaq  əmrin i  verir
6
.  Eyni  zamanda  Qızıl  Arslan  yardım  üçün  xəlifə  ən-Nasirə 
müraciət  edir.  Atabəy  xəlifəyə  yazırd ı  ki,  "O  [atabəy],  bu  yüksək  sülalənin 
məmlü küdür  və  mə mlü k  oğludur  və  onun  daimi  qayğısı  zəmanəmiz  üçün  həqiqi 
nümunə  olan,  mö minlərin  Əmirin in  xeyirxah  rəğbətini  qazan maqdan  ibarət 
olmuşdur".  Bunun  ardınca  xəlifədən  kö mək  arzusunu  bildirir.  "Qoşunun 
əksəriyyəti  xaincəsinə  bizdən  üz  döndərdi  və  Rüknəddin  Toğ rulun  ardınca  getdi. 
Əgər bu bəlan ın qarşısı alın mazsa, o [elə bir] vəziyyətə gətirib  çıxara bilər ki, onun 
nəticəsi  barədə  müəyyen  söz  demək  mü mkün  olmaz  və  dövlətin  tərəfdarları  və 
onun qulları [b ir şey etməkdə] aciz qalacaqlar. Əgər  mö minlərin Əmiri Bağdaddan 
                                                                 
1
 Əl-Hüseyni, vər.99b. 
2
 Арабский аноним D-173, vər.674a. 
3
 İbn əl-Əsir IX, səh.174; əl-Bundari, səh.301. 
4
 Ravəndi, səh.317, 318; müəllifı naməlum "Oğuznamə", səh.77. 
5
 Nişapuri, səh.86. 
6
 Əl-Hüseyni, vər.99b-100a; İbn əl-Vardi, II, səh.141. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə