Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə33/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   29   30   31   32   33   34   35   36   ...   103

68 
 
məmlü kü  Siracəddin  Qay mazdır.  Onda  Cahan  Pəh ləvan  deyir:  "Qay maz  da  öz 
həyatında  elə  mərtəbəyə  çatır  ki,  şəxsi  çavuş  saxlamaq  ixtiyarındadır".  Söhbət 
etdiyi  əyana  müraciətlə  soruşur:  "Mənim  qullarım  və  onlara  verdiy im  mövqe 
haqqında nə deyə bilərsən?" Əyan cavab verir: "Qoy böyük atabəyin həyatı əbədi 
olsun:  sən öz  qullarını  elə  yüksəkliklərə  qaldırmısan  ki,  səndən sonra  onlar  sənin 
övladlarımın   heç  birinə  itaət  etməyəcək  və  heç  biri  o  birisinə  baş  əyməy əcək. 
Həmin qulların ö mürləri nə qədər davam edərsə, bir o qədər də İraq nə sülh, nə də 
sakitlik  görəcəkd ir".  Atabəyin  gözləri  yaşarır  və  o  deyir:  "Sən  haqlısan!  Artıq  nə 
etmək  olar?"  Müsahibi  deyir:  "İndi  artıq,  görünür,  yaln ız  Allahın  iradəsinə  ümid 
bəsləmək lazımd ır!"
1
 
Atabəyin  ölümündən  sonra  Xarəzmşah  və  xəlifə  ən-Nasir  sultanlığın  
torpaqlarını ələ  keçirməyə can atırlar. Halbuki  Cahan Pəhləvanın sağ lığ ında onlar 
bu  barədə  fikirləşmək  belə  istəməzdilər.  Bu  sahədə  Xarəzmşah  daha  fəallıq  
göstərirdi,  Azərbaycan  atabəylərinə  tabe  olan  əraziyə  onun  qoşunları  tez-tez 
həmləyə  keçirdi.  Bu  çətinliklərə  atabəy  Qızıl  Arslanın  hakimiyyəti  dövründə 
yenidən başlanan çəkişmə və daxili mübarizələr də əlavə olunurdu. 
Böyük  bir  dövlətin  idarə  olun masına  təkbaşına  nəzarət  edən  atabəy  Cahan 
Pəhləvanın  ölü mü  sultanlığın  hakim  dairəsində  çaşqınlığa  səbəb  oldu.  Dövlət 
əyanları və atabəyin yaxın adamları  (İnanc  xatın və onun tərəfdarları)  iki və ya üç 
ay
2
  ərzində  Cahan  Pəhləvanın  ölümünü  onun  təbəələrindən  gizləd ir,  xəstəliyi 
haqqında  xəbər  yayırdılar.  Bütün  bu  müddətdə  onlar  Cahan  Pəhləvanın  yerini 
kimin  tuta  biləcəyi  haqqında  məşvərətlər  keçirirdilər
3
.  Nəhayət,  onlar  Sultan  III 
Toğrulun  yanına  gedib,  Qızıl  A rslanın  iqta  torpaqları  sayılan  Azərbaycanı  və 
Arranı  onun hakimiyyəti  altında  saxlamağa  və  qoşunun  baş  komandanı  vəzifəsini 
də ona tapşırmağa razı salmaq qərarına gəlirlər
4

Cahan Pəhləvanın sabiq məmlü klərin in əksəriyyəti  Qızıl Arslanın tərəfındə 
idilər.  Mənbələr  Atabəylər  dövlətinin  ən görkəmli  xadimlərinin  adlarını  mühafızə 
edərək  bizə  çatdırmışdı.  On larm  arasında  rəsmi  qəbul  əmiri  (əmir-bar)  Mahmud 
Anas  oğlu,  Qəzvinin  hakimi  Nurəddin  Qara,  Nətənz  v ilayətin in  hakimi  Nu rəddin 
Qıran Xuvan, yuxarıda adını çəkdiy imiz Rey in canişini Siracəddin Qaymaz, Qarac 
hakimi  Əbu Du laf və  Fərrazinin hakimi, atabəy Cahan Pəhləvanın sabiq məlik əl-
ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin in adları vard ır
5

Cahan  Pəhləvanın  məmlüklərindən  üç  görkəmli  əmir  -  Cəmaləddin  Ay-
Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba III Toğrulun və İnanc xatının tərəfini 
                                                                 
1
 İbn İsfəndiyar, səh.151-152; Müq. et: əl-Hüseyni, vər. 104b. 
2
 Müəllifı naməlum "Oğuznamə" (səh.73): "üç-dörd ay". 
3
 Ravəndi. səh.312 
4
 Müəllifı naməlum "Oğuznamə". səh.73. 
5
 Ravəndi, səh.312, 388, 345, 379; əl-Hüseyni. vər. 103a; əl-Carbazağani, səh.428. 


69 
 
saxlay ırd ı.  Məmlüklərdən  İzzəddin  M iyak  əl-Atabəyi,  Qaragöz  əl-Atabəyi,  Bəşir 
və Sevinc-Aba da sultanın tərəfdarı idilər
1

Mənbələr  Cahan  Pəhləvanın  həm  Azərbaycan  Atabəyləri  döv lətində,  həm 
də İraq sultanlığında göstərdiyi fəaliyyət  nəticəsində məşhurlaşmış 60-70 qularının  
adını  çəkir.  Biz  "pəhləvaniyyə'''  qulamlarından  bir  neçəsinin  adını  sadalayacağıq. 
Bu  ona  görə  vacibdir  ki,  onlar  Eldənizlər  dövlətin in  taleyində  mühüm  rol 
oynamışlar.  Onlardan  bəziləri  artıq  Cahan  Pəhləvanın  dövrün də  məşhur  idilər, 
bəziləri  isə atabəy Qızıl Arslamn və Su ltan III Toğrulun ölü mündən sonra siyasət 
meydanına atılmışdılar. On ların arasında Nurəddin  Gögcə, Şəmsəddin Aydoğmuş, 
Adamış,  Nəsirəddin  Menqli,  Qay-Aba,  Seyfəddin  Oğ lamış,  Bədrəddin  Dizmari, 
Nəsirəddin  Ağ  Quş,  Qaş-Qara,  Seyfəddin  Sunqurca,  Seyfəddin,  Bəklik  əs -Sədid i, 
Buqday, İzzəddin  Balban və b.  məşhur idi.  Bu  məmlüklərin bəziləri atabəy Cahan 
Pəhləvan oğlanları Əbu Bəkr və Özbəkə, qızı Cəlaliyyəyə xid mət edird i
2

Gö ründüyü kimi Cahan Pəhləvan məmlü klər vasitəsi ilə dövləti idarə etmək 
üçün  xüsusi  sistem  yaratmaqda  öz  şəxsi  qullarımn   yardımına  arxalan mış,  eyni 
zamanda  məmlük  yu xarı  təbəqəsinin  əsasını  qoymuşdur.  Onlar  da  atabəy  Cahan 
Pəhləvanın  ölü mündən  sonra  30  il  ərzində  baş  vermiş  bütün  tarixi  hadisələrdə 
həlledici ro l oynamışlar. Bu  məmlü klər "böyük mənsəb və qüdrət sahibi olmuş və 
onun [atabəyin] ölü mündən sonra İraq ərazisini zəbt etmişlər"
3

Məmlüklər  öz  iqta  torpaq  paylarını  istədikləri  kimi  ö zbaşına  idarə  ed ir, 
sikkə kəsir, hakimlik etdikləri vilayətdə öz ad larma  xütbə o xutdururdular. Tarixçi 
Ravəndi  məmlüklərin törətdikləri qarətçiliy in, talançılığın və dağıd ıcı hərəkətlərin 
şahidi  olmuşdur.  Məmlü klər  dövlət  siyahıların ı  (reyestr)  və  qərarlarını 
saxtalaşdırır, öz adlarını və ləqəblərin i, uydurduqları nəsil şəcərələrin i vəqflərdən, 
mədrəsələrdən  oğurladıqları  kitablara  daxil  edir,  vəqf  qeydlərini  saxtalaşdıraraq 
bir-b irinə  hədiyyə  göndərirdilər.  "İraqda  azğıncasına  baş  verə n satqınlığın  səbəbi 
ondan  ibarət  idi  ki,  türklər  arasmda  vilayəti  zəbt  edən  heç bir  məmlü k  irsi  olaraq 
nəsildən-nəslə  keçən  dövləti  idarəetmə  qanunlarına  bələd  olmamış,  bu  qanunlara 
müvafıq  hərəkət  etməy i  bacarmamışlar.  Məmlüklər  ö zbaşınalığa  yol  verir, 
vəziyyətin  acınacaqlı  şəklə  düşdüyü  dövrə  qədər  öz  bildikləri  kimi  hərəkət 
edirdilər.  O,  xoşbəxt  atabəy  [Cahan  Pəhləvan]  isə  ölkəni  tərəqqidə,  çətinliklərdən 
azad  görmək  arzusunda  olmuş,  təsəwürünə  belə  gətirməmişdir  ki,  işlər  belə  bir 
səviyyəyə  gəlib  çıxa  bilər.  O  ö z  səltənətinə  zəmanəsində  daimi  sülh  arzulayır  və 
deyirdi: "Qoy gələcəkdə də belə  olsun"
4

Başqa bir tarixçi qeyd edir  ki, atabəy Cahan Pəhləvanın  məmlüklərinin hər 
biri  "ifritə  və  ifritə  nəslindən  idi.  On lar  [bu  məmlüklər],  ədalət  yolundan 
                                                                 
1
  Ravəndi,  səh.314-315;  İbn  İsfəndiyar,  səh.152;  Məhəmməd  ibn  İbrahim,  səh.89 -92;  əl-
Carbazağani, səh.427, 431. 
2
 Həmin məmlüklərin bəziləri haqqında M.Defremerinin məqaləsinə bax. 
3
 Cüzcani, I, səh.171. 
4
 Ravəndi, səh.310-311. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə