171
qablar, kera mik mə mu lat və hə mçin in misdən, qiymət li metallardan ha zırlan mış
məmu lat istehsal edirdilər
1
.
Şəhər atabəy Şəmsəddin Eldənizin hakimiyyəti dövründə, Azərbaycan
Atabəyləri dövlətinin paytaxtlarından biri olarkən, özünün ən böyük çiçəklən mə
dövrünə çatmışdı. Naxçıvan bağların yaşıllıqları içərisində qərq olmuşdu.
Naxçıvan meyvələri və məhsulları isə orta əsrlərdə hər yerdə şöhrət qazanmışdı
2
.
Naxçıvan qalasının ö zünün su mənbəyi var idi. Şəhər tikililəri içərisində yerli
gəcdən və kərpicdən tikilmiş mədrəsələr, məscidlər, iki, üç və dörd mərtəbəli
qüllələr var id i. Atabəylərin iqamətgahından başqa şəhərdə hökumət idarələri
(dövlətxanə) də mövcud idi
3
.
1255-c i ildə Na xçıvana gəlmiş fransız rah ibi Qilyo m de Rubruk yazır ki, o,
Monqolustana səfərindən qayıdarkən "bir çarlığ ın (yəni Eldənizlərin -Z.B.)
əvvəllər paytaxtı və ən böyük və ən gözəl şəhər olmuş, sonralar isə tatarların
demək olar ki, səhraya çevirdikləri Naksua (Naxçıvan) şəhərinə yetişdi"
4
.
Bu dövrdə Arazın suları küçələr boyu arxlarla axırd ı. Burada "dünyada ən
yaxşı və ən faydalı ü zü m", pambıq və dənli bitkilər becərilirdi
5
. Sənətkarların
hazırlad ıqları məşhur məmu lat Beynəlxalq bazarlarda Naxçıvanın şöhrətini təmsil
edirdi. Buradan satışa Çin parçaları, gözəl incə örtüklər, saxsı qablar (kasa və
piyalələr), sənətkarlıq la işlən miş məmu latlar, xələnc ağacından (dəmir, taxta)
qayrılmış fincan və boşqablar aparılırdı
6
.
Naxçıvan sənətkarlarının məhsulların ın bu natamam siyahısı onun
ma llarının zəngin çeşidə ma lik olmasını və istehsalçıların yüksək sənətkarlığ ını
göstərir.
Naxçıvana girəcək yolları Əlincə (Ələncik), Sü rməri, Təq mər və Fəqnən
kimi nəhəng qalalar qoruyurdu
7
.
Bu yaxın laradək bəzi tarixçilər tərəfındən belə bir fıkir yürüdülür ki, guya
Naxçıvan Azərbaycan şəhərləri sırasına aid deyil. Buna görə mən belə bir hökmün
əsassız və inandırıcı olmamasını sübut edən izahın bu əsərə salın masını zəruri
hesab etdim.
Alban tarixçisi Moisey Kalankatuklu Məhəmməd ibn Mərvanın başçılığı ilə
ərəb qoşunlarının erməni tarixi ilə 146 (05.06.697-04.06.698)-cı ildə Dərbənd
üzərinə yürüşü haqqında məlu mat verərkən yazır ki, bu səfər zamanı ermən i
knyazları üsyan etdilər. Buna görə də sərkərdə hərbi əməliyyatı dayandırıb,
Н.Д.Миклухо-Маклай, стр. 209; Həmdullah Qəzvini, səh. 90; Əl-Bakuvi, səh. 99.
2
Н.Д.Миклух о-Маклай, стр. 209.
3
Yenə orada.
4
Гильом де Рубрук, стр. 188.
5
Н.Д.Миклухо-Маклай, стр. 209. Həmdullah Qəzvini, səh. 90. əl-Bakuvi, səh. 99.
Н.Д.Миклухо-Маклай, стр. 210. Əl-Bakuvi, səh.99. Xələnc haqqında bax: Р.Дози, I, стр. 400,
Ибн Фадлан, стр. 137, 244-245; 539-cu qeyd.
7
Həmdullah Qəzvini, səh.90.
172
qiyamçıları yatırtmaq üçün Ermən istana qayıtmağa məcbur oldu. Tarixçi yazır:
"Məhəmməd Çoqdan qayıtdı və 3 il ərzində su ilə əhatə olunmuş qalanı -Sevanı
mühasirə etdi və nəhayət, oranı tutdu və orada kimə rast gəldisə, hamını q ılıncdan
keçirtdi. Oradan Ermənistana gedərkən o, yunan (Vizantiya) və erməni qoşunlarını
məğ lub etdi. Əsir edə bilmədiy i bütün erməni knyazlarını o, ciddi andla başdan
çıxartdı, yalan və xəyanətlə onları bir yerə yığdı. O, knyazları Naxçıvana gətirə-
rək, 800 nəfəri kilsəyə yığdı və diri-d iri yandırd ı"
1
.
Bu məlu mata əsasən Ermənistanın orta əsrlər tarixin in tədqiqatçılarının
hamısı belə hesab edirlər ki, burada söhbət Arazüstü Naxçıvandan (Muxtar
Respublikanın indiki paytaxtı) gedir, bu da indiki tarixi coğrafıyada (məsələn, b
ax: "Aşxaratuytsq"), hətta Ermən istan və Azərbaycanın medievist (orta əsr)
tarixçilərinin ü mu mi əsərlərində hər cür anlaşılmazlığa gətirib çıxarır
2
.
Moisey Kalankatukludan gətirdiyimiz h issədə deyilir ki, Məhəmməd ibn
Mərvan vizant - erməni qoşununu Ermənistan ərazisində, təqribən Naxçıvan
yaxınlığında məğlub etdi. Buna görə də burada söhbətin məhz hansı Na xçıvandan
getdiyinin aydınlaşdırılması zəruridir.
Akademik İ.A.Orbeli 1912-1913-cü illərdə Türkiyə Ermənistanı
ərazisindəki epiqrafık abidələri tədqiq edərkən Qars vilayətin in Kağızman
mahalındakı b ir neçə yaşayış məntəqəsində oldu, bunların arasında Baqavan,
Ələm (Ələmn), Mren və Naxçıvan da var id i
3
.
Onun oxuduğu epiqrafık yazılar içərisində Kamsarakan knyazlarının
fəaliyyəti ilə bağlı olan iki inşaat yazısı da vardır. Onlardan biri Naxçıvandakı
kilsəyə aiddir. İ.A.Orbeli onun inşasını VII əsrin sonuna aid edir
4
.
İ.A.Orbeli Naxçıvandakı kilsənin qalıqların ı təsvir edərək yazır: "Qəd im
kilsədən yalnız şimal tərəfdəki divarın şimal-şərq küncünün aşağı hissəsi, qərb
tərəfdəki d ivarın aşağı hissəsinin azacıq sahəsi qalmışdır"
5
. Sonra İ.A.Orbeli
aşağıdakı məlu matı verir: "Naxçıvan məbədi xarabalıq lar içərisində qalmışdı, lakin
sonradan camaat özlərinin d ini ehtiyaclarını ödəmək üçün kilsəni tikmək qərarına
gəldi. Bu məqsədlə əhali uçulmuş divarları sökərək, yalnız yu xanda qeyd olunmuş
hissələrə toxunmad ılar. O biri divarları yenidən özüldən tikdilər. Bu işlərə
rəhbərlik edən bənna mənə xəbər verdi ki, məbədin daş larında yanğın izləri var idi,
1
Moisey Kalankatuklu. Alban tarixi, səh.259 (ingiliscə tərcüməsi, səh.207-208). Vardan bu hadisəni
erməni tarixi ilə 26.05.702-25.05.703-cü illərə aid edir. Həmçinin bax: Гевонд, стр. 22-24: Киракос
Гандзакеци, стр. 40, 45.
2
Müxtəlif rütbəli müasir müəlliflərin çoxlu əsərlərini sadalamayaraq yalnız "Erməni xalqının
tarixi" (I hissə, Yerevan, 1951 və sonrakı nəşrlər) və "Azərbaycan tarixi" (I hissə, Bakı, 1958,
səh.107) kitablarını qeyd etməklə kifayətlənirəm. Birinci əsrdə Naxçıvan erməni şəhərləri sırasına
daxil edilmişdir. İkinci kitabda da Naxçıvan erməni şəhəri kimi təqdim olunur.
3
И.О.Орбели. Баганванская надпис. Избр. Труды. Ереван, 1963. Стр. 371 və sonrakı səhifələr.
4
Yenə orada: Надпис о построении церкви в Нахцыване, стр. 430-433,
5
Yenə orada, səh.430.
Dostları ilə paylaş: |